Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2374/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Qədir oğlunun cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatına, üçüncü şəxslər “xxxx.” MMC və X4 qarşı kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3344/2019 saylı 18.06.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 işə cəlb etməklə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına qarşı «kredit müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış 24.12.2012-ci il tarixli, 6543 saylı, 24.12.2012-ci il tarixli, 6543A saylı, 23.01.2013-cü il tarixli, 6654 saylı, 23.01.2013-cü il tarixli, 6652 saylı, 23.01.2013-cü il tarixli, 6651 saylı, 23.01.2013-cü il tarixli, 6650 saylı, 23.01.2013-cü il tarixli, 6649 saylı, 23.01.2013-cü il tarixli, 6648 saylı və 23.01.2013-cü il tarixli, 6647 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə iddiaçı arasında 24.12.2012-ci il tarixli, 6543 saylı, 24.12.2012-ci il tarixli, 6543A saylı, 23.01.2013-cü il tarixli, 6654 saylı, 23.01.2013-cü tarixli, 6652 saylı, 23.01.2013-cü il tarixli, 6651 saylı, 23.01.2013-cü il tarixli, 6650 saylı, 23.01.2013-cü il tarixli, 6649 saylı, 23.01.2013-cü il tarixli, 6648 saylı və 23.01.2013-cü il tarixli, 6647 saylı kredit müqavilələri bağlanmışdır. Bu borcun təminatı olaraq X6 ilə Cavabdeh1 ASC arasında 12 mart 2016-cı il tarixli 4 ədəd ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahələri (59, 37, 36 və 19 saylı ofislər) kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda həmin borcun təminatı olaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 ASC arasında 24 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən sahəsi 23811,50 kv.m olan qeyriyaşayış sahəsi (zirzəmi) Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 24.12.2012-ci il tarixli, 6543 saylı, 24.12.2012-ci il tarixli, 6543A saylı, 23.01.2013-cü il tarixli, 6654 saylı, 23.01.2013cü il tarixli, 6652 saylı, 23.01.2013-cü il tarixli, 6651 saylı, 23.01.2013-cü il tarixli, 6650 saylı, 23.01.2013-cü il tarixli, 6649 saylı, 23.01.2013-cü il tarixli, 6648 saylı və 23.01.2013-cü il tarixli, 6647 saylı kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 24.12.2012-ci il tarixli 6543 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 24.12.2012-ci il tarixli 6543 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 24.12.2012-ci il tarixli 6543A saylı kredit müqaviləsinə əsasən 1.000.000 (bir milyon) manat; 24.12.2012-ci il tarixli 6543A saylı kredit müqaviləsinə əsasən 1.000.000 (bir milyon) manat; 23.01.2013-cü ıl tarixli 6647 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 23.01.2013-cü il tarixli 6648 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 23.01.2013-cü il tarixli 6649 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 23.01.2013-cü il tarixli 6650 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 23.01.2013-cü il tarixli 6651 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat; 23.01.2013-cü il tarixli 6652 saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat və 23.01.2013-cü il tarixli 6654 saylı kredit müqaviləsinə əsasən 49.751,00 (qırx doqquz min yeddi yüz əlli bir) manat olmaqla ümumilikdə 14.049.751,00 (on dörd milyon qırx doqquz min yeddi yüz əlli bir) manat kredit verilməli nəzərdə tutulsa da, həmin pul məbləğləri iddiaçıya verilməmiş və həmin pul məbləğləri iddiaçı tərəfindən alınmamışdır. Pulun iddiaçı tərəfindən alınmasına dair hər hansı bir mötəbər sübut yoxdur (kassa məxaric orderi və s.).Belə ki, həqiqətən də iddiaçı ilə Cavabdeh1 ASC arasında yuxarıda qeyd edilən kredit müqavilələri bağlanmış olsa da, Cavabdeh1 ASC həmin kredit müqavilələri əsasında iddiaçıya verməli olduğu pulu ödəməkdən imtina etmiş və iddiaçıya həmin müqavilələrin ləğv olunduğunu bildirmişdir. Lakin buna baxmayaraq, hazırda Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatı iddiaçıya qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, iddiaçıdan cəmi 13.247.202,28 manat (11.510.713,50 manat əsas borc, 1.736.488,78 manat faiz borcu) kredit borcunun Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmasını xahiş etmişdir. Həmin kredit müqavilələri bağlanarkən iddiaçı aldadılmışdır, həmin kreditlər ona verilmədiyi halda həmin kredit müqavilələrinə iddiaçıya imza etdirmişlər. Həmçinin iddia ərizəsindən də göründüyü kimi həmin kredit müqavilələrinin 2012-2013-cü il tarixlərdə bağlandığı irəli sürülsə də, həmin kreditlərin təminatı olaraq ipoteka müqavilələri 2014-cü il və 2016-cı il tarixlərdə bağlanmışdır. Bu bir daha həmin kredit müqavilələrinin saxta və qanunsuz olduğunu, iddiaçının aldadılaraq həmin kredit müqavilələrini imzalatdırılmasını, eləcə də həmin kreditlərin iddiaçı tərəfindən alınmasını şübhə altına alır. Odur ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 24.12.2012-ci il tarixli, 6543 saylı, 24.12.2012-ci il tarixli, 6543A saylı, 23.01.2013-cü il tarixli, 6654 saylı, 23.01.2013- cü il tarixli, 6652 saylı, 23.01.2013-cü il tarixli, 6651 saylı, 23.01.2013-cü il tarixli, 6650 saylı, 23.01.2013-cü il tarixli, 6649 saylı, 23.01.2013-cü il tarixli, 6648 saylı və 23.01.2013- cü il tarixli, 6647 saylı kredit müqavilələri etibrasız hesab edilməlidir. Eyni zamanda, Cavabdeh1 ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Cavabdeh1 ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı Qədir oğlu, Cavabdeh1 ASC-nin, üçüncü şəxslər “xxxx.” MMC-nin səlahiyyətli nümayəndələri və X1 iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən Cavabdeh2 QSC BOKT-nin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6647 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013cü il tarixdə 1.500.000 ( bir milyon beş yüz min ) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6648 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013-cü il tarixdə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6649 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013-cü il tarixdə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6650 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013-cü il tarixdə 1.500.000 ( bir milyon beş yüz min ) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6651 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013-cü il tarixdə 1.500.000 ( bir milyon beş yüz min ) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6654 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013-cü il tarixdə 49.751,00 ( qırx doqquz min yeddi yüz əlli bir) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. ş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 6543A saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 24 dekabr 2012-ci il tarixdə 1.000.000 ( bir milyon) manat məbləğində 12 ay müddətinə, illik 15 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 6543 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 24 dekabr 2012ci il tarixdə 1.500.000 ( bir milyon beş yüz min ) manat məbləğində 12 ay müddətinə, illik 15 % dərəcə ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 6652 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 23 yanvar 2013-cü il tarixdə 1.500.000 ( bir milyon beş yüz min ) manat məbləğində 60 ay müddətinə, illik 12 % dərəcə ilə kredit verilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı ilk növbədə, qeyd olunan müqavilələri özünün aldadılması nəticəsində imzaladığı və müqavilə üzrə nəzərdə tutulmuş məbləğlərin bank tərəfindən ona ödənilmədiyi faktlarına əsaslanaraq həmin müqavilələri mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçı 24 dekabr 2012-ci il və 23 yanvar 2013-cü il tarixli müqavilələrin onun etibarından sui-istifadə yolu ilə bağlanmasına istinad etsə də, adı çəkilən müqavilələrin bağlanması ilə bağlı özünün etibarından sui-istifadə edilməsi, aldadılması, sözügedən müqavilələrin məhz bu hərəkət nəticəsində bağlanıldığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İndiki halda kredit müqavilələrinin iddiaçı tərəfindən imzalanması bunu ehtimal etməyə əsas verir ki, müqavilələrdə qeyd olunan məbləğlər iddiaçıya təqdim edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, hətta 24 dekabr 2012-ci il və 23 yanvar 2013-cü il tarixli müqavilələr etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdlərin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, iddia tələb rədd edilməli idi. Belə ki, İddiaçı, 24 dekabr 2012-ci il və 23 yanvar 2013-cü il tarixli müqavilələrin vacib əhəmiyyətli yanılmaya dayanaraq irəli sürüldüyündən, həmin tələbə MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddət, eyni zamanda, saziş bağlanarkən aldadıldığnı iddia etdiyindən, aldatma yolu ilə bağlanmış əqdlərə münasibətdə olduğu kimi bir illik müddət şamil edilə bilər. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı iddia etdiyi kimi kredit müqavilələrində göstərilən məbləğləri almamış olsaydı bu barədə onun bir neçə il ərzində xəbər tutmaması ağlabatan olmazdı. Odur ki, hazırki halda 1 aylıq və ya 1 illik iddia müddətinin tətbiq edilməsindən asılı olmayaraq, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hazırkı iddiası üçün qanunla müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2374/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2374/2021
29.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver