Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2320/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X1 və X5 cəlb edilməklə) “hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(011)-1133/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evi üzrə cavabdeh təşkilat tərəfindən ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı aktlar əsasında iddiaçıya kənar xətdən istifadəyə görə ümumilikdə 6.112,80 manat borc məbləği hesablanmışdır. Hazırda iddiaçı həmin məbləği mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X1 və X5 cəlb edilməklə) “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sahəsində olan mənzilə yazılmış ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı aktların və yazılmış 6.112,80 manat bocun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sahəsi ünvanında olan mənzili 03 mart 2022-ci il tarixində etibarnamə əsasında almışdır və ev ona məxsusdur. 2023-cü ilin yanvar ayında mənzilə köçmüşlər. İddiaçı mənzilə sayğacın qoyulması ilə bağlı Cavabdehnə müraciət etmişdir və qısa müddətdə Cavabdeh nümayəndələri ona məxsus olan mənzilə qaz sayğacı quraşdırdılar. Sonradan məlum oldu ki, iddiaçının mənzilinə quraşdırılan qaz sayğacı kiminsə adınadır, yəni oğurlanmışdır. Bunu biləndən sonra sayğac quraşdıran Cavabdeh nümayəndələrinə sayğacın başqa adamın adına olduğu bildirdilər və o, sayğacın yenisi ilə əvəz olunmasını tələb etdi. Sonradan onun evinə qaz nəqlinin dayandırılması üçün mənzilə gedən qaz borusunu bağlayıb plombladılar. Səbəbini soruşduqda bildirdilər ki, uzun illərdir ona cərimə akt yazılıb və 2024-cü il tarixinə 6.112,80 manat məbləğində borc yazılmışdır. O, 2023-cü ilin yanvar ayından bu günə kimi həmin mənzildə ailə üzvləri ilə yaşayır. Cavabdeh nümayəndələri tərəfindən ona və ailə üzvlərinə xəbərdarlıq olunmayıb və mənzilə qazın verilməsi dayandırılmayıb. Burdan belə bir qənaətə gəlmək olur ki, Cavabdeh qanunsuzluq edərək iddiaçının maraqlarına toxunur və istehlakçı hüququnu pozur. Cavabdeh təşkilat tərəfindən ona yazılmış olan 43.956 m3 qaz sərfiyyatı və 6.112,80 manat necə hesablandığı ilə bağlı sual yaranır. O, fabrik və zavod işlətmir və bu barədə cavabdeh X3 müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Elə bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1133/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00023) İddiaçı 2023-cü ilin fevral ayından 2024-cü ilin noyabr ayınadək hesablanmış 6.112,80 (altı min yüz on iki manat səksən qəpik) manat borc məbləğinin 2.675,04 (iki min altı yüz yetmiş beş manat dörd qəpik) manat hissəsi silinmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1133/2025 saylı qərardadı ilə hazırkı mülki iş üzrə Cavabdeh İB-nin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Bakı şəhər prokurorluğunun diqqəti xüsusi qərardadın təsviri hissəsində göstərilən hallara cəlb edilmiş, xüsusi qərardad və müvafiq sənədlərin surətləri araşdırılıb hüquqi qiymət verilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus mənzildə işlədilmiş cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və 1 ədəd kombi qızdırıcısı aiddır. 2023-cü il üzrə qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd kombi qızdırıcısı üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. İşdən görünür ki, iddiaçıya 2023-cü il üzrə fevral ayında 3.628,80 manat, may ayında 1.062,72 manat, iyul ayında 233,28 manat, avqust ayında 116,64 manat borc hesablanmışdır. 2024-cü ilin fevral ayında iddiaçıya 838,08 manat, may ayında 233,28 manat borc hesablanmışdır. 2023-cü ildə hesablanmış borcla bağlı məhkəmə aşağıdakı halları qeyd etmişdir. Belə ki, yuxarıda sadalanmış qaydalara əsasən cavabdeh təşkilat tərəfindən 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması nəzərdə tutulduğundan, iddiaçının barəsində isə kənar xətt ilə bağlı aktlar 2023-cü ildə fevral, may, iyul, avqust aylarında tərtib olunduğundan, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla, 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları nəzərə alınmaqla - cəmi 9 ay (270 gün) müddətinə hesablama aparılmalıdır. 2023-cü ildə cavabdeh təşkilat iddiaçıya ümumilikdə 5.041,44 manat borc hesablayıb (fevral, aprel, may, iyul, avqust aylarında). Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 270 gün (9 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 12.312 m3 təşkil edir. (12 saat x 270 gün x 1,2m3=3.888 m3, 12 saat x 270 gün x 2,6 m3=8.424 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 2.366,4 manat təşkil edir. (Limit nəzərə alınaraq, 1.200 m3 qazdan istifadəyə görə 144 manat borc məbləği və qalan sərfiyyat olan 11.112 m3 sərfiyyat 0,20 manatdan hesablandıqda borc 2.222,4 manat təşkil edir; 144 + 2.222,4 = 2.366,4 manat). Məhkəmə hesab etmişdir ki, qaz xəttinə kənar qoşulma nəticəsində 2023-cü il üçün ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 5.041,44 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və yuxarıda sadalanmış sair zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü il üçün hesablanmış ümumi 5.041,44 manat borcun 2.366,4 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 2.675,04 manat məbləğində borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Bununla bağlı iddia qalan hissədə təmin edilməməlidir. 2024-cü ildə hesablanmış borclarla bağlı məhkəmə aşağıdakı halları qeyd edir. Belə ki, iddiaçının barəsində kənar xətt ilə bağlı aktlar 2024-cü ildə fevlar və may aylarında tərtib olunduğundan, cavabdeh təşkilat tərəfindən isə 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması olduğundan, hesablama 2023-cü ilin dekabr ayı, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may ayları olmaqla, cəmi 6 ay üzrə aparılmalıdır. 2024cü ildə cavabdeh təşkilat iddiaçıya ümumilikdə 1.071,36 manat borc hesablayıb (fevral və may aylarında). Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 180 gün (6 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 8.208 m3 təşkil edir. (12 saat x 180 gün x 1,2m3=2.592 m3, 12 saat x 180 gün x 2,6 m3=5.616 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 1.545,60 manat təşkil edir. (Limit nəzərə alınaraq, 1.200 m3 qazdan istifadəyə görə 144 manat borc məbləği və qalan sərfiyyat olan 7.008 m3sərfiyyat 0,20 manatdan hesablandıqda borc 1401,60 manat təşkil edir; 144 + 1401,60 = 1.545,60 manat). Lakin, cavabdeh tərəfindən 2024-cü il üçün hesablanmış borc məbləği cəmi 1.071,36 manat təşkil etdiyindən, 2024-cü ilə hesablanmış borcun silinməsi hissəsində iddia təmin edilməməli, həmin dövrə hesablanmış borc olduğu kimi saxlanılmalıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Digər tərəfdən İddiaçı aid olan **********00023 abonent koduna hesablanmış məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 30.240 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.856 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 972 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.984 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00023 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin fevral ayı üzrə 3.628,80 manat, 2023cü ilin may ayı üzrə 1.062,72 manat, 2023-cü ilin iyul ayı üzrə 233,28 manat, 2023-cü ilin avqust ayı üzrə 116,64, 2024-cü ilin fevral ayı üzrə 838,08 manat, 2024-cü ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 233,28 manat borcu mövcud olmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya kənar xətdən istifadəyə görə borc məbləğləri hesablanmışdır. Bundan başqa iddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin göstərilən nəticəsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırda faktiki olaraq mübahisələndirilən məsələ isə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcun məbləği ilə bağlı olmuşdur. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə faktı ilə bağlı tərtib edilmiş aktlar üzrə paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatın düzgün qəbul edilməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, dəymiş ziyan həcminin birliyin mütəxəssisləri tərəfindən hesablanması hesablamanın mütləq olaraq düzgün olunması kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, iddiaçıya məxsus mənzildə işlədilmiş cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və 1 ədəd kombi qızdırıcısı aiddır. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına uyğun düzgün olaraq müəyyən etmişdir ki, 2023-cü il üzrə qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd kombi qızdırıcısı üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və yuxarıda sadalanmış sair zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü il üçün hesablanmış ümumi 5.041,44 manat borcun 2.366,4 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 2.675,04 manat məbləğində borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Eyni zamanda 2024-cü il üçün hesablanmış borc məbləği cəmi 1.071,36 manat təşkil etdiyindən, 2024-cü ilə hesablanmış borcun silinməsi hissəsində iddianın təmin edilməməsi, həmin dövrə hesablanmış borc olduğu kimi saxlanılmalı olmasına dair birinci instansiyası məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu borcun düzgün hesablanması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükünün Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin tələb edilən məbləğdə olmasını və təqdim edilmiş akt üzrə paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı isə yuxarıda göstərilən hesablamalara əsasən düzgün olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı doğru nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1133/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə