Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2439/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-603/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18 mart 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi (Zenner 64-T markalı STS **********385 nömrəli) ilə əvəz edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X2 sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-01379-1 nömrəli aktın surətindən görünür ki, 17 may 2022-ci il tarixdə BRQS Departamentindən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 30 iyun 2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus G-4 markalı **********7 saylı sayğacın plastmas qapağının şüşəsi üst hissədən gövdədən təmami ilə aralanıb. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, "Azəriqaz” İstehsalat Birliyi 29/1710-01379-1 nömrəli aktına əsasən texniki baxış zamanı istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanındakı 60 saylı mənzilə üçün quraşıdırlmış sayğacın plastmas qapağının şüşəsinin üst hissədən tamamilə aralanması və sayğacın istismara yararsız olması aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
4. 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 iyun 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 17280 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Abonentin saldosundan görünür ki, 2021-ci ilin iyun üyında 17280 m3 sərfiyyat üçün 2073,60 manat borc hesablanmışdır. Abonent tərəfindən 2022-ci ilin noyabr ayında 40 manat, dekabr ayında 67,50 manat ödəniş edilmiş və 1956,1 manat borc yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 60 saylı mənzildə abonent kodu **********0600 olan istifadəsində olan qaz sayğacına görə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən dəymiş ziyanın ödənilməsi üçün tələb olunan 2073,60 manat borcun silinməsi və ******* saylı, 30 iyun 2022-ci il tarixli aktının ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr, 3166-cı məhəllə, "xxxx" MTK, bina 1 ünvanındakı 60 saylı mənzil onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********0600 olan ZENNER G4 SMART tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanındakı 60 saylı mənzilə balkonda quraşdırılmış qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Sayğacın sərfiyyat qeyd etməməsi əsası göstərilməklə sayğac dəyişdirilmişdir. Bununla əlaqədar “Azəriqaz İB-nin 29/1710-01379-1 saylı aktına əsasən **********7 nömrəli sayğacın plasmas qapağının şüşəsi üst hissədən tamamilə aralanıb, sayğac istismara yararsızdır” qeydi ilə ******* saylı, 30 iyun 2022-ci il tarixli aktı tərtib olunmuşdur. Daha sonra onların xəbəri olmadan dəymiş ziyanın hesablanması aparılmışdır. Hansı meyarlarla, hansı nəyə əsasən hesablandığı məlum olmadan 17280 m3 sərfiyyat, yəni 2073,60 manat borc hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz sayğacı çıxarılıb dövlət yoxlamasınada keçirilərkən akt imzası və iştirakı olmadan edilmişdir. Binanın balkonunda quraşdırılmış qaz sayğacına abonent tərəfindən nəzarət edilmir. Aktın ləğvi və cərimənin silinməsi ilə bağlı onun tərəfindən Cavabdeh İBnə müraciət olunsa da heç bir nəticə olmamış hesab kodundan əsasız hesablanmış 2073,60 manat silinməmişdir. Cavabdeh İB ilə bağlanmış müqavilənin 3.3 cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Qaz sayğacına heç bir zaman qanunsuz müdaxilə etmədiyi üçün ******* saylı, 30 iyun 2022-ci il tarixli akt üzrə cərimənin ondan tələb olunması ona qarşı haqsızlıqdır. İddia ərizəsinə əlavə etdiyi abonentin saldosundan görünür ki, həmin mənzildə sərfiyyata uyğun olaraq ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində onun heç bir təqsiri olmadığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə mənə məxsus abunə koduna hesablanmış borc silinməlidir.
7. Daha sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 1956,10 manat məbləğində zərərin və 39,57 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1995,67 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllədə qeydiyyatda olan İddiaçı (bundan sonra-Cavabdeh) tərəfindən istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 117,50 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1956,10 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-603/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilərək, ünvan 3 ünvandakı 60 saylı mənzil üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00600 olan) hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında 18 mart 2022-ci il tarixdə ona məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi (Zenner 64-T markalı STS **********385 nömrəli) ilə əvəz edilmişdir. 17 may 2022-ci il tarixdə BRQS Departamentindən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 30 iyun 2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində iddiaçıya məxsus G-4 markalı **********7 saylı sayğacın plastmas qapağının şüşəsi üst hissədən gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinun mümkün olması və istismara yararsız olması müəyyən edilmişdir. Bunun nəticəsində 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına qədər sayğacda sərf edilmiş qazın sərfiyatına dair qeydiyyat aparılmamışdır. 30 iyun 2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmiş və akt əsasında itirilmiş qazın bərpası üzrə 17280 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılaraq, hesablanmış (2073,6 manat) məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 2022-ci ilin noyabr ayında 40 manat, dekabr ayında 67,50 manat ödəniş edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı onun tərəfindən sayğaca müdaxilə edilmədiyini və əsassız olaraq hesablanmış borcun silinməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə ödənilmiş 117,5 mabnat məbləğ çıxılmaqla yerdə qalan 1956,10 manat məbləğində zərərin ödənilməsini tələb edir. Həmçinin iş materiallarında olan fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçının mənzilinə qaz sayğacı mənzilin eyvan ilə binanın blokunun ümumi eyvanı arasında hissədə quraşdırılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini və sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə ki, sayğaca baxışın aparılması, dəymiş ziyanın müəyyən edilməsi və aktlaşdırılması prosesinin keçirilməsinə dair heç bir video görüntü, fotoşəkil iş materiallarına əlavə edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacının plastmas qapağının şüşəsi üst hissədən gövdədən tamamilə aralanması müəyyən edilsə də və bu yalnız abonentin sayğacın işlməməsi barədə müraciətinə əsasən aşkar edilmiş, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilmiş və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 17280 m3 həcmində, 2073,6 manat məbləğində borc daxil edilmişdir. Həmçinin, iddiaçıya məxsus mənzil üçün sayğac mənzildə deyil, mənzildən kənarda mənzilin eyvanı ilə binanın blokunun ümumi eyvanın arasında olan hissədə quraşdırılmış, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olaraq Azəriqaz İB daşımış, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki halda isə Cavabdeh İB tərəfindən istehlakçının qazın talanmasında təqsirli olması barədə müvafiq orqanın və ya məhkəmənin qərarı məhkəməyə təqdim edilməmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Lakin iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına qədər sərf edilmiş qazın miqdarına dair qeydiyyat aparılmamış, Cavabdeh İB tərəfindən isə verilən qazın dəyəri hesablanmamış və hər ay istehlakçıya məlumat təqdim edilməmiş, bununla da sayğacda sərfiyatın hesablanmanın dayanmasından yalnız iddiaçının müraciətindən sonra məlumatlı olmuşlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilmədiyindən, itirilmiş qazn bərpası üçün İddiaçı abonent hesabına 2073,6 manat məbləğində borcun yazılması əsassız olmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13-cü maddəsinin 8, 8-1, 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.2, 4.6, 4.7, 4.8-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2., 77.1, 88, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-603/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan **********00600 saylı abonent kodu verilmiş yaşayış sahəsinin eyvanına quraşdırılmış qaz sayğacı akt əsasında çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlama nəticəsində Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən tərtib edilmiş akta əsasən, yəni qüsura görə nəticə hissəsinə əsasən sayğacına müdaxilə edildiyi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* saylı Akt tərtib olunmuşdur. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Mənzilin eyvanına quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Buna əsas kimi iş materiallarında olan sübutlara istinad etmişdir, yəni iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda, hansı ki, iddiaçıya məxsus abonent kodu verilmiş mənzilə quraşdırılmış sayğaca kənar təsir nəticəsində deşilməsi faktı aşkar edilməsi əsası ilə tərtib edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə, hansı ki, qeydə alınmamış itirilmiş təbii qazın həcmini 17280 m3 hesablanmasını əks etdirmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən sübutlar hamısı iddia tələbinin əsassız olmasını göstərir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamış, belə olmasaydı birinci instansiya məhkəməsi iddiaçının uydurma izahatına inanıb əsassız qətnamə yox, iddiaçının müdaxilə edilməsi faktını rəqəmlərlə təsdiqləyən saldoya baxıb iddia tələbinin rədd edilməsinə dair əsaslı qətnamə çıxarmış olardı.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
20. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
22. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. (Bənd 4.6) Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. (Bənd 4.7)
23. Həmin Qaydaların 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İddiaçı 30 iyun 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 2073,60 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. "Azəriqaz” İstehsalat Birliyi eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək akta görə hesablanmış borcun İddiaçı tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.
29. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və 2073,60 manat borc 17280 m3 itirilmiş qazın dəyəri olaraq hesablanmışdır, İddiaçı tərəfindən bu borcdan 117,5 manat ödəniş edilməklə borc etiraf edilmişdir.
30. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyinin istinad etdiyi akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, İddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, İstehsalat Birliyinin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “Qazdan istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız istehsalat birliyinin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Digər tərəfdən yoxlamanın qanunvericiliyin tələbinə uyğun keçirilməsi, aktın əsaslı olması barədə video-görüntülər və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Bundan başqa, iş materiallarının araşdırılması zamanı sayğacın mənzildən kənarda mənzilin eyvanı ilə binanın blokunun ümumi pəncərəsi arasında olan hissədə quraşdırılması müəyyən edilir. “Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işçi vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı - İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-603/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev