Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2428/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Alıyeva Zümrüdün iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-151/2022 saylı mülki iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı İstehsalat Birliy tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Azəriqaz” İstehsalat Bırlıyi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış 453,60 manat, debitor borcu olaraq 8,40 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 492 manat pulun tutularaq "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: İddiaçı İB tərəfindən tərtib olunmuş 15.05.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktında, Cavabdeh yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur; İddiaçı İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın ödənilməsinə dair 18.05.2020-ci il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri- qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 4536 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir; 13.11.2020-ci il tarixli abonentin saldosunda, abonent Cavabdeh 2020-2021-ci illərdə qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 453,60 manat, debitor borcu olaraq 8,40 manat məbləğində borc hesablanmışdır; Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayır, qeyd edilən ünvana dair 06.05.2020-ci il tarixdə "Azəriqaz” İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Lakin "Azəriqaz” İB tərəfindən Cavabdeh yaşadığı ünvana dair təbii qazdan qanunsuz olaraq istifadə edilməsi əsası ilə 15.05.2020-ci il tarixli, ******* nömrəli akt əsasında "Azəriqaz” İB-yə 453,60 manat olmaqla maddi zərərin dəydiyi göstərilmişdir (iş.səh.12,11, 9, 4 ). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-151/2022 nömrəli işi üzrə 11.01.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh debitor borcu olaraq 8,40 manat məbləğində pulun tutularaq "Azəriqaz” İstehsalat Bırlıyinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə "Qazdan istifadə Qaydaları”nın 2.2.2, 2.3.1, 5.1, 6.5, 6.6, 6.7; Mülki Məcəllənin 1096.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəf sayğacdan kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə (İddiaçı İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair 06.05.2020-ci il tarixli, 14/1951 nömrəli müqavilə bağlandıqdan və sayğac quraşdırıldıqdan sonra) iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa təqdim edilən fotoşəkil də sayğacdan kənar xətdən istifadə edilməsi halının təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilmir. Cavabdeh özü də məhkəmə iclasında da bu halı təsdiq etməmiş, özü də fotoşəkillər təqdim edərək iddiaçının təqdim etdiyi fotoşəkillərin onların yaşadığı evə aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının özü tərəfindən tərtib edilən yuxarda qeyd edilən akta əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmiş, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin istifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərilən borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz . İddia tələbi Cavabdeh təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış 453,60 manat pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində təmin edilməməlidir. Abonentin saldosuna əsasən abonent Cavabdeh 2020 və 2021-ci illər üçün faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 77,40 manat debitor borcu olmuş, həmin borc məbləğindən 69 manat ödəniş edilmiş və hazırda 8,40 manat məbləğində debitor borcu ödənilməmiş qalmışdır İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-151/2022 saylı, 11.01.2022-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və tamamilə əsaslı iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilsin xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən sayğacın olmadığı halda qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlar tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı müvafiq hesablamalar aparılaraq 4536 m3 müəyyənləşdirilmiş və bu əsasla da dəymiş ziyanın məbləği cəmi 453,60 manat təşkil etmişdir.Göründüyü kimi Cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə İddiaçıya ziyan vurmuşdur. 1-ci instansiya məhkəməsi əsassız və qanunsuz qətnaməni qəbul edərkən iş materiallarında yer alan:Tərəflər arasında bağlanmış müqaviləyə istinad etmiş, hansı ki, müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində “paylayıcı"ya dəymiş zərərin əvəzini ödənməsinə dair “istehlakçının vəzifəsini müəyyən edir;“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta istinad etmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlnanılmasına və sayğaca baxış keçihlərkən sayğacdan kənar qeyri-qanuni təbii nazdan istifadə edilməsi, yəni Cavabdeh tərəfindən qaz borusuna özbaşına qoşulma faktları aşkar edilmiş və bu əsasla da həmin aktın tərtib edilməsini özündə əks etdirir;Dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində İddiaçıya dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını özündə əks etdirir;Abonent SALDO-suna istinadətmiş, hansı ki, **********00391 saylı abonent kodu üzrə borc barədə məlumatları özündə əks etdirir İş materiallarında olan yuxarıda qeyd etdiyimiz sübutlara nəzər yetirsək, hamısı Cavabdehin təbii qazdan qeyriqanuni istifadə etməsini göstərir. Digər tərəfdən Cavabdeh bu faktı, yəni onun barəsində tərtib edilmiş Aktın mövcudluğunu bilə-bilə niyə Məhkəmədə mübahisələndirməmişdir (qətnamənin 2-ci səhifəsinin 3-cü abzasının 2-ci cümləsi “ ..15.05.2020-ci il tarixli akt tərtib olunaraq təqdim olunmuş, o, isə həmin aktla razılaşmadığından imzalamaqdan imtina etmidir’) ? 1-ci instansiya məhkəməsinin bu maddi hüquq normasına istinad etməklə (qətnamənin 3-cü səhifəsinin 4-cü abzası) iddia tələbinin dəymiş ziyanın məcburi qaydada tutulması hissəsini təmin etməməsi halı hüququn tətbiq edilməsində səhv buraxması kimi qiymətləndirilməlidir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə’hin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. iddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və on un dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndihlməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Alıyeva Zümrüd apellyasiya şikayətini müdafiə edərək, 15.05.2020-ci ildə qaz sayğacı quraşdırıldığını, kənar qoşulma aşkar edildiyini və bu səbəblə akt tərtib edildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilməlidir ki, cavabdeh ekspertiza keçirilməsi barədə vəsatət verməklə tələb etdikləri pul vəsaitlərinin yaranma əsaslarının şübhə altına almaqla qətnamənin düzgünlüyün bir daha təsdiq etmiş olmuşlar. Kollegiya diqqətə çatdırır ki, X1 29.11.2021-ci il tarixli inventar aktında sayğacda kənar, qeyri-qanuni birləşmə aşkarlanmadığı qeyd edilmişdir (iş səh.62). Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-151/2022 nömrəli işi üzrə 11.01.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2428/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2428/2022
28.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver