Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2441/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qraşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-566/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Suraxanı rayonu, Qaraçuxur qəsbəsi, M.Hacınski küçəsindəki fərdi yaşayış evində (abonent kodu: **********0051) təbii qazdan istifadə ilə bağlı hesablanmış 3.110,40 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* nömrəli akta görə, iddiaçıya aid olan ünvanda təbii qazdan rezin boru vasitəsilə sayğacdankənar istifadə edilib. Daha sonra hesabat aparılıb, dəymiş zərərin (25.920 kub.m itirilmiş qazın) əvəzi kimi abonentə borc hesablanıb və bu barədə xx.xx.2024-cü il tarixli tələbnamə tərtib olunub. Abonentin saldosunda 25920 kub.m itirilmiş qaza görə borcun məbləği 2024-cü ilin fevral ayı üçün 3.110,40 manat qeyd edilib. Borcun silinməsi barədə tələb əsaslıdır. Belə ki, iddiaçı (abonent) qazdan sayğacdankənar istifadə etmədiyini bildirir. Cavabadeh akt və fotoşəkil təqdim edib. Akt iddiaçı tərəfindən imzalanmayıb, fotoşəkilə münasibətdə isə iddiaçı bildirir ki, fotoşəkil onun evinə aid deyil. Cavabdeh iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən başqa sübut təqdim etməyib. Bundan başqa, sayğacdan kənar borunun mövcud olması faktı öz-özlüyündə qazın talanmasında abonentin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. Həmin boru qeyri-işlək vəziyyətdə ola bilər və s. AR İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin Məcəllənin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası müəyyən olunub. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə görə, qazdan sayğacdankənar istifadə halları aşkar olunduqda cavabdeh təqsirkar şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti quruma müraciət etməyə borcludur. Lakin cavabdeh bunu etməyib, nəticədə isə qazın talanmasında iddiaçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Cavabdehin təqdim etdiyi sübutlar qazın talanmasında iddiaçının təqsirli olduğunun mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi üçün kifayət deyil Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-566/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2441/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2441/2025
18.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver