Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2448/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: vərəsələrə düşən miras payın verilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı “vərəsələrə düşən miras payın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İşin halları ondan ibarətdir ki, ölən şəxs X7 digər vərəsələri olan birgə iddiaçılar X18 X25 və Saqr Oday X2i nümayəndəsi İddiaçı Cavabdeh, onun tərəfindən qanunsuz olaraq mənimsənilən və 183271.58 manat vəsaitin geri qaytarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
2. İddiaçı Cavabdeh qarşı “vərəsələrə düşən miras payın verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilən və ölən şəxs X7 digər vərəsələri olan birgə iddiaçılar X18 X25 və Saqr Oday X4ra çatmalı olan ümumilkdə 183271.58 manat vəsaitin geri qaytarılması və müvafiq məbləğin onların adından çıxış edən qanuni nümayəndələri X19 Sarraya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırılmışdır ki, iş üzrə birgə iddiaçıların - X18 X25 və X21 X25-nin ataları X10Abdulvadood (bundan sonra “ölən şəxs" qismində istinad oluna bilər) 2018-2020-ci illər arası müddət ərzində Azərbaycanda müvəqqəti olaraq yaşamış, Azərbaycandakı müəyyən banklarda vəsaiti olmuş və ******* nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Türkiyə Respublikasında vəfat etmişdir. Azərbaycanda yaşadığı müddət ərzində ölən şəxs xx.xx.2018-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş, lakin xx.xx.2019-cu il tarixindən başlayaraq nikahın pozulması üçün müvafiq dövlət qurumu və daha sonra da Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etsə də, xx.xx.2020-ci il tarixində vəfatı səbəbilə Ali Məhkəmənin xx.xx.2021- ci il tarixli, 2(102)- 382/2021 nömrəli qərardadı ilə məhkəmə işinə xitam verilmişdir. X7 Azərbaycanda mövcud olan əmlakının isə vəfatından sonra vərəsələri arasında bölüşdürülməsi məsələsi yaranmışdır. Cavabdeh digər vərəsələrin olmasından xəbərdar olmasına baxmayaraq ölən şəxsin bütün əmlakını qanunsuz olaraq mənimsəmişdir. Cavabdehin vəsaitləri götürməsi birgə iddiaçılar olan digər vərəsələrin miras əmlaka yaranan hüquqlarını pozmuşdur və onlara çatacaq əmlakdan məhrum etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
6. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, xarici ölkənin məhkəmə qətnaməsinin tanınmaması səbəbi ilə iddiaçının subyektiv hüququnun olmamasına əsaslanan müvafiq qətnamə qanunsuz və əsassızdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verilmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
14. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
15. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər
16. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
17. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
24. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, X6 ABDULWADOOD oğlunun 6-227132-1 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 361.316.59 manat, 6- 227132-3 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 18.068.34 manat, 6- 227132-4 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 130.000, 6-227132-6 hesab nömrəsində xx.xx.2020xx.xx.2022-ci illərdə 15000, 6-227132-8 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 233.31, 6-227132-9 hesab nömrəsində xx.xx.2020- xx.xx.2022-ci illərdə 9174.28, 6- 227132-11 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 555.58, 6-227132-1 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 361.316.59 qalıq pul vardır.
25. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-634/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Al X1rşı “birgə əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdiyi "xxxx" İKB ASC-nin depozit hesabında olan 350.000 manat pul məbləğinin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək paylarına uyğun bölünməsi, 2014-cü il buraxılışlı “Mazda” markalı model “3” olan **-NB-*** qeydiyyat nişanlı və 2012-ci il buraxılışlı “KİA” markalı “Optima” modelli **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaklarının aralarında bölünməsi, 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1513/2019 saylı 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC-də Al X11 Abdulvadoodun adına olan bank hesablarına iddiaçı ilə birgə nikah dövründə qoyulmuş 256775 manat məbləğində vəsait ümumi birgə mülkiyyət hesab edilərək, tərəflər arasında bərabər hissədə (hər birinin ½ hissədə) paylara bölünmüş, iddia digər hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-11584/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1513/2019 saylı 11 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-634/2020 saylı qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-11584/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
26. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-382/2021 saylı qərardadından görünür ki, iddiaçı AlBanyhussın X10 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X6 Abdulwadood ilə Cavabdeh arasında Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 21 fevral 2018-ci il tarixli 14 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(009)-172/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-382/2021 saylı qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(103)- 3329/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 Abdulwadoodun Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
27. İş üzrə xx.xx.2021-ci il tarixli, 133/H/2021 nömrəli himayədarlıq şəhadətnaməsinə əsasən X19-in qəyyum olması qərarı qəbul edilmişdir.
28. İş materiallarında olan vərəsəliyin elan şəhadətnaməsinə əsasən X19-in istəyinə görə xx.xx.2021-ci tarixində vərəsəliyin elan şəhadətnaməsi tərtib edilmişdir.
29. İş materiallarında olan ******* saylı xx.xx.2021-ci il tarixli X8 görünür ki, X10 02 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 fevral 2021-ci il tarixdə №49 nömrə ilə qeyd edilmişdir.
30. İş materiallarında olan Bəsrə Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixində qəbul etdiyi 401/K/2021 reyestr nömrəli qərarı ilə X7 vəfat etmə faktı təsdiqlənmiş, qanuni mirasının boşanmış həyat yoldaşı İddiaçıdən doğulan və yetkinlik yaşına çatmayan iki övladına (Talıb və Saqr) qalması müəyyən edilmişdir.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması nəticəsinə gəlməkdə haqlı olmuşdur.
32. Belə ki, iş materiallarına əlavə edilmiş Bəsrə Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixində qəbul etdiyi 401/K/2021 reyestr nömrəli qərarı ilə X7 vəfat etmə faktı təsdiqlənmiş, qanuni mirasının boşanmış həyat yoldaşı İddiaçıdən doğulan və yetkinlik yaşına çatmayan iki övladına (Talıb və Saqr) qalması müəyyən edilmişdir. Lakin sözügedən qərarın Azərbaycan Respublikasında tanınması üçün hər hansı bir hərəkət edilməmişdir.
33. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
34. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Kollegiya hesab edir ki, Bəsrə Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixində qəbul etdiyi 401/K/2021 reyestr nömrəli qərarı Azərbaycan Respublikasında tanınmadığından iddiaçının Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilən və ölən şəxs X7 digər vərəsələri olan birgə iddiaçılar X18 X25 və Saqr Oday X4ra çatmalı olan ümumilkdə 183271.58 manat vəsaitin geri qaytarılması və müvafiq məbləğin onların adından çıxış edən qanuni nümayəndələri X19 Sarraya ödənilməsi ilə bağlı tələb irəli sürməyə hazırki halda subyektiv hüququ yoxdur.
36. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.