Məhkəmə qərarları › İş №2(103)-2330/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2330/2022

26.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2330/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Zaur Səmədovun iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddiası, həmçinin, X2 və Cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilməsi barədə” iddiası və İddiaçı X6 və Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsinə dair” qarşılıqlı iddiası üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)-685/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 mülkiyyətində olan 2006-cı il buraxılışlı “Nissan Altima” markalı, 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərin hər birinin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X9 ilə 01 dekabr 2018-ci il tarixdə nikaha daxil olmuş, Ə.Məmmədov 20 oktyabr 2019-cu ildə vəfat etmişdir. İddiaçı və cavabdehlər – mərhumun valideynləri birinci növbə vərəsə kimi həmin avtomobildə bərabər pay hüququna malikdirlər. Həmin miras əmlakla bağlı aralarında mübahisə vardır. İddiaçı X10 iddia ərizəsi ilə cavabdehlər İddiaçı və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 mülkiyyətində olan “BMW X-5” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində onun vərəsəlik hüququnun tanınması və tərəflərin hər birinin həmin avtomobildə payının1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Əlvan Məmmədov mübahisəli avtomobili 2019-cu ilin aprel ayında İddiaçı ilə nikaha daxil olanadək ona məxsus olmuş “Mercedes ML 500” markalı, ** VS *** markalı avtomobilin satışından əldə etdiyi 12000 ABŞ dollarıvə "xxxx" ASC-dən götürdüyü 8000 manat kredit hesabına almışdır. Bankdan götürülmüş pul borc olmuş və İddiaçı ilə birgə nikah dövründə ödənilməmişdir.Odur ki, həmin avtomobil mərhum oğlunun cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz və bu səbəbdən tərəflərin həmin əmlakda payları bərabər müəyyən edilməlidir. İddiaçı X4 iddia ərizəsi ilə bağlı iş üzrə İddiaçı qarşılıqlı iddia verərək, “BMW X-5” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtombildə onun payının 3/4, X10 və Cavabdeh isə paylarının hər birinin 1/8 hissədə müəyyən olunması, DİN-in BDYPİ «Siqnal» İLİ-nin 5 saylı cərimə meydançasına 19 iyun 2020-ci il tarixdə yerləşdirilmiş həmin avtomobilin saxlanma xərclərinin tərəflər arasında hər birinin payının 1/3 hissə olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatətinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(004)-1036/2021 saylı qərardadı ilə həmin iddia ərizələri ilə bağlı mülki işlər bir icraatda birləşdirilmişdir. X4 16 aprel 2021-ci il tarixdə ölümü ilə əlaqədar Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən ilk olaraq məhkəməyə məlum olan vərəsələri - arvadı Cavabdeh və oğlu X11 ilə əvəz edilmiş, lakin 08 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı Cavabdeh və digər oğlu X12 ilə əvəz edilmişdir. X4 hüquq varisləri ilə əvəz edilməsi ilə əlaqədar İddiaçı ilk və qarşılıqlı iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Nissan Altima» markalı avtomobildə onun və X4 hüquqi varislərinin hər birinin payının 1/3 hissədə müəyyən olunması, “BMW X-5” markalı avtomobildə onun payının dörddə üç hissədə, qalan ¼ hissəsi üzərində isə X4 hüquqi varislərinin hər birinin payının 1/8 hissədə müəyyən edilməsi və “BMW X-5” markalı avtomobilinin cərimə meydançasında saxlanma xərclərinin vərəsələrin arasında hər birinin payının 1/3 hissədə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X12 da X4 iddiasının dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “BMW X-5” markalı avtomobildə X2 payının 1/6, Cavabdeh payının 3/6, İddiaçı payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X12 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payının 1/3 hissədə, Cavabdeh payının 3/6, X2 payının 1/6 hissədə müəyyən edilməsi, iddiaçılar X12 və Cavabdeh İddiaçı qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi, həmin iddia üzrə cavabdeh İddiaçılar X12 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payının 1/3 hissədə, Cavabdeh payının 3/6, X2 payının 1/6 hissədə müəyyən edilməsi, iddia ərizələri üzrə verilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli əlavə qərardadı ilə İddiaçı X6 və Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası “BMW X-5” markalı avtomobilinin cərimə meydançasında saxlanma xərclərinin vərəsələrin arasında hər birinin payının 1/3 hissədə müəyyən edilməklə bölünməsi tələbi hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə ərizəçi Cahangir Məmmədov tərəfindən “BMW X-5” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mərhum Əlvan Məmmədovun 10 aprel 2019-cu il tarixdə adına rəsmiləşdirilməsi və "xxxx" ASC-nin “Nəsimi” filialı ilə borclu Əlvan Məmmədov arasında bir gündən sonra bağlanmış, yəni 11 aprel 2019-cu il tarixli, NSNPU-1848 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində istehlak kreditin verilməsi barədə təqdim etdiyi sənədlər üzrə tarix fərqləri təhlil edilməmiş, “Nissan Altima” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin satılması faktı, kim tərəfindən istifadə olunduğu və harada olması aydınlaşdırılmamış, vərəsəliyi qəbul etməməsi barədə izahatına heç bir əhəmiyyət verməmiş, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin olmaması nəzərə alınmadan bununla bağlı tərəflərin subyektiv hüquqlarının olub-olmaması müəyyənləşdirilməmişdir, bu da MPM-nin 76-78, 81 və 88-ci maddələrinin pozulması kimi qiymətləndirilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi işdə əvəz olunan iddiaçının iddianın dəqiqləşdirilməsi ərizəsini və 24 dekabr 2021-ci il tarixdə məhkəmə baxışı təyin edilməsi barədə ona heç bir məlumat verməmiş, yəni rəsmi məktub və ya sms-bildirişi göndərməmişdir, bununla da çəkişmə prinsipi və Konstitusiya ilə təsbit olunmuş müdafiə hüququ pozulmaqla yanaşı, MPM-nin 134 və 173-cü maddələrinin tələbləri icra olunmadan, məhkəmə iclasının vaxtı barədə xəbərdarlıq edilmədən, işə onun iştirakı olmadan baxılmışdır. Bildirir ki, 01.12.2018-ci il tarixdə X13 ilə ailə münasibətləri quraraq onunla nikaha daxil olmuş, mübahisəli “BMW X-5” markalı avtomobil mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmişdir. 20.10.2019-cu il tarixdə əri Ə.Məmmədov vəfat etmiş, ondan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 21.12.2019-cu il tarixdə 23 saylı notariat ofisinə ərizə təqdim etmişdir. Qeyd olunmalıdır ki, notarius tərəfindən mərhum X5 miras əmlakı siyahıya alınmayıb, hal-hazırda da notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bununla bağlı, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X14 hərəkətləri verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində mübahisələndirilir. Şikayətdə istinad edilən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2021-ci il tarixli, 2(103)-8117/2021 saylı qərardadında göstərildiyi kimi, Yasamal Rayon Məhkəməsinin hakiminin işi əsassız dayandırması, iş üzrə mərhum Cahangir Məmmədovun iddiasında cavabdeh (arvadı) Cavabdeh qarşı konkret hansı tələbin yönəldiyi bəlli olmadığı kimi göstərilmiş, qərardadda müəyyən olunmuş göstərişlərin məcburiliyi nəzərə alınsa da, məhkəmə baxışı zamanı həmin xüsusatlar araşdırılmamışdır. 19.06.2020-ci il tarixdə Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyev Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2020-ci il tarixli, 2(103)-5007/2020 saylı qərardadına zidd hərəkətlər edərək “BMW X-5” markalı avtomobili Yasamal rayonun ərazisində yerləşən DİN-in BDYPİ “Siqnal” İLİ-nin 5 saylı cərimə meydançasına aparıb yerləşdirmişdir. Cərimə meydançasında əsassız və qanunsuz saxlanılan nəqliyyat vasitəsi orada baş vermiş yolnəqliyyat hadisəsi zamanı zədələnmiş və maddi ziyan vurulmuşdur, bu günədək açıq havada saxlanılmaqla da onun dəyəri qat-qat aşağı düşmüşdür, bunula bağlı vəsatət verilsə də qiymətləndirilmə aparılmamışdır. İddiaçı Cahangir Məmmədov iddia ərizəsində mərhum Ə.Məmmədovun “BMW X-5” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin nikah dövründə ümumi gəlir hesabına əldə edilməməsi, əsassız olaraq nikahdan əvvəl əldə edilən gəlir hesabına alınmasını göstərmişdir. Bu məntiqsiz fikir qanunvericiliyiə tam ziddir. Belə ki, həmin avtomobil X8 alınmışdır. E.Orucov tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 22.12.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Əlvan Məmmədov 05.04.2019-cu il tarixdə ona ilkin olaraq 12000 ABŞ dollar pul vermiş, 10.04.2019-cu il tarixdə isə qalan hissəni, yəni 8000 manatı ona verdikdən sonra nəqliyyat vasitəsi Ə.Məmmədovun adına rəsmiləşdirilmişdir. Ərizə Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən 22.12.2021-ci il tarixdə sistemə daxil edilmişdir. Mövcud qanunvericiliyə əsasən həmin ərizə sübut kimi qiymətləndirilə bilməz, ona görə ki, sübutlar məhkəmə baxışına hazırlıq mərhələsində təqdim edilməlidir. İddiaçının istinad etdiyi "xxxx" ASC-dən götürdüyü kredit hesabına avtomobilin almasına gəldikdə isə, görünür ki, NSNPU-1848 saylı kredit müqaviləsi yalnız 11 aprel 2019-cu il tarixdə, yəni avtomobilin rəsmiləşdirildikdən bir gün sonra tərəflər arasında bağlanmışdır. Ortaya sual çıxır ki, avtomobil bir gün əvvəl hansı vəsaitlə alınmışdır. Avtomobil ailənin ümumi gəliri hesabına alınmış, "xxxx" ASC-nin “kredit müqaviləsi üzrə mübahisələr” iddiası hal-hazırda Bakı Apellyasiya Məhkəməsində 2(103)-857/2022 iş üzrə mübahisələndirilir. Əlvan Məmmədovun nikahdan əvvəl mülkiyyətində olmuş “Mercedes ML” markalı avtomobilin 05.04.2019-cu il tarixdə adından çıxması onu rəsmi məktuba istinad edilməsi və yalnız iddiaçının mülahizəsi, yəni satılması kimi göstərilmişdir, lakin alqı-satqı faktına dair hər hansı mötəbər sübut təqdim olmamış, alqı-satqıdan əldə edilən hansı məbləğdə pulun məhz digər avtomobilin alınmasına sərf edilməsinə heç bir sübut və dəlil göstərilməmişdir. Əlvan Məmmədov “Azercell” şirkətində işləyirmiş, yaxşı əmək haqqı alırmış, həmçinin onun digər banklarda da müxtəlif kreditləri olmuş, həmin ərəfədə də o, atası Cahangir Məmmədova məxsus Yasamal rayon ərazisində yerləşən icarəyə götürdüyü qarajda avtomobillərin yağ dəyişmə məntəqəsini açmışdır, bundan başqa tanışları ilə mobil telefon nömrələrinin alqı-satqısı ilə məşğul olduğu üçün dövriyyədə həm pul vəsaitləri olmuş həm də borcları yaranmışdır. “Mercedes ML” markalı avtomobilin kimə və neçəyə satılması iş materialları ilə sübut olunmur. O, özü də əvvəllər işləmiş və pul yığmışdır (hal-hazırda işsiz kimi qeydiyyatdadır). Əri ondan və valideyinlərindən bir neçə dəfə borca pul almışdır. 2019-cu ilin aprel ayında o, bankdan üç min manatdan çox kompensasiya almışdır, "xxxx" ASC-dən aldığı kartın surətini mülki işə əlavə etmişdir. Buna görə də, məhkəmənin qətnaməsində əvvəllər gecə-gündüz bilmədən işləyib qazandığı pul ilə alınan “BMW X-5” markalı avtomobildə 1/3 payın bölünməsi ən azından ədalətsizlikdir. Ərinin ölümündən sonra ona borclu olan şəxslərdən pulların qaytarılması ilə əlaqədar atası DİN-ə müraciət etmişdir. Digər məsələ ondan ibarətdir ki, nikaha daxil olduqdan sonra üçüncü şəxslər tərəfindən ailə büdcəsinə nə hədiyyə qismində nə də ki, başqa cür pul daxil olmamış, Ə.Məmmədovun valideyinləri və yaxınları ona heç vaxt maddi köməklik etməmişlər, baxmayaraq ki, xeyli vaxtdır onun miras əmlakına tam həcmdə müxtəlif yollarla yiyələnmək fikrindədirlər. İşin materiallarından məlum olur ki, işə birtərəfli və səthi baxılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçı Cahangir Məmmədovun mövqeyinə istinad olunaraq sübutların hərtərəfli və lazımi qiymətləndirilməsi aparılmamış, sübutların mötəbərliyi, kifayətliliyi tədqiq edilməyərək, yalnız “Mercedes ML” markalı avtomobilin satılaraq əldə edilən pulun digər avtomobilin alınması üçün sərf edilməsi barədə eşidilən razılaşmanı əsas götürülmüşdür ki, bu da ehtimaldan başqa bir şey deyildir. Ehtimallar əsasında məhkəmə qətnaməsi çıxarılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Tərəflər arasında aparılan danışıqlara istinad edərək qətnamə qəbul etməsi qanunsuzdur. Qətnamədə göstərildiyi kimi, avtomobilin satışı, kredit götürülməsi və digər avtomobilin alışı tarixləri heç də üst-üstə gəlmir, kredit müqaviləsi avtomobilin alışından sonra bağlanmışdır. Məhkəmənin qətnamədə gəldiyi nəticə hissəsi də, prosessual aktının təsviri-əsaslandırıcı hissəsi ilə fərqlənir və paylar üzrə hesablamaların necə aparılması qaranlıq qalmaqdadır. Tərəfindən təqdim edilən əsas zəruri sübut sayılan nikah haqqında şəhadətnamə ilə məlum olur ki, sözügedən həmin “BMW X-5” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil birgə ailə təsərrüfatının gəlirləri hesabına, birgə nikah dövründə əldə edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Zaur Səmədov apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, “Nissan Altima” markalı, 10VB197 dövlət qeydiyyat nişanlı avtomobil mərhum Ə.Məmmədov tərəfindən satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə Cavabdeh təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “BMW X-5” markalı, Az 90-VS- 505 dövlət qeydiyyat nişanlı minik avtomobilin birgə vəsait hesabına əldə edilməməsi və bu səbəbdən həmin avtomobilə dair payların müəyyən edilməsi hissəsində düzgün hüquqi mövqeyə gəlməmiş, həmçinin “Nissan Altima” markalı, 10VB197 dövlət qeydiyyat nişanlı avtomobilə dair payları düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1. -ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə kollegiyası “Nissan Altima” markalı, 10VB197 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ilə X3 birgə nikaha daxil olmasından əvvəl əldə edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilinməməsi və bu səbəbdən ümumi vərəsəlik qaydasında bölünməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir, lakin qeyd edir ki, həmin əmlaka vərəsələrin miras payları düzgün müəyyən edilməmişdir. Belə ki, həmin avtomobilə vərəsələr İddiaçı 2/6 (altıda iki) hissədə, Cavabdeh 3/6 (altıda üç) hissədə və X2 1/6 (altıda bir) hissədə miras payları müəyyən olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin 07.09.2020-ci il tarixli, 016-80530/220 saylı məktubuna əlavə edilmiş nəqliyyat vasitələri barədə məlumatların kompyuter şıxarışından görünür ki, “Nissan Altima” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil 07.06.2007-ci il tarixdə mərhum X3 adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Cavabdeh təmsilçisi həmin avtomobilin hələ mərhum Ə.Məmmədov tərəfindən satılmasını bildirsə də bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin qeyd edilən məlumatından görünür ki, “Nissan Altima” markalı, 10 VB197 dövlət qeydiyyat nişanlı avtomobil hazırda Ə.Məmmədovun adına qeydiyyatdadır. Məhkəmə kollegiyası “BMW X-5” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün deyildir. Belə ki, qeyd edilən əmlak İddiaçı ilə X3 birgə nikahda olduqları dövrdə əldə edilmişdir və bu səbəbdən həmin avtomobil üzərində mərhum X3 və İddiaçı hər birinin bərabər hissədə pay hüququ vardır. İş materiallarından görünür ki, Baş X23 İdarəsinin 07.09.2020-ci il tarxli 016- 80530/220 saylı və 01.04.2020-ci il tarixli 016-29268-1220 saylı məktublarına əsasən 05.04.2019-cu il tarixdə mərhum Ə.Məmmədov 03.03.2007-ci il tarixdən mülkiyyətində olduğu “Mercedes Benz ML 350” minik markalı 90VS505 markalı avtomobili özgəninkiləşdirmişdir. Mübahisəli “BMW X-5” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.04.2019-cu il tarixdə mərhum X5 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(005)-2442/2021 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə Ə.Məmmədov arasında 11 aprel 2019-cu il tarixdə 8000 manat məbləğində kredit vəsaiti verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi heç bir mötəbər sübuta istinad etmədən şəxsi mülahizələrə əsasən qeyd edilən avtomobilin 2019-cu ilin aprel ayında İddiaçı ilə nikaha daxil olanadək Ə.Məmmədova məxsus olmuş “Mercedes ML 500” markalı, ** VS *** markalı avtomobilin satışından əldə etdiyi 12000 ABŞ dolları və "xxxx" ASC-dən götürdüyü 8000 manat kredit hesabına alması barədə cavabdehlərin dəlillərini əsaslı saymışdır. Halbu ki, cavabdehlər mübahisəli avtomobilin məhz qeyd edilən “Mercedes Benz ML 350” minik markalı markalı avtomobilin satışından əldə edilmiş pulla alınmasını əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bankdan kreditin həmin avtomobilin alınmasından bir gün sonra götürülməsinə dair müqavilənin bağlanması da onların bu dəlilinin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qeyd edilən avtomobilin 1/2 hissəsinin mülkiyyətçisi Əlvan Məmmədov vəfat etdiyindən onun birinci növbəli vərəsələri – arvadı İddiaçı, atası X4 və anası Cavabdeh həmin miras əmlak üzərində 1/6 hissədə pay hüquqları yaranmışdır. X1 qeyd edilən miras əmlakı qəbul etmədən vəfat etdiyindən ona çatası 1/6 hissədə pay eyni zamanda onun vərəsələri arvadı Cavabdeh və övladı X12 arasında eyni həcmdə bölünür və hər birinin 1/12 hissədə pay hüququ yaranmış olur. Nəticədə, “BMW X-5” markalı, Az 90-VS- 505 dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində İddiaçı 8/12 (on ikidə səkkiz) hissədə, Cavabdeh 3/12 (on ikidə üç) hissədə və X2 1/12 (on ikidə bir) hissədə mirasdan pay hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)-685/2021 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(004)- 685/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilsin. “Nissan Altima” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 2/6 (altıda iki) hissədə, Cavabdeh 3/6 (altıda üç) hissədə və X2 1/6 (altıda bir) hissədə miras payları müəyyən edilsin. İddiaçılar X2 və Cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilsin. Həmin iddia üzrə İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. “BMW X-5” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 8/12 (on ikidə səkkiz) hissədə, Cavabdeh 3/12 (on ikidə üç) hissədə və X2 1/12 (on ikidə bir) hissədə miras payları müəyyən edilsin. İddia ərizələri üzrə verilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar