Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2452/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nəsirov Rauf Arif oğlunun iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5533/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları "xxxx" ASC tərəfindən PİM220098 nömrəli İpoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsi əsasında sığortalanmış X4 məxsus ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzilə xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində 2404 manat məbləğində zərər dəymiş, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzilə dəymiş zərərə görə 788 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar 82 saylı MKİS-in tərtib etdiyi aktla da müəyyən olunmuşdur ki, X4 məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə Cavabdeh məxsus 45 saylı mənzildən su axması nəticəsində hər iki mənzilə maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su basma hadisəsi nəticəsində verilmiş sığorta ödənişi olan 788 manat məbləği və 30,40 manat dövlət rüsumu, ümumilikdə 818,40 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış X3 mülkiyyətində olan ünvan 1, 43 saylı mənzilə xx.xx.2023-cü il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Xətai rayonu 82 saylı MKİS nümayəndələrinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbələrində yerləşən Cavabdeh mülkiyyətində olan 45 nömrəli mənzilində istilik sistemində olan vintilin sınması nəticəsində yaranan su axıntısı göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş X3 mülkiyyətində olan ünvan 1, 43 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin tavanı və divar kağızlarına, döşəmədə olan laminanta, habelə mənzilin elektrik naqillərinə 2404 manat məbləğində zərər dəymiş və ƏS23007 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən əmlak 32,78% dəyərində sığortalandığına görə 788 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla yanaşı Cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərər görə cavabdehlərdən 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə qeyd olunan hadisədə onun hər hansı təqsiri olmamışdır. Bununla bağlı tərəfindən dəfələrlə yazılı şəkildə iddiaçıya da, "xxxx" ASC-yə müvafiq ərizələr verilmişdir. Həmin sənədləri etirazına əlavə etmişdir. Hadisə baş verən an dərhal müvafiq orqanlara, o cümlədən də hadisənin birbaşa təqsirkarı "xxxx" ASC-yə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Hazırki iş üzrə bütün məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Onların cavabdeh kimi cəlb edilməsi zəruriliyini göstərərək ərizə vermişdir. Belə ki, qəza səbəbi və qəzadan sonra istiliyin dayandırılması üçün müvafiq tədbirin görülməməsi və bu cür tədbirin görülməsi üçün zəruri olan ümumi qapayıcı kranın olmaması onların təqsiridir. Əvvəl məhkəməyə verdiyi ərizədə qeyd etdiyi kimi, həmin hadisə baş verən an dərhal müvafiq orqanlara, o cümlədən də hadisənin birbaşa təqsirkarı "xxxx" ASC-yə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Hazırki iş üzrə "xxxx" ASC-nin üçüncü şəxs və ya cavabdeh kimi cəlb edilməsi zəruridir. Belə ki, qəza səbəbi və qəzadan sonra istiliyin dayandırılması üçün müvafiq tədbirin görülməməsi və bu cür tədbirin görülməsi üçün zəruri olan ümumi qapayıcı kranın olmaması onların təqsiridir. Belə ki, binada kiminsə evində qəza baş verərsə, bunun qarşısının alınması üçün heç bir texniki tədbir görmək mümkün deyildir. İkinci cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydaları pozulmuş, birinci cavabdeh isə dəymiş zərərin ödənilməsinə məsul olduğu halda bunu etməmişdir. Eyni zamanda bu hadisədə təqsirin olub-olmaması və dəymiş zərərin müəyyən edilməsi barədə yalnız müvafiq sahədə xüsusi biliyi olan ekspert tərəfindən müəyyən edilə bilər. Ona görə iş üzrə müvafiq ekspertizalar da təyin edilməlidir. Bundan başqa zərəri ödəyən tərəf olaraq ilk iddia üzrə iddiaçı "xxxx" ASC zərərin əvəzini həm də ona ödəməlidir. Ona həmin hadisə nəticəsində 2000 manat zərər dəymişdir ki, həmin zərər müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməlidir. Göründüyü kimi, hazırki iddia təmin ediləcəyi təqdirdə ilkin iddia rədd olunacaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5533/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair ilkin iddiasının təmin edilməsi, ilkin iddia tələbi üzrə Cavabdeh 788 manat sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumları tərəflərin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh qəzanın baş verməsində "xxxx" ASC-nin təqsirinin olmasını bildirsə də, iş materialları ilə sübut olunur ki, həmin təşkilat yaşayış sahələrinin daxilində olan qurğulara görə məsuliyyət daşımır, həmin qurğular vətəndaşların öz seçimi ilə quraşdırılır. Sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, ilkin iddia əsaslı olduğu üçün təmin edilməli, "xxxx" ASC tərəfindən ödənilmiş 788 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ilkin iddia tələbi üzrə iddiaçıya ödənilməlidir. Cavabdeh ilə "xxxx" ASC arasında müqavilə münasibətləri mövcud olmadığından, eyni zamanda Cavabdeh məxsus mənzildə su axma hadisəsinin baş verməsində qarşılıqlı iddia tələbi üzrə cavabdehlər "xxxx" ASC yə və "xxxx" ASC-nin təqsirinin olması sübuta yetirilmədiyindən, eyni zamanda qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 226.1, 385.1, 386.1, 936.5, 1097.1, 1111.2, 1114.1; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4; Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 81, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən məhkəməyə verilmiş ərizədə qeyd etdiyi kimi, həmin hadisə baş verən an dərhal müvafiq orqanlara, o cümlədən də hadisənin birbaşa təqsirkarı "xxxx" ASC-yə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Hazırkı iş üzrə "xxxx" ASC-nin cavabdeh kimi cəlb edilsə də nəticə olmamışdır. Belə ki, qəza səbəbi və qəzadan sonra istiliyin dayandırılması üçün müvafiq tədbirin görülməməsi və bu cür tədbirin görülməsi üçün zəruri olan ümumi qapayıcı kranın olmaması onların təqsiridir. Belə ki, binada kiminsə evində qəza baş verərsə, bunun qarşısının alınması üçün heç bir texniki tədbir görmək mümkün deyildir. Eyni zamanda, bu hadisədə təqsirin olub-olmaması barədə yalnız müvafiq sahədə xüsusi biliyi olan ekspert tərəfindən müəyyən edilə bilərdi. Ona görə iş üzrə ekspertiza da təyin edilməli idi. Lakin belə bir sübut əldə edilmədən maddi hüquq normaları pozulmaqla iddia təmin edilmişdir. Nəyə görə hadisədə cavabdehin təqsirli, iddiaçının təqsirsiz olması barədə gəlinən nəticə ümumiyyətlə müəyyən edilmir. Məhkəmənin həmin nəticəsi sadalanan maddi hüquq normalarının pozuntusudur. Belə ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi nəticəsində tərəflərin arasında öhdəlik hüquq münasibətinin yaranmasını iddia edir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən delikt törədilməsi məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mənzil Məcəlləsi: 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PİM220098 nömrəli İpoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsinin surətindən görünür ki, X4 məxsus ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli ƏS 23007 nömrəli ipoteka predmeti olan əmlakın sığortasına dair sığorta ödənişi aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış X4 məxsus ünvan 1, 43 saylı mənzilə subasma nəticəsində 2404 manat maddi zərər dəymiş, X4 788 manat sığorta ödənişi edilmiş, subroqasiya hüququ irəli sürülməli şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. İş materiallarında 26 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 788 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 82 saylı MKİS-nin rəisi R.Eldarzadə, mühəndisi R.Xanpaşayev və sahə nəzarətçisi H.Heydərov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 82 saylı MKİS-ə Xudu Məmmədov küçəsi, ev 33, 43 saylı mənzilə su axıntısı ilə bağlı şikayət daxil olmuş və həmin evin 45-ci mənzilinin (ev sahibi Cavabdeh) istilik sistemində olan vintilin sınması nəticəsində isti su axıntısı baş vermişdir. Hər iki mənzilə ziyan dəymişdir. Ev sahibinin sözlərinə görə bu hadisə istilik sistemində olan təzyiqin normadan yüksək olmasından baş vermişdir. İş materiallarında olan 23/008 MS nömrəli Əmlakın qiymətləndirilməsinə dair Müstəqil Ekspert rəyinin surətindən görünür ki, müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə baxış zamanı müəyyən olunmuşdur ki, üst mərtəbədən sızan sular nəticəsində sığoratlı mənzilin otaqların divarlarına və tavan hissələrinə zərər dəymişdir. Zərərin məbləği 2404 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında istifadədə olan 88.55 kv/m ümumi sahədən ibarət 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən PİM220098 nömrəli İpoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsi əsasında sığortalanmış X4 məxsus ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzilə xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Cavabdeh həmin halı təkzib etməyərək, birinci instansiya məhkəməsi baxışı zamanı izahatında özünə məxsus evdə hamamda vintil qırıldığından və suyun təzyiqi normadan yüksək olduğundan evin 4 otağını da su basmışdır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzilə xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyməsi işin faktiki halları ilə müəyyən edilmişdir. Bununla yanaşı Cavabdeh qarşılıqlı iddiasında eləcə də apellyasiya şikayətində bildirir ki, qəza səbəbi və qəzadan sonra istiliyin dayandırılması üçün müvafiq tədbirin görülməməsi və bu cür tədbirin görülməsi üçün zəruri olan ümumi qapayıcı kranın olmaması qarşılıqlı cavabdehin təqsiridir. Belə ki, binada kiminsə evində qəza baş verərsə, bunun qarşısının alınması üçün heç bir texniki tədbir görmək mümkün deyildir. İkinci cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydaları pozulmuş, birinci cavabdeh isə dəymiş zərərin ödənilməsinə məsul olduğu halda bunu etməmişdir. Halbuki qanunvericiliyin müddəaları ilə müəyyən olunur ki, həmin təşkilat yaşayış sahələrinin daxilində olan qurğulara görə məsuliyyət daşımır, həmin qurğular vətəndaşların öz seçimi ilə quraşdırılır, həmçinin iş materialları ilə "xxxx" ASC-nin təqsirinin olması sübuta yetirilməmişdir. Cavabdeh həmçinin təqsirin müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçirilməli olmasını bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-nin yaşayış sahələrinin daxilində olan qurğulara görə məsuliyyət daşımadığından sonuncunun hər hansı təqsiri olmamışdır. Bununla da iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Eyni zamanda Cavabdeh ilə "xxxx" ASC arasında müqavilə münasibətləri mövcud olmadığından dəymiş zərərin ödənilməsinə görə "xxxx" ASC-dən 2000 manat məbləğində vəsaitin tutulması barədə qarşılıqlı iddianın dəlilləri əsassız olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5533/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov