Məhkəmə qərarları › İş №2(103)-2401/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2401/2021

03.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2401/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Alahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı xr oğlunun, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "x" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı x oğlunun cavabdeh X6, Mx oğlu, "x" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və Qx oğluna qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbi üzrə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(006)- 3241/2020 nömrəli qətnaməsindən cavabdeh Mehtı̇ yev Şükür Hı̇ dayət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 rayon Məhkəməsinə müraciət edərək, 2009-cu il buraxılışlı MERCEDES BENZ E350 markalı BAN nömrəsi WDD2120571A034389 olan nəqliyyat vasitəsinə dair bağlanmış bütün alqı-satqı müqavilələrinin o cümlədən Cavabdeh2 ilə X3 arasında bağlanmış 789211 saylı 11.07.2019-cu il tarixli, X3 ilə "Cavabdeh1" MMC arasında bağlanmış 03.03.2020-ci il tarixli Alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə avtmobilin mənə təhvil verilməsi barədəqərardad çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(006)-3241/2020 nömrəli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Mehtı̇ yev Şükür Hı̇ dayət oğlu apellyasiya şikayəti ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3241/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ünvanlanan 30 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olan məktubdan görünür ki, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmiş və bu səbəbdən mülki işin həmin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(006)-3241/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(006)-3241/2020 nömrəli qətnaməsindən cavabdeh Mehtı̇ yev Şükür Hı̇ dayət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar