Məhkəmə qərarları › İş №2(103)-2387/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2387/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2387/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı X10, Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı X10 cavabdehlər Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru F.Məlikova, Cavabdeh3 sədr müavini R.Cəlilova, Cavabdeh3 İstehsal Xidmət X5, İXMİM-nin baş direktoru M.İmanova və nümayəndəsi Ş.Muradova, Cavabdeh3 yanında DƏDRX-ə, X13 və Cavabdeh5 qarşı "mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, qanunsuz hərracın nəticələrinin ləğv edilməsi, çıxarışların ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2087/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X18 cavabdehlər Cavabdeh3 İstehsal və Xidmət X4 və vaş direktoru Məhəmməd İmanov və İXMİM-nin nümayəndəsi X14,Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilova, Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinnin direktoru Faiq Məlikova, Cavabdeh3 yanında Dövlət Reyestr Xidməti və onun rəisi, X19 və Cavabdeh5 qarşı "hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia (həcminin artırılması barədə) ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə çəkişməsi ərəfəsində qanunsuz hərrac nəticəsində və hərracın izini itirmək məqsədi ilə artırılaraq verilmiş çıxarışların ləğvi, xx.xx.2017-ci il tarixli, hərracın nəticəsinin ləğvi və Hərrac nəticəsində X13 verilmiş xx.xx.2017-ci il tarixli, № ******* çıxarışın ləğvi, Cavabdeh5 adına xx.xx.2018-ci il tarixli, №1249064 çıxarışın ləğvi,X11 adına verilmiş yeni xx.xx.2018 il tarixli, № 12464751 çıxarışın ləğvi, X11 və Cavabdeh5 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 10 (on) min manat kompensasiya ödəmələri barədə, qanuni mülkiyyətçi X10 adına ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, İXMİM-nin nümayəndəsi X12 xx.xx.2016-cı ildən başlayaraq məhkəmələrə qanun başlıqları ilə yalanları sintez edib, İşin mahiyyətini dəyişmək məqsədi ilə hazırki işlə əlaqəsi olmayan "işçi-işəgötürən” münasibətlərindən qanunsuz istifadə etdiyinə görə, məhkəmə prosesini qəsdən öz yalanları ilə uzadıb problemlər yaratdığına görə lazımı cəzasını alması üçün qərar qəbul edilməsini, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanov və DƏDRX-nin rəisinin istintaqa cəlb olunması barədə hüquq mühafizə orqanlarına göndərilinəsi barədə qərar qəbul edilməsini, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun və DƏDRX-nin və onun rəisinin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 (beş) milyon avro kompensasiya ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci intansiya məhkəməsində müəyyən olunmuşdur ki: 24 №-li, xx.xx.1999-cu il tarixli əmrin surətinə əsasən, Bakı şəhəri rayon Ticarət və X24 ləğv edilməsi, onların tabeliyində olan bütün müəssisə və obyektlər Dövlət Əmlak Komitəsinin İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyində verilməsi qərara alınmışdır (İ cild, səh.19); 161 M №-li, xx.xx.2015-ci il tarixli əmrin surətinə əsasən, Cavabdeh3 İstehsal və Xidmət X5nin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasının müdiri X17 müəssisə ləğv edildiyi üçün xx.xx.1999-cu il tarixdən tutduğu vəzifəsindən azad olunmuş hesab edilmişdir (İ cild, səh.21); Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5152/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, iddiaçı X10 Cavabdeh3 İstehsal Xidmət X3rşı əmrlərin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iş üzrə Cavabdeh3 İXMİM-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İ cild, səh.100); 28 M №li, xx.xx.2018-ci il tarixli əmrin surətinə əsasən, ƏMDK İXMİM-in tabeliyində olmuş, Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın müdiri X18 göstərilən mağazanın mülkiyyətçisi dəyişdiyi üçün xx.xx.2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir (İ cild,səh.130); Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1 (102)-351/2018 saylı Qərarına əsasən, iddiaçı X10 Cavabdeh3 İstehsal və Xidmət X3rşı hərəkətlərin qanunsuz hesab edilməsi, qeyri-yaşayış sahəsinə hüquqların tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə X2 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İ cild, səh.86); Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5500/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X10 Cavabdeh3 İstehsal və Xidmət X3rşı (X19, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 Bakı şəhər 1 saylı Ərazi İdarəsi, Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin dəyişdirilməsi, əmrin ləğv edilməsi, hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-4772/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2087/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İİ cild, səh.147); Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1 (102)-2232/2019 saylı Qərarına əsasən, iddiaçı X10 Cavabdeh3 İstehsal və Xidmət X4, Cavabdeh3, Cavabdeh4nə, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı hərracın nəticələrinin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iş üzrə iddiaçı X2 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 820/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (İİ cild, səh.163); xx.xx.2017-ci il tarixli, 3482 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən, alıcı X19 ilə satıcı Azərbaycan Respublikası Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə görə, müqavilənin predmetini alıcının AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 23/01 №-li protokola əsasən satın aldığı 47 saylı mağa təşkil edir. Satıcı satır, Alıcı isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 13, qapı 2,3 ünvanında yerləşən 47 saylı mağazanı hərracdan satış qiyməti ilə 100000 satın alır (İ cild,səh.63); xx.xx.2017-ci il tarixli 23/01 №-li hərrac protokolunun surətinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 13, qapı 2,3 ünvanında yerləşən 47 saylı mağaza 100000 manata X13 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satılmışdır (İ cild,səh.65); Cavabdeh3 Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin (qeydiyyat № 816) balansında olan daşınmaz dövlət əmlakı haqqında registerdən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 13, qapı 2,3 ünvanında yerləşən İXMİM-nin 47 saylı mağazası 9 mərtəbəli binadadır, 1988-ci il tarixdə istismara verilmiş ***-*******1 nömrə ilə, 328 №-li kodla balansda olan daşınmaz əmlakdır. 644.5 kv.m sahəsi olan yarımzirzəmi barəsində əqd bağlanmışdır (İ cild,səh.67); Cavabdeh3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 13, qapı 2,3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (47 saylı mağaza) qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir (İ cild,səh.161); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-270/2019 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh X18 tərəfindən edilən Cavabdeh5 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 13, qapı 2, 3 və X13 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 13, qapı 4 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun həyata keçirilməsinə dair maneələr aradan qaldırılmış, cavabdeh X18 qeyd edilən ünvanlarda yerləşən qeyri-yaşayış sahələrini boşaltmaqla, həmin qeyri-yaşayış sahələrindən çıxarılması, qətnamənin icrasının Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir (İ cild, səh.201); Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9415/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X10 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 270/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( İİ cild, səh.146); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə X10 cavabdehlər X13 və Cavabdeh5 qarşı “hərracın nəticəsinin ləğv edilməsi, mübahisəli əmlaka dair xüsusi mülkiyyət hüququ ilə bağlı çıxarışın verilməsi”nə dair qarşılıqlı iddia və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır ( İİ cild, səh.155). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2087/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X10 cavabdehlər Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru F.Məlikova, Cavabdeh3 sədr müavini R.Cəlilova, Cavabdeh3 İXMİM-nin baş direktoru M.İmanova və nümayəndəsi Ş.Muradova, Cavabdeh3 yanında DƏDRX-ə, X13 və Cavabdeh5 qarşı "mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, qanunsuz hərracın nəticələrinin ləğv edilməsi, çıxarışların ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddia tələbi təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 15.1, 20-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 416; xx.xx.2017-ci il tarixində qanuni mülkiyyətçisi olan kooperativ mülkiyyətin qanunsuz hərraca çıxarılması və qanunsuz keçirilmiş hərracın nəticəsinin ləğvi və Hərrac nəticəsində X13 qanunsuz verilmiş xx.xx.2017-ci il tarixli, № ******* çıxarışın ləğvi»nə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 78, 80, 81, 218, 220; "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; "İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X25 Məhkəməsinin presedentlərinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsi olan 47 saylı mağazanın müdiri X18 olmuş, həmin mağaza 24 №-li, xx.xx.1999-cu il tarixli əmrlə Bakı şəhəri rayon Ticarət və X24 ləğv edilməsi, onların tabeliyində olan bütün müəssisə və obyektlər Dövlət Əmlak Komitəsinin İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyində verilmişdir. 161 M №-li, xx.xx.2015-ci il tarixli əmrə əsasən, Cavabdeh3 İstehsal və Xidmət X5nin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasının müdiri X17 müəssisə ləğv edildiyi üçün xx.xx.1999-cu il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Daha sonra 28 M №-li, xx.xx.2018-ci il tarixli əmrinə əsasən, ƏMDK İXMİM-in tabeliyində olmuş, Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın müdiri X18 göstərilən mağazanın mülkiyyətçisi dəyişdiyi üçün xx.xx.2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir. Yekunda Cavabdeh3 İXMİM-nin balansında olmuşdur. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.1.4-cü maddəsinə uyğun olaraq hərrac vasitəsi ilə satılması ilə əlaqədar Sərəncama uyğun olaraq hərracda satılmasını təşkil edən "Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və qəzetdə elanlar vermişdir. Belə ki, Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Cavabdeh3 İstehsal və Xidmət X4 ünvanladığı xx xxxx 2017-ci il tarixli məktubunun surətinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin "Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli, 168 nömrəli sərəncamına əsasən komitənin mətbu orqanı olan "Mülkiyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərində keçirilmiş hərraclar alıcı olmaması səbəbindən baş tutmamışdır. Qeyd edilən obyekt xx.xx.2017-ci il tarixdə növbəti dəfə hərraca çıxarılaraq satılmışdır(digər məhkəmə qətnamələrində müəyyən edilmişdir) Beləliklə, xx.xx.2017-ci il tarixli 23/01 №-li hərrac protokoluna əsasən 47 saylı mağaza 100000 manata X13 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satılmışdır. Bununla bağlı xx.xx.2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, X19 ilə Cavabdeh5 arasında Bakı şəhəri, D yaşayış sahəsi 13, mərtəbə 1, qapı 2,3 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. (həmin müqavilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9415/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsinin iş materiallarında əksini tapmışdır) Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə və Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2016-cı tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4-cü bəndinə uyğun olaraq Cavabdeh3 Sədrinin xx.xx.2016-ci il tarixli 143 saylı "Kiçik Dövlət müəssisə və obyektlərinin istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” Sərəncam imzalamış, həmin Sərəncama uyğun olaraq bir çox daşınmaz əmlaklar, o cümlədən iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satışa çıxarılmış və sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda 100000 manat ödənilməklə X19 tərəfindən satın alınmışdır. mübahisəli əmlakın açıq hərracda satışa çıxarılması barədə hər dəfə kütləvi informasiya vasitələrində elanlar verilmişdir, üstəlik də iddiaçı hərrac keçirilərkən ondan məlumatlı olmuş və bu barədə məhkəmə proseslərində də dəfələrlə etiraf etmişdir. (belə ki, iddiaçı qeyd edirdi ki, əmlakın mülkiyyətçisi özüdür və bu səbəbdən də öz əmlakının satışı ilə bağlı keçirilən qanunsuz hərracda iştirak etməyi zəruri hesab etmirdi, çünki əmlakın satılmasına onun razılığı və icazəsi yox idi) Bu baxımdan da hərrac keçirilərkən onun aparılması qaydalarına riayət edilmiş, alıcı ilkin olaraq beh şəklində pul vəsaitini hesaba keçirmiş və nəticə etibarı ilə əmlakı 100 000 manat satın almış və həmin məbləği dövlət büdcəsinə köçürmüşdür. Beləliklə, iddiaçı hərrac barədə xəbərdar olunduğu üçün mübahisəli əmlakı satın almaqda iddiaçının üstünlük hüququnu həyata keçirməsinə hər hansı maneçilik törədilməmişdir. Çünki qeyriyaşayış sahəsi açıq hərraca çıxarılmış, bütün alıcılar üçün açıq olmuş və ən yüksək təklif edən şəxs tərəfindən satın alınmışdır. İddiaçının hərracın ləğvi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə mübahisələndirilən hərracın nəticələrinin ləğvi və hüquqi nəticəsi olan mübahisələndirilən Cavabdeh3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən X11 və Cavabdeh5 adlarına verilmiş çıxarışların ləğvi edilməsi və digər tələblər üzrə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. O cümlədən, iddiaçının “Qanuni mülkiyyətçi X10 adına ƏMDK yanında DƏDRx-dən mülkiyyət hüququnu təsdiq edən çıxarışının verilməsi” tələbinə münasibətdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4772/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsindən göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4772/2018 saylı qərardadı ilə iddiaçının “mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Cavabdeh3, İstehsalat və Xidmət X5nin, Hərracın Təşkili üzrə Auksion Mərkəzinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərlərinin "məhkəmə çəkişmələrində hakimlərə qanun başlıqları ilə yalanları sintez edib və s.” qanunsuz əməllərinə görə istintaqa cəlb edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə qeyd edilən qurumların rəhbərləri və hakimlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Bununla yanaşı məhkəmə, hakimlərin intizam və qanun pozuntularına qiymət verilməsi barədə iddiaçının tələbinin (vəsatətinin) qanunsuz və əsassız olduğunu qeyd edir. İddiaçı X18 cavabdehlərin sırasında dəyişiklik edərək apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli İŞ № 2(005)- 2087/2019 qətnaməsinin ləğvi barədə, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi,”D” y/s, Mənzil- Tikinti Kooperativinin 13 saylı binasının qeyri-yaşayış sahəsi olan 47 saylı mağazanın Qanuni mülkiyyətçisi X10 adma ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, məhkəmə çəkişməsi ərəfəsində və xx.xx.2017-cü il tarixində onun qanuni kooperativ mülkiyyətinin qanunsuz hərraca çıxarılması və qanunsuz keçirilmiş hərrac nəticəsində X13 qanunsuz verilmiş xx.xx.2017-ci il tarixli, № ******* çıxarışın ləğvi barədə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə saxta sənəd “ƏMR161M”-in ləğvi ilə Dadaşova tutduğu vəzifəsinə bərpa olunduqdan sonra, ƏMDK-nin məmurlarının hərracın izini itirmək məqsədi ilə verdikləri hər iki çıxarışın, Cavabdeh5 adına xx.xx.2018-cu il tarixli, №1249064 çıxarışın ləğvi barədə, X11 adına verilmiş yeni xx.xx.2018 il tarixli, № 12464751 çıxarışın ləğvi barədə, X11 və Cavabdeh5 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 10(on) min manat kompensasiya ödəmələri barədə, İXMİM-nin nümayəndəsi X12 xx.xx.2016-cı ildən başlayan məhkəmə çəkişmələrində İşin mahiyyətini dəyişmək üçün hazırki işlə əlaqəsi olmayan “işçi-işəgötürən” münasibətlərindən qanunsuz istifadə etdiyinə görə, məhkəmə prosesini qəsdən öz yalanları ilə uzadıb ona problemlər yaratdığına görə lazımı cəzasını alması üçün qərar qəbul edilməsini , ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanov və DƏDRX-nin rəisinin ictintaqa cəlb olunması barədə hüquq mühafizə orqanlarına göndərilməsi barədə qərardad qəbul edilməsini, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun və DƏDRX-nin və onun rəisinin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 (beş) milyon evro kompensasiya ödəmələri barədə, məhkəmə hakimlərinin intizam və qanun pozuntuları, barədə məlumatların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 416-cı maddəsinə; Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.7-ci bəndinə əsasən istinadən qeyd edilmişdir ki, əgər qanunvericilikdə ƏMDK-nin qərarı ilə özəlləşdirilən əmlakların siyahısında xüsusi kooperativ mülkiyyətlərin özəlləşdirilməsi haqqında ayrıca bir qanun varsa, yəni, İİ Dövlət Proqramının 2.3-cü maddəsinin 25-ci bəndi qanunvericilikdə yer alıbsa deməli, ƏMDK-nin kooperativ mülkiyyəti olan 47 saylı mağazanı dövlət mülkiyyətinə aid edib özəlləşdirməsi və hərraca çıxarması səlahiyyətləri olmayıb. Kooperativ mülkiyyət növü olan əmlaklar, qanunvericilikdə təsbit olunan qaydalara müvafiq olaraq özəlləşdirilməli idi. Kooperativ əmlakların özəlləşdirilməsi isə hüquqi varisinə çıxarış verilməsi ilə başa çatır. Bakı Apellyasiya Məhkəməsinin MK-dan bütün bu qaydaları nəzərə alıb, qanunsuz keçirilmiş hərracın nəticəsinin ləğv olunması, ona mülkiyyət haququnu təsdiq edən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ƏMDK-nin məmurlarının əmlakı ələ keçirib mənimsəmək məqsədləri olduğu üçün ilk növbədə hüquqi varisi aradan götürmək üçün cinayətə əl atıblar; inzibati akta müdaxilə ediblər, inzibati aktda “müəssisənin ləğvi”ni uydurublar. Uydurduqları müəssisənin ləğvini əsas göstərib saxta sənəd ƏMR161M -i tərtib ediblər. Bu saxta sənədin tərtib edilməsi də xx.xx.1995-ci ildən yaranmış hüquqi varisliyə = mülkiyyət hüququna dəlalət etmirdi. Lakin, ƏMDK-nin məmurları qanunları pozmuş, öz vəzifə səlahiyyətlərindən sui istifadə etmiş, öz vəzifə səlahiyyətlərini aşmış, “işçilərin sayı yoxdur”, “kreditor borcu 1096 manat “ yalan məlumatlar yazıb cinayət yolu ilə hüquqi varisin kooperativ mülkiyyətini hərraca çıxarmışdılar. Vəzifədən sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilir. Vəzifəli şəxsin xidməti vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda, vəzifə səlahiyyətlərini aşma cinayəti hesab edilir. xx.xx.1999-cu ildə yaradılmış ƏMDK İXMİM-nin, onun xx.xx.1995-ci ildən hüquqi varisi olduğu kooperativ mülkiyyətini hərraca çıxarmaq səlahiyyəti heç vaxt olmayıb. Yəni ƏMDK-nin məmurlarının saxta sənəd ƏMR161M-İ tərtib etmələri də onun kooperativ əmlakının hərraca çıxarmalarına yol vermirdi. ƏMDK-nin məmurlarının saxta sənəd ƏMR161M-İ tərtib etməkdə məqsədləri, onun qanuni mülkiyyətində saxta “mülkiyyətçi” yaratmaq və həmin saxta mülkiyyətçiyə verdikləri çıxarışdan mənimsəmə məqsədləri üçün istifadə etmək olub. Öz məqsədlərinə çatmaq üçün cinayətə əl atıblar. Çünki, ƏMDK-nin məmurları saxta sənəd ƏMR161M-İ tərtib etdikləri üçün, “işçilərin sayı yoxdur” və “kreditor borcu 1096 manat” yalanlarını yazıblar. Qanunvericilik yol vermədiyi halda onun kooperativ mülkiyyətini qanunsuz hərraca çıxarıblar. Onun əmlakında saxta mülkiyyətçi yaradıblar. Saxta sənəd ƏMR161M ləğv olunub “Qanunsuz hərrac nəticəsində “mülkiyyətçi”yə verilmiş çıxarış isə qanunsuz olaraq ləğv etməyib. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-dan qanunsuz keçirilmiş hərracın nəticəsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ƏMDK-nin məmurları qanunsuz hərraca çıxardıqları kooperativ mülkiyyətinə xx.xx.2017-ci il tarixində X11 adına çıxarış verəndən sonra, Ali Məhkəmənin MK-sı qərar qəbul etdi ki, iddiaçı X18 iddia müddətini ötürməyib, yəni əlində xx.xx.2015-ci il tarixində notariusda təsdiq etdirdiyi Əmək Kitabçasının surəti var. Məsələ burasındadır ki, Əmək Kitabçasının xx.xx.2015-ci il tarixində notariusda təsdiqi əvvəlki instansiya məhkəmələrinə də verilmişdi. Bu sənədin varlığı sübut edirdi ki, ƏMR161M saxtadır və həm də xx.xx.2015-ci il tarixli deyil. Məhkəmə hakimləri ona qarşı haqqsızlıq etmişdilər. “İddia müddətini ötürmüsən” yazıb qətnamələr tərtib etmişdilər. Əslində, Balans saxlayıcı vəzifəsini icra edən İXMİM-i, onun əmlakını qanunsuz hərraca çıxarıldığını ƏMDK-nin E-portalında görəndən sonra, əsas tələb etdiyi 10 gün müddətində ƏMDK-nin məmurları birlikdə ƏMR161M-İ tərtib etmişdilər. Saxta ƏMR161M-İ Faiq Məlikov imzalamışdı. Faiq Məlikov uzun müddət İXMİM-nin baş direktoru olduğu üçün 47 saylı mağazanın hüquqi varisinin X10 olduğunu və bu əmlakın hərraca çıxarmaq səlahiyyətlərinin olmadığını və yalan məlumatlar yazıb hərraca çıxardığını yaxşı bilirdi. Məhəmməd İmanov isə həmin ƏMR161M-İ məqsədli şəkildə “iddia müddətini ötürmüsən“ böhtanını boynuna qoymaq üçün, köhnə tarixə xx.xx.2015-ci il tarixinə qeydiyyata salmışdı. Müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin Proqramın 4.2.1-ci bəndinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsas iş yeri həmin müəssisədə olan işçilərə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş verinə qayıtmaq hüququ olan şəxslərə özəlləşdirilən müəssisədə 7 ildən çox çalışan və həmin müəssisədən təqaüdə çıxmış işçilərə, 1995-ci il 1 yanvar tarixindən işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərə özəlləşdirilmə zamanı dövlət əmlakının işçilərə güzəştli satışı nəzərdə tutulur. 47 saylı mağaza kooperativ mülkiyyəti olduğu üçün özəlləşdirilməsi hüquqi varisinə çıxarış verilməsi ilə başa çatır. Dadaşovanın hüquqi varisliyi qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.1995-ci il tarixindən müəyyən edilmişdir. Dövlət müıssisələrinin özəlləşdirilməsi haqqında Dövlət Proqramında həm dövlət və həm də kooperativ mülkiyyətlərin özəlləşdirilməsi haqqında qanunlar yer almışdır. Yəni, İİ Dövlət Proqramının 2.3-ci maddəsinin 25-ci bəndi məhz kooperativ mülkiyyətlərə və onların hüquqi varislərinə aiddir. Bu qanun ƏMDK-nə «müəssisə ləğv olunanda hüquqi varisi müəyyən etmək mümkün olmasa əgər, o zaman həmin əmlakı hərraca çıxara bilərsən » deyir. Kooperativ mülkiyyəti olan 47 saylı mağaza adlı müəssisə heç vaxt ləğv olunmamış və qeyri-yaşayış sahəsi 32 il ərzində fasiləsiz olaraq hüquqi varis X1 olmuşdur. ƏMDK-nin kooperativ mülkiyyətə dövlətindir demək səlahiyyəti yoxdur. 47 saylı mağazanın hərraca çıxarılması qanun pozuntusudur. Quldurluqdur. ƏMDK-nin məmurları saxta sənəd ƏMR161M ilə məhz qeyriyaşayış sahəsinin hüquqi varisi olan N.Q.Dadaşovanı xx.xx.1999-cu il tarixindən tutduğu vəzifəsindən azad etmişdilər. Lakin N.Q.Dadaşovanın hüquqi varisliyi xx.xx.1995-ci il tarixindən yarandığına görə saxta ƏMR161M-in mövcudluğu da 47 saylı mağazanın hərraca çıxarılmasına yol vermirdi. Bir sözlə ƏMR161M-in Dadaşovanın mülkiyyət hüququna heç bir aidiyyatı olmayıb. Qanunvericilik bu əmlakın hərraca çıxarılmasına yol verməyib. Qadağa qoyub. xx.xx.2016-cı il tarixində e-portalda qanunvericilik yol vermədiyi halda əmlakının hərraca çıxarıldığını görmüş və məmurlardan əmlakını hansı əsasla hərraca çıxarmaları barədə əsas tələb etmişdir. Çünki, ƏMDK-nin məmurları ona əmlakının çıxarışını verməli idilər. Mülkyyət hüququnu tələb etdiyi üçün həmişə məmurların gözləri önündə olmuşdur. Yəni, qanun yalnız «hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş müəssisələrin əmlakının hərraca çıxarılmasına yol verir». ƏMDKnin məmurları öz vəzifə səlahiyyətlərini aşıb hüquqi varisi olan, 47 saylı mağaza adlı müəssisəni hərraca çıxarmaqla cinayət ediblər və Azərbaycan Respublikasının qanunlarını pozublar. Çünki, Dövlət Proqramları, İİ Dövlət Proqramının 2.3-cü maddəsinin 25 bəndi və həmçinin Konstitusiya, Hüquqi varisi olan kooperativ mülkiyyətin hərraca çıxarılmasına yol vermir. Fakt bundan ibarətdir ki, saxta sənəd ƏMR161M-in və həmçinin saxta sənəd ƏMR28M-in tərtib olunmasının 1995-ci ildən qanuni mülkiyyətçi Dadaşovanın xüsusi kooperativ hüququna dəxli dəlaləti olmayıb. Heç bir halda qanun, hüquqi varisi olan kooperativ mülkiyyət olan əmlakın hərraca çıxarılmasına yol verməyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, İŞ № 2(103)-2426/2018 qərardadı bir daha təsdiq edir ki, 47 saylı mağaza adlı müəssisə ümumiyyətlə heç vaxt ləğv olunmamışdır. Nəzərinizə çatdırıram ki, DƏK-in xx.xx.1999-cu il tarixli 24 saylı əmri inzibati aktdır. ƏMDK-nin məmurlarının həmin inzibati akta müdaxilə etməsi orada “müəssisənin ləğvi”ni uydurub öz mənimsəmə məqsədləri üçün istifadə etmələri də quldurluq faktıdır, cinayət əməlidir. Bakı Apellyasiya Məhkəməsinin MK-nm xx.xx.2018-ci il tarixli, İŞ № 2(103)-2426/2018 qətnaməsi ilə “ƏMDK İXMİM-nin xx xxxx 2015-ci il tarixli 161M saylı əmri ləğv edilməklə X18 həmin mərkəzin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunsun” qət edilmişdi. ƏMDK İXMİM-nin baş direktoru M.İmanov qətnamədən kassasiya şikayəti vermişdi. Kassasiya şikayətləri təmin edilməmişdi. Saxta sənəd ƏMRİ6İM ləğv olunub, amma saxta sənəd ƏMRİ6İM ilə yaratdıqları “mülkiyyətçi”nin çıxarışını ləğv etməyiblər. Deməli, X19 ƏMDKnin məmurları üçün muzdurluq etdiyi üçün onun çıxarışını ləğv etməyiblər. Əslində aydın görünür ki, heç bir real alıcı olmayıb. Bakı Apellyasiya Məhkəməsinin MK-nm xx.xx.2018ci il tarixli qətnaməsi ilə ƏMRİ6İM ləğv edildikdən sonra X13 qanunsuz keçirilmiş hərrac nəticəsində verdikləri çıxarışın ləğv edilməməsi məmurların cinayətidir və Beynəlxalq normalara ziddir. ƏMDK-nin yüksək vəzifəli məmurları haqq-ədalət prinsipinə əməl edən vicdanlı şəxslərdir. Əgər onların əmlak mənimsəmə məqsədləri olmayıbsa, Bəs onda bu şəxslərin; Müəssisənin ləğvini uydurmağa, Uydurduğu “müəssisə ləğvini əsas göstər saxta sənəd;ƏMR161M-İ tərtib etməyə, Hüquqi varisi gözləri önündə olan kooperativ mülkiyyəti yalan məliumatlar yazıb hüquqi varisi olan xüsusi mülkiyyəti hərraca çıxarmağa, Qanunvericilikdə; İİ Dövlət Proqramının 2.3 maddəsinin 25-ci bəndində ƏMDK-nin qərarı ilə özəlləşdirilən kooperativ mülkiyyətlər haqqında qanun olduğu halda, ƏMDK-nin öz rəsmi sənədi olan Registrdən Çıxarışı 47 saylı mağazanın kooperativ binanın qeyriyaşayış sahəsi olmasını təsdiq etdiyi halda, kooperativ mülkiyyətə dövlət əmlakı olub yalanını deməyə, Qanuni mülkiyyətçi və Balanssaxlayıcı münasibətlərini, işçi-işəgötürən münasibətləri ilə əvəz etməyə, Qanuni mülkiyyətçinin əmlakında saxta mülkiyyətçi yaratmağa nə vadar edib? Bu qədər qanunsuzluqları etmək ƏMDK-nin yüksək vəzifəli məmurlarına hansı məqsəd üçün lazım olub ? Məhkəmə iclasında iştirak edən cavabdeh ƏMDK yanında HTAM-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək iclasda bildirib ki, - qanuna əsasən siyahıda əmlak var. Hər həftə müvafiq sayda özəlləşmə sahələri hərraca çıxarılır. Bu əmlak da dövlət mülkiyyətində olan əmlakdır. Özəlləşdirilən dövlət əmlakının işçiləri olmuş şəxslərə əmlakın qiymətinin 15% i güzəşt olunur, (qiymətinin yox, əmlakın özünün 15% i güzəşt edilir.) Cavabdehin nümayəndəsi yalan danışır. ƏMDK-nin öz rəsmi sənədində 47 saylı mağaza kooperativ mülkiyyətidir yazılmışdır. Quldurluq yolu ilə tərtib etdikləri saxta sənəd ƏMR161M ləğv olunmuşdur. 47 saylı mağaza 32 il ərzində onun sərəncamında olmuşdur. Kooperativ mülkiyyətlərin özəlləşdirilməsi hüquqi varislərinə çıxarış verilməklə başa çatır. Məhkəmə hakimi guya nümayəndənin bu yalanlarını görmür, Saxta sənəd ƏMR161M-İ tərtib etdikləri və əmlakın hüquqi varisini qanunsuz tutduğu vəzifəsindən azad etdiklərini guya hakim görməyib, kooperativ əmlakı hərrac siyahısına salmaq səlahiyyətlərinin olmadığını guya görmür. Həmin saxta sənəd ƏMR161M-İ Faiq Məlikovun imzaladığını, bu saxta əmrlə 47 saylı mağazanın hüquqi varisinin qanunsuz tutduğu vəzifəsindən azad edildiyini və onun kooperativ mülkiyyətinin yalan məlumatlar “işçilərin sayı yoxdur”, “kreditor borcu 1096 manat” yazıb qanunsuz hərraca çıxaranın da Faiq Məlikov olduğunu və Faiq Məlikovun cinayətkar dəstənin üzvü olması faktını məhkəmə hakimi guya görmür və ya açıq-aşkar görmək istəmir. Bu cinayətləri edən cavabdeh HTAM-ın direktoru Faiq Məlikov özü qanunları pozub cinayət edibsə, onun nümayəndəsi hansı qanundan dəm vurur ?! O, heç vaxt əmlakını heç kəsə təhvil verməmişdir. ƏMDK-nin Reyestrdən çıxarışı deyir ki, 47 saylı mağaza Mənzil Tikinti Kooperativinin qeyri yaşayış sahəsidir. İİ Dövlət Proqramı isə Hüquqi varisi olan kooperativ mülkiyyətini hərraca çıxarılmasına yol vermir. Bir sözlə Qanunlar ƏMDK-nə 47 saylı mağaza adlı müəssisəni hərraca çıxarmaq səlahiyyətin yoxdur deyir. Məhkəmə hakimlərinin belə bir məsələyə verdiyi qiymət isə acınacaqlıdır. Qanunlarımıza hörmətsizlik və təhqirdir. Bəhanələr uydurub qeyri-obyektiv qətnamə çıxarmaqla, maxinasiyalar etməklə, Öz vəzifə səlahiyyətlərindən sui istifadə edən və öz vəzifə səlahiyyətlənini aşma cinayətlərinə don geyindirmək üçün yalanlardan ibarət nağıllardan istifadə edilmişdir. Halal mala haramlıq qatmaq iyrənc hərəkətdir. Aydın olur ki, Vətən torpaqları və vətəndaşların əmlakları, Azərbaycanda yüksək vəzifələrə təyin olunmuş ermənilərin əlində olduğu üçün sadə azərbaycan əsilli vətəndaşların əmlakları da işğala məruz qalır və erməni variantı ilə mənimsənilir. Əgər belə deyilsə bəs onda ƏMDK-nin cinayətkar məmur dəstəsi qanuni mülkiyyətçi ilə qanuni mülkiyyətçini tutduğu vəzifəsindən azad etmək səlahiyyəti olmayan Balanssaxlayıcının Saxta sənəd ƏMR161M-İ tərtib etməkdə hansı məqsədi güdüb ? Balans saxlayının qanuni mülkiyyətçi ilə münasibətləri hansı əsasla “işçi-işəgötürən” münasibətlərinə çevrilib? Belə erməni variantı öz haqqsızlıqlarına don geyindirmə metodlarının, uydurmalardan-yalanlardan istifadə etmə metodlarını 70 il ərzində çox görmüşdülər və nələrə qadir olduqlarını yaxşı bilirdi. Erməni daşnakları 70 il Azərbaycanda onlara “cigər-cigər” deyə-deyə həmişə azərbaycan millətinin əzib alçaltmaqla məşqul olublar, altdan-altdan soyadların dəyişib azərbaycanlıların malını yeyib, qanını sovurublar, Azərbaycanda Xocalı soyqırımını törədiblər. Öz etdikləri cinayətləri ört-basdır etmək üçün “erməni soyqırımı“ uydurmasını dünyaya car çəkiblər. Fakt isə budur ki, həmişə əzilən, soyqırıma məruz qalan azərbaycanlılar olublar. Azərbaycan torpaqlarını işğal edib, həyasızcasına elə əvvəldən onların olub deyiblər. Yüksək vəzifəli erməni millətindən olan məmurların vicdansızlığına görə, azərbaycanlılar həmişə haqsızlıqlara, represiyalara, işgəncələrə, soyqırımlara, məruz qalıblar. İş hansı həddə çatıb ki, onun 1988-ci ildən bu günə kimi sahibliyində olan kooperativ mülkiyyətinə həyasızcasına dövlətindir (əslində isə bizimdir) deyirlər. Əgər doğurdan da dövlət mülkiyyəti idisə, saxta sənəd ƏMR161M-İ tərtib etməyə nə ehtiyacı var idi. Hüquqi varis Dadaşovanı tutduğu vəzifəsindən azad etmək Faiq Məlikovun və digər məmurların nəyinə gərək idi. Əgər Dadaşovaya məxsus kooperativ mülkiyyəti olan 47 saylı mağaza adlı müəssisəni hərraca çıxarmaq səlahiyyətləri var idisə, hüquqi varisi niyə vəzifəsindən azad etmişdilər? xx.xx.2018-ci il tarixində ƏMR161M ləğv edildikdən sonra, məhz ƏMR161M-in sayəsində yaratdıqları “çıxarış” ı hansı əsasla ləğv etməyib, qüvvədə saxlamaqda məqsədləri nə olub ? Məhkəmə iclasında iştirak edən cavabdeh ƏMDK-nin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək bildirib ki, mübahisəli obyekt dövlət mülkiyyətində registrdə qeydiyyatdadır. Dövlət mülkiyyətində olan əmlaklar registrdə qeydiyyatda olur. Bu əmlak hərraca çıxarılarkən mağaza işçilərinə güzəştlər olunur. Lakin orada işçi olmayıb və bidiriş göndərilməyib. Hərrac zamanı əmlak satılıb. Alqı-satqı müqaviləsi bağlanılıb, sənədlər RX-nə göndərilib və çıxarış verilib. Bu hissədə münasibətdə hərrac tam qanuni keçirilib. Dövlət əmlakı reyestrdən çıxarışla, xüsusi mülkiyyətdə olma isə “kupça” deyilən müvafiq çıxarışla təsdiq olunur. Düşünür ki, mübahisəli əmlak Reyestrdən çıxarışa əsasən dövlət mülkiyyətində olub, xüsusi mülkiyyətdə olmasına dair iddiaçıda hər hansı sənəd yoxdur. Məhkəmədən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Cinayətkar məmur dəstəsinin nümayəndəsindən cəfəngiyyatdan başqa nə eşitmək olar? ƏMDK-nin nümayəndəsi yalan danışır, gopa basır! Bütün növ mülkiyyətlər dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərinin hamısı bir qayda olaraq Bakı şəhər X7 qeydiyyatdan keçir. Bu heç də 47 saylı mağazasının yerləşdiyi kooperativ mülkiyyətinə dövlət mülkiyyətidir demələrinə əsas vermir. Mənzil Tikinti Koperativlərinin inşa etdiyi binaların dövlət mülkiyyəti adlandırılması özü quldurluq faktıdır ! Bütün bu nağıllar; həmçinin “kupça” deyilən müvafiq sənədin olmaması ƏMDK-nə haqq vermir ki kooperativ mülkiyyətləri dövlət əmlakı adlandırsın, qanunları pozub hərraca çıxarsın və dolayısı ilə öz əlinə keçirsin və mənimsəsin! Yeni Günəşli qəsəbəsinin kiçikdən böyüyə, bütün sakinlər bilir ki, “D” yaşayış massivindəki bütün binalar Mənzil Tikinti Kooperativləridir. Fırıldaqçılıq etməklə məşqul olan ƏMDK-nin məmurlarının yalanlar uydurur və vicdansızlıqlar edirlər. Kooperativ mülkiyyəti ələ keçirmək üçün hər maxinasiya etməyə, hər yalan uydurmağa qadirdirlər. Fakt budur ki, ƏMDK-nin öz rəsmi sənədi olan Reyestrdən Çıxarışında «47 saylı mağaza Mənzil-Tikinti Kooperativinin qeyri yaşayış sahəsidir» yazılmışdır. Nümayəndənin, kooperativ mülkiyyətə dövlətindir deməsi gülüncdür. Məhkəmə hakimlərinin belə “gop”lardan istifadə etmələri qeyri-obyektiv qətnamə çıxarmaları isə acınacaqlıdır. Azərbaycan Respublikasının vətəndaşlarının alçaldılıb məhv edilməsinin əyani sübutudur. Saxta sənədlərin ləğv edilməsi barədə rəsmi sənədlər bütün məhkəmələrin hakimlərinə verilmişdir. Yəni, tutduğu vəzifədən azad etmələri barədə tərtib olunmuş saxta sənədlərin ləğv olunması barədə məhkəmə qətnamələri bütün məhkəmə hakimlərinə verilmişdir. Aydın görünür ki, saxtakarlıq, harınlıq məmurların və hakimlərin qanındadır. Əgər məhkəmə hakimləri də məmurların fırıldaqlarını təkrar edirsə, deməli ələ keçirdikləri “şikar”dan onlara da pay düşür. Hər bir halda padşahlıq edənlərdən maddi xeyr gükdükləri üçün onların vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma cinayətlərinə göz yumublar! Məhkəmə hakimi işin mahiyyətini bildiyi halda, uydurub yazır ki, ƏMRİ 61M-də yazılıb ki, müəssisə ləğv edildiyi üçün N.Q.Dadaşova xx.xx.1999-cu il tarixindən tutduğu vəzifəsindən azad edilmişdir. Amma yazmır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qərardadı ilə “müəssisənin ləğvi” ləğv edilmişdir, qətnaməsi ilə ƏMR161M ləğv olunmuşdur ? Ardınca yazır ki, iş materiallarında olan ƏMR28M-dən görünür ki, mülkiyyətçi dəyişdiyi üçün N.Q.Dadaşova xx.xx.2018-ci il tarixindən tutduğu vəzifəsindən azad olunmuş hesab edilmişdir. Amma yazmır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ƏMR28M-də ləğv olunmuşdur. ƏMDK-nin məmurlarının mülkiyyətçini dəyişmək səlahiyyətləri olmayıb, məhz qanun pozuntusu ilə Dadaşovanın xüsusi kooperativ mülkiyyətini hərraca çıxarıblar ! Qanuni mülkiyyətçini qanunsuz və cinayət yolu ilə yaratdıqları “mülkiyyətçi” ilə əvəz ediblər. Hakimin mülahizələri Absurtdur ! Hazırda saxta əmrlər ləğv olunmuşdur heç bir saxta sənəd mövcud deyil. İddiaçı X18 32 il sahibliyində olan öz kooperativ mülkiyyətində məskunlaşmışdır. Həmçinin saxta sənədlərin olmasının da onun mülkiyyət hüququna aidiyyatı olmamışdır. Nərimanov Rayon Məhkəməsinin hakiminin tərtib etdiyi qətnamədə saxta sənədləri ləğv olunmamış kimi göstətməkdə məqsədi nə olub? Həmçinin, saxta sənədləri ləğv olunmamış göstərməklə yanaşı qətnamədə göstərir ki, Dövlət Əmlakının Özəlləşdirilməsi Haqqında AR-sı Qanununun 5.2-ci maddəsinə əsasən, bu qanunun 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası, dövlət özəlləşmə paylarının (çeklərin) istifadə qaydası, özəlləşmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası, dövlət əmlakının haqqının ödənilməsi qaydası, müəssisə və obyektlərin özəlləşdirmə qabağı restrukturizasiyası və sağlamlaşdırılması, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivlərinə verilən güzəştlər, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər Dövlət Proqramında nəzərdə tutulur. Bu o demək deyil ki, məmurlar qanunları pozmaq hüququna malikdirlər. 47 saylı mağaza Dövlət Əmlakı deyil və bunların heç birinin onun kooperativ mülkiyyətinə aidiyyatı yoxdur! Qanunvericilikdə müəssisə və obyektlərin özəlləşdirmə qabağı restrukturizasiyası və sağlamlaşdırılması deyilir! Hər bir halda, saxta sənəd ƏMR161M-İ tərtib etmə, nə restrukturizasiya deyil, nə də sağlamlaşdırılma deyil, birbaşa cinayətdir! Faiq Məlikovun qanuni mülkiyyətçi X15 əmlakının çıxarışını vermədən onu tutduğu vəzifəsindən azad etmək səlahiyyəti olmayıb. Faiq Məlikov xx.xx.2015-ci ildə İXMİM-nin baş direktoru vəzifəsini icra edib və Balanssaxlayıcı olub. Faiq Məlikov AR-nın qanunlarını pozub, qanuni mülkiyyətində qanunsuz keçirdiyi hərrac nəticəsində saxta “mülkiyyətçi” yaradıb. Quldurluq edib ! Cinayət törədib ! Məhkəmə hakimində ƏMDK-nin rəsmi sənədi Reyestrdən Çıxarış olduğu halda, kooperativ mülkiyyətə dövlətindir deyib, yalanlar yazması intizam pozuntusudur. Məhkəmə hakimiyyəti üçün “pazor”dur. Bəs niyə maraqlı şəxs olan Dadaşovanın iddiası təmin edilməyib? Yalan məlumatlar yazıb keçirilmiş hərracın nəticəsini ləğv etməyib? Hansı tutarlı əsas tapdı və ya “padşahlar”ın hədiyyəsi nə oldu ki, maraqlı şəxsin haqlı iddiasını təmin etmədi? Axı kor-kor, gör-gör : ƏMDK-nin Saxta sənəd ; ƏMR161M-İ tərtib etmələri, hüquqi varisi tutduğu vəzifəsindən azad edib, məhz məhkəmə çəkişməsi ərəfəsində onun mülkiyyətində qanunsuz keçirdiyi hərrac nəticəsində saxta “mülkiyyətçi” yaratması faktı göz önündə idi. Həmçinin saxta ƏMR161M-in ləğv olunması hərracın nəticəsinin ləğvi üçün əsas idi! Hal-hazırda «ƏMR161M və ƏMR28M » məhkəmə qətnamələri ilə ləğv edilmişdir. Bu saxta sənədlərin tərtib olmasının onun xx.xx.1995-ci ildən yaranmış mülkiyyət hüququna dəxli, dəlaləti, aidiyyatı olmayıb. ƏMDK-nin məmurları və məhkəmə hakimləri bu saxta sənədlərdən məqsədli şəkildə qeyri-obyektiv qərarlar çıxarmaq üçün bəhanə kimi istifadə ediblər, Məmurlar birlikdə, öz muzdurlarından onun kooperativ mülkiyyətində saxta “mülkiyyətçi” düzəldiblər. Saxta mülkiyyətçilərdən muzdur kimi istifadə ediblər. Quldurluq ediblər, Cinayət törədiblər. Eyni zamanda saxta sənədlərin ƏMR161M və ƏMR28M-in ləğvi, Dadaşovanın 32 illik fasiləsiz əmək stajını, 32 illik fasiləsiz sahiblik hüququnu və xx.xx.1995-ci il tarixindən yaranan 25 (iyirmi beş) illik mülkiyyət hüququnu bir daha təsdiq və sübut edir. Fakt budur ki, qanunvericiliklə ona məxsus öz kooperativ mülkiyyətində məskunlaşmışdır. Əmlakını heç vaxt heç kəsə təhvil verməmiş və heç vaxt heç kəsə satmamışdır. X18 dövlət qulluqçusu olmaqla 32 il 47 saylı mağazanın müdiridir. Məhkəmə hakimlərinin işçi-işəgötürən münasibətlərindən istifadə etməsi “erməni” variantıdır. Erməni variantı ancaq erməni daşnaqlarının ağlına gələ bilər. Heç bir “işçi-işəgötürən” münasibətlərindən söhbət gedə bilməz. Çünki, bunun üçün əsas saxta sənədlər olub, hazırda saxta sənədlər yoxdur. Ləğv olunublar. ƏMDK-nin məmurları həmin saxta sənədlərlə, saxta mülkiyyətçilər yaradıblar. Öz vəzifə səlahiyyətlərindən sui istifadə ediblər, öz vəzifə səlahiyyətlərini aşıblar. Konstitusiya qanunlarına xəyanət ediblər. Məhkəmə hakimlərinin maxinasiyaları ilə çox üzləşdiyindən, lazımı sənədlərin gizlədilməsinin şahidi olduğuna görə Nərimanov rayon Məhkəməsindən xahiş etdi ki, məhkəmə iclaslarında təqdim etdiyi sənəd-sübutları və yazılı surətdə qoşma sənədlərlə rəsmi qaydada verdiyi bütün sənədləri apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilsin. 47 saylı mağaza adlı müəssisənin xx.xx.1995-ci ildən hüquqi varisi olduğuna görə kooperativ əmlak onun qanuni xüsusi mülkiyyətidir. Ona görə də ona əmlakının reyestrdən çıxarışı verilməsi barədə qətnamə qəbul edilməsini Apellyasiya Məhkəməsinin MK-dan xahiş etmişdir. Əgər ƏMDK- nin məmurları əmlakını ələ keçirmək məqsədləri olduğu üçün 20 il ona çıxarış verməyiblərsə, bu onların hərəkətsizliyinin nəticəsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadədir. Saxta sənəd tərtib etmələri, 20 il keçmişə səyahət edib inzibati akta müdaxilə etmələri, qanuni mülkiyyət hüququ olan hüquqi varisə çıxarış vermədən onu tutduğu vəzifəsindən azad etmələri, yalan məlumatlar yazıb, qanuni mülkiyyətçinin xüsusi kooperativ mülkiyyətini hərraca çıxarmaları, öz muzdurlarına qeyri-qanuni hərrac nəticəsində çıxarış verib saxta “mülkiyyəçi” yaratmaları öz vəzifə səlahiyyətlərini aşma cinayətidir. Saxta sənəd ləğv olunduqdan sonra həmin saxta sənəd nəticəsində yaratdıqları saxta “mülkiyyətçi”yə verdikləri çıxarışı ləğv etməməkdə məqsədləri, Saxta “mülkiyyətçi”dən əmlakını ələ keçirib mənimsəmək məqsədləri üçün istifadə etmək olmuşdur. Əsas məsələ isə bundan ibarətdir ki, ƏMDK-nin məmurları saxta sənədlər tərtib etsələr də, məhkəmə hakimləri ilə birlikdə hansı maxinasiyaları etmiş olsalar da, fakt öz faktlığında qalır ki, X18 xx.xx.1995-ci il tarixindən xüsusi mülkiyyət növü olan 47 saylı mağazanın hüquqi varisidir = qanuni mülkiyyətçisidir. Bakı Apellyasiya Məhkəməsinin MK-dan onun mülkiyyət hüququnu nəzərə alıb, qanunsuz keçirilmiş hərracın nəticəsinin ləğv olunması barədə, mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X18 cavabdehlər Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və baş direktoru F.Məlikova, Cavabdeh3nə və sədr müavini R.Cəlilova, Cavabdeh3 İXMİM və baş direktoru M.İmanova, Cavabdeh3 yanında DƏDRX-ə və rəisi H.Mustafayevə, X13 və Cavabdeh5 qarşı apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli İŞ № 2(005)-2087/2019 qətnaməsinin ləğvi barədə, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi,”D” y/s, Mənzil-Tikinti Kooperativinin 13 saylı binasının qeyri-yaşayış sahəsi olan 47 saylı mağazanın hüquqi varisi X10 adına ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hərracın nətcəsinin ləğvi barədə (yəni məhkəmə çəkişməsi ərəfəsində, xx.xx.2017-cü il tarixdə qanunsuz keçirilmiş hərrac nəticəsində X13 qanunsuz verilmiş xx.xx.2017-ci il tarixli, № ******* çıxarışın ləğvi barədə, hərrac nəticəsində verilmiş çıxarışla Cavabdeh5 adına xx.xx.2018-cu il tarixli, №1249064 çıxarışın və X11 adına verilmiş yeni xx.xx.2018 il tarixli, № 12464751 çıxarışın ləğvi barədə,X11 və Cavabdeh5 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 10(on) min manat kompensasiya ödəmələri barədə, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun və DƏDRX-nin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 (beş) milyon evro kompensasiya ödəmələri barədə, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun vasitəçilik edən nümayəndə Şəfa Muradovun və DƏDRX-nin rəisinin etdikləri qanunsuzluqlara görə istintaqa cəlb olunmaları barədə, intizam qaydalarını pozan məhkəmə hakimləri barədə məlumatların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X18 apellyasiya şikayətini və əlavələri müdafiə edərək, İnzibati-İqtisadi Məhkəməyə iddia ərizəsi verdiyini, lakin məhkəmə tərəfindən mümkünsüz sayıldığını, hüquqi varisi olan kooperativ əmlakın hərraca çıxarıla bilmədiyini, onun işdən azad edildiyi zaman saxta sənədlər əsasında hərracın keçirildiyini, 2016-cı il tarixdə saxta sənəd tərtib etdiklərini, Bakı şəhəri, D yaşayış sahəsi 13, mərtəbə 1, qapı 2,3 ünvanında yerləşən 47 saylı mağazanın kooperativ əmlak olduğunu, onun dövlət əmlakı olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, Bakı şəhəri, D yaşayış sahəsi 13, mərtəbə 1, qapı 2,3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət əmlakının reyestrindən keçdiyini və dövlətə məxsus əmlak kimi hərraca çıxarıldığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh3 sədr müavini R.Cəlilov, Cavabdeh3 İXMİM-nin baş direktoru M.İmanov və nümayəndəsi Ş.Muradov, Cavabdeh3 yanında DƏDRX, X11 və Cavabdeh5 iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: xx.xx.2018-ci il tarixli, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X19 və Cavabdeh5 arasında müqavilə bağlanmış, X19 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, ”D” y/s, 13 qapı 2; 3, 644.5 kv.m olan qeyri-yaşayış sahəsi 95000 manata satın almışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə müzakirə edən məhkəmə kollegiyası "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 15.1, 20-ci maddələrinə; Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.7 bəndinə; MMin 139-158, 414-416; MPM-in 13, 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac üzrə mübahisələndirilən hallar bilavasitə hərracın keçirilməsi prosedurunu deyil, hərraca çıxarılan zaman dövlət əmlakı kimi qeyd edilməsinə və əmlakın kooperativə məxsusluğu əsasında iddiaçının mülkiyyət hüquqlarının pozulmasına əsaslanır. Bu mənada və apellyasiya şikayəti üzrə verilən əlavə mülahizələrdən görünür ki, subyektiv hüquqla bağlı iddiaçı və cavabdeh məsələləri tələbdə düzgün müəyyən edilməmiş, mülki icraata aidiyyəti olmayan tələbin əsasını təşkil edən cinayət-hüquqi səciyyəli dəlillər müzakirəyə çıxarılmış və apellyasiya icraatı zamanı səlahiyyətlər baxımından buna fərqli qiymət verilməsi mümkün olmamışdır. Cavabdehlər şikayət vermədiyindən iddiaçının subyektiv hüququnun müzakirəsi obyektiv mənada yolverilməz olsa da prosessual mənada sadəcə diqqətə çatdırılmalıdır. Belə ki, iddiaçı əmlakın kooperativə aid olduğunu qeyd etmiş olsa da, özəlləşmə zamanında kooperativin cəlb edilməsinin hüquqi və faktiki sübutedici əsaslarını müzakirəyə təqdim etməmiş, habelə bu kooperativlərin mülki prosesə cəlb edilməsi üçün müvafiq prosessual hərəkətlərin edilməsinə əsas verən müraciətlər etməmişdir. Mübahisə edilən əmlakın Dövlət Əmlak Komitəsinin balansına keçməsi mübahisənin kökünü təşkil etsə də bu prosedurun mübahisələndirilməsi və mahiyyəti üzrə qiymət verilməsi müəyyən edilmir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır, lakin tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Beləliklə, əsaslandırılmış bəzi dəlillərin mövcudluğu müəyyən edilsə də tələb həddində mahiyyəti üzrə təqdim edilən iddianın baxış predmeti, tələbin əsası, tələbin yönəldiyi cavabdehlərin sırası və məhkəmələrin preyudisal əhəmiyyətli qərarları bu dəlillərin müzakirəsini yolverilməz edir. Qeyd edilənlərə görə apellyasiya şikayəti əsaslı sayıla bilməz, apellyasiya şikayəti rədd edilməli, dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci ödəyən şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı X10 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2087/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar