Məhkəmə qərarları › İş №2(103)-240/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-240/2025

13.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-240/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 39 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X25 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlunun, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X.Bağırovanın, Zenfira Məmmədovanın, Zəhra Məmmədovanın, Zərnitac Sadıxovanın, X75 nümayəndəsi və vəkili Vəkil5, Maraqlı şəxslər Maraqlı şəxs və İbrahim Məmmədovun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ, maraqlı şəxslər X12, Məmmədov X80, Bağırova (Musayeva) Xədicə İsa qızı, Məmmədova (Musayeva) Zəhra İsa qızı, Məmmədova (Musayeva) Zenfira İsa qızı, Sadıxova (Musayeva) Zərnitac İsa qızı, X91 və X46 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 39 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı vərəsəlik hüququnun tanınması və ¼ hissədə miras payının müəyyən edilməsi, həmin torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X4 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin ¼ hissəsinə onun və anası X25 vərəsəlik hüquqlarının tanınması, əmisi X32 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus ¼ hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X4 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixində Maştağa qəsəbəsində anadan olmuş, həmin tarixdən ünvan 2 ünvanında yaşayıb və qeydiyyatda olubdur. İddiaçının X17 xx.xx.1937-ci il tarixində anadan olub, həmin ünvanda yaşayıb, orada qeydiyyatda olub, həmin ünvanda da xx.xx.2006-cı il tarixində dünyadan köçüb, anası X33r, xx.xx.1960-cı ildə anadan olub, 1990-cı ildən atası ilə faktiki nikahda olub, həmin ünvanda yaşayıb, xx.xx.2005-ci il tarixində nikahlarını rəsmiləşdirərək rəsmi və faktiki nikah münasibətlərində olublar. Anası da 1990-cı illərdən həmin ünvanda yaşayıb və qeydiyyatda olub. Hal-hazırda da iddiaçı ilə birlikdə həmin ünvanda yaşayır. Belə ki, Sabunçu RİH başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2022-ci il tarixli 153 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1937-ci il təvəllüdlü mərhum Yusif Musa oğlu ilə nikahda olmuş xx.xx.1960-cı il təvəllüdlü X44 1990cı ildən Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 54 ünvanında qeydiyyatdadır və yaşayır, oğlu xx.xx.1991-ci il təvəllüdlü İddiaçı anası ilə birgə qeydiyyatdadır, yaşayır. Həmin ünvan iddiaçının nənəsi X15 adında olmuşdur, hal-hazırda da əldə olan 1961-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Texniki Pasportundan görünür ki, mülkün sahibi X20r. ünvan 4 ünvanında yaşayan, qeydiyyatda olan iddiaçının nənəsi (atasının anası) Q.Səlimova 12 dekabr 1987-ci ildə həmin ünvanda vəfat etmişdir. Nənəsinin əri Maraqlı şəxs Məmməd oğlu isə 1953-cü ildə vəfat etmişdir. Nənəsinin 1926-cı il təvəllüdlü X40, 1932-ci il təvəllüdlü X26, xx.xx.1936-cı il təvəllüdlü X52, xx.xx.1937-ci il təvəllüdlü X51 olmaqla 4 övladı olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsindən alınmış arayış əsasında bilinmişdir ki, nənəsi dünyadan köçənə kimi yaşadığı fərdi yaşayış evinin tikilisi mülkiyyətində, torpaq sahəsi isə qanuni istifadə və sahibliyində olmuşdur. Həmin evin Texniki pasportda əks olunan 0,5489 ha torpaq sahəsinin ölçüsündə torpaq sahəsi nənəsin adında idi. Texniki pasport nənəsi iddiaçı və atası ilə birgə yaşadığı üçün atası Yusifdə olmuş, daha sonra isə ailədə qalmışdır. Həmin sənəddə əks olunmuş torpaq sahəsi hələ nənəsinin sağlığında ikən 4 övladı arasında bölünmüş, hər kəsin torpaq sahəsi hasara alınmış, hərə öz evini tikib öz sahəsində yaşayırdı. Bu bölgü indi də mövcuddur. Eyni zamanda iddiaçının nənəsi dünyadan köçərkən həmin ünvanda 4 övladı yaşamışdırlar, bunlardan da biri atası idi. Bu, Maştağa İcra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Sözügedən 54,89 sotluq torpaq sahəsində oğlanları tərəfindən hərəsi özünə aid torpaq sahəsində ayrıca bir ev tiksələr də, iddiaçının nənəsi onun atası ilə, yəni kiçik övladı Yusiflə birlikdə evin Texniki Pasportunda “A” hərfi ilə göstərilmiş tikilisinin iddiaçıgilin həyətində olan hissəsində yaşamış, elə atasının yanında da vəfat etmişdir. Elə iddiaçının “Qüdrət" adı da mərhum nənəsinin adı şərəfinə atası tərəfindən qoyulmuşdur. Atası 2006-cı il tarixdə dünyadan köçənə kimi həmin ünvanda qeydiyyatda olmuş və ailəsi, anası və həmçinin, iddiaçı ilə birlikdə yaşamışdır, bu da icra nümayəndəliyindən alınmış arayışla təsdiq olunur. Belə ki, Sabunçu RİH-i başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2022-ci il tarixli 143 nömrəli arayışda deyilir ki, XX.XX.1900-cü il təvəllüdlü Q.Səlimova vəfat edən günə kimi Yusif, Yaqub onunla bir ünvanda qeydiyyatda olmuşlar. İddiaçının atası anasından miras qalmış evin və torpaq sahəsinin ona aid olan hissəsini faktiki olaraq qəbul edib idarə etsə də, malik olduğu vərəsəlik hüququnun rəsmiləşdirmədən, vərəsəlik hüququ haqqında şəhadətnamə almadan vəfat etmişdir. Atasının ölümündən sonra miras əmlak anası və onun tərəfindən qəbul edilmişdir. İddiaçının atası 13 aprel 2006-cı il tarixində vəfatından sonra ona anasından qalmış torpaq sahəsi hissəsi və ev hissəsi iddiaçı və anası tərəfindən qəbul və idarə edilmişdir. İddiaçı həmin hissədə torpaq sahəsinin və evin sahibi və istifadəçiləri olmuşdur. İddiaçı öz payını, tam fəaliyyət qabiliyyəti olmadığı üçün, anası vasitəsilə qəbul etmişdir. Hal-hazırda iddiaçının otuz bir yaşı vardır, atasından miras qalmış əmlakı - torpaq sahəsini faktiki qəbul etməyi ərazi notariat ofisi olan 39 saylı notariat ofisində qeydiyyata aldırmaq, miras payı göstərilməklə vərəsəlik hüququna dair şəhadətnamə almaq fikrindədir. Anası mirasın iddiaçı tərəfindən qəbul edilməyi və vərəsəliyin adına sənədləşdirilməsinə etiraz etmir. Bir müddət bundan əvvəl 39 saylı notariat ofisinə və 1 saylı Bakı Ərazi İdarəsinə sorğular verərək alınan arayış və digər sənədlərdən aydın olmuşdur ki, mərhum nənəsinə məxsus olmuş torpaq sahəsi mərhum əmisi Yəhyəbala tərəfindən onlardan xəbərsiz olaraq yalnız özünün vərəsəlik hüququnu tanıtdırmaqla adına sənədləşdirilmiş və torpaq sahəsinin bir hissəsi öz övladlarının adına, digər hissəsi isə qardaşı İsabalanın nəvəsi - hazırki işdə cavabdeh olan Cavabdeh2 adına sənədləşdirilmişdir. İddiaçının nənəsi dünyadan köçərkən, bütün övladları sağ olmuşlar və onların hər birinin, o cümlədən iddiaçının atası ümumi miras paydan hissəsi - hərənin öz həyətyanı sahəsi və ev tikilisi olmuşdur. Evin iddiaçının nənəsinin adına tərtib olunmuş Texniki Pasportunda “A” literi ilə işarələnmiş əsas tikilisində isə nənəsi oğlu Yusiflə birlikdə yaşamışdı. Hal-hazırda iddiaçı faktiki sahibliyində və istifadəsində olan yenidən tikilmiş evin bir hissəsində tikinti altı sahədə, həmin “A” literi ilə işarələnmiş ilkin əsas tikilinin bir hissəsi hələ də qalmaqdadır. İddiaçı yeni ev tiksələr də, həmin köhnə tikili hissəni də yeni tikdikləri evlə birləşdirərək buradan istifadə etməyə, buraya sahiblik etməyə başlamışlar. Bu isə mirasın özünə düşən pay hissəsində atası tərəfindən, daha sonra isə ailəsi tərəfindən qəbul edildiyini ifadə və təsdiq edir. 39 saylı notariat ofisindən sorğu ilə almış oldğu sənədlərin surətlərindən görünür ki, iddiaçının mərhum əmisi X77 RİH-nin Maştağa qəsəbəsi üzrə o zamankı nümayəndəsi Z.Cəfərovun verdiyi avqust 2015-ci il tarixli 6870-ci il tarixli arayışda bildirilmişdir ki, Q.Səlimova mülkiyyətində olan Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 54-də vəfatına qədər ailəsi ilə birlikdə yaşayıbdır. xx.xx.1987-ci ildə vəfat etdikdən sonra bu ünvanın daimi pasport qeydiyyatından silinmişdir. Göründüyü kimi, həmin arayışın özündə belə ifadə edilmişdir ki, Q.Səlimova vəfatına qədər həmin ünvanda ailəsi ilə birlikdə yaşayıb. Deməli, miras da onun ölümündən sonra ailə tərəfindən, yəni övladları tərəfindən qəbul edilib. 39 saylı notariat ofisindən sorğu ilə alınmış sənədlərin surətlərindən, həmçinin arxiv arayışında iddiaçının əmisi Yəhyabalanın ana adı X8 göstərilmişdir, lakin əmisi X58 iddia tələbi üzrə işə Sabunçu Rayon Məhkəməsində xüsusi icraat qaydasında baxılmış, xx.xx.2017-ci il tarixli, 2(008)-1383/2017 saylı məhkəmə qətnaməsi ilə, X21 ilə X15 eyni şəxs olması, 1900-cu il tarixdə doğulmuş və 12 dekabr 1987-ci il tarixdə vəfat etmiş X28mın xx xxxxxx 1932-ci il tarixdə anadan olmuş Cavabdeh1 anası olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən həmçinin aydın olur ki, iddiaçının nənəsi X15 4 övladı olmuşdur. Özü də bu məlumatları məhkəməyə elə iddiaçının mərhum əmisi Yəhya Balanın özü vermişdir, amma təəssüf ki, əmisi mirası qəbul edən qardaşlarının ailə üzvlərini vərəsəliyin rəsmiləşdirilməsinə dəvət etməmişdir. İşin faktiki hallarından görünür ki, ortada miras şərikləri vardır. Qanunvericilik bütün mirasın bir miras şərikinə keçməsi üçün miras şəriklərinin razılaşmasını şərt olaraq müəyyən etmişdir. Bu halda isə, iddiaçının əmisi aralarında heç bir razılaşma olmadan iddiaçının nənəsindən qalmış miras əmlakı onlardan xəbərsiz olaraq təkcə öz adına keçirmişdir. İddiaçı öz miras payından imtina etməmiş və etmək fikri də yoxdur, o, miras payının müəyyən olunmasını, vərəsəlik hüququnun tanınmasını istəyir və payına uyğun vərəsəlik haqqında şəhadətnamə verilməsini istəyir. Bununla bağlı olaraq 39 saylı notariat ofisinə müraciət etsə də, notariat ofisi sözügedən miras əmlakla bağlı əmisi Yəhya Balanı yeganə varis kimi tanıdığını qeyd etmiş və ona şəhadətnamə verilməsindən imtina etmişdir. Bu üzdən iddiaçı məhkəməyə müraciət etmək və vərəsəlik hüququnu məhkəmə qaydasında tanıtdırmaq, miras payını məhkəmə qaydasında müəyyən etdirmək, həmçinin miras daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edərək buna məhkəmə qaydasında nail olmaq qərarına gəlmişdir. Çünki, cavabdehlər və ailə üzvləri məsələnin razılaşma ilə həllinə meyl etmirlər, notariat orqanı isə vərəsəlik hüququnu tanımaqdan imtina edir. 1 saylı Bakı Ərazi İdarəsindən almış olduğu xx.xx.2022-ci il tarixli, **********12 nömrəli arayışda bildirilmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi,54 nömrəli fərdi yaşayış evinə dair 1961-ci il tarixdə tərtib edilmiş texniki pasporta, Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2017- ci il tarixli 039-5437-1217 nömrəli arayışına, Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 85 nömrəli məktubuna, Cavabdeh1 xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ərizələrinə əsasən ünvan 5 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinə mərhum Q.Səlimovanın adına qeydiyyatdan keçmişdir və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 39 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 4Ə-172 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 4Ə- 173 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Məmmədov X59 adına qeydiyyatdan keçmişdir. 0,06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 6A saylı fərdi yaşayış evi Məmmədov X59 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,429 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bildirmək istəyir ki, Məmmədov İbrahim və Maraqlı şəxs iddiaçının mərhum əmisi Yəhya Balanın övladlarıdır. Əmisi əslində öz faktiki payını iki oğluna bağışlama yolu ilə vermişdir. Yerdə qalan hissəni isə formal olaraq, görünüş üçün qardaşı nəvəsi Cavabdeh2 adına keçirmişdir. H,Musayev iddiaçının mərhum digər əmisi olan İsa Balanın nəvəsidir. Mərhum əmisi İsa Bala da 4 varisdən biri olmuşdur və torpaq sahəsinin ona məxsus hissəsində hal-hazırda övladları və nəvələri, həmçinin Cavabdeh2 yaşamışdır. Hal-hazırda Cavabdeh2 0,429 ha torpaq sahəsinin hamısının faktiki sahibi deyildir. Bu torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsusdur və iddiaçı öz hissəsinin faktiki və qanuni sahibidir, bu hissə ona atasından, atasına isə öz anasından miras olaraq qalıbdır. İddiaçının hal-hazırda əmisi oğlanları İbrahim və Musanın sahələrinə qarşı heç bir iddiası və tələbi yoxdur, onlar ataları Yəhya Balaya məxsus hissəni qanuni olaraq alıblar. Çünki onların atalarının da Q.Səlimovadan qalan torpaq sahəsinə tam deyil, % nisbəti ilə miras payı hüquqları vardır, lakin Cavabdeh2 adına olan 0,429 ha torpaq sahəsinin bir hissəsi ilə bağlı miras payı tələbi vardır. Həmin torpaq sahəsi mərhum əmisi Yəhya Bala tərəfindən əhəmiyyətsiz əqdlə yalan alqı-satqı müqaviləsi ilə tam şəkildə Cavabdeh2 adına keçirilmişdir. Əslində heç bir həqiqi alqı-satqı müqaviləsi olmamışdır. Bu əqd görünüş üçün bağlanmışdır, əmisi onların razılığı olmadan onlara məxsus torpaq sahəsi hissəsi ilə bağlı qanunsuz alqı-satqı əməliyyatı aparmış, iddiaçının miras əmlakdakı payının Cavabdeh2 adına özgəninkiləşdirilməsini həyata keçirmişdir. İddiaçının mərhum əmisi Yəhya Bala onların varis olduğunu bilə-bilə, miras əmlakla bağlı digər qardaşlarının ailə üzvlərinin qanuni varis olduğunu bildiyi halda, onlardan xəbərsiz olaraq notariat orqanında özünü yeganə varis kimi təqdim etmiş, onların faktiki sahibliyində və qanuni istifadəsində olan torpaq sahəsi hissəsinin, həmçinin mərhum əmisi Yaquba məxsus olan torpaq sahəsi hissəsinin də daxil edildiyi torpaq sahəsi ilə bağlı şəhadatnamə almışdır.

4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X44 (bundan sonra – 2-ci iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələblərinin təmin olunması, miras əmlakdan ¼ hissəyə onun və İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh2 iddia ərizəsinə yazılı şəkildə etiraz edərək qeyd etmişdir ki, Cavabdeh1 atası Musa Məhəmməd oğlunun ikinci həyat yoldaşı, Səlimova Qüdrət (Ağabacı) Ağaəli qızından 5 övladı, xx.xx.1926-cı il təvəllüdlü İsa Musa oğlu, xx.xx.1930cu il təvəllüdlü Yəhya Bala, 1929-cu il təvəllüdlü Əsmət, xx.xx.1936-cı il təvəllüdlü Yaqub və xx.xx.1937-ci il təvəllüdlü Yusif olmuşdur. Cavabdeh Yəhya Balanın atası, Musa Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 3 ünvanında ölən günədək, yəni xx.xx.1953-cü ilədək ailəsi ilə birlikdə yaşamış və birgə təsərrüfatı idarə etmişdir. Musanın faktiki yaşadığı evindən başqa Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında 1 hektara yaxın torpaq sahəsi olmuş və həmin torpaq sahəsində birinci nikahından olan oğlu Həsən Ağa üçün ev inşa etmişdi. xx.xx.1951-ci il tarixdə Musa Maştağa qəsəbə sovetinin deputatının, qonşularının və Yəhya Balanın iştirakı ilə mübahisəsiz olaraq, öz razılığı ilə Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlakı Yəhya Balaya verərək özündən ayırır və bu barədə Maştağa qəsəbə Soveti İcraiyyə Komitəsinin sədrinin imzası ilə AKT tərtib edilir. (AKT ərizəyə əlavə edilir) Yəhya Bala atasının ölümündən sonra anası Q.Səlimova ilə Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında yaşayıb. Yəhya Bala ailə qurduqdan sonra 4 oğlu olmuşdur. xx.xx.1956-cı il təvəllüdlü Musa, xx.xx.1961-ci il təvəllüdlü Ağasəlim, xx.xx.1966-cı il təvəllüdlü Sahib və xx.xx.1985-ci il təvəllüdlü İbrahim üçün Maştağa qəsəbəsi, Məktəb küçəst, ev 54 ünvanında 4 ev inşa edib. Yahya Balanın böyük qardaşı İsa ailə qurmuş, ailə çoxuşaqlı olduğundan (7 uşaq), evin darısqal olması səbəbindən Yəhya Bala Məktəb küçəsi, ev 54 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi evlərdən birini, müvəqqəti olaraq İsaya verir. Atası tərəfindən ona verilmiş evi isə anası Q.Səlimovanın adına rəsmiləşdirir. Digər Cavabdeh2 adı babası Musanın birinci nikahından olan oğlu Həsən Ağanın şərəfinə qoyulmuşdur. Bir neçə ildən sonra İsa Maştağa qəsəbəsi, Çiləgər adlı sahədə ev inşa etmiş və ölən günədək, xx.xx.1995-ci il tarixə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamış və birgə təsərrüfatı idarə etmişdir. Onun oğlu Abas Ağa hal-hazırda əmisi Yəhya Balanın onlara verdiyi evdə yaşayır. Əmisi Yaqub xx.xx.1947-ci il təvəllüdlü X5 ilə xx.xx.1969-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Sabunçu rayonu, ünvan 8 ünvanında yerləşən bina evində yaşamışlar. Övladları olmadığı səbəbindən xx.xx.1979-cu ildən ayrı yaşasalar da, xx.xx.1987-ci il tarixdə rəsmi qaydada nikahları pozulmuşdur. Yaqub 1990-cı ilə qədər Sabunçu rayonu, ünvan 9 ünvanda yerləşən bina evində erməni əsilli qadınla qeyri-rəsmi yaşamış və həmin ev erməni qadını tərəfindən satılmışdı. Yəhya Balanın 2 oğlu - Ağasəlim və Sahib Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində özləri üçün ev inşa etdiyindən, Yəhya Balanın inşa etdiyi evlərdən ikisi boş qalmış və Yaqub qardaşı X71 qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında inşa etdiyi evlərdən birində yaşamasını xahiş etmiş və ölən günədək, xx.xx.2010-cu il tarixə qədər Yəhya Balanın verdiyi həmin evdə tənha yaşamışdır. ü Yusif atasından miras qalmış Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 3 ünvanında yerləşən evi 1956-cı ildə satdıqdan sonra, erkən yaşlarından ticarətlə, qızılzinət əşyalarının, xüsusilə də brilyant daşlarının alqı-satqısı ilə məşğul olmuş və zərgərlik aləmində Brilyant Yusif kimi tanınmışdı. Yusif bir neçə qadınla qeyri-rəsmi yaşamış və onun da övladı olmadığı üçün həmin qadınlardan ayrılmışdı. Yusif 70-ci illərdə Moskva şəhərində yaşamış, rus əsilli qadınla qeyri-rəsmi ailə qurmuş, anası və böyük qardaşları İsa, Yəhya Bala bu izdivaca razılıq vermədiyi səbəbindən rus əsilli qadından ayrılmışdı. 80-cı illərdə Moskvadan Bakıya köçmüşdür. Yusifin imkanları geniş olduğundan 80-cı illərdə ünvan 10 ünvanında yerləşən bina evində özünə mənzil almış və 1997-ci ilədək həmin mənzildə yaşamışdı. Yusif şəhərdə yaşadığından Maştağaya demək olar ki, çox nadir hallarda gələrdi. Toy-bayram günlərində yaxın qohumları ilə görüşərdi. Hal-hazırda həmin ünvanda yerləşən mənzil iddiaçının anasının istifadəsindədir. Yusif xx.xx.2005-ci il tarixdə, 68 yaşında, müəmmalı şəkildə qeyri-rəsmi yaşadığı Nailə ilə rəsmi nikah bağlamışdır. Nikah bağlandıqdan sonra Nailə Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanı yaxınlığında yerləşən C.Cabbarlı adına 187 saylı orta məktəbə müəllim kimi təyinat alır və Yusifə qulluq etmək adı ilə X72 yanında yaşamasına icazə verməsini xahiş edir. Yəhya Bala ağır xəstə olan kiçik qardaşının xatirinə Nailəyə övladları ilə birlikdə Yusifə, vaxtı ilə atası X78 verdiyi evdə müvəqqəti yaşamağa icazə verir. Yusifin qizil zinətlərini və briliantlarını mənimsəyən Nailə birdən-birə C.Cabbarov adına 187 saylı orta məktəbə direktor təyin edilir. Yusif ilə Nailə arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikah haqqında şəhadətnamədə Yusifin soyadı qeyd edilməmişdir. Bundan əlavə Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, "atası" qrafasında qeyd olunan Məmmədov soyadı ananın soyadıdır. Deməli, Yusifin atalığı təsdiq olunmamışdır. Nailaə Yusifi "Qüdrət" oğlu kimi tanıdığından, Yusifin atasının şərəfinə nikahdan kənar doğulmuş oğluna "Qüdrət" adını qoyur. Sonradan ona məlum olur "Qüdrət" Yusifin anasının adıdır. Şahidlərin dediyinə görə Nailə 1978-ci ildən 1990-cı ilə qədər X60 ilə rəsmi nikahda olmuş, lakin, Nailənin qızı xx.xx.1989-cu il təvəllüdlü Zümrüdün doğum haqqında şəhadətnaməsində "atası" qrafasında X9 qeyd olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, Nailənin nikahdan kənar övladları olduğu üçün, həm qızına, həm də oğluna görə "tənha ana" kimi qeydiyyata alınmışdır. Musanın övladları İsa, Əsmət, Yaqub və Yusif atalarının vəsiyyətinə sadiq qalaraq xx.xx.1951-ci il tarixdə atalarının Yəhya Balaya verdiyi Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlaka dair heç bir iddia və tələb irəli sürməmiş və onlardan heç kim faktiki olaraq həmin əmlakı qəbul etməmişdir. İddiaçının anası Yahya Baladan onu və övladlarını Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanına pasport qeydiyyatına almağı xahiş edir. Yəhya Bala razılıq ərizəsini verməkdən imtina edir, lakin İsanın ailə üzvlərinə çox yalvardıqdan sonra onlardan razılıq ərizələrini alır və xx.xx.2006-cı il tarixdə pasport qeydiyyatına alınır. Nailə, qızı Zümrüd xx.xx.2006-cı il tarixdə, Qüdrət isə xx.xx.2007-ci il tarixdə Sabunçu rayonu, B.Bağırov küçəsi, ev 54 unvanına pasport qeydiyyatına düşmüşlər. Yəni, Nailə və Zümrüd Yusifin müəmmalı ölümünə 48 gün qalmış, Qüdrət isə atasının ölümündən 1 il, 20 gündən sonra pasport qeydiyyatına düşmüşlər. xx.xx.2006-cı il tarixdə Yusif vəfat etdikdən sonra, əvvəl mərhumun 40 mərasimini, sonra il mərasimini və daha sonra evin yaxınlığında yerləşən C.Cabbarlı adına 187 saylı məktəbdə çalışdığını bəhanə edən Nailə evdən çıxmamaq qərarına gəlir. 2006-2007-ci tədris ilindən Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 saylı məktəbdə direktor vəzifəsində çalışan X61 övladlarını həbs etdirəcəyi ilə hədəqorxu gələrək Yusifin müvəqqəti yaşadığı evi Yaquunb, Abas Ağanın və Yahya Balanın evlərinin yerləşdiyi ərazilərdən daş hasarla hörərək ayırıb. Nailə hal-hazırda AR CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş qardaşı, "X31" İB-nin sədri Rasim Məmmədova arxalanaraq Yəhya Bala tərəfindən müvəqqəti verilmiş, tənha yaşayan Yaqubun evini zəbt etmək istəyib və Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanına dair sənədləri tələb edib. Yaqub etirazını bildirdikdə onu şərləyərək həbs etdirəcəyi ilə hədələyib. 2010-cu lin avqust ayında Yaqub qəflətən xəstələnir və zəhərləndiyi barədə böyük qardaşı Yahya Balanı xəbərdar edir, 2 aydan sonra, xx.xx.2010-cu il tarixdə vəfat edir. Qardaşlarının müəmmalı ölümündə Nailədən şübhələnən X89 2011-ci ildə evdən qovur, lakin Nailə imkanlarından istifadə edərək polislərin vasitəsi ilə Yəhya Balaya, Abas Ağaya və o nəslin nümayəndələrinə hədə-qorxu gələrək, evdən çıxmır. Hətta bir az da irəli gedərək həyətdə söküntü-tikinti işləri apararaq evlərə əlavə tikililər artıraraq genişləndirmişdir. Bundan əlavə, Yəhya Balanın qardasi Yaquba müvəqqəti yaşamaq üçün verilmiş evi da Yaqubun ölümündən sonra heç bir hüquqmüəyyənedici sənədi olmadan kənar şəxslərə satmışdır. Bütün bu haqsızlığa dözməyən və Nailənin fironluğuna son qoymaq istəyən Yəhya Bala atası tərəfindən ona verilmiş əmlakı və anasının adına rəsmiləşdirmiş evi faktiki qəbul edərək xx.xx.2017-ci il tarixdə 0.549 ha torpaq sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirərək Çıxarış almış və həmin çıxarışa əsasən 0,12 ha hissəsinin yarısını övladları, Musaya və digər yarısını isə İbrahimə bağışlamışdır. Özünün pula ehtiyacı olduğu üçün və onun razılığı olmadan, qardaşı oğlunun razılıq ərizəsi ilə qeydiyyata düşmüş Nailəni qeydiyyatdan çıxarmaq şərti ilə 0.429 hissəsini 60 ildən artıq onun inşa etdiyi evlərdə yaşayan, böyük qardaşı İsanın nəvəsi, imkanı geniş olan Həsənağaya əmlakı 200000 (iki yüz min) manata almağı təklif edir. Əks halda əmlakı başqa şəxslərə bölüb satacağını bildirir. Yəhya Bala alqı-satqı müqaviləsi ilə 0.429 ha hissəsi üçün Cavabdeh2 185000 (yüz səksən beş min) manat alaraq satmış və Cavabdeh2 həmin torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Çıxarış almışdır. Yəhya Bala xx.xx.2018-ci il tarixdə, 88 yaşında vəfat etmişdir. Yahya Bala mirası qəbul etmək istədiyini bütün qohumlara bildirmiş, hətta Nailə bu barədə məlumat alan kimi Sabunçu Rayon Məhkəməsinə "atalığın müəyyən olunması" tələbi ilə ərizə vermiş, lakin sonradan iş baxılmamış geri qaytarılmışdı. Nailənin 1990-cı ildən Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında qeydiyyatda olması barədə Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə Nümayədəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 №li arayış SAXTAdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Yaşayış yeri üzrə Qeydiyyat haqqında verdiyi ******* №li arayışda Nailə barədə heç bir qeydiyyat yoxdur. Hərçənd ki, Yəhya Balanın və onun ailə üzvlərinin razılığı olmadan, lakin İsanın ailə üzvlərinin 2006-cı ildə imzaladıqları razılıq ərizələri əsasında Nailə Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanına pasport qeydiyyatına alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, atası Yusif nənəsinin adı şərəfinə "Qüdrət" adını ona qoymuşdur. Halbuki, Yusif nəinki ad qoymuş, heç atalığı belə ona verməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, nənəsi Q.Səlimova vəfat edərkən övladları sağ olmuş və hərənin öz həyətyanı sahəsi və evi olmuşdur. Lakin iddiaçının xx.xx.1951-ci il tarixdə babası Musanın Maştağa qəsəbə suvetinin deputatının, qonşularının və Yəhya Balanın iştirakı ilə mübahisəsiz olaraq, öz razılığı ilə Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlakının Yahya Balaya verərək özündən ayırması və bu barədə Maştağa qəsəbə Soveti İcraiyyə Komitəsinin sədrinin imzası ilə tərtib edilmis aktdan xəbəri olmayıb. Nəinki aktdan, heç Məktəb küçəsi, ev 3 ünvanında yerləşən evdən və o evin Yusif tərəfindən satılması barədə də məlumatı olmayıb. Həmin aktda qeyd edilir ki, Yahya Balaya verilmiş əşya və əmlakı gələcəkdə heç bir kəsin ondan tələb etmək ixtiyarı yoxdur, yalnız X47 Balaya verdiyi əmlakı geri almağa ixtiyarlıdır. İddiaçının nənəsi Q.Səlimova 1987-ci ildə vəfat etmişdir və o zaman iddiaçının anası başqa bir şəxslə rəsmi nikahda olmuş, ögey bacısı Zümrüd Rəhim qızı və iddiaçının özü hələ anadan olmamışdılar. Həqiqətən də, iddiaçının nənəsi Q.Səlimova sağ olanda övladları da sağ idi, lakin heç kim həyəti bölməmişdi, çünki Yaqub və Yusif həmin dövrdə orada yaşamayıblar. Həmin evdə yaşayanlar Yəhya Balanın ailə üzvləri və digər Həsənağanın ailəsi olmuşdur. İddiaçı iddia ərizəsində Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 6870 nömrəli arayışda Q.Səlimovanın vəfatına qədər ailəsi ilə birlikdə həmin ünvanda yaşamasına istinad edir. Q.Səlimova həqiqətən də ailəsi ilə, onun yanında olan, ona qulluq edən oğlu İsa Bala və Yəhya Bala ilə yaşamışdır. Yaqub və Yusif kimi oğullar öz həyatlarını yaşamışlar. Yaqub erməni əsilli qadınla yaşamış, Yusif isə ümumiyyətlə ailə qurmamışdır və hər ikisi müəmmalı şəkildə xəstələnərək vəfat etmişlər. Qeyd olunanlara əsasən iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir.

6. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – rayon məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə öldüyündən Cavabdeh1 aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

7. Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə İddiaçı və 2-ci iddiaçı N.Məmmədovanın iddia tələbləri qismən təmin edilmiş, X13 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının ¼ hissəsinə İddiaçı və X25 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras paylarının müəyyən edilməsinin Bakı şəhəri 39 saylı notariat ofisinə həvalə edilməsi, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməklə eyni nisbətdə çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini Məmmədov X69 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X4 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X3, Məmmədov X59, habelə Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarış ləğv edilməsi, iddia tələbləri qalan hissədə təmin edilməməs qərara alınmışdır.

8. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ, bağışlama müqaviləsinin tərəfləri İ.Məmmədov, Maraqlı şəxs, üçüncü şəxslər Xədicə Bağırova, Zəhra Məmmədova, Zərrintac Sadıqova, Zenfira Məmmədova, X93, X94, İbrahim Məmmədov, Maraqlı şəxs qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

9. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, iddiaçının iddia verməyə subyektiv hüququ yox idi. Subyektiv hüququnun olmaması özünü 2 şəkildə ifadə edir: 1. İddiaçının atasının və özünün mirası əldə etmə müddətinin ötürülməsində; 2. faktiki vərəsə kimi miras əmlakdan istifadə faktına dair sübutların olmamasında (işıq, qaz, su kommunal borcun Yusif Musa oğlunun ödəməsi və s. istifadə və sahiblik hərəkətlərini ifadə edən sübutlar). Beləliklə də, iş üzrə məhkəmə varis Yusif Musa oğlunun miras əmlakı qəbul edib etməsi faktını müəyyənləşdiriməli və vərəsəliyin (mirasın) qəbul edilməsi vaxtı və faktı müəyyən edilməli olduğu halda müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh2 vicdanlı alıcı olması faktını nəzərə almamış və tərəflər arasında vərəsəlik mübahisəsi üzrə vicdanlı alıcının hüquq və mənafeyinə toxunan qətnamə qəbul etməkdə səhvə yol vermişdir. Rayon məhkəməsi bağışlama və alqı-satqı müqavilələrinin bağlandığı 13 saylı Notariat Kontorunu, eləcə də iş üzrə verilmiş iddianın və qətnamənin maraqlarına toxunduğu bağışlama müqavilələri üzrə hər biri yeganə varis olmuş Cavabdeh1 tərəfindən 0,6 ha torpaq sahəsini bağışlama müqaviləsi üzrə almış oğlanları İ.Məmmədov və Maraqlı şəxs prosesə cəlb etməməklə ciddi prosessual pozuntuya yol vermişdir. Odur ki, qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh4 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mərhum atasından qalmış miras əmlak ona aid olan hissədə onun və ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olmasına baxmayaraq, həmin əmlak barəsində qanunsuz vərəsəlik sənədləşməsi və qanunsuz özgəninkiləşdirilmə əməliyyatları aparılmışdır. Əslində, həmin əməliyyatlarla əlaqədar sənədlərin ləğvi/etibarsızlığı 1-ci dərəcəli vərəsələrdən biri kimi onun də hüquqlarının məhkəmə qaydasında bərpasına və təmin olunmasına gətirib çıxarmalıdır. Lakin məhkəmə ona aid olan hissə üzrə yekun nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayətinə baxılmalı, miras qoyan mərhum nənəsinin transmissiya üzrə varisi, mərhum atasının isə 1-ci dərəcəli varisi olmağı tanınmalıdır. Əmisi oğlu İddiaçı iddia tələbləri və dəlilləri ilə razıdır. Qətnamənin iddiaçı Məmmədov Qüdrət Yusif oğlunun və müstəqil tələb irəli sürən üçüncü şəxs X25 iddialarının qismən təmin edilməsi hissəsindən şikayətim yoxdur. Qətnamənin ona aid olan hissəsi ilə bağlı şikayəti vardır. Belə ki, həmin hissə üzrə iş araşdırılmamış, tələbinə baxılmamış, yekun nəticəyə gəlinməmiş, vərəsəlik hüququ tanınmamışdır.

11. Bağışlama müqaviləsinin tərəfləri olan İ.Məmmədov və Maraqlı şəxs eyni məzmunlu apellyasiya şikayəti verərək qeyd etmişlər ki, rayon məhkəməsi onları prosesə cəlb etməməklə ciddi prosessual pozuntuya yol vermişdir. Odur ki, qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə qətnamənin nəticə hissəsində göstərmişdir ki, Məmmədov X59 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarış ləğv edilməlidir. Lakin müvafiq qətnamədə qeyd edilən torpaq sahəsinin üzərində tikilmiş və Məmmədov X69 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi 54A saylı fərdi yaşayış evinə heç bir münasibət bildiirilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və Məmmədov X69 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi 54A saylı fərdi yaşayış evinə verilmiş vahid çıxarışa münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X.Bağırova, Z.Sadıxova, Zenfira Məmmədova, Zəhra Məmmədova, Hüseyn Burov, Abas Ağa eyni məzmunlu apellyasiya şikayətləri verərək, bildirmişlər ki, iddiaçı və anası qeyd olunan iddia tələbilə mərhum X35 vərəsəsi olaraq tanınmaqla ondan qalan miras əmlakına təkbaşına mülkiyyət hüququ əldə etmək məqsədilə məhkəməyə müraciət etmişlər. Halbuki adı çəkilən şəxslər sözügedən mübahisə üzrə yeganə vərəsə deyildir. İddiaçı “əmisinin” 7 övladı olduğunu və miras əmlakından onlara da pay çatdığını çox yaxşı bilir. Bu səbəbdən də hesab edilir ki, şəxsin tələb irəli sürərkən öz əmisi uşaqlarına məlumat verməməsi və ya iddia tələbində bu hala ümumiyyətlə toxunmaması, onlardan məhkəmə icraatı zamanı bəhs etməməsi məhz miras əmlakına şərik çıxmaması və pay hüququnun bütünlükdə ona verilməsi məqsədilədir.Rayon məhkəməsi tərəfindən mübahisə predmeti olan əmlaka dair vərəsələrin tam siyahısı müəyyən olunmamışdır. Heç bir qanun pozuntusuna yol verilmədiyi halda bağışlama müqavilələri məhkəmə tərəfindən etibarsız hesab edilmiş və həmin müqavilələr əsasında qəbul olunmuş çıxarışlar ləğv edilməsi qərara alınmışdır. Odur ki, qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi və Musayeva (Bağırova) Xədicə İsa qızı, XXX X91, X36, X22, X23 və X37 --- İsa Musa oğlunun qanun üzrə vərəsələri kimi tanınması və miras əmlakından bərabər şəkildə pay almalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Məhkəmə) 2(103)-5484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə AR Ali Məhkəməsi tərəfindən Mülki Məcəllənin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq hazırki iş üzrə icraat icraat dayandırılmışdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli Qərarı qəbul edilməsi ilə əlaqədar hazırkı iş üzrə icraat xx.xx.2024-cü il tarixdə təzələnmişdir.

16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “X32 adından tərtib olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-5135/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır.

17. Həmin iş üzrə rayon məhkəməsinin 2(008)-5135/2024 saylı, xx.xx.2024-cü i tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1286/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmişdir. Cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-2287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Mülki iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından xx.xx.2025-ci ildə hazırkı iş ürə icraat təzələnmişdir. Tərəflərin izahatı:

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 özlərinin və digər apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini, yeni qətnamə qəbul edilərək iddiaların rədd edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil5 öz apellyasiya şikayətlərini və digər şikayətləri müdafiə edərək təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaların rədd edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxslər Maraqlı şəxs, İ.Məmmədovun nümayəndəsi və vəkili S.Abdullazadə apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməmələrini xahiş etdi.

23. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh4, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

25. 1961-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid pasportdan görünür ki, Məktəb küçəsi 54 nömrəli evin sahibi X20r.

26. İİİ-ЖГ seriyalı 398926 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

27. -ЖГ seriyalı 411473 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X52 ilə X6 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 186 nömrə ilə qeyd edilmişdir.

28. Nikahın bağlanması haqqında 1472 nömrəli akt qeydinin surətindən görünür ki, Aqasyan Conik X1 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar.

29. AZ-İİİ seriyalı 743662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X17, anası X33r.

30. xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir.

31. AZ-İ seriyalı 034807 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ilə X24 arasında arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 145 nömrə ilə qeyd edilmişdir.

32. AZ-İ seriyalı 161797 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ilə X44 xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

33. AZ-İ seriyalı 196041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür.

34. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdən ünvan 13 ünvanında qeydiyyatdadır.

35. ünvan 14n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 84.1.19/46 nömrəli xx.xx.2012-ci il tarixli məktubdan göründüyü kimi X32 xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və İddiaçı artıq miras qoyanın vərəsəsi olaraq tanınmış və bu barədə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məlumat verilmişdir.

36. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1383/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X21 ilə X15 eyni şəxs olması və 1990-cu il tarixdə doğulmuş və xx.xx.1987-ci il tarixdə vəfat etmiş X11 (X15) xx.xx.1932-ci il tarixdə anadan olmuş Cavabdeh1 anası olması faktının müəyyən edilməsi qət edilmişdir.

37. RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 16 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi X15 mülkiyyətindədir.

38. 2V-61 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə ölmüş X15 vərəsəsi oğlu Cavabdeh1 mirasdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 0.549 ha torpaq sahəsindən ibarətdir.

39. 143 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, XX.XX.1900-cu il təvəllüdlü X38 vəfat edən günə kimi (xx.xx.1987) oğlanları xx.xx.1937-ci il təvəllüdlü Yusif Musa oğlu, xx.xx.1936-cı il təvəllüdlü X52 (xx.xx.2010-cu ildə vəfat edib) ilə bir ünvanda qeydiyyatda olmuşlar.

40. 153 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü mərhum Yusif Musa oğlu ilə nikahda olmuş xx.xx.1960-cı il təvəllüdlü X44 1990-cı ildən Maştağa qəsəbəsi B.Bağırov küçəsi ev 54 ünvanında qeydiyyatdadır və yaşayır. Oğlu xx.xx.1991-ci il təvəllüdlü İddiaçı anası ilə birgə qeydiyyatdadır, yaşayır.

41. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi,54 nömrəli fərdi yaşayış evinə dair 1961-ci il tarixdə tərtib edilmiş texniki pasporta, Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2017- ci il tarixli 039-5437-1217 nömrəli arayışına, Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 85 nömrəli məktubuna, Cavabdeh1 xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ərizələrinə əsasən ünvan 5 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinə mərhum Q.Səlimovanın adına qeydiyyatdan keçmişdir və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 39 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Mübahisəli ünvanda yerləşən 0.549 ha torpaq sahəsindən 0.06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-172 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mübahisəli ünvanda yerləşən 0.549 ha torpaq sahəsindən 0.06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə173 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Məmmədov X59 adına qeydiyyatdan keçmişdir. 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 16A saylı fərdi yaşayış evi Məmmədov X59 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 0.549 ha torpaq sahəsindən 0.429 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

42. xx.xx.2022-ci il tarixli **********909 nömrəli 39 saylı Notariat ofisinə ünvanlanmış elektron ərizədən görünür ki, X44 mərhum əri X29 qalmış əmlak üzrə miras payının oğlu İddiaçı adına sənədləşməsinə etiraz etmir, razıdır. (1-ci cild, i\v səh. 43)

43. X10 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğumunun Xətai rayon Qeydiyyat şöbəsində qeydə alındığı və bu barədə XVİ-JQ seriyalı 266556 nömrəli doğum haqqında şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir. Həmin akt qeydinin üzərinə baxış keçirilərkən ata haqqında məlumat qrafasında baba adına dəyişiklik edildiyi və bununla bağlı xx.xx.2016-cı ildə AZ-İİİ seriyalı 743662 nömrəli doğum haqqında şəhadətnamənin təqdim edildiyi aşkar olunmuşdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən İddiaçı atalığının müəyyən edilməsi haqqında akt qeydinin deyil, xx.xx.1991-ci ildə Xətai rayon Qeydiyyat şöbəsində övladlığa götürülməsinin dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Övladlığa götürülmə haqqında akt qeydi tərtib edildikdən sonra İddiaçı adına 266963 nömrəli doğum haqqında şəhadətnamənin təqdim olunduğu müəyyən edilmişdir. Müvafiq informasiya sistemində axtarış aparılarkən xx.xx.1960-cı il təvəllüdlü X25 xx.xx.1978-ci ildə Qubadlı rayonunun Zilanlı kənd icra nümayəndəliyində X62 ilə nikaha daxil olduğu, həmin nikahın pozulmasının xx.xx.1984-cü ildə Qubadlı rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. X25 xx.xx.1988-ci ildə olan Conik Şaqenoviçlə Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikahı rəsmiləşdirilmişdir. Bu nikahın pozulması məhkəmə qətnaməsi əsasında xx.xx.1990-cı ildə həmin qeydiyyat şöbəsində qeydə alınmışdır.

44. X48 xx.xx.2010-cu il tarixli vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan bütün əmlakını cavabdehə vəsiyyət etmişdir.

45. Həmin vəsiyyətnamə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “X32 adından tərtib olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1286/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-2287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

46. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “X32 adından tərtib olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh2 Sabunçu Rayon Polis İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciəti əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə qəbul edilmiş “cinayəti işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən, müəyyən edilmişdir ki, vəsiyyətnamənin orta ixtisas təhsilli, yazıb-oxumaq qabiliyyətli, əqli və fiziki cəhətdən sağlam olan X32 tərəfindən deyil, guya savadsız olması göstərilməklə digər bir şəxs, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmaması sübuta yetirilmiş X16 tərəfindən imzalanması, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmamaları sübuta yetirilmiş mərhumlar X39 və X14 şahidliyi ilə təsdiq edilməsi, vəsiyyətnaməni tərtib etmiş sabiq notariusun istintaq orqanından qərəzli olaraq yayınması əsaslarından vəsiyyətnamənin saxta yolla tərtib edilməsi faktı təsdiq edilmiş, baş vermiş hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 308.1, 313-cü maddələrin tərkib əlamətləri olduğu müəyyən edilmiş, lakin hadisədən artıq 13 ildən artıq bir müddət keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (5-ci cild, i\v səh. 62-67) Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:

47. Maddə 13.

48. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

49. Maddə 29.

50. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

51. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

52. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

53. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

54. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi

55. 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

56. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası.

57. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

58. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

59. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

60. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

61. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

62. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

63. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

64. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

65. 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

66. 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

67. 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

68. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

69. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

70. 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

71. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

72. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

73. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

74. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

75. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

76. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).

77. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı: Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:

79. Mülki Prosessual Məcəllə

80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

83. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

84. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

85. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

86. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

87. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

88. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

89. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

90. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

91. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

92. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

93. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

94. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;

95. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

97. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) hazırkı halda veerilmiş apellyaasiya şikayətlərinə əsasən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

98. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən - “ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ¼ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın ¼ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə ilə və 0.06 ha hissəsini Məmmədov X69 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqavilələri”nin etibarsız hesab edilməsi və Məmmədov X59 adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatının silinməsi” hissələrində təmin edilməli, qalan hissələrdə iddia tələbləri təmin edilməməlidir.

99. Belə ki, hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ünvan 16 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi Q.Səlimovanın mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə Q.Səlimovanın (ölümündən sonra) adına çıxarış verilmişdir. Q.Səlimova xx.xx.1987-ci il tarixdə ölmüş, ondan ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Q.Səlimovanın birinci növbə vərəsələri – oğlanları İsabala, Yəhya Bala, Yaqub və Yusif tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Onların dördü də vəfat etmişdir. İddiaçının atası Yusif ölən günə qədər mübahisəli torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır. İddiaçılar da həmin evdə qeydiyyatdadırlar və yaşayırlar.

100. Mülki işin araşdırılan halları baxımından 1-ci iddiaçı və 2-ci iddiaçının qanun üzrə vərəsə olması və miras əmlakı qəbul etmələri mülki işin mübahisəsiz hallarıdır.

101. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

102. İddiaçılar miras qoyanın anası Q.Səlimovanın vəfatından sonra qəbul etdiyi ¼ hissədə miras əmlakına qanun üzrə birinci növbəli vərəsələr kimi pay hüququna malikdirlər. Mülki iş materiallarında olan xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. (1-ci cild, i\v səh. 162)

103. İddiaçılar qanun üzrə vərəsə kimi ¼ hissə, iddiaçının mərhum əmisi Yaqub tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamə üzrə vərəsə kimi ¼ hissədə miras payına iddia edir.

104. Məhkəmə qeyd edir ki, qətnamənin 43-cü bəndində qeyd olunduğu kimi 17 saylı Notariat Kontorunda tərtib edilmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, həmin qətnamə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

105. Beləliklə də, iddiaçının istinad etdiyi vəsiyyətnamə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə etibarsız hesab edildiyindən, hazırda 1-ci iddiaçının iddia tələbləri yalnız qanun üzrə vərəsəlik baxımından qiymətləndirilir.

106. Odur ki, iddiaçı və anasının mübahisəli torpaq sahəsinin atası Yusifə məxsus miras payının ¼ (1/8+1/8) hissəsində vərəsəlik hüquqları tanınmalı, hər birinin miras payları müəyyən edilərək, vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Onu da nəzərə almaq lazımdır ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, **********909 nömrəli 39 saylı Notariat ofisinə ünvanlanmış elektron ərizədən görünür ki, 2-ci iddiaçı mərhum əri Yusifdən qalmış əmlak üzrə miras payının oğlu Qüdrətin adına sənədləşməsinə etiraz etmir, razıdır. Beləliklə də, görünür ki, 1-ci və 2-ci iddiaçının maraqları eynidir.

107. Bu əsasla da, Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ¼ hissədə, yəni 1-ci və 2-ci iddiaçının qanun üzrə miras paylarına aid hissədə etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyat da ¼ hissədə silinərək, eyni nisbətdə çıxarış ləğv edilməli, Cavabdeh1 mübahisəli ünvanda yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini İ.Məmmədova və 0.06 ha hissəsini Maraqlı şəxs bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə və 4Ə-173 nömrə ilə qeyd edilmiş bağışlama müqavilələri etibarsız hesab edilməli və Məmmədov X59 adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatı silinməlidir.

108. İddia tələbinin rayon məhkəməsi tərəfindən təmin edilən – “0.549 ha torpaq sahəsinin 0.429 ha hissəsinin Musayev X4 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh2 mülki qanunvericilyə əsasən vicdanlı alıcı qismində qəbul olunur.

109. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

110. Eyni zamanda Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən də görünür ki, Cavabdeh2 reyestrə güvənib əvəzini ödəməklə torpaq sahəsini əldə etmişdir.

111. Buna görə də iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da nəzərə alır ki, iddiaçıların miras payı ümumi miras kütləsinin ¼ hissəsini təşkil etdiyindən iddiaların təmin edilən hissəsi onların mirasdakı payını əsasən əhatə edir. Onun çatışmayan hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçılar bununla bağlı hüquqlarının pozulmasında məsul olan şəxsə (və ya onun vərəsələrinə) qarşı tələb irəli sürməklə çatışmayan hissəsinin əvəzinin ödənilməsini tələb edə bilərlər.

112. Belə ki, 0,549 ha olan mübahisəli miras kütləsində hər bir vərəsənin payı ¼ hissə olmaqla, təqribi 0,137 ha, daha dəqiq desək, 13,72 sot müəyyən olunur. Etibarsız hesab edilən bağışlama müqavilələri əsasında iddiaçılara 0,12 (0,6+0,6) ha, yəni 12 sot torpaq sahəsi düşür ki, bu halda təqribi 0,017 ha (1,72 sot) torpaq sahəsi çatışmır.

113. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

114. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

115. Hazırkı mülki işdən görünür ki, apellyasiya şikayətlərində də qeyd olunduğu kimi rayon məhkəməsi prosessual pozuntuya yol verərək, bağışlama müqavilələrinin tərəflərini məhkəmə prosesinə cəlb etməmişdir. Bu hal mülki prosessual qanunvericiliyə əsasən, qətnamənin qeyd-şərtsiz ləğvi üçün əsasdır.

116. MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir.

117. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

118. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən - “ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ¼ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın ¼ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə ilə və 0.06 ha hissəsini Məmmədov X69 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqavilələri”nin etibarsız hesab edilməsi və Məmmədov X59 adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 16A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatının silinməsi” hissələrində təmin edilməli, qalan hissələrdə iddia tələbləri təmin edilməməlidir.

119. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

120. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayəti vermiş tərəflərin özünə aid edilməlidir.

121. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri qismən təmin edilsin. ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ¼ hissədə etibarsız hesab edilsin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyat ¼ hissədə silinsin, eyni nisbətdə çıxarış ləğv edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə və 0.06 ha hissəsini Məmmədov X69 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqavilələri” etibarsız hesab edilsin və Məmmədov X59 adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatı silinsin. Qalan hissədə iddia tələbləri təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar