Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2437/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(011)-6399/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı (Abonent kodu: **********00281) hesablanmış 2488,50 manat borcun silinməsi və “Mexaniki” tipli sayğac qoyulmamışdan öncə onun smart kartında olan 80 manat pul vəsaitinın ona məxsus abonent koduna köçürülməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(011)-6399/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı **********00281 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 2488 (iki min dörd yüz səksən səkkiz) manat 50 (əlli) qəpik borc silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda Bakı Şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək, məhkəmənin 30 dekabr 2022-ci il tarixli, 2(011)-6399/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə şikayət verildiyini qeyd edərək mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 14 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2437/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2437/2023
12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver