Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2356/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh3 İKB ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4958/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə və Cavabdeh3 X1 ASC-yə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayonu, X6 prospekti, ev 34-də yerləşən 47 nömrəli mənzilin qiymətləndirilməsinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4958/2019 nömrəli qərardadı ilə mülki iş üzrə başlanmış icraata əmlakın qiymətləndirilməsi rəyinin etibarsız hesab edilməsi hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı məhkəmə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4958/2019 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. . Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4958/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 İKB ASC-nin nümayəndəsi X4 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Digər məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4958/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2017 nömrəli, xx.xx.2017-cı il tarixli qətnaməsi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 34-də yerləşən 47 nöməli mənzilin ilkin satış qiyməti 72 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, artıq mənzilin qiymətləndirilməsinə dair rəyə məhkəmə qətnaməsi ilə qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, ancaq iddiaçı yenidən eyni əsasla və eyni predmetlə iddia qaldırmışdır. Belə ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 34-də yerləşən 47 nöməli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmənin etibarsızlığı mübahisələndirilir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin o qənaəti ilə də razılaşır ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə və Cavabdeh3 X1 ASC-yə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair yuxarıda qeyd olunan hissədə artıq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2017 nömrəli, xx.xx.2017-cı il tarixli qətnaməsi ilə münasibət bildirildiyindən, habelə həmin qətnamə qanuni qüvvəsini aldığından hazırda mübahisələndirilən əmlakın qiymətləndirilməsi hissəsində mülki işin icraatına xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4958/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4958/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2356/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2356/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver