Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2428/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, kəsici müddət) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə ilkin, Cavabdeh2 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1 MTK-nın sədri X18 və "xxxx" qismində İddiaçı arasında xx.xx.2018-ci il tarixdə “Mənzil tikintisi haqqında müqavilə” bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binanın 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. Cavabdeh1 MTK üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə” xx.xx.2018-ci il tarixli 45 nömrəli protokola əsasən, İddiaçı MTK üzvlüyünə qəbul edilmiş, ona razılıq yolu ilə MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilmiş yaşayış binasında sahəsi 116,87 kv.m., 9-cu mərtəbədə 2 otaqlı 45 №-li mənzilin düşməsi təsdiq edilmişdir.
3. İddiaçı, Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 450 nömrəli kassa mədaxil orderi əsasında mənzilin pay haqqı kimi 50 000 manat, xx.xx.2018ci il tarixli 450/A nömrəli kassa mədaxil orderi əsasında 50 000 manat, xx.xx.2018-ci il tarixli 22/06 nömrəli kassa mədaxil orderi əsasında 50 000 manat məbləğində pul ödəmişdir
4. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.
5. X15 Cavabdeh1 MTK-ya ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, “o, MTK-nın inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, ümumi sahəsi 116,87 kv.m. olan 2 otaqlı 45 saylı mənzildən və pay hüququndan imtina edir, həmin mənzili və pay hüquqlarını Cavabdeh2 adına sənədləşdirməsini xahiş edir. Gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına iddia ilə müraciət etməyəcək. Hər hansı mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaq”.
6. Cavabdeh1 MTK-nın sədri X18 və "xxxx" qismində Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə “Mənzil tikinti haqqında müqavilə” bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binasının 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi dəyəri 95 000 manat məbləğində müəyyənləşdirilmişdir.
7. Cavabdeh1 MTK üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə” xx.xx.2019-cu il tarixli 45 nömrəli protokola əsasən, Cavabdeh2 MTK üzvlüyünə qəbul edilmiş, ona razılıq yolu ilə MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilmiş yaşayış binasında sahəsi 116,87 kv.m., 9-cu mərtəbədə 2 otaqlı 45 №-li mənzilin düşməsi təsdiq edilmişdir.
8. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.
9. X4 imzaladığı “Pul vəsaitinin qaytarılması haqqında” xx.xx.2020-ci il tarixli iltizamnamədə göstərmişdir ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı adına olan 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili 2 ay müddətində, yəni 2020-ci ilin noyabr ayına qaytarmağa söz verir.
10. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində X1 Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır.
11. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “İddiaçı, X10 və Cavabdeh2 “Star-M" MTK-da olan mənzilin sahibi kimi tanımış, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Əvvəllər İddiaçı valideyni X7 ilə qarşılıqlı olaraq birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və nəticədə görülən işlərə görə Qüdrət Şükürovun ona küllü miqdarda borcu olmuşdur. Bundan başqa İddiaçı adına olan mənzilin dəyərini Qüdrət Şükürov ona qismən ödəmişdir. Lakin aralarında etibarlı münasibət olduğu üçün mənzil sahəsinin İddiaçı adına rəsmiləşməsi üçün maliyyə arayışını və digər sənədləri tam olaraq Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edib vermişdir. MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzil ilə əlaqədar maliyyə arayışı, MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokol, mənzil tikintisi haqqında müqavilə, 50,000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 450 nömrəli, 50.000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 450/A nömrəli, 50.000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 22/06 nömrəli, 120 000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 484 nömrəli kassa mədaxil qəbzləri göstərişinə əsasən Sevinc Xudabaxışova tərəfindən tərtib edilmişdir. Daha sonra Sevinc Xudabaxışova sənədlərin tərtib edildiyi tarixdə Valeh Qasımovu ofisə çağırıb İddiaçı mənzil sahəsinin verilməsi ilə əlaqədar maliyyə arayışını, MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokolu, mənzil tikintisi haqqında müqaviləni adının qarşısından imzalamaq üçün vermiş, həmin sənədləri Valeh Qasımov imzaladıqdan sonra geri qaytarmışdır. Qüdrət Şükürov ona borclu olduğu 200.000 manatdan artıq məbləği ödəmədiyi üçün, həmçinin, İddiaçı adına rəsmiləşmiş mənzilin dəyərini də faktiki olaraq tam ödəmədiyi üçün o, həmin mənzil sahəsini X11 yadında olmayan məbləğ qarşılığında satmışdır. Zəhra İsmayılova sonradan həmin mənzili Cavabdeh2 yadında olmayan məbləğ qarşılığında satmış və sonuncunun adına mənzil sahəsinin rəsmiləşməsi ilə əlaqədar müvafiq sənədləri öz imzası ilə təsdiq edib MTK-nın möhürü ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli iltizamnamədə adının qarşısında olan imza özünə məxsusdur. Belə ki, Qüdrət Şükürov ona borclu olduğu pul vəsaitini qaytarmağa söz verdiyi üçün o da inanıb həmin mənzil sahəsinin qaytarılması məzmununda iltizamnaməni adının qarşısından imzalamışdır. Lakin bunlara baxmayaraq Qüdrət Şükürov ona borclu olduğu pul vəsaitini qaytarmadığı üçün öz növbəsində həmin mənzili İddiaçı qaytarmamışdır”.
12. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, “ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən Cavabdeh1 Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri X2 tələbə yoldaşı olmuş X12 vasitəsilə sonuncunun dayısı kimi tanımışdır. Belə ki, tələbə yoldaşı Elşad Tağızadə 2018-ci ilin təxminən fevral ayında Cavabdeh1 MTK-da Məhərrəm Məhərrəmov tərəfindən yaşayış evinin satılması barədə ona məlumat vermişdir. Həmin vaxtı Elşad Tağızadə ilə birlikdə MTK-ya gedib 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilə baxmışdır. Mənzilə baxdıqda onun giriş hissəsində qapının olmaması, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmçinin, həmin mənzil 9-cu mərtəbədə liftdən çıxdıqdan sonra 5 m irəli gedib ilk əvvəl sağ tərəfə dönüb 5 m irəli getdikdən sonra sol tərəfdə yerləşmişdir. Baxdığı mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlib bu barədə Elşad Tağızadəyə məlumat vermişdir. Müəyyən müddətdən sonra 2018-ci ilin fevral ayının yadında olmayan günündə Bakı şəhəri, Nərimanov rayonunda “Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə almaq istədiyi yaşayış evinin qiymətini danışmaq üçün getmişdir. Həmin vaxt ofisdə onunla birlikdə MTK-nın faktiki rəhbəri Məhərrəm Məhərrəmov, hüquqi rəhbəri X18, mühasib Sevinc adlı xanım, iş icraçısı Rafiq adlı şəxs olmuşdur. Məhərrəm Məhərrəmovun onun almaq istədiyi 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilin (bundan sonra - mənzil) 45 nömrəli olduğunu bildirərək həmin mənzili 150.000 (bir yüz əlli min) manat müqabilində sata biləcəyi barədə təklifini qəbul etmişdir. Qabaqcadan pul vəsaitini verəcəyi barədə razılaşdığı üçün xx.xx.2018-ci il tarixdə MTK-nın yerləşdiyi əraziyə yaxın yerdə Elşad Tağızadə, görüşə MTK-nın adından tərtib edilmiş 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən 450 nömrəli kassa mədaxil qəbzi ilə gəlmiş, 50 000 (əlli min) manat pul vəsaitini Elşad Tağızadəyə verib sonuncudan 450 nömrəli kassa mədaxil qəbzi almışdır. Daha sonra qabaqcadan pul vəsaitini verəcəyi barədə razılaşdığı üçün xx.xx.2018-ci il tarixdə MTK-nın yerləşdiyi əraziyə yaxın yerdə Məhərrəm Məhərrəmovun övladı Zamiq Məhərrəmli, görüşə MTK-nın adından tərtib edilmiş 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən 450/A nömrəli kassa mədaxil qəbzi ilə gəlmiş, 50 000 (əlli min) manat pul vəsaitini Zamİq Məhərrəmliyə verib sonuncudan 450/A nömrəli kassa mədaxil qəbzi almışdır. xx.xx.2018-ci il tarixdə isə “Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında olan MTK-nın ofisində Valeh Qasımovun, mühasib Sevinc adlı xanımın, iş icraçısı Rafiq adlı şəxsin şahidliyi ilə 50.000 (əlli min) manat pul vəsaitini Məhərrəm Məhərrəmova ödəmişdir. xx.xx.2018-ci il tarixdə Valeh Qasımov ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsini yığıb MTK-nın ofisinə yaşayış evinin sənədlərini verməsi üçün dəvət etmişdir. xx.xx.2018-ci il tarixdə MTK-nın ofisinə atası Qüdrət Şükürovla birlikdə getmiş və həmin vaxt mühasib Sevinc adlı xanım müəyyən sənədləri gətirib Məhərrəm Məhərrəmova təqdim etmişdir. Məhərrəm Məhərrəmov isə əlindəki möhür ilə sənədləri təsdiqləyib ona verdikdə müəyyən etmişdir ki, Məhərrəm Məhərrəmov ona MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin qalıq dəyərinin tərəfindən tam ödənilməsi barədə MTK-nın adından tərtib edilmiş, hüquqi rəhbər Valeh Qasımovun imzası ilə təsdiqlənən xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışını, həmin tarixli mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı vermişdir. 2018-ci ilin təxminən avqust ayının yadında olmayan günündə MTK-yə gedib mənzili təmir etmək istədikdə yaşayış evinin giriş qapısının qoyulduğunu və mənzilin müəyyən hissəsinin təmir edildiyini müəyyən etmişdir. Baş vermiş anlaşılmazlığı həli etmək üçün Valeh Qasımovla danışdıqda sonuncu cavabında Məhərrəm Məhərrəmovun maliyyə durumu ağır olduğu üçün ona satılmış mənzili polis əməkdaşı Sahil adlı şəxsə satdığını bildirmişdir. 2018-ci ilin təxminən avqust ayının yadında olmayan günündə MTKnın ofisində o, Valeh Qasımov və iş icraçısı Rafiq adlı şəxsin iştirakı ilə Məhərrəm Məhərrəmovla görüşmüşdür. Görüş zamanı Məhərrəm Məhərrəmov ona məxsus mənzili Sahil adlı şəxsə satmasının səbəbini pula ehtiyacı olması ilə əlaqələndirmiş və şikayət etməməsi müqabilində ona qısa müddət ərzində həmin MTK-da başqa eyniölçülü mənzil verəcəyinə söz vermişdir. Tələbə yoldaşı Elşad Tağızadənin qohumu və atası Qüdrət Şükürovun dostu olduğu üçün Məhərrəm Məhərrəmovdan həmin vaxt şikayət etməyərək məsələnin sakit şəkildə həll edilməsinə ümid etmişdir. Lakin danışıqdan uzun müddət keçməsinə baxmayaraq Məhərrəm Məhərrəmov ona verdiyi sözü yerinə etməmişdir. xx.xx.2020-ci il tarixdə MTK-nın ofisində X13 Qasımovun və iş icraçısı Rafiq adlı şəxsin iştirakı ilə yenidən görüşüb ondan şikayətçi olacağını bildirmiş, lakin Məhərrəm Məhərrəmov ona öz imzası ilə təsdiq etdiyi mənzili 2020-ci ilin noyabr ayınadək ona qaytaracağına söz verməsi məzmununda iltizamnaməni təqdim edib möhlət verməsini xahiş etmişdir. X21 ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə “whatsapp” mobil tətbiqi vasitəsilə səs ataraq Məhərrəm Məhərrəmovun əvəzinə ona mənzil və ya pul vəsaitini verəcəyi barədə söz vermişdir. Bütün cəhdlərinə baxmayaraq Məhərrəm Məhərrəmov mənzili qaytarmadığı və ya 150 000 manat pul vəsaitini ödəmədiyi üçün prokurorluq orqanına şikayət etmişdir. xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarışın kim tərəfindən hazırlandığını, maliyyə arayışında, protokoldan çıxarışda və müqavilədə hüquqi rəhbər “V.C.Qasımov”un qarşısında olan imzanın, həmçinin həmin sənədlərdə əlyazma şəklində olan yazının kim tərəfindən icra edildiyini bilmir. Belə ki, ofisdə olduqda Sevinc adlı mühasib xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışını, həmin tarixli mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı Məhərrəm Məhərrəmova təqdim etmiş və sonuncu MTK-nın möhürü ilə həmin sənədləri təsdiq edib ona təqdim etmişdir. Həmçinin müqavilədə payçı kimi onun adının qarşısında olan imzanı atası Qüdrət Şükürov texniki olaraq səhvən çəkmişdir. Lakin ata və oğul kimi aralarında hər hansı anlaşılmazlıq olmadığı üçün müqavilənin yenidən tərtib edilməsini tələb etməmişdir. Mənzilin ona məxsus olması məzmununda olan xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş imza, xətt və ya yazı yoxdur. Elşad Tağızadə, Məhərrəm Məhərrəmov, Zamiq Məhərrəmli və Valeh Qasımovla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. X14 Şükürovla dostluq münasibətindən istifadə edərək onun şikayətçi olmamasına təsir etmək istəmiş, lakin bu alınmadığı üçün əmlakın faktiki olaraq sonuncuya məxsus olması barədə verdiyi ifadəsində yalan xüsusat göstərmişdir. Belə ki, Məhərrəm Məhərrəmovun mənzilin faktiki olaraq Qüdrət Şükürova məxsus olduğunu deməkdə məqsədi dostluq münasibətlərindən irəli gələrək sonuncunun ondan şikayətçi olmamasına arxayınlıq ilə əlaqədar olmuşdur. Lakin bildirir ki, mənzilin faktiki və hüquqi sahibi özüdür və o, həmin mənzilə görə 150 000 manat pul vəsaitini ödəmişdir. MTK-da hüquqi rəhbər Valeh Qasımov olsa da, bütün idarəetmə işlərini, mənzillərin satışını, binanın təmir-tikintisinə faktiki rəhbərliyi Məhərrəm Məhərrəmov etmişdir. Valeh Qasımov isə MTK-da adi işçi kimi çalışmışdır. Ona görə də, hesab edir ki, sənədləşmədə Valeh Qasımovun adı olsa da, eyni mənzili onunla yanaşı digər şəxsə satmaqla ona faktiki olaraq maddi və mənəvi ziyanı Məhərrəm Məhərrəmov vurmuşdur. Cavabdeh2 yalnız mənzilin başqa şəxsə məxsus olması ilə əlaqədar tanımış, onunla hər hansı münasibəti olmamışdır. Həmçinin ona satılmış mənzilin Məhərrəm Məhərrəmovun yenidən Cavabdeh2 satması və sonuncunun hal-hazırda həmin mənzili təmir etməsi təsdiq edir ki, Məhərrəm Məhərrəmovun niyyəti əvvəlcədən ona məxsus pul vəsaitini aldatmaqla ələ keçirməkdən ibarət olmuşdur. Zamiq Məhərrəmli övlad kimi Məhərrəm Məhərrəmova köməklik etmək istəmiş və sonuncudan şikayətçi olmaması müqabilində Məhərrəm Məhərrəmovun əvəzinə ona vurulmuş zərərin əvəzi kimi mənzil və ya pul vəsaitini verəcəyini söz versə də, hal-hazıradək ona vurulmuş maddi ziyan ödənilməmişdir. Mənzilin dəyəri kimi ödədiyi 150 000 manat pul vəsaiti 100 manatlıq əskinaslar şəklində olmuş, həmin pul vəsaitini fərqləndirə biləcək hər hansı rekvizitlər olmamışdır. Həmçinin, liftlərin texniki servisi, alış- satışı, quraşdırılması fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi olduğu üçün fərdi sahibkar kimi əldə etdiyi gəlirdən MTK-da qeyd etdiyi mənzilin dəyərini ödəməklə almaq istəmişdir. Elşad Tağızadəyə 50 000 manat və Zamiq Məhərrəmliyə 50.000 manat pul vəsaitini verdikdə təklikdə olduqları üçün həmin hadisənin digər şahidləri olmamışdır. Lakin xx.xx.2018-ci il tarixdə 50.000 manat pul vəsaitini mərkəzin yaxınlığında olan MTK-nın ofisində Valeh Qasımovun, mühasib Sevinc adlı xanımın, iş icraçısı Rafiq adlı şəxsin şahidliyi ilə Məhərrəm Məhərrəmova ödəmişdir. Həmin mənzil üzərində mülkiyyətçi kimi hər hansı hüquqlarını həyata keçirə bilməmişdir Məhərrəm Məhərrəmovun deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyrimümkündür. Məhərrəm Məhərrəmov həmin mənzili hər hansı borc və ya digər mülki xarakterli öhdəliyin icrası qarşılığında ona verməmişdir. Şikayət və tələbi ona vurulmuş ziyanın tam ödənilməsindən və cinayət əməlini törətmiş şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir. Mənzil sahəsinin alqı-satqısı və sonradan yaranmış problemlə əlaqədar istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən Məhərrəm Məhərrəmovun ***-***-**-**, Valeh Qasımovun ***-***-**-** mobil nömrələri ilə qarşılıqlı olaraq zənglər etməklə əlaqə saxlamışdır”.
13. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, “ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən Cavabdeh1 Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri X2 və MTK-nın hüquqi rəhbəri X16 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. X3 onun yeni tikililərdən mənzil almaq istədiyini bildiyi üçün təxminən xx.xx.2019-cu il tarixdə dayısı Məhərrəm Məhərrəmova məxsus MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin X15 tərəfindən satılması barədə məlumat vermişdir. Həmin vaxtı Elşad Tağızadə və Zəhra İsmayılova ilə birlikdə MTK-ya gedib 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilə baxmışdır. Mənzilə baxdıqda onun giriş hissəsində qapının və pəncələrdə şüşələrin olmamasını, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmçinin, həmin mənzil 9-cu mərtəbədə liftdən çıxdıqdan sonra ilk əvvəl sağ tərəfə dönüb 5 m irəli getdikdən sonra sol tərəfdə yerləşmişdir. Baxdığı mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlmiş və bu barədə Zəhra İsmayılovaya məlumat vermişdir. Zəhra İsmayılova ilə həmin mənzilin 95 000 (doxsan beş min) manat müqabilində satılması barədə razılığa gəlmişdir. xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova Bakı şəhəri 51 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş pay hüquququndan imtina edərək mənzilin onun adına sənədləşdirilməsi və gələcəkdə göstərilən mənzil ilə əlaqədar iddiasının olmaması məzmununda ərizə vermişdir. Üstündə olan pulun çatışmayan hissəsi kimi xahişi əsasında dostu Samir Orucov onun evindən 61.000 (altmış bir min) manat pul vəsaitini götürüb “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinin qarşısına gətirmiş və həmin pul vəsaitini o, Samir Orucovdan götürmüşdür. Daha sonra xx.xx.2019-cu il tarixdə MTK-nın ofisinə almaq istədiyi yaşayış evinin sənədləşməsi üçün getmişdir. Həmin vaxtı ofisdə MTK-nın faktiki rəhbəri Məhərrəm Məhərrəmov, Elşad Tağızadə, mühasib Sevinc adlı xanım, MTK-da tikinti işi üzrə iş icraçısı Rafiq adlı şəxs olmuş və sonuncuların şahidliyi ilə 95 000 (doxsan beş min) manat pul vəsaitini o, Zəhra İsmayılovaya vermişdir. Zəhra İsmayılova pul vəsaitini saydıqdan sonra qəbul etmiş və daha sonra mühasib Sevinc adlı xanım müəyyən sənədləri gətirib Məhərrəm Məhərrəmova təqdim etmişdir. Məhərrəm Məhərrəmov isə əlindəki möhür ilə sənədləri təsdiqləyib ona verdikdə müəyyən etmişdir ki, həmin sənədlər MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin qalıq dəyərinin tərəfindən tam ödənilməsi barədə MTK-nın adından tərtib edilmiş, hüquqi rəhbər Valeh Qasımovun adından İmzalanmış xx.xx.2019-cu il tarixli 98 nömrəli maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarış olmuşdur. 2019-cu ilin sentyabr ayından etibarən mənzilin təmiri işlərinə başlasa da, binanın təhvil verilməsinin gecikdiyini görüb təmiri müvəqqəti olaraq dayandırmışdır. Zəhra İsmayılovam qeyd etdiyi mənzil sahəsinin alqı-satqısı ilə əlaqədar tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Elşad Tağızadənin ona deməsinə görə Zəhra İsmayılova həmin mənzili MTK-dan, konkret olaraq Məhərrəm Məhərrəmovdan almışdır. Maliyyə arayışını, mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı Sevinc adında mühasib kompyuter vasitəsilə tərtib edib Məhərrəm Məhərrəmova təqdim etmiş və sonuncu MTK-nın möhürü ilə həmin sənədləri təsdiq edib ona vermişdir. Həmçinin müqavilədə payçı kimi adının qarşısında olan imzanı özü icra etmiş, lakin sənədlərdə Valeh Qasımovun adının qarşısında olan imzanın kimin tərəfindən icra edildiyini xatırlamır. Mənzilin ona məxsus olması məzmununda olan maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş xətt və ya yazı yoxdur. İddiaçı yalnız mənzilin başqa şəxsə məxsus olması ilə əlaqədar tanımış, onunla hər hansı münasibəti olmamışdır. Məhərrəm Məhərrəmovun deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyri-mümkündür. Şikayət və tələbi ona vurulmuş maddi ziyanın tam ödənilməsindən və cinayət əməlini törətmiş şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir”.
14. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 Sahil Məhərrəm oğlunun ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, “ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən Cavabdeh1 Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri X2 və MTK-nın hüquqi rəhbəri X16 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən yeni tikililərdən mənzil almaq istədiyi üçün 2018-ci ilin yay aylarında, dəqiq xatırlamadığı gündə həmin MTK-ya gedib 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilə baxdıqda onun giriş hissəsində qapının, həmçinin evin pəncərələrinin olmamasını, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmçinin, həmin mənzil 9-cu mərtəbədə lift tərəfdən ilk əvvəl sağ tərəfə dönüb 5 m irəli getdikdən sonra sol tərəfdə yerləşmişdir. Baxdığı mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlib bu barədə Məhərrəm Məhərrəmova məlumat vermişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə (bundan sonra - ofis) almaq istədiyi yaşayış evinin alqı-satqısı üçün getmişdir. Həmin vaxtı ofisdə MTK-nın faktiki rəhbəri Məhərrəm Məhərrəmov və Rafiq adlı iş icraçısı olmuşdur. Məhərrəm Məhərrəmov almaq istədiyi 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilin (bundan sonra mənzil) 45 nömrəli olduğunu bildirərək həmin mənzili 132.000 (bir yüz otuz iki min) manata sata biləcəyini ona təklif etmişdir. Danışıq zamanı həmin qiymətlə razılaşmış və üstündə olduğu üçün İlkin olaraq 40 000 (qırx min) manat pul vəsaitini beh kimi Məhərrəm Məhərrəmova vermiş və sonuncu pul vəsaitini Rafiq adlı iş icraçısının şahidliyi ilə sayıb qəbul etmişdir. Həmin vaxt Məhərrəm Məhərrəmovla olan razılığına əsasən qısa müddət ərzində mənzilin qalıq dəyərini tam ödədikdən sonra onun adına sənədlər tərtib olunacaqdır. 2018-ci ilin sentyabr ayının yadında olmayan günündə ofisə gedib mənzilin qalıq dəyəri kimi 92.000 (doxsan iki min) manat pul vəsaitini Məhərrəm Məhərrəmova vermiş və sonuncu pul vəsaitini mühasib Sevinc adlı xanımın şahidliyi ilə sayıb qəbul etmişdir. Daha sonra müəyyən sənədləri gətirib Məhərrəm Məhərrəmov ona vermiş və sənədlərə baxdıqda müəyyən etmişdir ki, Məhərrəm Məhərrəmov MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin qalıq dəyərinin tərəfindən tam ödənilməsi barədə MTK-nın adından tərtib edilmiş, hüquqi rəhbər Valeh Qasımovun adından imzalanmış xx.xx.2018-ci il tarixli 39 nömrəli maliyyə arayışını, həmin tarixli mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı vermişdir. Sənədləri MTK-nın sədri kimi Valeh Qasımovun imzalamasının səbəbini Məhərrəm Məhərrəmovdan soruşduqda, sonuncu cavabında faktiki rəhbər özü olduğu üçün mənzilin ona məxsus olması barədə sənədlərin hüquqi rəhbər Valeh Qasımovun adından tərtib edildiyini və qeyd olunan məsələdə hər hansı narahatlıq olmadığını bildirmişdir. Öz növbəsində sənədləri adının qarşısından imzalamış və sənədlərin bir nüsxəsi özündə qalmaqla digər nüsxəsini Məhərrəm Məhərrəmova geri qaytarmışdır. Maliyyə arayışı, mənzil tikintisi haqqında müqaviləni, protokoldan çıxarışı Məhərrəm Məhərrəmov ona təqdim etdikdə artıq həmin sənədlər möhürlü və MTK-nın adından imzalanmış şəkildə olduğu üçün həmin sənədləri MTK tərəfdən kimin faktiki olaraq imzaladığını və möhürlə təsdiq etdiyini bilmir. Mənzilin ona məxsus olması məzmununda olan maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş xətt və ya yazı yoxdur. İddiaçı tanımır, onunla hər hansı münasibəti olmamışdır. Belə ki, həmin mənzili İddiaçı deyil Məhərrəm Məhhərəmovdan almış və qeyd olunan vaxt mənzilin ondan əvvəl digər şəxsə satılması barədə sonuncu hər hansı məlumat verməmişdir. MTK-da hüquqi rəhbər Valeh Qasımov olsa da, bütün idarəetmə işlərini, mənzillərin satışını, binanın təmir-tikintisinə faktiki rəhbərliyi Məhərrəm Məhərrəmov etmiş, Valeh Qasımov isə MTK-da adi işçi kimi çalışmışdır. Ona görə də, hesab edir ki, sənədləşmədə Valeh Qasımovun adı olsa da, eyni mənzili onunla yanaşı digər şəxsə satmaqla, ondan şəxsən pul vəsaitini qəbul etməklə həmin vaxtı ona faktiki olaraq maddi ziyanı Məhərrəm Məhərrəmov vurmuşdur. Mənzilin dəyəri kimi ödədiyi 132.000 manat pul vəsaiti 100 və 50 manatlıq əskinaslar şəklində olmuş, həmin pul vəsaitini fərqləndirə biləcək hər hansı rekvizitlər olmamışdır. Həmçinin, 2018-ci il tarixdə 200.000 (iki yüz min) manata Bakı şəhəri “Ağ şəhər” deyilən ərazidə yeni tikilidən 03 otaqlı yaşayış evinin satışından əldə etdiyi gəlir hesabına MTK-da qeyd etdiyi mənzilin dəyərini ödəməklə almışdır. Məhərrəm Məhərrəmovun deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyri-mümkündür. Məhərrəm Məhərrəmov həmin mənzili hər hansı borc və ya digər mülki xarakterli öhdəliyin icrası qarşılığında ona verməmişdir. Törədilmiş cinayət əməli nəticəsində ona 132 000 manat maddi ziyan dəymişdir. Mənzil sahəsinin alqı-satqısı ilə əlaqədar qeyd olunan dövrdə istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr ilə Məhərrəm Məhərrəmovun ***-***-**-** mobil nömrəsi ilə qarşılıqlı olaraq zənglər etməklə əlaqə saxlamışdır. Şikayət və tələbi İddiaçı satılmış mənzil sahəsinin daha sonra ona satıb pul vəsaitini ələ keçirmiş Məhərrəm Məhərrəmovun cinayət məsuliyyətinə cəlb edilməsindən və ona vurulmuş maddi ziyanın tam ödənilməsindən ibarətdir.
15. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzil Cavabdeh2 təhvil verilmişdir və o, həmin mənzili təmir edərək hazırda ailəsi ilə birlikdə orada yaşayır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. İddiaçı Cavabdeh1nə (MTK) və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m. olan 45 nömrəli mənzilin MTK tərəfindən ona təhvil verilməsi, MTK və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, MTK ilə arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 1987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m.olan 45 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, mənzilin dəyəri olan 150 000 manat hər dəfə 50 000 manat olmaqla 3 dəfəyə kooperativə ödənilmişdir. Mənzilin dəyəri olan pul vəsaitinin ödənilməsi barədə ona MTK tərəfindən xx.xx.2018-ci il tarixli 450 saylı kassa mədaxil orderi, xx.xx.2018-ci il tarixli 450/A saylı kassa mədaxil orderi və xx.xx.2018-ci il tarixli 22/06 saylı kassa mədaxil orderi qəbzləri verilmişdir. MTK-nın təsdiq etdiyi xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışına əsasən mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli 45 nömrəli protokol ilə kooperativin üzvlüyünə qəbul edilməsi və payçıların razılığı ilə qeyd olunan mənzilin ona düşməsi təsdiq olunmuşdur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən mənzilin dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeydşərt olmadan təhvil verilməlidir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Aldığı mənzilin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərini icra edib göstərilən mənzilin ona təhvil verilməsini tələb etsə də, kooperativ üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla bağlı apardıqları danışıqların nəticəsi olmamış, mənzil ona təhvil verilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kooperativə yazdığı müraciət də nəticəsiz qalmışdır. Mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblik və istifadə etmək hüququnu əldə etdiyinə və müqavilə üzrə öhdəliyini tam icra etdiyinə baxmayaraq, bu günə kimi mənzil ona təhvil verilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (177-189) 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-790/2023 saylı cinayət işinin materiallarından ona məlum olmuşdur ki, onun mənzili barəsində onunla müqavilə bağlanıldıqdan sonra, xx.xx.2018-ci il tarixdə X15 ilə müqavilə bağlanılmış, xx.xx.2019-cu il tarixdə İsmayılova Zəhra həmin mənzildən imtina edərək mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ona məxsus olan qeyd olunan mənzil barəsində xx.xx.2019cu il tarixli müqavilə bağlanılmışdır. Göründüyü kimi, mənzil ilkin olaraq onun adına rəsmiləşdirildiyindən, mənzil onun mülkiyyətinə keçmiş, daha sonra mənzilin mülkiyyətçisi olmayan Cavabdeh1 MTK tərəfindən mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verilmişdir. Hansı ki, bu, mülki qanunvericiliyin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir. Qeyd olunan qərara əsasən “Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzmfəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır”. Qeyd olunan Qərara əsasən “Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”.
18. Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə Cavabdeh1 MTK-nın sədri X18 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh2 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, 2019-cu ildə ailəsi və anası ilə birlikdə yaşamaq üçün mənzil almaq qərarına gəlmişlər. X24 Qarabağ müharibəsi şəhididir, qardaşının vəfatından sonra dövlət tərəfindən anası Sücayət Ərəbovaya 11 000 manat maddi yardım göstərilmişdir. Anası həmin məbləği ona təqdim edərək yeni mənzilin alınmasında istifadə etməsini xahiş etmiş, bir neçə tanışlarına etibarlı və əlverişli qiymətə olan yeni tikililərdən mənzil almaq istədiyini bildirmişdir. Bir gün tanışlarından Elşad adlı şəxs ona zəng edərək bir nəfər xanımın yeni tikilmiş binada təmirsiz mənzil satmaq istədiyini bildirmiş, mənzilə baxmaq üçün tanışı Elşadın vasitəsi ilə Zəhra adlı xanımla görüşüb mənzilə baxmışdır. Mənzil təmirsiz olmuşdur. Həmin vaxt binada bir çox mənzillər təmirsiz olmuşdur. Zəhra xanımla mənzili 95 000 manat müqabilində onun adına keçirməyə razılaşmışlar. Birlikdə binanın tikintisini həyata keçirən Cavabdeh1 MTK-nın ofisinə yaxınlaşmış, orada Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsində yerləşən 31/33 saylı evin 45 nömrəli mənzilinin tikintisi haqqında müqaviləni yeniləyib onun adına yeni müqavilə bağlamışlar. Həmin gün onun sözügedən mənzilə düşməsinin təsdiq edilməsinə dair protokoldan çıxarış da ona təqdim edilmişdir. Zəhra xanıma 95 000 manat pulu ödədikdən sonra ona Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m. olan 2 otaqlı, 45 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra sözügedən mənzilini təmir etdirib oraya köçüb ailəsi və anası ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh İddiaçıla MTK arasında sözügedən mənzil barəsində müqavilə bağlanmasından təqsirləndirilən şəxs Məhərrəm Məhərrəmovun barəsində istintaqı aparılan cinayət işi zamanı zərərçəkmiş şəxs qismində dindirilən zaman məlumatı olmuşdur. Hesab edir ki, İddiaçıla MTK arasında həmin mənzil barəsində bağlanmış müqavilə saxta və əsassız müqavilədir. Belə ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında “45 nömrəli mənzil” yazısı sonradan düzəldilməklə qeyd edilmişdir. Bu da həmin mənzilə dair bağlanmış müqavilənin ləğvi üçün əsasdır. İddiaçıla MTK-nın sədri Valeh Qasımov arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, mənzilin müqaviləylə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Sözügedən müqavilənin 3-cü bəndində mənzilin ümumi dəyəri qeyd edilməmişdir. Bu da həmin müqavilənin etibarsız müqavilə hesab edilməsi üçün əsasdır. Cavabdeh İddiaçı MTK ilə bağladığı əqd yalan olmaqla əhəmiyyətsiz əqd hesab edilməlidir. Belə ki, İddiaçı MTK-ya hər hansı pul məbləği ödəməmiş, öz aralarında olan razılaşmaya əsasən başqa əqdi pərdələmək məqsədi ilə binanın tikintisində istifadə edilən lift qurğularının müqabilində bu cür yalan əqd bağlamışlar.
20. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
21. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil ilkin iddia tələbini iddianı müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Cavabdeh1 MTK hüquqi cəhətdən ləğv olunmayıb və bununla bağlı hər hansı hüquqi prosedura başlanmayıb. Hazırda o, reyestrdə də mövcuddur. MTK inşa etdiyi binalarda idarəçiliyi həyata keçirir. Müqavilə onunla bağlandığı üçün həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək də onun vəzifəsidir. Mübahisəli mənzil MTK tərəfindən ilkin iddiaçıya rəsmi qaydada təhvil verilməmişdir.
22. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, o, mübahisəli mənzili qanuni yolla əldə etmişdir, heç bir qanunsuzluğa yol verməmişdir, mənzil barədə bütün sənədləri vardır. Həmin mənzili ona MTK-nın nümayəndələri təhvil vermişlər, sonra o, mənzili təmir etdirmişdir. Bu zaman heç kəs ona həmin mənzilin əvvəl başqasına satılması ilə bağlı məlumat verməyib, hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır.
23. Qarşılıqlı iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli mənzillə bağlı İddiaçıla MTK arasında müqavilə onlar arasında olan qeyri-yaşayış sahəsi ilə bağlı mübahisəni pərdələmək məqsədi ilə bağlanmışdır. Ona görə də qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır.
24. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, MTK-nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişlər.
25. Birinci instansiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə ödənilmiş 95 000 (doxsan beş min) manatın restitusiya qaydasında Cavabdeh1 Mənzil Tikinti Koooperativindən tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsinin icra edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
26. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
26.1. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsinə əsasən MTK müqavilə ilə nəzərdə tutulmuş ünvanda yerləşən 45 nömrəli mənzilin "xxxx"nın mülkiyyətinə verilməsini, "xxxx" isə həmin mənzilin dəyərini MTK-yə ödəməyi öhdəsinə götürmüş, bundan sonra xx.xx.2018-ci il tarixdə Zəhra İsmayılova ilə müqavilə bağlamış, xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş və MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə bağlanılmışdır ki, artıq bu halda MTK-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi verildikdən sonra ikinci və üçüncü dəfə satmaq kimi hüquqi mövcud olmamışdır. Mövcud olmayan hüquqdan istifadə etməklə sonraki əqdlər bağlanıldığı səbəbindən və MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə etibarsız hesab edilməlidir. 26.2. Göründüyü kimi, MTK mübahisəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Lakin müqavilədə nəzərdə tutulmuş öhdəliklər ilkin iddia üzrə iddiaçı tərəfindən yerinə yetirilsə də, MTK həmin öhdəlikləri yerinə yetirməmiş və mənzili təhvil verməmişdir. Bu səbəbdən iddia tələbi mənzilin MTK tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. 26.3. Beləliklə, məhkəmə hesab edir ki, MTK-nın Cavabdeh2la bağladığı xx.xx.2019-cu il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığı üçün etibarsız hesab edilməli və mənzil ilkin iddia üzrə iddiaçıya təhvil verilməlidir. 26.4. Məhkəmə MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəldiyi üçün qeyd edir ki, Cavabdeh2 ödədiyi pul vəsaiti nəzərə alınmalı və ona münasibətdə restitusiya tətbiq edilərək, ödədiyi məbləğ (95 000 manat) MTK-dan alınaraq Cavabdeh2 qaytarılmalıdır. 26.5. İddiaçı mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır, həmin hüquqlar mülkiyyət hüququnun tərkib hissəsi kimi qanunla qorunduğundan, həmçinin MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edildiyindən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh2 mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. 26.6. Məhkəmə həmçinin qeyd edir ki, MTK və Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən və mənzildən çıxarılması təmin edildiyindən Cavabdeh2 mənzilin təmirinə çəkilmiş xərcləri dəymiş ziyan kimi müəyyən etməklə məhkəmədə iddia qaldırmaq hüququ mövcuddur. 26.7. Bundan başqa məhkəmə bildirir ki, İddiaçı ilə MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə həmin mənzilin təhvil verilməsinin subyektiv cavabdehliyi MTK-nın daşıması onunla əsaslıdır ki, İddiaçı ilə MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə etibarlı olduğundan və bundan sonra Cavabdeh2 ilə MTK arasında bağlanan müqavilə etibarsız hesab edilərək ilkin hüquqi vəziyyətinə qaytarıldığından mənzilin təhvil verilməsi də MTK tərəfindən həyata keçirilməlidir. 26.8. İlkin iddia tələbi əsaslı olması səbəbi ilə təmin edilərək Cavabdeh2 mənzilə dair bağladığı xx.xx.2019-cu il tarixli müqaviləsi etibarsız hesab edildiyindən, bununla da onun həmin əmlak üzərində hüquq sahibi olmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. 26.9. Məhkəmə qətnamənin icrasında gələcəkdə yaran biləcək çətinliyin aradan qaldırılması məqsədilə hesab edir ki, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi icra edilməlidir.
27. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.5-ci, 152.6-cı, 152.7-ci, 157.2-ci, 157.4-cü, 178.8-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 337.5-ci, 385.1-ci, 405.1-ci, 406.1-ci, 406.2, 442-ci, 567-ci, Mənzil Məcəlləsinin 110.4-cü, 110.5-ci, 112.1-ci, 113.1-ci, 113.2-ci, 113.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 yanvar 2020-ci il tarixli və “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.
28. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 nümayəndəsi (vəkili) onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mənzilin Cavabdeh2 təhvil verildiyini və onun mənzili təmir edib orada yaşadığını, eləcə də ilkin iddiaçının müqaviləni mübahisələndirmək üçün müəyyənləşdirilmiş müddəti ötürdüyünü nəzərə almadığı, ilkin iddiaçının müqaviləsində mənzilin nömrəsinin göstərilmədiyini və nömrənin sonradan əl ilə yazıldığını araşdırmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
30. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, ilkin iddiaçının nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etdiyi X15, habelə MTK-nın nümayəndəsi isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 178.8 (15 dekabr 2017-ci il tarixli Qanunla dəyişiklik edilmiş yeni redaksiyada). Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
32. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
38. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
39. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
40. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
43. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
47. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
48. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
49. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
50. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
62. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
63. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
64. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
65. Star-M” MTK ilə İddiaçı və Cavabdeh2 arasında bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir.
66. Kollegiya hesab edir ki, ilkin və qarşılıqlı iddiaçıların mübahisələndirdiyi müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.
67. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.
68. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.
69. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır.
70. Hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı həm İddiaçıla, həm də Cavabdeh2la müqavilə bağlanmış, mənzil Cavabdeh2 təhvil verilmiş, onun trəfindən təmir olunmuş və o, ailəsi ilə birlikdə mənzildə yaşamağa başlamışdır.
71. Buna görə də İddiaçı mübahisələndirdiyi müqavilə etibarsız hesab edilə bilməz - lakin bu hal onu ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh1 MTK-dan tələb etmək imkanından məhrum etmir.
72. Kollegiya eyni yanaşmanı Cavabdeh2 mübahisələndirdiyi müqavilə baxımından da sərgiləyir və buna görə də Cavabdeh2 apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparmağa zərurət görmür.
73. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-343/2024 saylı iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi qismən - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 95 000 (doxsan beş min) manatın restitusiya qaydasında Cavabdeh1 Mənzil Tikinti Koooperativindən tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsinin icra edilməsi” hissələrində - ləğv olunsun. İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə ilkin iddia tələbləri təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov