Məhkəmə qərarları › İş №2(103)-2438/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2438/2023

15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2438/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi ev 632 ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********00000) əsassız olaraq hesablanmış 9.336,18 manat cərimə borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı xx.xx.2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilmiş hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5884/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən və şikayətə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilmədiyindən geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən prosessual müddətin bərpası barədə ərizə ilə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 5884/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmuş, İddiaçı nümayəndəsi və vəkili Vəkil vasitəsilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5884/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(011)-5884/2022 saylı qətnaməsinin ləğv olunması barədədir, həmin Qətnamə xx.xx.2022-ci il tarixdə “Vəkil”na məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana (ünvan 1 iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron qaydada imzalanmaqla verilmiş ilkin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, şikayət prosessual qanunla nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə verildiyindən və şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5884/2022 saylı qərardadı ilə geri qaytarılmışdır, həmin qərardad xx.xx.2023-cü il tarixdə “Vəkil”na məxsus elektron kabinetdə yerləşdirilmişdir, qətnamədən verilmiş təkrar apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə elektron qaydada məhkəməyə daxil olmuşdur. Apellyasya şikayəti vermiş iddiaçının nümayəndəsi və vəkili Vəkil, Xətai rayon Məhkəməsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli vəkil orderi və xx.xx.2023-cü il tarixədək etibarlı olan xx.xx.2022-ci il tarixli etibarnamə əsasən, hazırki mülki iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə iddiaçının “vəkil”i olaraq daxil edilmişdir, o, məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili olaraq iştirak etmiş, mübahisələndirilən qətnamənin onun kabinetinə yerləşdirildiyi xx.xx.2022-ci il tarixindən 1 ay prosessual müddət daxilində (informasiya Sisteminin 7 gün 24 saat fəaliyyətinin təmin olunması da nəzərə alınmaqla) “Vahid məhkəmə portalı” vasitəsilə məhkəmə aktları ilə tanış olmaq, habelə elektron kabinetləri vasitəsilə isə sənədləri əldə etmək, onları çap etmək və digər əməliyyatları (ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu) həyata keçirmək imkanına malik olmuşdur, bununla belə, şikayət qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddət ötürüldükdən sonra məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçinin prosessual müddətin ötürülməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən üzrlü səbəb kimi nəzərə alına bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı, 22 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, 07 dekabr 2022-ci il tarixli qətnamə iddiaçını birinci instansiya məhkəməsində təmsil edən nümayəndəsi, eyni zamanda vəkili Vəkil elektron kabinetinə 20 dekabr 2022-ci il tarixdə yerləşdirilmişir. İddiaçı apellyasiya şikayətini məhz həmin nümayəndə-Vəkil vasitəsilə vermiş, şikayət onun elektron kabinetindən göndərilmiş və həmin ərəfədə onun nümayəndə olaraq səlahiyyət müddəti də bitməmişdir. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizədə də, istinad etdiyi faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Bu baxımdan iddiaçının hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı 06 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar