Məhkəmə qərarları › İş №2(103)-2371/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2371/2024

19.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2371/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-3520/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sahə mülkiyyətçiləri üçün ümumi olan hissəni bina sakinlərinin icazəsi olmadan icarəyə verdiyinə görə, icarə müqaviləsinin etibarsız hesab olunmasına, quraşdırılmış mobil rabitə baza stansiyasının binanın üzərindən təcili olaraq götürülməsininə və binanın idarəedilməsilə bağlı qərarların AR Qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3520/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçılar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3520/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsindən dəftərxana vasitəsi ilə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3520/2023 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3520/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 yenidən apelyasiya şikayətini məhkəməyə təqdim etmiş, eyni zamanda apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa olunması barədə ərizə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3520/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3520/2023 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3520/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, iddiaçılar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş edir. Şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların sayı çox olmasına baxmayaraq, iş üzrə iddianı birgə verməklə, birgə iddiaçılardır. Apellyasiya şikayətini də ayrı-ayrılıqda yox, məhz bir yerdə verməklə, birgə şikayətçidirlər. İddiaçıların bir qismi elektron məhkəmə sistemində şəxsi kabinetləri vardır. Nərimanov rayon Məhkəməsinin 2(005)-3520/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə elan edilmiş və xx.xx.2023-cü il elektron məhkəmə kabinetində yerləşdirilmişdir. Eyni zamanda tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. İddiaçı tərəfin birgə apellyasiya şikayətləri xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Daha sonra apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə təqdim edilmədiyindən geri qaytarıldığından, müddət axımı ilə bağlı məsələyə toxunmamışdır. Əslində ilkindən təqdim apellyasiya şikayəti təqdim edildiyi zaman, apellyasiya şikayəti üçün müəyyən edilmiş 1 aylıq müddət, iddiaçılar tərəfindən 4 gün ötürülmüşdür. Müddətin bərpasına dair vəsatət verilməmişdir. Ona görə də müddətin bərpası ilə bağlı verilmiş vəsatətdə “iddiaçılar tərəfindən ilkin apellyasiyaşikayətinin qanunvericilikdə müəyyən edilən müddət ərzində verildiyinə” dair iddiaçı tərəfin istinad etdiyi dəlil yanlışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)- 3520/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan poçt xəbərnamələrindən qeyd edilən qətnamənin iddiaçılar tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada alındığı, həmin qətnamədən onlar tərəfindən verilmiş apellyasiya şikayətinin xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olduğu müəyyən olunur. Göründüyü kimi iddiaçılar apellyasiya şikayətini prosessual müddəti ötürmədən vermişlər. Lakin Bu şikayət qanunvericliyə uyğun formada tərtib edilməmiş və birbaşa apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Forma və məzmunla bağlı tələblərə cavab vermədiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda isə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti qanunverciliyə uyğun qaydada yenidən verilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçılardan yalnız İddiaçı4 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur və mübahisələndirilən qətnamə xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti bərpa edilmiş apellyasiya şikayəti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adından, onların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmişdir. Yəni İddiaçı4 apellyasiya şikayəti verən iddiaçıların sırasında deyil. Digər iddiaçıların isə qeyd edilən elektron kabinetləri olmadığından onlara poçt vasitəsi ilə göndərilmiş, və xx.xx.2024-cü il tarixli qərardadda qeyd edildiyi kimi qətnamə onlar tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə alınmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yəni qətnamədən apellyasiya şikayəti vermə müddəti qətnamənin elan edildiyi tarixdən deyil, rəsmi qaydada verildiyi tarixdən hesablanır. Yuxarıda qeyd edildiyi kimi qətnamə apellyasiya şikayəti verən iddiaçılara xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilmişdir. Onlar tərəfindən isə ilk apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Yəni həmin apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət onlar tərəfindən ötürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ilk apellyasiya şikayəti verilən zaman iddiaçılar tərəfindən prosessual müddət ötürülmədiyindən onların qətnamədən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmamalı və apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət onlara münasibətdə bərpa edilərək verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alman) gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-3520/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar