Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2377/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: lizinq obyektinin lizinq alanın sahibliyə qaytarılması, lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “lizinq müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməsi və nəqliyyat vasitəsinin lizinq alana qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-3214/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 125 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq verən buraxılış ili 2011 olan “Mercedes Benz CLS 63 AMG markali nəqliyyat vasitəsini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 45.900 manat, müqavilənin müddəti 36 ay təşkil edir.
2. xx.xx.2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən lizinq alan və öhdəlik ötürən X12 125 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini öhdəlik götürən İddiaçı verir və o, öhdəlikləri bütünlüklə qəbul edir. 125 saylı daxili lizinq müqviləsi üzrə öhdəlik ötürənin qalıq borcu 34.102,23 manat təşkil edir və öhdəlik götürən aşağıdakı şərtlərlə həmin məbləği ödəməyi öhdəsinə göütürü: avans ödənişi 0 manat, lizinq müddəti - xx.xx.2025-ci il, lizinq verənin mükafatı 9.574 manat, xidmət haqqı 500 manat.
3. Əlavə razılaşmaya 1 saylı əlavəyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 1821 manat, sonuncu ay isə 1.793 manat lizinq ödənişini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixlərdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə isə 1.821 manat məbləğində ödənişlər etmişdir.
5. **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilin idarə edilməsi üçün Şahid2, Şahid1 və İddiaçı Cavabdeh MMC tərəfindən etibarnamələr verilmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə keçmiş, xx.xx.2022-ci il tarixdə yeni nömrəli şəhadətnamə ilə Cavabdeh MMC-nin mülkiyyəti kimi qeydə alınmışdır. Daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə yeni dublikatın alınması əsası ilə **-YY-*** dövlət qeydiyyat nömrəsi verilməklə Cavabdeh MMC-yə yeni şəhadətnamə verilmişdir.
7. İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətində İddiaçı lizinqlə əldə etdiyi Mercedec CLS 63 AMG markalı minik avtomobilin Şahid2, Elçin adlı tanımadığı şəxs və X6 tərəfindən ələ keçirilərək onun iradəsinə zidd olaraq idarə olunduğunu bildirərək avtomilin üzərinə həbs qoymaqla dayanacağa qoyulması və ona təhvil verilməsi xahiş edilmişdir.
8. İddiaçı tərəfindən Cavabdeh MMC-nin təmsilçisi Şıxı Şıxıyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə İddiaçı Şahid2 avtomobili xx.xx.2023-cü il tarixdə ondan aldığını, sonradan bu avtomobili idarə etmək üçün Cavabdeh MMC-nin onunla razılaşmadan X3 etibarnamə verdiyini bildirərək aralarında bağlanmış müqavilənin şərtlərini əməl edilməsini Cavabdeh MMC-dən tələb etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış, avtomobilinin lizinqinə dair xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərindən irəli gələn öhdəliklərə əsasən, **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilinin yenidən İddiaçı sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 ilə xx.xx.2023- cü il tarixdə, Bakı şəhərində Cavabdeh MMC–də avtonəqliyyat lizinqinə dair **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili öhdəlik ötürülməsi ilə lizinq etmişlər. Müqaviləyə əsasən öhdəlik ötürən X4q borcu 34.192,23 manat idi və İddiaçı müqavilə əsasında həmin qalıq borcun ödənilməsini də öhdəlik götürdü. Cavabdeh MMC nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsini (BB312805) İddiaçı təhvil vermişdir. Eyni zamanda, müqaviləyə uyğun olaraq onun üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 1.821 manat ödənişləri üçün müqaviləyə əlavə olaraq 01 saylı cədvəl aldı. Bundan sonra hər ay İddiaçı 1.825 manat pul ödəməyə başladı. Bu günədək 9.125 manat cavabdehə ödəniş etmişdir. Sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etmişdir. Bütün ödənişlərini “Muğanban”kın Bərdə filialından həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə maşında ciddi nasazlıq ortaya çıxdığından maşını İddiaçı lizinq etibnaməsi ilə (etibarnamə Anar Xramovun adına idi) satan Şahid2 (**********) zəng edərək maşının mühərrikində problem olduğunu dedi, Rəşad ona dedi ki, maşını gətir təhvil ver maşını satsın pulunu verəcək. Şahid2 xx.xx.2023-cü il tarixdə maşını iddiaçıdan aldı apardı, ancaq sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının telefonuna radar cəriməsi gələndə bəlli oldu ki, cavabdeh iddiaçı ilə razılaşmadan, tanımadığı X1 adına sürmək üçün etibarnamə veribdir. Maşında yaranmış nasazlıqlarla bağlı təbii ki, onu təmir etdirmək kimi məsələləri özünün həyata keçirməyi lizinq münasibətlərinin şərtlərindən irəli gəldiyi üçün iddiaçı Rəşada maşını təmiri məqsədi ilə vermiş, alqı-satqı niyyəti ilə deyil. Bundan sonra iddiaçı cavabdeh ilə əlaqə saxladı. MMC əməkdaşı X8 ona bildirdi ki, onlar istənilən adama sürmək üçün etibarnamə verə bilər. İddiaçı müqavilə öhdəliyini pozan heç bir hərəkət və ya hərəkətisizlik etməmişdir. 2023-cü ilə qədər 9.125 manat pul ödəmişdir. Cavabdehin əməkdaşı Çingiz adlı şəxs ona məlumat verdi ki, maşın onlardadır, ya gəl qalan 38.400 manatı ödə maşını götür, ya da maşını başqasına verəcək. İddiaçı müqavilədə cavabdeh tərəfindən müəyyən edilmiş şərtlərlə əməl edilməsini tələb etmişdir. İddiaçı maşına görə Şahid2 24.000 min manat ödəmişdir. 10.000 min manat pulu da Şahid2 nağd vermişdir. 14.000 min manata dair də Rəşadla maşın üçün borc müqaviləsi bağlamışlar. Bu gün iddiaçı Şahid2 8.000 min manat pul ödəməlidir. Rəşadla cavabdeh gedib maşını lizinq etdirərkən cavabdeh bu prosesləri bilirdi. İndi avtomobilin iddiaçıya qaytarılmaması ciddi maliyyə problemləri yaradır və eyni zamanda onun üçün mənəvi sarsıntıya səbəb olur. Müqaviləyə əsasən cavabdeh müqavilə şərtlərini yerinə yetirmir və bu iddiaçıya ciddi maddi vəziyyət problemləri yaradır. Çünki o, bu günə qədər 9.125 manat pul ödəmişdir.
11. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, avtonəqliyyat vasitəsini öz razılığı ilə Şahid2 təmir üçün verilmişdir. Lakin sonradan bu nəqliyyat vasitəsi cavabdeh tərəfindən başqa şəxsə lizinqə verilmişdir və nəqliyyat vasitəsinin ona geri qaytarılması üçün həmin şəxs avtomobilə çəkdiyi 14.000 manat xərci ondan tələb etmişdir. İddiaçı isə bu məbləğlə razılaşmamış və hər hansı təmir xərci çəkildiyi halda bu məbləğinin az olacağını və təmiri etmiş şəxslə razılığa gələ biləcəyini bildirmişdir. Lakin müsbət cavab almamışdır.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili bildirmişdir ki, avtomaşın müqavilə üzrə Anar Xramova verilsə də, faktiki olaraq avtomaşına sahibliyi və lizinq ödənişlərini Şahid2 etmiş, məhz bu məqsədlə cavabdeh MMC tərəfindən əvvəlki dövrlərdə avtmomaşını idarəetmə ilə bağlı həmin şəxsə müvafiq dövrlərdə etibarnamə verilmişdir. Qarşılıqlı razılaşma əsasında İddiaçı avtomobilin ilikin lizinqi üzrə aparılmış bütün ödənişləri qazancı ilə birlikdə 24.000 manat hesablanmaqla Şahid2 ödəmiş, bununla əlaqədar ödənilməmiş 13.600 manat məbləğlə bağlı iddiaçı ilə Şahid2 arasında xx.xx.2022-ci ildə Bakı şəhəri 32 saylı Notariat Ofisində borc müqaviləsi bağlanılmışdır. Sonrakı dövrdə iddiaçı mübahisə predmeti olan avtomobilin lizinq ödənişlərini vaxtıvaxtında icra etmiş, sonuncu ödəniş xx.xx.2023-cü ildə həyata keçirilmişdir. İddiaçı avtomobilin motor sistemində yaranmış nasazlıqla əlaqədar Şahid2 iradını bildirmiş, avtomaşın təmirdə olarkan iddiaçının məlumatı olmadan qaçırılmış və sonradan lizinq verən MMC-də peyda olmuşdur. Hətta iddiaçı avtomobilin təmirdə olması və əvvəlki sürücü Şahid2 etibarnamə verilməməsi barədə lizinq şirkətinə məlumat vermiş, lizinq şirkətinin əməkdaşı bu barədə problem olmayacağını bildirmişdir. Məhz avtomobilin təmir yerindən oğurlanması barədə iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etmiş, onun müxtəlif orqanlara şikayət etdiyini görən lizinq şirkəti avtomobilin şirkətdə olduğunu, guya ki, maşında quraşdırlmış GPS sistemin söndürüldüyünü, söndürülmənin müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsas olduğunu bildirmiş və növbəti ödənişlərin icra edilməsinə maneçilik yaratmışdır. Hesab edir ki, cavabdeh lizinq şirkətinin əməkdaşları planlı şəkildə maşının əvəllki sürücüsü Şahid2 ilə əlbir olub, iddiaçının istifadəsində olan avtomobili əlindən almışlar. İnandırıcı deyil ki, iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etdiyi dövrdə, polis əməkdaşları maşını tapa bilmədiyi halda, lizinq şirkətini işçiləri GPS sistemi söndürülmüş maşını yerini polis əməkdaşlarından əvvəl müəyyən edə bilirlər.
13. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili bildirmişdir ki, avtomobil MMC tərəfindən iddiaçıdan deyil, üçüncü şəxsdən götürülmüşdür. İddiaçı özü bu avtomobili üçüncü şəxslərə vermişdir ki, bu hərəkəti etmək müqavilə ilə iddiaçıya qadağan edilmişdir. Avtomobil MMC-nin mülkiyyəti olduğundan həmin mülkiyyət üzərində sərbəst sərəncam verə bilər.
14. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Avtomobili satmaq üçün Şahid2 vermişlər, o da avtomobili Elçin adlı şəxsə satmışdır. Lakin satış qiymətindən narazı qaldıqlarından Elçinlə əlaqə saxlayaraq avtomobili ondan götürmək istədiklərini bildirmişlər. O isə avtomobili qaytarmamışdır. Belə olduqda Cavabdeh MMC ilə əlaqə saxlayaraq onlara bu barədə məlumat vermişlər. Cavabdeh MMC avtomobilin kimdə olduğunu barədə məlumatlı olduqlarını bildirmiş və avtomobilin təmirə verildiyini qeyd etmişlər. Hazırda avtomobil Cavabdeh MMC tərəfindən başqa şəxsə verilmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3214/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilin (hazırda **-YY-*** dövlət qeydiyyat nömrəsi) Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Bu mülki hüquq münasibətlərinin məzmunu tərəflərin müqavilə üzrə öz üzərlərinə götürdükləri hüquq və vəzifələrdən ibarətdir. Belə ki, müqaviləyə əsasən Cavabdeh MMC **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili İddiaçı istifadəsinə verir, İddiaçı isə razılaşdırılmış məbləğdə və tarixlərdə ödənişlər edir. İddiaçı müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etmişdir. Buna baxmayaraq avtomobil onun istifadəsindən alınmış və bir daha onun istifadəsinə geri qaytarılmamışdır.
17. İddiaçı özü də avtomobilin Şahid2 öz razılığı əsasında verildiyini bildirsə də, bunu nasaz vəziyyətdə olan avtomobili təmir etmək üçün etdiyini bildirir. Cavabdehin nümayəndəsi isə avtomobilin onlarda olmadığını, avtomobilin iddiaçı tərəfindən könüllü olaraq üçüncü şəxsə təqdim edilməsini əsas gətirir.
18. Məhkəmə qeyd etmişdir ki, mülki işin araşdırılması üçün avtomobilin iddiaçı tərəfindən könüllü olaraq bu avtomobilin idarə edilməsinə dair etibarnaməsi olan üçüncü şəxsə verilməsindən daha çox cavabdehin iddia tələbləri üzrə məsuliyyətinin olubolmaması müəyyən edilməlidir. Bu halın araşdırılması üçün məhkəmə tərəfindən sorğular verilmiş, əldə edilmiş sübutlardan avtomobilin iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonraki tarixlərdə cavabdehin faktiki sahibliyində olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətləri barədə məlumatların kömpyuter çıxarışından görünür ki, **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilə dair xx.xx.2023-cü il tarixdə yeni dublikatın alınması əsası ilə yeni 10YY801 dövlət qeydiyyat nömrəsi verilməklə Cavabdeh MMC-yə BB458809 nömrəli yeni şəhadətnamə verilmişdir.
19. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəmə baxış iclasında avtomobilin Cavabdeh MMC tərəfindən üçüncü şəxslərdən geri götürərək başqa şəxsin istifadəsinə verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi avtomobilin Cavabdeh MMC tərəfindən geri götürülməsinə əsas olaraq iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməməsini göstərmişdir. Halbuki, iş materiallarında olan ödəniş qəbzlərindən iddiaçı tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında və lazımi qaydada edildiyi aydın görünür.
20. Məhəkəmə hesab etmişdir ki, iş materialları ilə **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilin iddia ərizəsi məhkəməyə verildikdən sonra Cavabdeh MMC-də olması sübuta yetirildiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
21. Müqavilə üzrə Cavabdeh MMC avomobili lizinq alanın məhz istifadəsinə vermişdir, müqavilənin müddəti bitmədiyindən əşya lizinq alanın mülkiyyətinə keçməmişdir. Belə olan halda, Cavabdeh MMC məhz əşyanı lizinq alanın istifadəsinə vermək öhdəliyini pozmuşdur. Bu səbəbdən də, avtomobil iddiaçının sahibliyinə verilə bilməz.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, **-JO-*** dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobil cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 399.1, 425.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinə Əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) 6-cı bəndinə əsasən "Öhdəlik götürən" iddiaçı qəbul etdiyi hüquq və öhdəlikləri "Lizinq verən"in razılığı ilə üçüncü şəxsə verə bilər. İddiaçı tərəf öz izahatında bildirmişdir ki, nəqliyyat vasitəsini üçüncü şəxsə verib, daha sonra nəqliyyat vasitəsi harada olması barədə məlumatı olmayıb, nəqliyyat vasitəsinin GPS avadanlığı söndürülmüşdür. Hesab edir ki, bu kimi hallar xx.xx.2023-cü il tarixli 125 saylı Daxili Lizinq müqaviləsinə Əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) müddəalarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə və Daxili Lizinq müqaviləsinin müddəalarına əsasən, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı tərəfindən konkret olaraq hansı öhdəliklərinin icra edilməməsi və müqavilənin hansı bəndinin pozulmasını göstərməmişdir. Cavabdehin iddiaçıya rəsmi qaydada xəbərdalığı da mövcud deyil. İddiaçı avtomobildə olan nasazlıqla bağlı Şahid2 ilə aralarında danışıqlar aparmış, bu zaman iddiaçının istifadəsində olan avtomobil qanunsuz olaraq aparıldığına görə, iddiaçı dərhal hüquq-mühafizə orqanlarına, o cümlədən lizinq verənə müraciət etmiş, bu barədə ona köməklik göstərilməsini və qanun pozuntusunu törətmiş şəxslərin cəzalandırılmasını tələb etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirdi ki, iddiaçı və şahidin ifadələrində ziddiyətlər mövcuddur. Hesab edir ki, iddiaçı tərəfindən müqavilə şərtləri pozulmuşdur. Birinci instansiya məhkəməsinə video görüntü təqdim etmişlər. İddiaçı Elçin adlı şəxslə avtomobilin əvəzləşdirilməsi barədə razılaşmışlar. İddiaçı avtomobilinin harada olmasını bilmirdi. Ödənişləri digər şəxs etməyə başlamışdır. Onlar da iddiaçı ilə aralarında razılıq olduğunu, əlavə təmir xərcləri çəkdiyini bildirirlər. Avtomobili digər şəxsin adına rəsmiləşdirməmişlər. Müqaviləni birtərəfli qaydada ləğv etmək cavabdehin müstəsna hüququdur. İddiaçı mülkiyyətçinin hüquqlarını pozmuşdur. İddiaçının niyyəti avtomobili başqa şəxsə vermək olmuşdur. Üçüncü şəxs tərəfindən ödənişlər olunduğu üçün avtomobili ondan götürməmişlər.
28. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmunlarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və həmçinin bildirdi ki, Rəşad, cavabdeh lizinq şirkəti və Elçin adlı şəxs əlbir olaraq avtomobili qanunsuz olaraq iddiaçının istifadəsindən almışlar. İddiaçıya başqa avtomobil təklif edilmişdir ki, şikayətlər etməsin. İddiaçının icazəsi olmadan avtomobilin vinilini sökmüşlər, izi itirmək üçün nömrəsini dəyişmişlər. Avtomobilin texniki pasportu iddiaçıda ola-ola itmiş adı ilə yenisini almışlar. Cavabdehin lizinq müqaviləsinə birtərəfli xitam verilməsi barədə hər hansı sənədi yoxdur.
29. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirdi ki, onun avtomobili satmaq niyyəti olmamış, qardaşının belə fikri olmuşdur. Avtomobilin mühərrikində nasazlıq olduğu üçün Rəşada vermişdir. Elçin adlı şəxslə aralarında hər hansı avtomobilin alqı-satqısı və ya dəyişdirilməsi barədə münasibətləri olmamışdır. Avtomobilin ortalığa çıxarılması üçün Elçinlə görüşmüş və video çəkiliş olmuşdur.
30. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, o, avtosalon işlədir. Mübahisə predmeti olan avtomobili ondan alıb başqa şəxslərə satmışlar. Rəşad ona bildirdi ki, avtomobilin mühərriki yığılmalıdır, iddiaçı avtomobili istəmir, iddiaçının ona 8.000 manat borcu var, avtomobilin əvəzində həm Rəşada pulu versin, həm də iddiaçıya başqa avtomobil versin. O, razılaşmışdır. Salonunda “Hyundai” markalı avtomobil var idi, həmin avtomobil ilə dəyişəcəyini bildirdi. Avtomobilin təmirinə lizinq ödənişlərindən əlavə 14.000 manat xərc çəkmişdir. O, iddiaçını tanımırdı. Rəşad ondan “Hyundai” markalı avtomobili götürdü və 3-4 gün avtomobil onda qaldı. Sonra Rəşad iddiaçının həmin avtomobili istəmədiyini bildirdi. Bir müddət sonra iddiaçının qardaşından ona zəng gəldi və başqa hansı maşınların olduğunu soruşdu. O, cavabında başqa maşınların da olduğunu bildirdi. Avtomobili təmir etdirdiyi dövrdə bankın problemli ödənişlər şöbəsinin nümayəndəsi gəlmişdir, avtomobilin ödənişlərinin gecikmədə olduğunu, ödənişləri etməyi, sonra hesablaşacağını bildirmişdir. Avtomobilin iki aylıq ödənişini etdi. Sonra iddiaçı salona gəldi və bununla bağlı video çəkiliş etdi. Ona “Toyota Prado” və “BMW” avtomobillərini göstərdi. İddiaçı ilə razılaşdığı avtomobil “BTB Bank”da idi. Bankın binasının 8-ci mərtəbəsində iddiaçıya evindən zəng gəldi və avtomobillərdən heç birini istəmədiyini, öz avtomobillini istədiyini bildirdi. O, iddiaçıya öz avtomobilini istəyirsə, təmirə çəkdiyi xərcləri və kredit ödənişlərini ödəməli olduğunu bildirdi. Bir müddət iddiaçıdan xəbər çıxmadı. O, avtomobilin ödənişlərini hər ay ödəməyə davam edirdi. Cavabdeh tərəfindən ona etibarnamə verilmişdir. O, avtomobilə 14 ay ödəniş etmişdir, mühərrikini təmir etmiş, avtomobili ümumi rənglətdirmişdir. İddiaçının qardaşı zəng edəndə ondan mühərrikin təmirini soruşdu, o isə cavabında mühərriki yığdırmağını bildirdi.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı işdə iddia qismən təmin olundugundan və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
37. İşdən müəyyən olunur ki, lizinq verən Cavabdeh MMC ilə lizinq alan X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 125 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq verən buraxılış ili 2011 olan “Mercedes Benz CLS 63 AMG markali nəqliyyat vasitəsini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürür.
38. xx.xx.2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən lizinq alan və öhdəlik ötürən X12 125 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini öhdəlik götürən hazırki iş üzrə iddiaçıya ötürmüşdür.
39. İddiaçı müqavilə üzrə 5 ay ödəniş etdikdən sonra avtomobilin mühərrikində nasazlıq yarandığından satış üçün Şahid2 vermiş, bununla da lizinq müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur.
40. İddiaçı bunu inkar etsə də, iş üzrə şahid qismində ifadə vermiş onun qardaşı X9 ifadəsində bildirmişdir ki, avtomobili satmaq üçün Şahid2 vermişlər, o da avtomobili Elçin adlı şəxsə satmışdır. İddiaçı iddia ərizəsində də göstərmişdir ki, o, avtomobili ona satan Şahid2 zəng edərək maşının mühərrikində problem olduğunu bildirmiş, Rəşad ona maşını gətirib təhvil verilməsini, avtomobili satıb pulunu verəcəyini bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərdən də müəyyən edilir ki, iddiaçı ilə hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 arasında lizinq obyektinin digər avtomobil ilə dəyişdirilməsi barədə razılıq əldə edilmişdir.
41. Halbuki, iddiaçının cavabdehlə bağladığı müqavilə üzrə lizinq obyektinin cari və əsaslı təmirini öz hesabına həyata keçirmək (maddə 4.2.6), cavabdehin yazılı razılığı olmadan lizinq obyektini digər şəxslərin istifadəsinə verməmək (maddə 4.2.8) vəzifələri vardır.
42. İşdən həmçinin müəyyən edilir ki, üçüncü şəxs lizinq obyektinin əsaslı təmirini və müqavilədə nəzərdə tutulan aylıq ödənişləri həyata keçirmiş və hazırda da bunu edir, cavabdeh isə həmin ödənişləri qəbul edir, o cümlədən lizinq obyektinin idarə edilməsi üçün üçüncü şəxsə etibarnamə vermişdir.
43. Cavabdeh tərəflər arasında bağlanmış lizinq müqaviləsinin onun tərəfindən birtərəfli qaydada ləğv edildiyini bildirsə də, kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, sözügedən lizinq müqaviləsi ləğv edilməmiş, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə öhdəliklərini üçüncü şəxsə vermiş, üçüncü şəxs də müqavilə üzrə lizinq alanın öhdəlikləri icra etməyə başlamışdır. Cavabdeh isə iddiaçı ilə bağladığı müqavilə üzrə ödənişləri üçüncü şəxsdən qəbul etməklə və ona lizinq predmetinin idarə edilməsi üçün etibarnamə verməklə iddiaçı tərəfindən öhdəliklərin üçüncü şəxsə verilməsinə faktiki olaraq razılığını ifadə etmişdir.
44. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı 5 ay müqavilə üzrə cavabdehə ödənişlər etdiyinə istinad etsə də, qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən həmin məbləğ lizinq obyektindən istifadəyə görə ödənilmiş muzd olmuşdur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3214/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməsi və nəqliyyat vasitəsinin lizinq alana qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.