Məhkəmə qərarları › İş №2(103)-2424/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2424/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2424/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3701/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozit əmanətinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən «xxxx» ASC-yə xx.xx.2015-ci il tarixdə iki ayrı müqavilə üzrə hərəsi 25 000 avro məbləğində əmanət qoyulmuşdur.Həmin əmanətlər 12 aylıq və illik 6 faizlə yerləşdirilmişdir.Faizlərin ödənilməsi müddətin sonunda baş verəcəyi halda isə faiz məbləği 6,3 olaraq müəyyən edilmişdir. Həmin əmanətlər üzrə iddiaçıya Bank tərəfindən əmanət kitabçaları təqdim edilmişdir. Daha sonra cavabdeh tərəfindən «xxxx» ASC-nin lisenziyası ləğv edilmiş və bank müflis elan olunmuşdur. Cavabdeh tərəfindən hər iki əmanət müqaviləsi üzrə cəmi 17 062 avro məbləğində pul ona ödənilmişdir. Qalan əmanətlərin ödənilməsi ilə bağlı müraciətllər olunsa da, hazırki vaxta qədər hər hansı bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 32. 956 avro məbləğində pulun tutularaq ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3701/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozit əmanətinin ödənilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xeyrinə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan 32.956 ( otuz iki min doquz yüz əlli altı) avro məbləğində pulun tutularaq ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı valyutasında iddiaçıya ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3701/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının tədqim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. İddiaçı X1 tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilərək təsdiq edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki əxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin, Banklar haqqında" Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261,0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..” “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə nüraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün nüəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq əşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət rıüqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Bапка belə bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.Göründüyü kimi, qanunun müddəası iki hissədən ibarətdir. Yəni, əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Hesab etsək ki, əmanətçi tərəfindən belə müraciət var, lakin müqavilədə müvafiq dəyişiklik edilməyibsə bu halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Qanun tələbinə görə yalnız hər iki şərtə əməl olunduqdan sonra əmanət qorunan hesab edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir.Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici lərəfindən yazılı bildiriş göndərilir.Belə ki, Bu Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərədə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçının tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Eyni zamanda bildirir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3701/2020 saylı, 06.11,2020-ci il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci il tarixində rəsmi qaydada daxil olmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, apellyasiya şikayəti təmin olunmalı və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli şəxs məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Belə ki, İşin materiallarında olan «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********5 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilədən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 25 000 Avro) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır (xx.xx.2016-ci il tarixinədək). Bank əmanətçiyə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********4 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilədən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 25 000 Avro) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır (xx.xx.2016-ci il tarixinədək). Bank əmanətçiyə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ərizələrdən və sənədlərdən görünür ki, İddiaçı hər iki əmanət müqaviləsi üzrə ümumilikdə 32. 956,86 avro məbləğində kredit tələbi Fond tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli məktubunun surətinə əsasən bildirilir ki, iddiaçının kreditor tələbi kreditorların reyestrinə daxil edilmiş və ödəniş növbəlilik daxilində həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********5 saylı Standart əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən Bank əmanətçidən daxil olmuş cəmi 25 000 Avro əmanəti, xx.xx.2015-cı il tarixli, 210FM**********4 saylı Standart əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən cəmi 25 000 Avro əmanəti qəbul etmişdir. Müqavilələrin 1.5-ci maddəsinə əsasən müqavilələrin müddəti 12 ay (xx.xx.2016-ci il tarixinədək) müəyyən edilmiş və Bank əmanətçiyə hər müqavilə üzrə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür.Hər iki müqavilələr üzrə əmanətlər «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə, 8.1.20-ci maddəsinə uyğun olaraq qorunan əmanətlərə aid edilir.Müqavilələr üzrə əmanətlər Qorunan əmanətlər olduğu üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə (yəni iddiaçıya) «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən hər iki əmanət müqaviləsi üzrə cəmi 17 062 avro (30.000,0 manat) məbləğində pul ödənilmişdir. Belə ki, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmçinin, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 27.3. maddəsinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. İşin mübahisəli halı ondan ibarətdir ki, hazırda iddiaçı yuxarıda qeyd edilən hər iki əmanət müqavilələri üzrə cəmi 50.000,0 Avro əmanətdən ödənilməmiş 32.956 ( otuz iki min doquz yüz əlli altı) avro məbləğində pulun Fond tərəfindən ödənilməsini tələb edir. (Yuxarıda qeyd edildiyi kimi hər iki əmanət müqaviləsi üzrə cəmi 17 062 avro (30.000,0 manat) məbləğində pul ödənilmişdir). Bununla bağlı Kollegiya qeyd edir ki, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********5 saylı Standart əmanət (depozit) hesabı haqqında müqaviləyəvə və xx.xx.2015-cı il tarixli, 210FM**********4 saylı Standart əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən cəmi 50. 000,0 Avro əmanət «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə, 8.1.20-ci maddəsinə uyğun olaraq qorunan əmanətlər olsa da, «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən tam sığortalı əmanət olmamışdır. Odur ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə (yəni iddiaçıya) «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən hər iki əmanət müqaviləsi üzrə cəmi 17 062 avro (30.000,0 manat) məbləğində pul ödənilməsi «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur.. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Fondun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********5 saylı və xx.xx.2015-cı il tarixli, 210FM**********4 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilələrdən görünür ki, Müqavilələrin 1.5-ci maddəsinə əsasən hər iki müqavilənin müddəti 12 aydır (xx.xx.2016-ci il tarixinədək). Bank əmanətçiyə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 1.5-ci maddəsinə əsasən hər iki müqavilənin müddəti xx.xx.2016-ci il tarixinədə bitmişdir. Müqavilələrin 1.6-cı maddəsinə əsasən müqavilənin müddəti bitməsinə bir həftə qalmış Əmanətçi depozitin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır, bu şərtlə ki, Bank müqavilənin müddətinin uzadılmasına razı olsun.Müqavilənin müddətinin uzadılması yeni müqavilənin bağlanması kimi qəbul edilir. xx xxxx 2016-cı il tarixdən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir.Həmçinin, xx xxxx 2016-cı il tarixindən (“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi vaxt) etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. «xxxx» ASC-nin isə xx.xx.2016-cı il tarixdən ləğv prossesi başlanılmışdır.Yəni həmin tarixə kimi hər iki əmanət üzrə faiz dərəcəsi 6% olaraq qalmışdır.Beləliklə, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün (“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən) müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Yəni iddiaçının əmanətləri üzrə illik faiz dərəcəsi 6% olmuş və xx xxxx 2016-cı il tarixə kimi bu faizin 3% -ə endirilməsi iş materiallarında hər hansı sübutla təsdiq olunmur.Halbuki, xx xxxx 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi (xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz) əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq əşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi iddiaçının qorunan əmanətinin tam sığortalanmış əmanət hesab edilməsi üçün (“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunlaşdırılması üçün) həmin hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiya qeyd edir ki, iddiaçının hazırda tələb etdiyi məbləğ “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun təsiri altına düşmədiyindən iddia əsassızdır.Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3701/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Qətnamə ləğv edilərək iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3701/2020 saylı qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar