Məhkəmə qərarları › İş №2(103)-2384/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2384/2021

11.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2384/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz zəbt etdiyi topraq sahəsindən çıxarılması və orada tikilmiş daş hasarın cavabdehin hesabıına sökülməsi barədə qətnamə çıxarılmasını və başqasının torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə, yəni hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş çinayət əməlinin tərkibi mövcüd olduğu üçün, cavabdeh barəsində xüsusi qərardad çıxarıb Baş Pörokurora göndərilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və işə baxılması 11 mart 2021-ci il tarixə təyin olunmuşdur. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən “məhkəmə iclas protokoluna dair” qeydlər verdiyi üçün işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən “məhkəmə iclas protokoluna dair” qeydlərə baxıılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 274.1-ci maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 365, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Suraxanı Rayon Məhkəməsinin məhkəmə iclaslarının protokollarına verilmiş qeydlərə baxılması üçün mülki iş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar