Məhkəmə qərarları › İş №2(103)-2339/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2339/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2339/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh"xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 10 yanvar2023-cü il tarixli, 2(006)-200/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 7965manat məbləğində sığorta ödənişi, 310 manat məbləğində ekspertə ödənilmiş xərc, 3093,40 manat məbləğində gecikdirməyə görəcərimə, 2924,10 manat məbləğində əldən çıxmış fayda məbləğində, 700 manat məbləğində vəkil qonorarı, 132 manat məbləğində dövlət rüsumu, ümumilikdə 14022,50 manat məbləğində pul iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-200/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Ziyadbəyoviçə məxsus olan 2019-cu il buraxılışlı «Ford Mustang» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 6695 (altı min altı yüz doxsan beş) manat sığorta ödənişi, müstəqil ekspertə ödənilmiş 310 (üç yüz on) manat, gecikdirməyə görə 500 (beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat vəkil xərci, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,40 (yüz iyirmi iki manat, qırx qəpik) manat, cəmi 8127,40 (səkkiz min yüz iyirmi yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı Ziyadbəyoviçə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülmaəs qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın 952,00 (doqquz yüzəlli iki) manat hissədə təmin edilməsi, qalan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqdim olunmuş 10 aprel 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər-"xxxx" ASC, İdarə Heyətinin sədri X6 ilə iddiaçının nümayəndəsi X2 aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.Bakı Apellyasiya Məhkəməsində icraatda olan 2(103)-2339/2023 saylı iş üzrə iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən, cavabdeh -"xxxx" ASC tərəfindən 5500,00 AZN sığorta ödənişi iddiaçıya, yəni İddiaçı ödəniləcəkdir. 2.Bakı Apellyasiya Məhkəməsində icraatda olan 2(103)-2339/2023 saylı iş üzrə barışıq əldə edildiyindən iddiaçının tələbi ilə icraata xitam veriləcəkdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-200/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)- 200/2023 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.Bakı Apellyasiya Məhkəməsində icraatda olan 2(103)-2339/2023 saylı iş üzrə iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən, cavabdeh -"xxxx" ASC tərəfindən 5500,00 AZN sığorta ödənişi iddiaçıya, yəni İddiaçı ödəniləcəkdir. 2.Bakı Apellyasiya Məhkəməsində icraatda olan 2(103)-2339/2023 saylı iş üzrə barışıq əldə edildiyindən iddiaçının tələbi ilə icraata xitam veriləcəkdir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar