Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2387/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Qarabağ Qaziləri” ictimai Birliyinin sədri X12 və sədr müavini X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 11 sayllı Notariat Kontoru, Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi idarəsi və “Qarabağ Qaziləri” ictimai Birliyi cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə, Cavabdeh1 İddiaçı qarşı cavabdehin və qeyrilərinin qeyri-yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2021/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi (əlavə ilə) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov, Ağa Neymətulla küçəsi, 45 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsinə dair X6 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 3M-1125 nömrəli "İlkin müqavilə”nin və 4Ə-451 nömrəli "Alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 İddiaçı qarşı əmlakın boşaldılaraq təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı və qeyrilərinin onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasından çıxarılmaları və qeyriyaşayış binasının boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli "icraata başlamaq haqqında” qərardad (səh.7), Bakı şəhəri, Nərimanov, Ağa Neymətulla küçəsi, 45 saylı ünvanda yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçirilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surəti (səh.10), xx xxxxxx 2019-cu il tarixdə X6 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində verdiyi izahatı (səh.8), 3m-1125 nömrəli və 4ə-451 nömrəli notariat işlərinin təsdiq edilmiş surəti (səh.13), "Qanun üzrə vərəsəlik hüququ haqqında” xx xxxxxx 2020-ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (səh.117), "Alternativ” Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 357 nömrəli ekspert rəyi (səh.125), 7 dekabr 2018-ci il tarixli ödəniş tapşırığı (səh.187), Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-1577/2020 saylı qərardadı (səh.191), Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 6583/2019 saylı qərarı (səh.193), xx xxxxxx 2019-cu il tarixdə icarəyə verən İddiaçı ilə icarəyə götürən "OSPEC” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsi (səh.198), xx xxxxxx 2016-cı il tarixdə icarəyə verən İddiaçı ilə icarəçi "Qarabağ Qaziləri” İctimai Birliyi arasında bağlanmış icarə müqaviləsinin surəti (səh.218) sübut qismində təqdim edilmişdir . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-2021/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 manatı İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 152.1, 157.2, 377.1, 340, 354.1, 373.2; Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 77.1, 119.1, 149.2.3, 154.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov, Ağa Neymətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsinin satılmasına dair Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş X6 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və İddiaçı tərəfindən X4 verilmiş 200.000 manat məbləğində pulun X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X2 qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ dövlət reyestrində xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış və Bakı şəhəri 11 saylı Notariat Kontorunda, X7 (X6 əvəzinə) ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixdə mübahisəli qeyri- yaşayış binasının və torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə, daha sonra xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsinə əsasən "xxxx” ASC Binəqədi Filialı vasitəsi ilə Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusunun depozit hesabına cəmi 500000 manat məbləğində vəsait köçürülmüş, qeyd edilən müqaviləyə əsasən də 21165,38 manat məbləğində vergi tutulmuşdur. Həmin qeyri- yaşayış binası xx xxxxxx 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə X6 İcra və Probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tutmanın onun əmək pensiyasına yönəldilməsini xahiş etmiş, xx xxx 2019-cu il tarixdə isə ölmüşdür. xx xxxxxx 2016-cı il tarixdə İddiaçı ilə "Qarabağ Qaziləri” İctimai Birliyi arasında icarə müqaviləsi bağlanmış və mübahisəli qeyri-yaşayış binasının birinci mərtəbəsi sonuncuya öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı "OSPEC” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarə müqaviləsi bağlamış, mübahisəli qeyri-yaşayış binasının ücüncü mərtəbəsində yerləşən sahəni sonuncuya icarəyə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-2967/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı və qeyrilərinin Bakı şəhəri, Nərimanov, Ağa Neymətulla küçəsi, 45 saylı ünvanda yerləşən qeyri yaşayış binasından və binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasının boşaldılaraq iddiaçı Rəhman Hüseynova təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən cavabeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı, "Qarabağ Qaziləri” İB və Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi "qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və sair” tələblərin dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələrin uydurma əqd olmaqla formal olaraq bağlandığı iddia edilsə də, məhkəmə qeyd edir ki, həmin müqavilələr qanunvericiliyin imperativ normalarına əsasən rəsmiləşdirilmiş, müqavilə üzrə tərəflərin hüquqi nəticələr yaratmaq niyyətinin olmadığı isə iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə qətnaməsinin icrası mərhələsində məcburi icra tədbiri kimi üzərinə həbs qoyulmamış əmlaka dair borclu tərəfindən əqdlərin bağlanılması ilə bağlı qanunvericilikdə qadağa yoxdur. İddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasının faktiki olaraq iddiaçının istifadəsində olması etiraf edilmiş, habelə iddiaçı tərəfindən həmin əmlakın bir hissəsi Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra belə xx xxxxxx 2019-cu il tarixdə "OSPEC” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. İddiaçı mübahisəli qeyri-yaşayış binasına qanuni əsaslar olmadan sahiblik edir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə, ilkin iddia tələbinin təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətə Mülki Məcəllənin 340.1; Mülki Prosesual Məcəllənin 217, 384, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X6 qətnamənin icrası qaydasında qeyd olunan qeyri-yaşayış binasına və torpaq sahəsinə dair öz adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış aldıqdan dərhal sonra həmin əmlakı xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsəsən özgənikiləşdirmişdir. X2 həmin əmlakı özgənikiləşdirməkdə məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ödənilməli olan 200000 manat məbləğində pul vəsaitini ödəməkdən yayınmaq olmuşdur. X2 nağd pul vəsaiti olmadığından, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə tələb «İcra haqqında» Qanunun tələbinə uyğun olaraq qeyd olunan qeyri-vaşayış binasına yönəldiləcəkdir. X6 xx xxxxxx 2019-cu il tarixdə icra məmuruna verdiyi izahatında göstərmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ödənilməli olan 200000 manat məbləğində pul vəsaitini maddi durumu ağır alınası səbəbindən ödəyə bilmir. Halbuki, X6 həmin izahatı verməmişdən iki ay əvvəl mülkiyyətində olan qeyd olunan qeyri-yaşayış binasını 500000 manata satmışdır. Qeyd olunan xüsusatlar onun təsdiq edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsinin xx xxxxxx 2018-ci il tarixdə satılmasına dair olan alqı-satqı müqaviləsi uydurma əqd olmaqla formal olaraq bağlanmış və həmin müqavilənin bağlanılmasında məqsəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ona ödənilməli olan 200000 manat məbləğində pul vəsaitinin ödənilməsinin təmin etmək məqsədilə tələbin «İcra haqqında» Qanunun tələbinə uyğun olaraq qeyd olunan qeyri-yaşayış binasına yönəldilməsindən yayındırmaq məqsədi daşımışdır. Cavabdeh1 həqiqətən də həmin qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etsəydi, o zaman həmin əmlakın dərhal onun sahibliyinə və istifadəsinə verilməsini tələb etmiş olardı. Lakin Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasından bir il doqquz ay keçdikdən sonra qeyri-yaşayış sahəsinin boşaldılması tələbininə dair (tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra) məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan hallar bir daha onu təsdiq edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi uydurma əqddir və həmin müqavilənin bağlanılmasında əsas məqsəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ona ödənilməli olan 200000 manat məbləğində pul vəsaitini ödəməkdən yayınmaq olmuşdur. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hallara ümumiyyətlə münasibət bildirməmiş, bununla da iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, mülkiyyəti 2013-cü ildə aldığını, X2 2018-ci ildə rəhmətə getdiyini, rəhmətə getməmişdən əvvəl icrasnın onun pensiyasına yönəldilməsini xahiş etdiyini, Cavabdeh3 onun varisi olduğunu, əmlakın Məhbubənin bacısı olan Nabata, onu isə əri Hikmətə etibarnamə verilməklə satıldığını, Cavabdeh1 həqiqətən də həmin qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etdiyi halda alqı-satqı müqaviləsinin bağlanmasından bir il doqquz ay keçdikdən sonra qeyri-yaşayış sahəsinin boşaldılması tələbininə dair məhkəmədə iddia qaldırdığını bildirmiş və yeni sübutların təqdim edilməsi üçün məhkəmə kollegiyasının iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, tərəfin bildirdiklərinin yanlış olduğunu, iddiaçının bu məsələ ilə əlaqədar Cavabdeh3 qarşı ayrıca 200000 manat tələbinin olduğunu və bu işlə əlaqədar onun icraatının dayandırıldığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Qarabağ Qaziləri” ictimai Birliyinin sədr müavini X10 mənzilin birinci mərtəbəsinin iddiaçı tərəfindən X9 satıldığını, oranın öz vəsaitləri hesabına təmir edildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər 11 sayllı Noytariat Kontoru, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi idarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimat; İcra haqqında Azərbaycan Respublikası Qanununun 28,29, İcra məmuru haqqında Azərbaycan Respublikası Qanununun 7,Mülki Məcəllənin 139- 158, 324, 337-354, 385-388, 560, 1091-1097; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, iddianın (apellyasiya şikayətinin) dəlilləri və apellyasiya icraatı zamanı izahatda iddiaçı tərəfindən əsas gətirilən dəlillər fərqlidir və yeni sübutların araşdırılmasını tələb edir. Əlavə faktlar və yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Qeyd edilməlidir ki, başqa məhkəmə qərarının icra edilməsi mümkünsüzlüyü ilə bağlı verilmiş tələbin səbəbi icra məmuru tərəfindən vəzifələrinin düzgün yerinə yetirilməməsi olmuşdur. Halbuki icra məmuru öz vəzifələrinə müvafiq icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməli; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməli; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin etməlidir. Ona görə, ilk iddia üzrə iddiaçının mülki, cinayət və inzibati səciyyəli digər (o cümlədən fərqli əsaslar üzrə eyni) tələblər əsasında yenidən iddia irəli sürmək hüquqları istisna edilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2021/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2387/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2387/2021
15.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver