Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2346/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5830/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)- 5830/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borc **********70034 abunə hesabından silinməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qəraradı ilə sonuncu məhkəmənin 18 oktyabr 2021-ci il tarixli, 2(006)-5830/2021 saylı qətnaməsində olan yanlışlıq aradan qaldırılmış və qətnamənin «əsaslandırıcı» hissəsində “127,68 ” və digər abzasda “127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat” əvəzinə “5720,16 AZN və 5720,16 (beş min yeddi yüz iyirmi manat, on altı qəpik) və «qət etdi» hissəsində “127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat” əvəzinə “5720,16 AZN (beş min yeddi yüz iyirmi manat, on altı qəpik) manat” kimi oxunması qərara alnmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 18 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçının verdiyi şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Belə ki, cavabdehin nümayəndəsinin vermiş olduğu şikayətdə bildirilmişdir ki, məhkəmə 09 dekabr 2021-ci il tarixli qərardadı ilə öz qətnaməsini dəyişdirmişdir. Halbuki, verilən son qərardad dəyişdirilmə deyil, məhkəmə qətnaməsində buraxılmış hesab səhvləri ilə bağlı düzəliş edilmə barədə qərardad olmuşdur. Məhkəmə öz qərardadında işin mahiyyətinə toxunmamış və düzəliş edilən qətnamənin əsaslandırıcı hissəsində buna hüquqi qiymət verərək düzəliş edilməli olan hissə ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin hesab səhvləri ilə əlaqədar texniki olan səhv nəticə qeyd edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5830/2021 saylı, 09 dekabr 2021-ci il qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2346/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2346/2022
03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver