Məhkəmə qərarları › İş №2(103)-2436/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2436/2022

18.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2436/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7013/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (Abonentin kodu: **********00000) hesablanmış 1117,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Sabunçu rayonu. Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 2 ev 2-də yaşamaqla həmin ev istifadəsindədir. Bir müddət öncə Cavabdeh nümayəndələri evində qeyri-qanuni, yəni kənar xəttin olmasını bəhanə edərək cərimə yazmışlar. Halbuki, evində heç bir kənar xətt olmamışdır. Sübut kimi ona təqdim edilmiş şəkildə isə ümumiyyətlə hansı borunun və harada olan borunun şəklinin çəkildiyi məlum deyildir. Qaz İdarəsinin əməkdaşları bu səbəbdəndə 3 ay ərzində 756 manat, 252 manat və 109,20 manat olmaqla, cəmi 1117,20 manat əlavə sərfıyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Hesab edir ki, bu borc qanunsuz və əsassız olaraq yazılmışdır.

3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7013/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında (Abonentin kodu: **********00000) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1008 (min səkkiz) manat borcun silinməsinin cavabdeh X5 həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X2 dövlət rüsumuna görə 27,90 (iyirmi yeddi manat 90 qəpik) manatın dövlət nəfinə tutulması, cavabdeh X2 ekspertiza tədqiqatının dəyərinin 90 (doxsan) manat hissəsinin tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən: Sərdar Mehrəliyev).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7013/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azəriqazİstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 2 ünvanına (Abonentin kodu: **********00000) hesablanmış 1117,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7013/2021saylı, 23.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus ünvan 3 ünvanına (Abonentin kodu: **********00000)itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1008 manat borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, 18.11.2021-ci il tarixli, 10/5546 saylı ekspert rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi döngə2, 2 saylı evə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə olan 1 ədəd borucuq vardır ki, həmin borucuq vasitəsilə təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırılmalarla həll edilə bilər. Yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın sayğacdan kənar istifadəsi halı aşkar edilmədiyindən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə hesab etmişdir ki, işin araşdırılmış halları ilə İddiaçıməxsus ünvan 4 ünvanında quraşdırılan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız aktlar tərtib edib bu aktlar əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar 1 qoşulmanın aşkar olunduğu tam olaraq təsdiq edilmişdir. Ona görə də, məhkəmə iddia tələbl qismən təmin edilərək, 1008 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Aşağıdakılara əsasən Xətai Rayon Məhkəməsininqətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi v ə prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassızməhkəmə qətnaməsi qəbul etmişdir. Əvvəla məhkəmə sayğaca qanunsuz qoşulma halının olub-olmamsını müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. 18.11.2021ci il tarixdə həmin ünvana baxış zamanı paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə olan 1 ədəd borucuq vardır ki, həmin borucuq vasitəsilə təbii qazın istifadəsi texniki cəhətdən mümkün olduğu müəyyənedilmişdir. Birinci instansiyaməhkəməsi hesab etmişdir ki, qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız aktlar tərtib edib bu aktlar əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar 1 qoşulmanın aşkar olunduğu tam olaraq təsdiq edilmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istərdik ki, həmin ünvanda bir neçə dəfə qanusuz qoşulma halı müəyyən edilərək aktlaşdırılmış, aktlara əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. Bununla bərabər keçirilmiş ekspertizanın nəticələri də qanunsuz qoşulma halının olmasını təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, sayğacdan kənar qoşulma halı müəyyən edildikdən sonra cavabdeh qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmış, lakin bu hal, istehlakçının ünvanına yenidən qaz xəttinə qanunsuz qoşulmasını məhdudlaşdırmır və nəticədə iddiaçı bir neçə dəfə sayğacdan kənar qoşulmaqla qazdan qeyri-qanuni istifadə etmişdir. İş üzrə bütün sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işə əlavə edilmiş GASREP və AGİS proqramlarıüzrə saldolarda iddiaçının etdiyi ödənişlərdən də iddiaçının təbii qazdan sayğacdankənar qeyri-qanuni yolla istifadə etdiyinə dair sübutdur. Tərəflər arasında bağlanan müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmişlər.

7. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq ağır xəstə olması səbəbindən kollegiya iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı və 13.03.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır.

11. X4 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli və 13.03.2020- ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış müvafiq olaraq 7560 m3, 2520 m3 və 1092 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.

12. 18.11.2021-ci il tarixli, 10/5546 saylı ekspert rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi döngə 2, 2 saylı evə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə olan 1 ədəd borucuq vardır ki, həmin borucuq vasitəsilə təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə

13. tərəfindən araşdırılmalarla həll edilə bilər. Yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın sayğacdan kənar istifadəsi halı aşkar edilmədiyindən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı.

14. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 1117,20 manat təşkil edir. Hüquqi dəyərləndirmə:

15. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmuş hissəsinə münasibətdə mübahisələndirmişdir. Belə olan halda, hazırki apellyasiya baxışının predmetini iddianın təmin olunmuş hissəsi, yəni 1008 manat borcun silinməsi hissəsi təşkil edir.

16. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

19. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

20. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

23. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1- ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız aktlar tərtib edib bu aktlar əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar 1 qoşulmanın aşkar olunduğu tam olaraq təsdiq edilmişdir.

25. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

26. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma olubolmamasının müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən qanunsuz qoşulmanın olmaması müəyyən edilmişdir. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin rəyə əsaslanmaqda haqlı olmuşdur.

27. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, 1008 manat borcun silinməsinə dair iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7013/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar