Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2320/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-637/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının yaşadığı ünvan 1ə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadəyə görə 4706,78 manat məbləğində borc hesablanmış və qaz sayğacı sökülmüşdür. 2.İddiaçı həmin aktlar üzrə hesablanmış borcu qanunsuz hesab edərək silinməsi və qaz sayğacının quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – istehlakçı hüquqlarının bərpa edilməsi, ünvan 1ə qaz təchizatının verilməsinin bərpa edilməsi və hesablanmış 4706,78 manat borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1da məcburi köçkün olaraq məsunlaşmış və ailə üzvləri ilə birlikdə 25 ilə yaxındır həmin evdə yaşayır. Həmin ünvanda Abonent kodu **********00070 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmuş və G-25 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər nəzərə alınmaqla həmişə iddiaçı ödənişləri etmiş və heç bir borcu olmamışdır. İddiaçı İİİ qrup əlildir və hipertoniya xəstəliyindən əziyyət çəkir. xx.xx.2017-ci il tarixində iddiaçının və ailə üzvlərinin iştirakı olmadan qaz sayğacı sökülmüş və bununla bağlı akt tərtib edilmişdir. Belə bir aktın mövcudluğundan iddiaçı sonradan xəbərdar olmuşdur. Məsələ ilə bağlı iddiaçı tərəfindən Qaz İdarəsinə edilmiş müraciətə cavab olaraq bildirmişlər ki, sayğac ərazidə aparılan söküntü ilə əlaqədar götürülmüş və Dövlət yoxlanmasına göndərilmişdir. 5 ildən artıq müddət ərzində sayğacın yoxlaması bitməmiş və sayğac yerinə quraşdırılmamışdır. Təxminən bir neçə ay bundan öncə iddiaçının yaşadığı evə qazın verilişi tamamilə dayandırılmış və sonradan iddiaçıya məlum olmuşdur ki, istehlakçı hesabına 4706,78 manat borc hesablanmışdır. Hesablanmış cərimənin qanunsuz olması və qazın bərpa edilməsi ilə bağlı iddiaçı dəfələrlə aidiyyəti qurumlara şikayətlər etsə də, heç bir nəticəsi olmamış, təbii qazın verilməsi bərpa olunmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, məcburi köçkün kimi məskunlaşdığı evə qaz təchizatının verilməsi bərpa edilməli və əsassız olaraq borc kimi yazılmış olan 4706,78 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. 5.İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, S.Vəzirov küçəsi ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması, həmin yaşayış evinə qaz təchizatının verilməsi və əsassız olaraq iddiaçıya Cavabdeh İB tərəfindən hesablanmış 4706,78 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 yanvar 2023-cü il tarixli, 2(011)-637/2022 saylı qətnaməsi ilə (hakim-Hacıyeva Sahibə) iddia qismən təmin edilərək, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00070) hesablanmış 3853,58 (üç min səkkiz yüz əlli üç manat əlli səkkiz qəpik) manat məbləğində borcun silinməsi, İddiaçı məxsus **********00070 nömrəli abonent koduna yeni sayğacın quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Cavabdehndən 30 (otuz manat) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir. 7.“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. 8.“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. 9.“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. 10.“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. 11.İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 1512 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 12.İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 1512 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 13.İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 3384 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 14.İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 3384 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 15.İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ildə 4706,78 manat məbləğində borc hesablanmışdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5, 6.6, 6.7, 1.3, 4.2-ci; “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5-ci maddəsninin 1.2-ci bəndi, 10-cu maddəsinin 3-cü bəndi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 və 9.4-cü; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 21.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 124.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Cavabdeh "Azəriqaz" İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 3853,58 (üç min səkkiz yüz əlli üç manat əlli səkkiz qəpik ) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bu tələb cavabdehin qarşılıqlı iddiasında da yer almışdır. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları
20.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, onlar məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 22.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. 24.Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 25.Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir 26.Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 27.Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 28.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 29.Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 34.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, qətnaməni borcun silinməsi ilə bağlı iddianın qismən təmin edilən hissəsində mübahisələndirdiyindən, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın borcun silinməsi ilə bağlı iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-637/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 37.Belə ki, iş materiallrından müəyyən edilir ki,cavabdehin nümayəndəsi iddia edir ki, iddiaçı qaz xəttinə dəfələrlə qanunsuz (sayğacdan kənar) qoşularaq qazdan qeyri-qanuni istifadə etmiş, cavabdeh qurum tərəfindən bununla bağlı ilki 03/2019-cu il tarixdə və sununcusu xx.xx.2022-ci il tarixdə olmaqla 8 akt tərtib edilmişdir. İtirilmiş qazın dəyəri, yəni zərərin məbləği (4706,78 manat) həmin aktlara əsasən hesablanıb. 38.Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilk, yəni 03.2019-cu il tarixli akta əsasən hesablanmış 853,20 manat miqdarında məbləğ zərər kimi nəzərə alınmalı, Cavabdeh İB tərəfindən qalan aktlara əsasən hesablanmış məbləğin iddiaçıdan tələb edilməsi əsassız olmuşdur. 39.Belə ki, kollegiya qeyd edir ki, məhkəmə düzgün hesab etmişdir ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkillər ilk akta aid hesab edilməli, çünki fotoşəkillərdə onların çəkilmə tarixi göstərilmədiyindən fotoşəkillərin hansı akta aid olduğunu müəyyənləşdirmək mümkün deyil. 40.Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut (fotoşəkil və s.) təqdim edilmədiyindən, həmin aktlar öz-özlüyündə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. 41.Belə ki, iş materiallarının araşdırlması zamanı müəyyən edilmişdir ki, aktlar Cavabdeh İBnin əməkdaşları tərəfindən abonent-iddiaçının iştirakı olmadan tətrib edilmiş, aktlar abonent tərəfindən imzalanmamış, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 42.Bundan başqa, məhkəmə kollegiyası məhkəmənin Mülki Məcəllənin 21.3-cü maddəsində qeyd olunan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalı olması ilə bağlı normaya istinadını da əsaslı hesab edərək qeyd edir ki, normanın tələbləri tərəflər arasında olan mübahisəyə düzgün tətbiq edilmişdir. 43.Belə ki, əgər ilk aktın, yəni 03.2019-cu il tarixli aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin (853,20 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 4706,78 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB üç il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. 44.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-637/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-637/2022 saylı qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz .
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov