Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-237/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili X1, Cavabdeh1 və birgə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya uyğun kompensasiyanın ödənilməsi və harracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)- 39/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ("xxxx" QSC-nin ləğvedicisi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) payın bölünməsi, bu mümkün olmadıqda paya uyğun kompensasiyanın ödənilməsi və əmlakların hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1431c saylı bağ evinin (həmin bağ sahəsində yerləşən yaşayış sahəsi 75,3 kv.m, yardımçı sahəsi 227,1 kv.m olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin), Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 1 saylı evin 51 saylı mənzilinin, Daşkəsən şəhəri İ.Qayıbov küçəsində yerləşən 31 saylı evin 28 saylı mənzilinin onun payına müvafiq naturada bölünməsi, onun payına düşən sahənin cavabdehlərə düşənsahədən tam təcrid olunması, onun həmin mənzillərə köçürülməsi, cavabdehlər tərəfindən həmin mənzildən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin mənzillərdə onun payına müvafıq pulun, habelə “Toyota Rav4” markalı Az **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun payına düşən dəyərinin ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzillərin, “Toyota Rav4” markalı Az **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, əldə olunan pulun ona düşən hissəsinin ödənilməsi, eləcə də X8 Bankı QSC-də ********************, ******************** və ******************** nömrəli bank hesablarında xx.xx.2016-cı il tarixdə mövcud olmuş müvafiq olaraq 0,70 ABŞ dolları, 62058,32 ABŞ dolları və 545 Avro məbləğlərində olan pul vəsaitinin onun payına düşən hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)- 39/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1431c saylı bağ evi (həmin bağ sahəsində yerləşən yaşayış sahəsi 75,3 kv.m, yardımçı sahəsi 227,1 kv.m olan 5 otaqlı bağ evi və həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsi), Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 1 saylı evin 51 saylı mənzili, Daşkəsən şəhəri İ.Qayıbov küçəsində yerləşən 31 saylı evin 28 saylı mənzili, habelə, “Toyota Rav4” markalı Az **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, həmin bağ evinin, mənzillərin və avtomobilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında onların paylarına uyğun olaraq bölünməsi, "xxxx" Kommersiya Bankı QSC-də ********************, ******************** və ******************** nömrəli bank hesablarında 27 fevral 2016-cı il tarixə mövcud olmuş müvafiq olaraq 0,70 ABŞ dollarının, 62058,32 ABŞ dollarının və 545 avronun 1/2 hissəsinin 1/5 hissəsinin Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edərək həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili X3 və Cavabdeh1 və birgə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu da ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməli, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264-cü, 370-ci, 384-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 20 sentyabr 2023-cü il tarixdə aşağıdakı şərtlərlə Bakı şəhərində bağlanmış barışıq sazişi təsdiq edilsin: 2.1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızma qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya uyğun kompensasiyanın ödənilməsi və harracda satılması tələbinə dair” iddia ərizəsindən imtina edir və bu barədə şəxsən özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəməyə yazılı ərizə ilə müraciət edir. 2.2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızma qarşı gələcəkdə hər hansı bir şəkildə heç bir iddia tələbi ilə (əmlak, pul, istifadə hüququ və digər tələblər) məhkəməyə müraciət etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Əgər hər hansı bir şəkildə iddiaçı bu bəndin tələblərini pozarsa və məhkəməyə mübahisəli əmlakla bağlı iddia ərizəsi ilə müraciət edərsə, o zaman, bu Saziş üzrə əldə etmiş olduğu bütün vəsaiti 2 (iki) misli miqdarında şərtsiz olaraq cavabdehə geri qaytarılır. 2.3. İddiaçı mübahisə predmeti olan və atası X5 miras qalmış və miras kütləsinə daxil olan: - Toyota Rav4 markalı ** HF *** d/q nişanlı avtomobilin 1/10 (yaxud 1/2 hissəsinin 1/5 hissəsi) hissəsini, - "xxxx" KB QSC-də mövcud olmuş bank hesablarında saxlanılmış 62058,32 (altmış iki min əlli səkkiz) ABŞ dolları və 545 (beş yüz qırx beş) Avro məbləğində pul vəsaitinin 1/10 (yaxud 1/2 hissənin 1/5 hissəsi) hissəsini; - Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi, ev 1, 51 saylı mənzilin 1/10 (yaxud 1/2 hissəsinin 1/5 hissəsi) hissəsini; - Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 1431c saylı bağ evi və 0,12 ha torpaq sahəsinin 1/10 (yaxud 1/2 hissəsinin 1/5 hissəsi) hissəsini; cavabdehlər tərəfindən ona ödəniləcək 35.000 (otuz beş min) manat məbləğində kompensasiya ödənilməsi və Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 31, 28 saylı mənzilin tam olaraq iddiaçıya keçməsi müqabilində yuxarıda göstərilən əmlakların cavabdehlərin (və ya onlardan birinin) adına notarial qaydada rəsmiləşdiriəcəyinə və iddia tələblərindən imtina edəcəyinə dair üzərinə öhdəlik götürür. Əmlakların rəsmiləşdirilməsi Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsindən və qərardadın qüvvəyə minməsindən sonra ən geci 1 (bir) ay ərzində həyata keçirilməlidir. 2.4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, yuxarıda göstərilən siyahı üzrə, iddiaçının mirasdakı ümumi toplam payının əvəzi olaraq 35.000 (otuz beş min) manat vəsaiti İddiaçı bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) ay ərzində ödəməyi öhdəsinə götürür. Ödəniş tərəflər arasında razılaşdırılmış qaydada İddiaçı adına rəsmiləşdirilmiş bank hesabına köçürmə yolu və ya notarial qaydada yazılı formada rəsmiləşdirilmiş qəbz verməklə nağd şəkildə aparılır. 2.5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, iddiaçının mirasdakı ümumi toplam payının əvəzi olaraq kompensasiya ödənişindən başqa Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 31, 28 saylı mənzildəki paylarını tam olaraq iddiaçının adına rəsmiləşdirməyi öz üzərlərinə öhdəlik götürürlər. Əmlakın rəsmiləşdirilməsi Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsindən və qərardadın qüvvəyə minməsindən sonra ən geci 1 (bir) ay rəzində həyata keçirilməlidir. 2.6. İddiaçı ödənişi qəbul etməli olduğu gün yuxarıda göstərilmiş daşınmaz əmlaka dair öz paylarını notarial qaydada Cavabdeh1mn və ya digər cavabdehlərdən birinin mülkiyyətinə verməyi (cavabdehin xeyrinə özgəninkiləşdirməyi) öhdəsinə götürür. Cavabdehlərdə yuxarıda göstərilən mənzili və kompensasiyanı iddiaçıya həmin vaxt ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən Sazişin şərtlərinin hər hansı bir formada pozulması zamanı cavabdehlər kompensasiya şəklində ödəmiş olduğu vəsaitin 2 mislini qeyri-şərtsiz iddiaçıdan geri qaytarılmasını tələb etmək hüququnu özlərində saxlayırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)-39/2022 saylı qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-237/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-237/2023
20.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver