Məhkəmə qərarları › İş №2(103)-2337/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2337/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2337/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(011)-44/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 1954,68 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış evi onun X2na məxsus olmuş, qeyd edilən yaşayış evinə Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş, **********00000 saylı abonent kodu açılaraq, atasının yaşadığı evdə Smart-kart tipli sayğac quraşdırılmışdır. X2 13 mart 2020-ci ildə ölmüş, o vaxta qədər ondan qazın dəyərinə görə pul tələb edilməmiş, atasının da cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu olmamışdır. Atası öldükdən sonra o, həmin evdə yaşamağa başlamış, lakin sonradan həmin evin qaz xəttinə dair müqavilənin öz adına keçirilməsini istədikdə, cavabdeh tərəfindən ona 1954,68 manat borcun olması bildirilmişdir. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla atasına yazılmasını öyrənmək istəmiş, cavabdeh ona qazdan qanunsuz istifadə etməsi ilə əlaqədar atası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib edilməsini və həmin aktlara əsasən atasına dəymiş ziyan hesablanaraq, istehlakçı hesabına daxil edilməsini və edəcəyi ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartına yönləndiriləcəyini bildirmişdir. Ümumiyyətlə, həmin evdə heç bir zaman sayğacdan kənar qazdan istifadə edilməmiş, evdə olan smart kart tipli sayğaca baxış keçirilən zaman iddiaçının iştirakı təmin edilməmiş, bu barədə ona məlumat verilməmişdir. Məhz bu baxımdan da Cavabdeh İB tərəfindən iddiaçıdan tələb edilən məbləğ əsassız hesab edilərək, ləğv edilməlidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 4303,34 manat borcun Cavabdeh İstehsalah Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(011)- 44/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında (abonent kodu: **********0000) dair əsassız hesablanmış 4303,34 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 63,04 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərci Cavabdehndən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - xx.xx.2018-ci il tarixli –0172758 akta əsasən hesablanmış 1944 manat borc əsassız hesab edilərək, silinməsi hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 2019-cu ildə iddiaçı X7 Cavabdehnə qarşı sayğacın dəyərinin tələb edilməməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair (kod: **********0000) Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1944 manat borcun silinməsi və sayğacın dəyərinin tələb edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3267/2019 saylı iş üzrə qəbul etdiyi 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyun 2018-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair (abonent kodu:**********00000) hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində pulun silinməsi və sayğacın dəyərinin ödənilməsinin tələb edilməsinin qanunsuz hesab olunması, məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7094/2019 nömrəli, 27 may 2019cu il tarixli qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3267/2019 saylı iş üzrə qəbul etdiyi 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2018ci il tarixli ******* nömrəli akta əsasən 9720 kub metr qaz sərfiyyatına görə 1944 manat hesablanmış borc əsassız olmuşdur. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 075714 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 mart 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 454778 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X2, anası isə X4r. İddiaçı isə mərhum X5 övladı olmaqla xx.xx.2022-ci ildə qaldırdığı hazırki tələbində yenidən qeyd olunan - xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta da istinad edərək, ümumilikdə 4303,34 manat borcun silinməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini tam təmin etmişdir. Halbuki, yuxarıda istinad edilən iş üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3267/2019 saylı iş üzrə qəbul etdiyi 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1944 manat borc əsassız hesab edilərək, silinməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddianın əsaslarından birini təşkil edən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1944 manat borca Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının istinad olunan qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq iddia tələbinin - xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1944 manat borca münasibətdə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, istinad edilən mülki iş üzrə iddiaçı - X7 olmuş, hazırda isə L.Ağayev vəfat etdiyindən onun hüquqi varisi kimi İddiaçı iddianı qaldırmışdır. Göründüyü kimi, iddia tələbinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1944 manat borca münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda birinci instansiya məhkəməsi iddia tələbinə həmin hissədə də mahiyyəti üzrə baxdığı üçün məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1944 manat borc əsassız hesab edilərək silinməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır (385.1.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. (387.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(011)-44/2024 nömrəli qətnaməsi - xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1944 manat borc əsassız hesab edilərək silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar