Məhkəmə qərarları › İş №2(103)-2349/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2349/2023

20.04.2023 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2349/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimova Hörmətli İnam müəllim, İddiaçı X1 cavabdeh Bakı Apellyasiya Məhkəməsinin hakimi Maraqlı şəxs2 qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və sərəncam vermə faktınının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi, Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə etiraz edərək baxılan mülki işin başqa apellyasiya instansiyası məhkəməsinə verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Odur ki, etiraza baxılması üçün həmin mülki iş aidiyyəti üzrə Sizə göndərilir. Qoşma: 2(103)-2349/2023 saylı mülki iş – 01 cild, 205 vərəq.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar