Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2369/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3741/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı miras əmlak olan Bakı şəhəri, S.Dağlı küçəsi, 30 saylı evdən 1/1 hissədə pay almışdır.
2. Şəhadətnamədən müəyyən edilir ki, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X2 verilmiş **********68-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2 ədəd bir mərtəbəli 13 otaqlı fərdi yaşayış evindən ibarətdir.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ünvan 5 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə reyestrdə qeydiyyat aparılmışdır.
4. Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh və onun ailə üzvləri X5, X6, X7, X12 ünvan 2 ünvanında qeydiyyatdadırlar.
5. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti MKTB Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 64 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.1989-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.
6. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17-15/d saylı məktubdan müəyyən edilir ki, 64 saylı MKİS-nin məlumatına əsasən Seyfəddin Dağlı 30 ünvanında yerləşən fərdi yaşayış evində 57 nəfər qeydiyyatdadır. İddiaçı 2013-cü ildən, X3 isə 2012-ci ildən həmin ünvanda qeydiyyatdadırlar.
7. X5, X6, X7, X8 53 saylı notariat ofisində təsdiq edilmiş ərizələrindən müəyyən edilir ki, Cavabdeh adları qeyd olunan ailə üzvləri ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə etiraz etmədiklərini bildirmişlər.
8. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evləri sökülmüş, mübahisəli ev mövcud deyildir və hal-hazırda sözügedən ərazidə "xxxx" MMC tərəfindən yeni çoxmənzilli yaşayış binasının inşası ilə bağlı işlər görülür.
9. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 43 nömrəli müqavilənin surətindən müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olmaqla, Kommunal Xidmətlər Müəssisəsi MMC-nin 252061 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 119 kv.m olan mənzilin sökülməsi üçün “Şirkət”ə vermək niyyətindədir, “Şirkət” isə mənzili təhvil almaq və əvəzində yeni tikiləcək binadan ona razılaşdırılmış ölçüdə mənzil və kompensasiya verməyi qəbul edir. Həmçinin Cavabdeh istifadəsində və sahibliyində olan yaşayış sahəsinin 19 kv.m hissəsinin qonşusu olmuş və hazırda orada yaşamayan İddiaçıla mübahisəli olduğunu nəzərə alaraq tərəflər müqavilə ilə mənzilin yalnız 100 kv.m hissəsinə dair razılığa gəlmişlər. Müqavilənin 2.2-ci bəndinə görə “Şirkət” Cavabdeh istifadəsində olan faktiki 119 kv.m sahədən ibarət mənzilin 100 kv.m sahəsini sökmək üçün, ona əvəzində yeni tikiləcək yaşayış binasının 12-ci mərtəbəsində 3 otaqlı 80 kv.m sahəsi olan, təmirli mənzili və 130000 (bir yüz otuz min) manat kompensasiya verməyi, eləcə də təhvil-təslim aktına əsasən mənzil təhvil verilənədək hər ay ona 400 (dörd yüz) manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
10. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 63 nömrəli müqavilədən müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanındakı çıxarış üzrə mülkiyyətində olan 219,8 kv.m, faktiki 33,98 kv.m sahədən ibarət olan mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə əvəzində ona yeni tikiləcək çoxmənzilli yaşayış binasında 100 kv.m sahəsi olan təmirli mənzili təhvil verməyi, eləcə də təhvil-təslim aktına əsasən mənzil təhvil verilənədək hər ay ona 300 (üç yüz) manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
11. "xxxx" MMC-nin əməkdaşları (R.Mirzəyev, R.Bünyadov, A.Əhmədova) və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh faktiki sahəsi 100 kv.m olan mənzili "xxxx" MMC-yə təhvil vermişdir.
12. "xxxx" MMC-nin əməkdaşları (R.Mirzəyev, R.Bünyadov, A.Əhmədova) və İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, İddiaçı faktiki istifadəsində olan sahəsi 33.98 kv.m təşkil edən mənzili "xxxx" MMC-yə təhvil vermişdir. Aktdan həmçinin görünür ki, qeyd olunan sahədə yaşayış olmamışdır.
13. Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı Fərman Orucov, "xxxx" MMCnin əməkdaşları Əliqardaş Əliyev, Rüfət Bünyadzadə və mülkiyyətçi İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh tərəfindən zəbt edilmiş mənzilin 19 kv.m sahədən ibarət tikilinin qapısı açılaraq içəridə olan əşyalar sonuncuya təhvil verilməsi üçün "xxxx" MMC-nin anbarına yerləşdirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiyanın verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizələr verərək iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin istifadəsində olmuş 19 kv.m hissəsinə Cavabdeh və onun ailə üzvlərinin (xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.2001-ci il təvəllüdlü X12 və xx.xx.1967-ci il təvəllüdlü X5) istifadə hüquqlarına 12.000 (on iki min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 19 kv.m sahədən ibarət olan və uzun müddət cavabdehin faktiki istifadəsində və sahibliyində olmuş tikili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlə həmin tikiliyə görə dəfələrlə mübahisəsi olmasına baxmayaraq ona qanunsuz olaraq mülkiyyətində olan yaşayış sahəsini geri qaytarmamışdır. Ona görə də cavabdehə kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsini istəyir. Sözügedən ərazidə yerləşən fərdi yaşayış evləri söküldükdən sonra onun mülkiyyətində olan 19 kv.m sahəyə münasibətdə mübahisə yarandığından "xxxx" MMC tərəfindən ona kompensasiya ödənilməsi dayandırılmışdır. Bildirir ki, o, mübahisənin həlli ilə bağlı dəfələrlər cavabdehlə razılığa gəlməyə cəhd göstərmiş, hətta ona təxminən 12-15 min manat aralığında pul təklif etmiş, lakin cavabdeh imtina etdiyindən razılıq əldə edilməsi mümkün olmamışdır
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3741/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 12.000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh və ailə üzvlərinin (X5, X6, X7, X12) ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh kompensasiya ödənilməsi və istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının ailə üzvü olmamasına baxmayaraq uzun illər iddiaçının mülkiyyətində olan evdə öz ailəsi ilə birlikdə əvəzsiz olaraq yaşamışdır. Eyni zamanda həmin evdə qeydiyyatda olmuşdur. Hazırda həmin ünvanda yerləşən tikililər sökülmüşdür. Söküntü ilə əlaqədar Cavabdeh və onun ailə üzvlərinə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" tərəfindən onların yaşayış sahəsinə olan zəruri ehtiyaclarını qarşılamaq məqsədilə 130.000 manat birdəfəlik kompensasiya verilmiş və bununla yanaşı hər ay kirayə haqqı üçün 400 manat ödənilir. Gələcəkdə isə yeni yaşayış binasından 80 kv.m sahəsi olan mənzil verilməsi nəzərdə tutulur. Qeyd olunan şərtlərlə cavabdeh müqaviləyə imza etməklə, ailə üzvləri isə notarial qaydada ərizə verməklə razılıqlarını aşkar şəkildə ifadə etmişlər. Dolayısı ilə onlar aylıq 400 manat kirayə haqqının ödənilməsinə də razı olmuşlar ki, bu məbləğ onların yaşayış sahəsinə olan ehtiyacını ödəmək iqtidarındadır. Məhkəmə yaşayış evinin aylıq kirayə haqqı dəyərini müəyyən edərkən "xxxx" MMC tərəfindən cavabdehə hər ay 400 manat, mülkiyyətçi olan iddiaçıya isə 300 manat kirayə haqqı ödənilməsini və oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehə iddia tələbinə uyğun olaraq 12.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı iddiaçının təklifi məqsədəuyğundur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3741/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılırazılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdehin təklif edilən kompensasiya məbləği ilə razılaşmamasına baxmayaraq, məhkəmə tərəfindən iş üzrə ekspertiza keçirilmədən birbaşa iddiaçının istəyinə uyğun kompensasiya məbləği təyin edilməklə işə birtərəfli baxılmış və maddi hüquq normasının tələbi pozulmuşdur. Halbuki iddia tələbi ümumiyyətlə təmin edilə bilməzdi. Əgər təmin edilirdisə belə kompensasiyanın məbləği tərəflər arasında razılaşma olmadığı üçün mütləq müstəqil ekspert tərəfindən müəyyən edilməli idi. Əks təqdirdə ədalət prinsipi pozulmuş olardı. Çünki qanunverici kompensasiyanın məbləğini yalnız iddiaçı tərəfin istəyinə bağlamamış, bazar qiymətinə uyğun müəyyən edilməli olduğunu vurğulamışdır. Bundan əlavə onlar iddianın ümumiyyətlə rədd edilməli olduğunu onunla əsaslandırır ki, mübahisə obyekti olan əmlak mövcud deyil. Mübahisə predmeti olan əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tikinti şirkəti olan "xxxx" MMC tərəfindən sökülmüşdür. Həmin ünvanda belə bir əmlak mövcud deyil. "xxxx" MMC tərəfindən sökülmüş evin əvəzində yeni mənzil verilməsi nəzərdə tutulduğu üçün mübahisəli mənzil üzərində olan istifadə hüququ yeni veriləcək mənzilə keçmişdir. İddiaçı yalnız yeni veriləcək mənzilə çıxarış aldıqdan sonra Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbini irəli sürə bilər. İndiki vəziyyətdə hazırki iddianın təmin edilməsi mümkün deyildir. Bundan başqa, Mübahisəli mənzilin ölçülərinin nə qədər olması barədə zddiyyətli məqamlar var. Belə ki, çıxarış üzrə mənzilin sahəsi 219,8 kv.m göstərilsə də, iddiaçı ilə tikinti şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən və təhvil aktından görünür ki, mənzilin faktiki sahəsi 33,98 kv.m olmuşdur. Digər tərəfdən həmin müqavilə əsasında sökülmüş mübahisəli mənzilin əvəzində İddiaçı yeni tikiləcək binada 100 kv.m təmirli mənzil verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, yeni tikiləcək mənzil tikilib, təmir edilib İddiaçı təhvil verilmədən və İddiaçı tərəfindən həmin mənzil üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınıb mülkiyyət hüququ yaranmadan hazırki iddianın irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Ümumiyyətlə, "xxxx" MMC və İddiaçı arasında mübahisəli mənzilə dair sərəncam xarakterli müqavilə bağlanarkən cavabdehin razılıq ərizəsi alınmalı olduğu halda, alınmamış onun mülkiyyət hüquqları pozulmuşdur. "xxxx" MMC-nin qanunsuzluqları bununla bitmir. MMC tərəfindən Cavabdeh məxsus 19 kv.m mənzil sahəsi də (hansı ki, bu mənzil sahəsinin sökülməzdən əvvəl İddiaçı məxsus çıxarışda olan mənzil sahəsinin hüdudları daxilində olub-olmaması məhkəmə qaydasında müəyyən edilməmişdir) qanunsuz olaraq heç bir müqavilə və məhkəmə qərarı olmadan sökülmüş və Cavabdeh aldadılaraq ona hər hansı məbləğdə kompensasiya verilməmişdir. Cavabdeh tərəfindən MMC-nin cinayət əməllərindən hüquq-mühafizə orqanlarına şikayətlər edilmişdir. Hazırda da, MMC öz cinayətkar əməllərini mülki müstəviyə keçirmək məqsədilə Cavabdeh İddiaçı hər hansı pul tələbi olmadığı halda, MMC tərəfindən İddiaçı səhv öyrədilərək adından belə əsassız iddia verilməsinə nail olunmuşdur. Əgər İddiaçı belə bir niyyəti olsaydı bu tələbi hələ müqavilə bağlamazdan əvvəl irəli sürərdi, heç olmasa iddia verilənə qədər bir dəfə olsun Cavabdeh bu barədə şifahi və ya yazılı formadan müraciət edərdi. İndiki vəziyyətdə Cavabdeh İddiaçı tikinti şirkəti ilə bağladığı müqavilənin etibarlılığını mübahisələndirmək barədə düşünür. Əgər İddiaçı MMC-nin oyununa gələrək irəli sürdüyü hazırki iddianı geri götürməsə bu barədə rəsmi qaydada məhkəməyə müraciət edəcəkdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirir ki, həmin 19 kv.m mənzildə yaşayıb. 60 il bundan öncə alınmışdır. Həyət ümumidir və müxtəlif kv.m mənzillər mövcüddur. O, orada anadan olub. 55 yaşı var, 55 ildir ki, orada yaşayır. İddiaçının atası, babası orada yaşamayıb. İddiaçının ulu babası orada yaşayıb. İddiaçının ailəsi yaşamayıb. Ailəlikcə orada yaşayıb. İddiaçının ulu babasından bu ev alınmışdır. Həyətdəki qonşular yeni mənzillə təmin olundular. İddiaçını şirkət çağıranda iddiaçı demişdir ki, 219,8 kv.m hamısı ona məxsusdur, qonşulara nə istəyirsinizsə verin. Daha sonra onu çağırıdılar. Şirkət onun qanunsuz şəkildə asan imzasından istifadə etmişdir. İddiaçı bildirmişdir ki, guya bibisinin evi ilə Oqtayın evi ona məxsusdur. Şirkət ona bildirdi ki, müqavilə bağlayacaq, amma onu aldatdılar. 19 kv.m mənzil sahəsi qanunsuz olaraq sökülmüşdür. Mübahisə onu xeyrinə həllediləcəyi təqdirdə şirkət ona 19 kv.m sahə ilə bağlı 57.000 manat təklif etmişdir. 30.000 manat verilsə mübahisəni barışıqla həll edə bilər. 24.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, barışıqla bağlı iddiaçıyla əlaqə saxlamaq istəsələr də bü mümkün olmamışdır, telefon zənglərinə cavab verməyib. Hazırda həmin ev söküldüyünə görə heç bu iddianın məhkəmədə baxılması da düzgün deyil.Yerli baxış zamanı həmin evin söküldüyünün şahidi oldular. İddia tələbinin rədd edilməsini xahiş edirlər, əgər iddia təmin edilsə belə kompensasiya məbləği ekspertiza keçirilməklə müəyyən edilməlidir. 25.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, aralarında razılıq ola bilməz. Tərəf yalan danışır, ona zəng gəlməyib, əlaqə saxlanılmayıb. 19 kv.m mənzil ona aid olması texniki passportda qeyd edilmişdir ki, onlara məxsusdur. Orada yaşayan heç bir ailədə problem olmadı hətta cavabdehin qardaşı belə mübahisəsiz mənzildən çıxıb. Cavabdeh isə evdən çıxmırdı. MTK bildirdi ki, 19 kv.m mənzil mübahisəlidir,ona görə də məhkəmədə həll edilər. 26.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
27. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Konstitutsiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
29. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. İş materialları ilə müəyyən edilir ki, ünvan 5 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və yaşayış evinin 19 kv.m hissəsinə cavabdeh və onun ailə üzvlərinin kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, yaşayış evinin aylıq kirayə haqqı dəyərini müəyyən edərkən "xxxx" MMC tərəfindən cavabdehə hər ay 400 manat, mülkiyyətçi olan iddiaçıya isə 300 manat kirayə haqqı ödənilməsini və oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehə iddia tələbinə uyğun olaraq 12.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı iddiaçının təklifi məqsədəuyğundur.
36. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 ədəd bir mərtəbəli 13 otaqlı fərdi yaşayış evini vərəsəlik yolu əldə etmişdir. Həmçinin işin halları ilə o da müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış evinin ümumi sahəsi çıxarışla 219,8 kv.m təşkil edir. Cavabdeh həmin ünvanda uzun illərdir yaşayırdı. Cavabdeh istifadəsində olan 19 kv.m sahəyə bitişik 100 kv.m sahədən ibarət olan yeni özbaşına tikili inşa etmişdir. "xxxx" MMC ilə cavabdeh xx.xx.2021-ci il tarixli, 43 nömrəli müqavilə bağlayaraq faktiki sahəsi 119 kv.m yaşayış sahəsindən mübahisəsiz olan 100 kv.m sahənin sökülməsi müqabilində yeni tikiləcək binadan ona 3 otaqlı 80 kv.m ölçüdə mənzil vermək , bununla yanaşı 130.000 manat birdəfəlik ödəniş etmək və mənzil təhvil verilənədək 400 manat kirayə haqqı ödəmək barədə razılığa gəlmişlər.
37. Həmçinin, cavabdehin izahatı ilə bir daha təsdiq olunmuşdur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 19 kv.m sahəsi iddiaçının ulu babasına məxsus olmuşdur. Cavabdeh həmin sahənin iddiaçının ulu babasından alındığını qeyd etsə də bu halı təsdiq edə biləcək məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ünvan 5 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə reyestrdə qeydiyyat aparılmışdır.
38. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin ölçüsünün faktiki ölçülərlə uyğunsuzluğu barədə apellyasiya şikayətinin dəlilinə münüasibətdə qeyd edir ki, iddiaçıya verilmiş daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən çıxarışda yaşayış evinin sahəsi 219,8 kv.m göstərilmiş və bu hal indiyədək mübahisələndirilməmişdir.
39. Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. (Maddə 141.1)
40. Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, ev artıq sökülüb, iddiaçı yeni mənzilə çıxarış aldıqdan sonra həmin iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır. Çünki, cavabdehlə şirkət arasında bağlanmış müqavilədən də görünür ki, cavabdehin istifadəsində və sahibliyində olan yaşayış sahəsinin 19 kv.m hissəsinin İddiaçıla mübahisəli olduğunu nəzərə alaraq müqavilə ilə mənzilin yalnız 100 kv.m özbaşına tikili olan hissəsinə dair razılığa gəlmişlər. Bundan əlavə, mübahisə prdmeti olan ev sökülsə də həmin ünvanda yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. Cavabdehin isə iddiaçının mülkiyyətində olan evdə istifadə hüququ qalmışdır. Nəticədə, iddiaçı mülkiyyətində olan evin 19 kv.m hissəsi ilə bağlı Şirkətlə razılığa gələ bilməmişdir. Həmin hissə açıq qalmaqdadır. Bu da iddiaçının mülkiyyət hüququnu pozur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
41. Cavabdehin apellyasiya şikayətinin digər dəlili kompensasiyanın məbləği ilə bağlıdır. İşin halları ilə müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan 19 kv.m sahəyə bitişik 100 kv.m özbaşına tikili üçün "xxxx" MMC tərəfindən yeni tikiləcək binada 3 otaqlı 80 kv.m sahəsi olan təmirli mənzil və 130000 (bir yüz otuz min) manat kompensasiya vermək, eləcə də təhvil-təslim aktına əsasən mənzil təhvil verilənədək hər ay ona 400 (dörd yüz) manat kirayə haqqı ödəmək cavabdehlə razılaşdırılmışdır. İddiaçı isə ünvan 2 ünvanındakı çıxarış üzrə mülkiyyətində olan 219,8 kv.m, faktiki 33,98 kv.m sahədən ibarət olan mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə əvəzində ona yeni tikiləcək çoxmənzilli yaşayış binasında 100 kv.m sahəsi olan təmirli mənzili təhvil verməyi, eləcə də təhviltəslim aktına əsasən mənzil təhvil verilənədək hər ay ona 300 (üç yüz) manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı fərdi yaşayış evinin 19 kv.m sahəsinin cavabdehin uzun illər istifadəsində olmasını nəzərə alaraq cavabdehin istifadə hüququna 12000 manat kompensasiya müqabilində xitam verilməsini xahiş edir. 12000 manat kompensasiya məbləği 36 ay müddət üçün aylıq 333 manat kirayə haqqı nəzərə alınmaqla təklif edilən məbləğdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, 19 kv metr yaşayış sahəsi üçün aylıq 333 manat kirayə haqqının hesablanması ədalətli olmaqla hazırki işin hallarına da uyğundur.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “....Mülki Məcəllənin 255.8ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. ....Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər..Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3741/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev