Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2344/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı X11 və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamından çıxarışa əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən X4 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış sahəsi 67,4 kv. m., köməkçi sahəsi 44,3 kv.m olan 4 otaq xx.xx.1999-cu il tarixdə, 39 saylı qeydlə mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır.
3. Səalhiyyətli orqanlara ünvanlanmaqla xx.xx.2021-ci il tarixdə X24, X25 və X5 tərəfindən ayqı-ayqılıqda yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X26 tərəfindən təsdiq edilmiş ərizələrə əsasən qeyd edilən şəxslər ayqı-ayqılıqda ünvan 5 saylı fərdi yaşayış evinin sökülməsinə, satılmasına razıdırlar və kompensasiyanın X23 tərəfindən alınmasına etiraz etmirlər.
4. Cavabdeh MMC (şirkət) ilə X27 (sakin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 37 saylı müqaviləyə əsasən X27 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən qeydiyyatda olmaqla, Kommunal xidmətlər Müəssisəsi MMC-nin 252036 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlarından Şirkətin xeyrinə imtina edir. Müqavilənin 2-ci bəndinə əsasən sakin X27 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 13 saylı evdə, istifadə və sahiblik hüququ üzrə ona məxsus, faktiki 52,01 kv.m. sahədən ibarət olan mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəməyi, müqavilə təqdim olunduğu gündən 10 gün müddətində mənzili tam boşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verməyi, Cavabdeh MMC isə həmin evi sökmək məqsədi ilə sakin X6 təhvil almağı və əvəzində müəyyən edilmiş qaydada sakin X14 ona məxsus "xxxx" ASC-də olan bank hesabına (B\H: AZ52BRES********************, M\H: AZ80NABZ********************) köçürmə yolu ilə 130.000 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.3-cü yarımbəndinə əsasən sakin X27 bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3-cü şəxslər (vərəsələr, ailə üzvləri, kirayəçi və icarəçilər və s.) tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq, yaranacaq hər hansı tələbi qarşılamaq öhdəliyini üzərinə götürmüşdür.
5. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, İT0000007 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X12 həmin bankda olan hesabına 130.000 manat məbləğində pul köçürülmüşdür.
6. Təhvil verən N.Y.Ağamalıyev və təhvil alan Cavabdeh MMC-nin direktor müavini R.Mirzəyev, menecerləri R.Bünyadov və A.Əhmədov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli akta əsasən X27 ünvan 1 ünvanında yerləşən mülkünə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən “Sakin” bu ünvanda faktiki sahəsi 52.01 kv.m olan mənzilindən bütün əşyalar onun tərəfindən daşınıb. Mənzil giriş qapısı, həmçinin daxili pəncərəsi ilə birlikdə təhvil verilmişdir. Sanitar qovşaqdakı aksesuarlar “Sakin” tərəfindən götürülmüşdür. Su sayğacı müvafiq orqanın əməkdaşı tərəfindən təhvil götürülmüşdür. Su və qaz sayğacınən təhvil götürülməsi üçün müvafiq orqanın əməkdaşlarına müraciət olunmuşdur. “Sakin” X23 bu mənzili bu vəziyyətdə sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verir. Mülkün video çəkilişi tam şəkildə akta əlavə olunur.
7. ünvan 2 ünvanında qeydiyyatda olan X15, X18 və Ə.Ələkbərov küç. 13 ünvanında qeydiyyatda X7 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən onlar ayrı-ayrılıqda İddiaçı doğulduğu gündən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşamasını təsdiq etmişlər.
8. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 64 saylı arayışına əsasən ünvan 1 ünvanında X28, oğlu X29, qızı X19 və digər oğlu X20 qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı X28 Cavabdeh MMC-yə qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə X23 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə ünvan 3 ünvanda doğulmuş, orada böyüyüb həddi buluğa çatmış, evləndikdən sonra da ailə üzvləri ilə (oğlu – X29, qızı - X19 və kiçik oğlu - X20, yoldaşı rəhmətə gedib) həmin ünvanda qeydiyyatda olmaqla, yaşamışlar. Qardaşı Nazim də onlarla bir həyətdə qonşu olsa da, evlərinin giriş-çıxışı ayrı olmuşdur. Onun evinin təmirə ehtiyacı olduğundan məcburən ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq köçüb başqa ünvanda kirayədə yaşamağa başlamışlar. 2021-ci ilin oktyabr ayında evini təmir etdirmək istəyərkən cavabdehin işçiləri tərəfindən ona bildirilmişdir ki, pilot layihə var, onun evi də (həyətləri) plana düşür. Həmin vaxt onlar bildirmişdilər ki, evləri plana düşənlərlə müqavilə bağlayaraq ya mənzillə təmin edəcəklər, ya da qarşılıqlı razılq əsasında evin pulunu ödəyəcəklər. Həmin vaxt cavabdehin işçiləri onu özünü şirkətin müdiri kimi təqdim edən Rəfail Mirzəyev adlı şəxsin qəbuluna aparməşdılar. Rəfail Mirzəyev də onu qəbul edərkən o, bildirmişdir ki, Nazim adlı qardaşı ilə bir həyətdə yaşayır, lakin onunla münasibəti yoxdur, onunla danışmır, aralarında nifaq var, bu kimi səbəblərdən hətta onunla üzbəüz gəlmək, onu görmək belə istəmir. Rəfail Mirzəyev onu dinləmiş, sonra isə bildirmişdir ki, ailə üzvlərinin sənədlərini onlara təqdim etsin. O da özünün və ailə üzvlərinin sənədlərini onlara təqdim etmişdir. Sənədlərə baxıldıqdan sonra onların surəti çıxarılaraq, götürülmüşdür. Həmçinin, onun əlaqə nömrələri götürülmüş və ona da əlaqə nömrəsi verilmişdir. Rəfail Mirzəyev ona bildirmişdir ki, onların evinə növbə çatanda onun işçiləri onu da dəvət edəcək, onun yetkinlik yaşına çatan və qeydiyyatda olan ailə üzvlərinin hamısının imzası olmadan onların evinə dəyməyəcəklər. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun xəbəri olmadan cavabdehin işçiləri qonşuluqda yaşayan, onunla heç bir münasibəti olmayan qardaşı X23 ilə razılığa gələrək, faktiki olaraq X12 evini aldıqdan sonra, Nazimin evi ilə onu evinin arasında olan arakəsməni sökərək, onun evinə müdaxilə etmişlər. Belə ki, o, qardaşı X23 ilə bir həyətdə, iki ayrı-ayrı çıxışları olan evlərdə yaşamışlar. X12 evinin onun, onun evinin isə X12 evinə heç bir aidiyyəti olmamışdır. Vəkilinin sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş cavabdehlə X23 arasında 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə ikinci tərəf birinci tərəfin xeyrinə ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlardan imtina etmək niyyəti ilə bağlanmışdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış müqavilə onun maraqlarını, mülkiyyət hüquqlarını (istifadə, sahiblik və sərəncam) əhəmyyətli dərəcədə pozmuşdur. Ona görə də onun həmin müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. Tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Bakı şəhəri, Yasamal rayon MKTB-nin 64 saylı MKİS-nin xx.xx.2011-ci il tarixli arayışına əsasən o, ailə üzvləri, oğlu – X29, qızı - X19, oğlu - X20 ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 13 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar, "xxxx" MMC tərəfindən tərtib olunmuş Memarlıq Planlaşdırma layihə sənədindən görünür ki, ona məxsus hissə 1 mərtəbəli olmaqla, 1-otaqdan və mətbəxdən, həyətdə hamam və tualetdən ibarət olmaqla cəmi 29 kv.m təşkil edir. O, cavabdehin hərəkətləri barədə bütün dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə orqanlarına müraciətlər, şikayətlər etmiş, qəbullarda olmuş, hər dəfə ona haqlı olduğu bildirilmiş, lakin məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərə əsasən onun hüquqları tikinti şirkət tərəfindəni kobudcasına pozulmuşdur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC ilə X23 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, X23 tərəfindən Cavabdeh MMC-yə 130.000 manat pulun qaytarılması qət edilmişdir. (hakim X31)
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində qeydiyyatda olmuş, həmin ev statusuna görə özbaşına tikintidir, cavabdeh tərəf bu tikintinin iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək, razılaşdırdığı sxemə əsasən həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı evin, onların arasında isə giriş qapısı deyil, pəncərə formasında arakəsmə var. Ünvanda iki sanitariya qovşağının olması, birinin evin içində, digərinin isə həyətdə olduğu göstərilmişdir. Bu hallar məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə nümayiş etdirilmiş fleş kart və CD-də olan görüntülərlə də öz təsdiqini tapır. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə təqdim edilmiş fleş kartı və SD diskdə olan görüntülərə baxış keçirilərkən yaşayış üçün yararsız vəziyyətdə olan evin bir ev deyil, faktiki olaraq 2 ev olması müşahidə edilmişdir. Cavabdeh tərəf sözügedən ünvanda iki sanitariya qovşağının olmasının orada iki ayrı-ayrı ev olmamasına dəlalət etmədiyini bildirsə də, məhkəmə bunu subyektiv mülahizə sayaraq hesab etmişdir ki, cavabdeh tərəf sökülən və söküldüyünə görə X14 verilən kompensasiyanı məhz bir evə görə olmaması ilə bağlı iddiaçı tərəfin dəlillərini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilən vəsatət üzrə dəfələrlə cavabdehdən təhvil-təslim aktında əksini tapmış N.Ağamalievlə çəkilişi olan SD diskinin təqdim olunması tələb edilsə də, təqdim edilməmişlər. Qeyd edilən ünvan üzrə yalnız su sayğacı X8 adına olmuş, lakin digər xidmətlər, qaz və işıq onların atası Yaşar Ağamalıyevin adına olmuşdur. Cavabdeh tərəfindən X12 yalnız kommunal xidmətlərin ödənilməsi barədə qəbzləri və yaşayış yerinin qeydiyyatı ilə bağlı sənədləri təqdim etməklə kifayətlənərək yeganə olaraq onun həmin evdən istifadə və sahiblik hüquqlarının olmasını qəbul edərək, müqaviləni onunla bağlamağa üstünlük vermişdir. Cavabdeh X9 başqa iddiaçının da ailə üzvləri ilə orada qeydiyyatda olması barədə məlumatı olmuş, direktor müavini R.Mirzəyev bununla bağlı hətta 3-cü şəxslə də şifahi söhbət etməsini etiraf etmiş, sonuncunun qardaşı Fazilə torpaq sahəsi alaraq onun başqa yerdə yaşamasını onlara bildirsə də, buna dair sənədləri MMCyə təqdim etməməsini də göstərmişdir. R.Mirzəyev bu iddiaçı ilə də bununla bağlı müəyyən söhbətlərinin olduğunu və evlə bağlı sənədlərin gətirməsini ona təklif etməsini də etiraf etmişdir. Tərəflər hansı sənədlərin təqdim edliməsi barədə müəyyən anlaşmanın olmasını göstərsələr də, iddiaçı müəyyən sənədləri təqdim etməsini, cavabdeh tərəf isə iddiaçını bir neçə ay gözləmələrinə baxmayaraq heç bir sənəd təqdim etməməsini, buna görə də müqaviləni 3-cü şəxslə bağlamağa üstünlük vermələrini göstərmişlər. Həmçinin, MMC-nin direktor müavini izahatında hansı meyarla 3-cü şəxsə sökülən evin dəyərinin 3 qatını verməsinin səbəblərini izah edə bilməmişdir. Cavabdeh tərəfin izahatına əsasən 3-cü şəxsə sökülən ev üzrə hər kv.m. üçün 2.500 manat olmaqla, 130.000 manat ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddianın əsassız olmasına dair izahatları inandırıcı olmamaqla bununla bağlı irəli sürülən dəlillər iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Cavabdeh tərəfin iddiaçının sökülməsi nəzərdə tutulan evlə bağlı onun evə aidiyyatının olmasına dair söhbətlərinin, danışıqlarının olmasını və sonuncunun da 3-cü şəxslə aralarında mübahisəli vəziyyət olmaqla ünsiyyətlərinin olmaması barədə tam məlumatlı olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. 3-cü şəxsin təqdim etdiyi sənədlər də mübahisəli ünvanda tək onun istifadə və sahiblik hüququnun olmasını xənn etməyə belə kifayət etmirdi. Təqdim edilən sənədlərdən yalnız su sayğacı faktiki onun adına olması həmin ünvanda olan hər iki evin də ona aid olması anlamına gəlməyə əsas vermir. Digər kommunal xidmətlər isə onun adına olmasa da onun bu xidmətlərə görə ödəniş aparması da bu qənaətə gəlmək üçün kifayət olmamışdır. 3-cü şəxs digər kommunal xidmətlər adına olan şəxs barədə belə MMC-yə rəsmi sənədlər təqdim etməmişdir. ən azı cavabdeh su sayğacından başqa digər xidmətlər üzrə abonent kimi adı qeyd edilən Yaşar Aöamlıyevin kim olmasını müəyyənləşdirməmiş, onun ölümü barədə şifahi məlumatı olsa belə, heç olmazsa ölümünü təsdiq edən sənədi 3-cü şəxsdən tələb etməmişdir. İddiaçının təqdim etdiyi sənədlər və mübahisəli ünvanla bağlı illər əvvəl ödənilən çoxsaylı ödəniş qəbzlərinin əslinin onda olması onun göstəricisidir ki, onun həqiqətən də sözügedən evlə birbaşa bağlılığı, aidiyyatı olmuş və sökülməsinə baxmayaraq, hüquq baxımından hazırda da vardır. 2016-cı ilə qədər iddiaçı ailəsi ilə faktiki olaraq mübahisəli ünvanda yaşamış və həmin ilin aprel ayında həyat yoldaşının vəfatı ilə əlaqədar, uşaqlarına baxılması ilə əlaqədar məcbur olaraq, qayınanasıgildə yaşamağa başlamışdır. Başqa sözlə, 2016-2017ci illərdən sonra iddiaçının mübahisəli ünvanda daimi yaşaması faktı olmaması onun həmin evlə bütün əlaqələrinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçının və 3-cü şəxsin aralarında mübahisəli vəziyyət olması barədə tam məlumatlı olduğu halda sonuncu ilə mübahisələndirilən müqaviləni bağlamaqda bir növ tələsmiş, sökülən evlərin faktiki kimə aid olmasını müəyyən etməkdə səhvə yol vermiş, bununla da iddiaçının onun istifadəsində olan evi sökməklə həmin evin söküntüsü ilə bağlı kompensasiya məbləğini 3-cü şəxsə verməklə hüquqlarını pozmuşdur. Halbuki, cavabdeh müqavilə bağlamaqda tələsməməli, hər iki qardaşın mübahisəli ünvanla bağlı istifadə və sahiblik hüquqlarının tam təsdiq edilməsi ilə əlaqədar öz aralarında müəyyən araşdırmalar aparmaq və ya onlara bu mübahisənin məhkəmə yolu ilə həll etmək təklifini verməli idi. Qeyd edilən təklif qəbul edilmədiyi təqdirdə, sonda yekun məhkəmə qərarının nəticəsi ilə müəyyən edilmiş şəxs və ya şəxslərlə müqaviləni bağlaması daha ədalətli və obyektiv olardı. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin X23 ilə aralarında bağladıqları 10 noyabr 2021-ci il tarixli, 37 nömrəli müqavilə nəticəsində X28 istifadə və sahiblik hüququ ilə ona məxsus, istifadə və sahiblik hüququ olan evinin sökülməsi nəticəsində almağa ümid etdiyi kompensasiyadan məhrum olmuşdur. Onun hüququnun pozulmasında məsuliyyəti məhz cavabdeh MMC yuxarıda ətraflı sadalanan şəraitdə tələsik və iddiaçının evinə hüququ olmayan şəxslə müqavilə bağlamaqla pozmuşdur. Məhkəmə cavabdeh tərəfin mübahisələndirilən müqaviləni 3-cü şəxsə üstünlük verərək bağlamaları və əslində iddiaçının tələblərini 3-cü şəxsə yönəldilməli olmasına dair mövqeyinə də qiymət verərək hesab etmişdir ki, cavabdeh bu mövqeyi ilə də faktiki olaraq iddiaçının sökülən evlərə aidiyyatının olmasını təsdiq edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının sökülən evə aidiyyatı olmadığı təqdirdə 3-cü şəxsə qarşı hər hansı iddia qaldırmağı özüözlüyündə əhəmiyyətsizdir. Lakin aidiyyatı olduğu təqdirdə belə 3-cü şəxsə qarşı iddiası olarsa bu da əhəmiyyətsizdir. Çünki işin araşdırılımış halları ilə sökülən evə birbaşa aidiyyatı təsdiq edilmiş iddiaçının hüquqlarının məhz cavabdeh tərəfindən 3-cü şəxslə mübahisələndirilən müqaviləni bağlamaqla və sökülən evlərə görə kompensasiya məbləğini də bütünlüklə sonuncuya verməklə kobud surətdə pozması tam təsdiq edilir. Başqa sözlə, iddiaçının hüquqlarını 3-cü şəxs MMC-ni düzgün olmayan məlumatlar verməklə, MMC isə bu məlumatlar və natamam sənədlər əsasında iddiaçının da hüquqlarını nəzərə almadan mübahisələndirilən müqaviləni bağlamaqla pozulmuşdur. Buna görə də iddiaçı müqavilənin məzmunu ilə rəsmi qaydada əldə edərək tanış olduqdan sonra hazırki iddianı qaldırmaqda tam haqlı olmuşdur. Göstərilənlərlə əsasən məhkəmə mübahisələndirilən müqavilənin etibarsız olması və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gəlmişdir. Bununla bağlı, məhkəmə hesab etmişdir ki, tərəflər əvvəlki vəziyyətə qayıtdıqdan sonra cavabdeh artıq sökülməsinə baxmayaraq, iş materiallarında olan evlərin sxemlərinə və təqdim ediləcək, digər aidiyyatı və müvafiq sənədlər əsasında kompensasiyanın ədalətli surətdə ödənilməsi ilə bağlı istifadə və sahiblik hüququna malik şəxslərlə razılıq əldə etməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü, 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 6.3-cü, 16.1-ci, 152.6-cı, 180-ci, 337-ci, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76cı, 77-ci, 80-ci, 88-ci, 106-cı, 217-ci, 218-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100.3-cü maddəsinə, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və X22 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X22 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən işin hallarına qiymət verilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə mülki qanunvericiliyin tələblərlərini pozmaqla iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçının iddiasına əsasən o, ünvan 5 ünvanında onun sahiblik və istifadə hüququnun olmasını bildirsə də, məhkəmə sözügedən hüququn olub olmamasını araşdırmamış və yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Halbuki, iddiaçı özü etiraf etmişdir ki, həmin ünvanda 2016-cı ildən etibarən yaşamamış hazırda başqa ünvanda yaşayır. Məhkəmə qətnamə qəbul edərkən yalnız ərizəçi tərəfin təqdim etdiyi əsassız sənədlərə əsaslanmış və maraqlı tərəf kimi 3-cü şəxsin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Bununla da birtərəfli qaydada obyektiv olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində qanunvericiliyin mülkiyyət hüququ ilə bağlı normalarına əsaslanmışdır ki, halbuki hazırki iş üzrə məsələ istifadə hüququ ilə bağlı olmaqla yanaşı, iddiaçının istifadə hüququnun həmin mənzildən köçdüyü an bitməsinə əhəmiyyət verilməmişdir. Məhkəmə qətnaməsində müqavilənin etibarsız heab edilməsinin təmin olunmasını qeyd edərək iddiaçının sahiblik və istifadə hüququn olmamasına diqqət yetirilməmişdir. Halbuki əvvəlcə iddiaçının iddianı qaldırmaq üçün hüququnun olub-olmaması araşdırılmalı idi. Həmçinin, məhkəmə iddia predmentindən kənara çıxaraq iddia ərizəsində tələb edilməyən məbləğ məsələsini də həll etmişdir. Onlar tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, mülki işin materiallarından və iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri həqiqəti əks etdirmir. Ona görə də qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də hesab edir ki, cavabdehin əsaslı və tutarlı sübutları olmadığı üçün, apellyasiya şikayəti formal xarakter daşıyır, işin uzadılmasına hesablanmışdır. Apellyasiya şikayətində göstərilmişdir ki, güya o, 2016-cı ildən həmin ünvanda yaşamamış, sahiblik və istifadə hüququnu itirmiş və məhkəmədə 3-cü şəxs kimi Nazim Ağamalıyev cəlb edilməmişdir. Rəfail müəllim məhkəmədə izahat verən zaman yalan izahat verərək bildirmişdir ki, güya evləri 2 ev deyil, 2-otaqlı ev olmuşdur. Tərəfindən məhkəməyə təqdim etdiyi - İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 13, M6 ünvanda yerləşən həyət evinin eskiz layihəsini görən zaman gözlərinə inanmadan, təccüblə hakimə bildirdi ki, bu hardandı. Bu da onun göstəricisidir ki, Rəfail müəllim o qədər maraqlı olub ki, sənədlərə baxmadan, sənədləri araşdırmadan, onun və ailə üzvlərinin razılığını belə almadam, göstəriş verib ki, Nazimlə onun evinin arasında olan bağlı pəncərəni (arakəsməni) sökdürərək oradan onun evinə daxil olaraq orada ölçü işləri aparmışlar. Sonra tərəfindən MMC-dən şikayət edən zaman Rəfail müəllim ona bildirmişdir ki, Nazimin videosunu çəkmişlər. Hətta həmin video yazını ona göstərdilər. Rəfail müəllim məhkəmə izahat verən zaman bildirdi ki, güya evə (onun da evinə) aid olan bütün sənədləri Nazim tərəfindən MMC-yə təqdim edib (həmin sənədlərin nədən ibarət olması məlum deyil). Rəfail müəllim məhkəmədə şahid qismində verdiyi ifadəsinin məzmunundan aydın görünür ki, o, gühahkar olduğunu bilir, lakin pulu Nazimdən geri ala bilmədiyinə görə, düşdüyü vəziyyətdən yayınmağa çalışır ki, məsuliyyət onun üzərində qalmasın. Bu səbəbdən də cavabdeh tərəfin iddia tələbinə olan münasubəti (izahat və ifadələri) qeyrisəmimi olmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş və razılaşdırılmış sxemə əsasən həmin ünvanda iki ev olaraq, ayrıca girişləri və sanitariya qovşaqları (biri evin içində, biri isə həyətdə) mövcuddur. Sanitariya qovşağı həyətdə olan ev sahəsi 20,15 və 6,14 kv.m. olan otaqlardan, sanitariya qovşağı evin içində olan ev sahəsi 4,48 kv.m. olan holldan və 16,06 kv.m. olan otaqdan ibarətdir. İddiaçı sanitariya qovşağının həyətdə göstərilən hissəsinin ona məxsus olmasını və onun evinin sahəsini qardaşının evindən sahəsində daha artıq olmasını bildirmişdir. Onun bu dəlilləri məhkəməyə təqdim etdiyi və tərəflərin iştirakı ilə CD diskinə də baxış keçirilərkən də öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, kommunal xərclər (qaz və işıq) mərhum atası Yaşar Ağamalıyevin adından olmuşdur. Məhkəmə haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti formal olmaqla tam əsassızdır. Belə ki, Cavabdeh MMC ilə X23 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə ilə onun istifadə və sahiblik hüququ ilə ona məxsus olan evin sökülməsi nəticəsində almağa ümid etdiyi kompensasiyadan məhrum olmuşdur. Onun hüququnun pozulmasında məsuliyyət cavabdeh MMC tələsik və onun evinə hüququ olmayan şəxslə müqavilə bağlamaqla pozmuşdur. Bundan başqa işə baxan məhkəmə hər məhkəmə iclasında dəfələrlə iş üzrə 3cü şəxs N.Ağamalıyevi məhkəmə iclaslarına dəvət etmiş (bildiriş göndərmiş), lakin o məhkəməyə gəlməmişdir. Məhkəmənin iş üzrə çıxartdığı qətnaməsi tam əsaslı və qanuni olduğundan apellyatorun əsassız (formal mülahizələri əsasında) şikayəti əsasında ləğv edilə bilməz. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətini qəbul etmir, etiraz edir və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və iddia tələbini, habelə apellyasiya şikayətinə qarşı verilmiş etirazı əsassız hesab edərək, əlavə olaraq bildirmişdir ki, qətnamə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, qeyd edilən tikilinin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Belə olan halda həmin tikiliyə münasibətdə ancaq istifadə və sahiblik hüququndan söhbət gedə bilər. Özbaşına tikililərin söküntüsü zamanı müqavilə həmin tikilidə faktiki yaşayan şəxslə bağlanır. Hazırki mülki iş üzrə iddiaçının həmin tikilidə qeydiyyatda olması, onun sahiblik və istifadə hüququna malik olması mənasını daşımır. İddiaçı həmin tikilidə 2016-cı ildən faktiki yaşamır. "xxxx" MMC ilə X23 arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli müqavilədə qeyd olunur ki, cəmiyyət üçüncü şəxslərin tələblərindən azaddır. Bu məzmunlu müddəanın müqaviləyə daxil edilməsinin səbəbi ondan ibarətdir ki, cəmiyyətlə mənzil sahibləri arasında müqavilə bağlandıqdan sonra hər hansı ailə üzvü sonradan iddia qaldıranda "xxxx" MMC heç bir öhdəlik daşımamalıdır. Başqa sözlə, hazırki iddia tələbi cəmiyyətə qarşı deyil, digər müqavilə tərəfi və iddiaçının qardaşı olan X17 qarşı irəli sürülməli idi. Eyni zmanda, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmuş və həmin yaşayış sahəsində 30 nəfərin qeydiyyatı var idi. Kompensasiyanın ödənilməsi ilə bağlı müqavilə isə faktiki sahiblik edən şəxslə bağlanmışdır. Həmin mənzildə 30 nəfər faktiki yaşadığı müəyyən edildiyi təqdirdə, kompensasiya məbləği 30 nəfərin arasında mütənasib şəkildə bölünməklə, onların hər biri ilə müqavilə bağlanacdır. Lakin təqdim edilmiş sənədlər əsasında həmin ünvanda X12 yaşadığı müəyyən edilmişdir, su sayğacı da onun adına rəsmiləşdirilmişdir. Həmin yaşayış sahəsinin 1 ümumi giriş qapısı olmuşdur. X12 həmin tikiliyə faktiki sahibliyi həm qonşuların izahatları, həm də tikiliyə məxsus sənədlərdən müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı X28 apellyasiya şikyaətini qəbul etməmiş və iddia ərizəsini və apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, həmin tikilidə onunda da faktiki sahibliyi olmuşdur. Onun həyat yoldaşı 2016-cı ildə vəfat etmiş, 3 azyaşlı övladına qaynanası baxır. O, da onlarla birgə yaşayır. Lakin sahibliyində olan yaşayış sahəsinə də mütəmadi olaraq gəlib-gedirdi. Qardaşına məxsus tikili sonradan şəxsən onun tərəfindən tikilmişdir, əvvəlcə iki mənzil arasında pəncərə vardı, sonradan pəncərəni diklə örtmüşdülər ki, ayrıca 2 mənzil kimi olsun. 2022-ci il fevral ayında həmin tikiliyə gələndə görmüşdür ki, evin ortasında olan arakəsmə "xxxx" MMC-nin fəhlələri tərəfindən sökülür. O da dərhal bununla bağlı 26-cı Polis Bölməsinə məlumat verdim. "xxxx" MMC həmin arakəsməni sökməklə mübahisəli tikilidə bir şəxsin sahiblik hüququnun olduğu təəssüratı yaratmaq istəyirdi. Bununla bağlı o, videoçəkiliş etmiş və həmin çəkilişi məhkəməyə təqdim etmişdir. Verilmiş suallara cavab olaraq isə qeyd etmişdir ki, o, faktiki olaraq qaynanası ilə yaşasa da, həmin tikiliyə də tez-tez gəlib gedir, qohumlarda toy və ya yas mərasimləri olan zaman heç kimə narahatlıq verməmək üçün öz evində qalırdı. Mətbəx və zal ona məxsus olmuş, sanitar qovşaq iaə həyətdə yerləşmişdir. Ona məxsus mətbəx köçmüş vəziyyətdə olduğundan, o, evə gələndə zalda qalırdı. Tikiliyə ümumi bir həyət qapısı olmuş, ancaq hər mənzilin giriş qapısı ayrı olmuşdur. Onun evinə müstəqil girişi qapısı var idi. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etmiş, iddia tələbini və apellyasiya şikayətinə qarşı verilmiş etirazı müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ədalətli araşdırma apararaq qanuni qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində "xxxx" MMC-nin rəhbər şəxsi də etiraf etmişdir ki, həmin mənzilin sökülməsi ilə bağlı kompensasiya tələbi ilə iddiaçı da müraciət etmişdi. Lakin sonradan iddiaçının xəbəri olmadan onun qardaşı ilə müqavilə bağlanmışdır. Apellyasiya şikayətinin dəlili kimi qarşı tərəf Nazim Ağamalıyevin məhkəmə iclaslarında iştirak etməməsini qeyd etmişdir. Bir halda ki qarşı tərəf bunu şikayətin dəlili kimi göstərir və həmin şəxsin məhkəmə iclasında iştirakının təmin etmək onun marağındadır, onun iştirakını təmin etməyə qarşı tərəf çalışmalı idi və onu məhkəmə iclasına özü gətirməlidi idi. İddiaçının qardaşı ilə faktiki münasibəti yoxdur. Nazim Ağamalıyev tüfeyli həyat tərzi sürür, öz ailəsindən ayrılıb və həmin tikilidə bir qadınla yaşayır. O, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün "xxxx" MMC-yə yaxınlaşmış, lakin cəmiyyətin rəhbərliyi ona bildirmişdir ki, iddiaçı onlardan çox yerlərə şikayət edib və onları incidib, buna görə də razılığa gəlmədilər. İşin hallarından və iddia ərizəsində qeyd edilənlərdən də aydın olduğu kimi iddia tələbi əsaslıdır. Tikilinin sənədlərinin əsas hissəsi iddiaçının atasına məxsus olub, onun ölüm haqqında şəhadətnaməsini də iddiaçı təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. “X47 haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.
23. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
33. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
34. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, uzun illər ərzində ailəsi ilə birlikdə ünvan 1 ünvanında ona məxsus olan evdə yaşaması, hazırda da onun və ailə üzvlərinin həmin evdə qeydiyyatda olması üçüncü şəxs tərəfindən gizlədilmiş, cavabdeh tərəfindən isə nəzərə alınmamış, həmin evin sökülməsi və bunun əvəzi olaraq kompensasiya ödənilməsinə dair cavabdeh X23 ilə müqavilə bağlanarkən onun və ailə üzvlərinin razılığı alınmamışdır. Nəticədə onların hüquqları pozulmuşdur. Halbuki, ümumi sahəsi 52 kv.m. olan fərdi yaşayış evinin 29 kv.m. hissəsinin məhz onun faktiki sahibliyində olması barədə tərəflər məlumatlı olmuşdular.
35. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
36. Belə ki, ünvan 5 ünvanında olan və artıq sökülmüş fərdi yaşayış evi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Həmin tikinti bir neçə otaqdan ibarət olmuş və vahid bir tikinti kimi istifadə edilmişdir. Sonradan həmin tikintinin otaqlarının iddiaçı və üçüncü şəxs arasında bölünməsi, habelə aparılmış bölgüyə uyğun yeni giriş qapısı olması, orada iki müstəqil tikintinin olması anlamına gəlmir. İddiaçı tərəfindən tikinti söküləndən sonra, yəni 2022-ci ildə aparılmış layihələndirmənin də hər hansı hüquqi əsası yoxdur. İddiaçı, onun qardaşı olan üçüncü şəxs və onların ailə üzvləri həmin evdə pasport qeydiyyatında olmuşlar. Bu səbəbdən iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnun olmasına onun həmin tikintiyə istifadə və sahiblik hüququnun olması prizmasından hüquqi qiymət verilməlidir.
37. Tərəflər mübahisələndirmirlər ki, sözügedən evdə məhz X23 və onun ailəsi yaşamış, evin söküldüyü dövrdə ona sahiblik etmiş və evin sökülməsinə öz razılıqlarını vermişdilər. Həmin dövrdə iddiaçı orada yaşamamışdır. İddiaçı özünün bildirməsinə görə, o, mübahisəli evdən həyat yoldaşı dünyasını dəyişəndən sonra (2016-cı il) köçmüş, lakin evə gəlib-getmişdir. 2021-ci ilin oktyabr ayında isə evini təmir etdirmək istəyərkən evin sökülməsi barədə ona məlumat verilmişdir. Lakin iddiaçının özü tərəfindən təqdim edilmiş və kommunal ödənişləri əks etdirən sənədlərdə 2007-ci ilədək aparılmış ödənişlər əks etdirilmişdir. İddiaçının həyat yoldaşına aid ölüm haqqında şəhadətnamədə onun ölüm yeri kimi Abşeron rayonu, Saray qəsəbəsi göstərilmişdir. Komunnal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr də (su təchizatı istisna olmaqla. Belə ki, su sayğacı X12 adınadır) iddiaçının atası ilə bağlanmışdır. Evin sökülməsi ərəfəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda da sakin kimi X23 göstərilmiş və evdə olan bütün əşyaların onun tərəfindən daşındığı, bəzi əşyaların (giriş qapısı, daxili pəncərələr, sanitar qovşaqda olan aksessuarlar) ona təhvil verildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən ötən dövr ərzində evin sökülməsi zamanı ona məxsus olan hər hansı əşyanın məhv olunması da iddia edilməmişdir. Bununla belə, iddiaçı uzun illər bundan əvvəl (istisna deyil ki, 2007-ci ildən etibarən) daimi əsaslarla həmin evi tərk etmiş, onun evlə hər hansı hüquqi və fiziki bağlılığı qalmamışdır. Ev sökülən zaman da mövcud olmamışdır.
38. Nəzərə alınmalıdır ki, qanunvericilik özbaşına tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmur və əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına ziddir.
39. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının həmin tikili üzərində 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş müddəalarına əsasən istifadə hüquqlarının yarandığı qəbul edilsə belə (hüququn anologiyasına əsasən), sonradan həmin evi daimi əsaslarla tərk edib, başqa ünvana yaşamağa getdiyindən, onun və ailə üzvlərinin bu evə olan hüquqları, o cümlədən istifadə və sahiblik hüququ itirilmişdir. Hazırda da mövcud deyil.
40. Bu baxımdan iddiaçı cavabdehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləni mübahisələndirmək üçün ümumiyyətlə hər hansı sübuyektiv hüquqa malik deyil. Bu da iddianın əsassız olduğunu şərtləndirir.
41. Məhkəmə kolegiyası o halı da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olması halı da müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, əqdin etibarsızlığı ilə bağlı qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
42. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
43. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
44. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
45. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
46. İşin hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir. Müqavilənin 3.3.3-cü yarımbəndi isə müvafiq müqavilənin aldatma yolu ilə bağlanması deyil, X12 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edibetmədiyi müzakirə oluna bilər.
47. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi də göstərmişdir ki, “…müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.