Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2452/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz hesablanmış borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-535/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “....Sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” nöqsanı qeyd edilmişdir..
2. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “X3na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********10000) xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4917 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “....Sayğacdan kənar xətt aşkar olunmuşdur” nöqsanı qeyd edilmişdir.
4. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “X3na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********10000) ******* nömrəli xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2013 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “....Sayğacdan kənar xətt aşkar olunmuşdur” nöqsanı qeyd edilmişdir.
6. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “X3na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********10000) xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üzrə 1098 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “....Sayğacdan kənar xətt aşkar olunmuşdur” nöqsanı qeyd edilmişdir.
8. Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “X3na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********10000) ******* nömrəli xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 7560 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
9. xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********10000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün 983,40 manat, 03/2018 tarixi üçün 402,60 manat, 04/2018 tarixi üçün 219,60 manat, 05/2018 tarixi üçün 99,80 manat, 02/2020 tarixi üçün 756 manat borc yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbi təmin edilsin.Cavabdeh> İB tərəfindən tərtib edimiş -AKTlardan irəli gələn 5492,10 manat məbləğin abonentin hesab kodundan silinməsinə və qeyri-qanuni tutulmuş 140,20 manat məbləğin İddiaçı qaytarılmasına qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə Cavabdeh İB tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, dalan 1, ev 1 ünvanına abonentin iştirakı ilə küçədə SMART G4 İTRON DİAFRAQMA tipli, 1102AQ**********7 No li sayğac quraşdırılmış, plomb vurulmuş, **********10000 No li kod verilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilmiş, lakin abonent ilə Cavabdeh İB arasında müqavilə bağlanmamışdır.xx.xx.2018-ci il tarixdə, saat 16:45 radələrində, abonentin iştirakı olmadan "Azəriqaz" İB tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, dalan 1, ev 1 ünvanında xx.xx.2012-ci il tarixdə quraşdırılmış 1102AQ**********7 No li qaz sayğacına baxış keçirilərkən guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto- video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, itirilmiş 4917 m3 qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Rzayev Məhərrəməli və Məmmədov Roman tərəfindən ******* No li AKT tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin AKT heç kimə təqdim edilməmişdir. Qeyd etmək istəyir ki, birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz, çünki sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyil, kanat xətt qonşuya aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 18 yanvar 2018-ci ildə "X3"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 491,70 manat borc yazılmışdır. xx.xx.2018-ci ildə itirilmiş 2013 m3 qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Əliyev İlham və Qəmbərov Orxan tərəfindən xx.xx.2018-ci ildə ******* No li AKT tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2018-ci ildə "X3"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 201,30 manat borc yazılmışdır. xx.xx.2018-ci ildə itirilmiş 1098 m3 qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Əliyev Ürfan və Əliyev İlkin tərəfindən xx.xx.2018-ci ildə ******* No li AKT tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2018-ci ildə "X3"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyriqanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 109,80 manat borc yazılmışdır.xx.xx.2020-ci ildə itirilmiş 7560 m3 qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Əliyev Ürfan və Əliyev İlkin tərəfindən xx.xx.2018-ci ildə ******* No li AKT tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2020-ci ildə "X3"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 756,00 manat borc yazılmışdır. xx.xx.2020-ci il tarixdə abonentin iştirakı olmadan "Azəriqaz" İB tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, dalan 1, ev 1 ünvanında xx.xx.2012-ci ildə quraşdırılmış 1102AQ**********7 No li qaz sayğacının istismar müddəti bitdiyindən (qaz sayğacının istismar müddəti 5 ildir) ZENNER G4T MEXANİKİ **********1 No li sayğac ilə əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Beləliklə, Cavabdeh İB xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2020-ci il tarixə qədər müəyyən vaxtlarda abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair 4 AKT tərtib etmişdir. Nəzərinizə çatdırır ki, abonent və ya onun ailə üzvləri tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin AKT-lar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin AKT-lardan xəbərləri olmayıb. AKT-lar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonent və qonşular həmin AKT-ları imzalamamışdır. Abonentin imzalamadığı həmin AKT-lar əhəmiyyətli sübut sayılmır va əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin AKT-lar ləğv edilməlidir. AKTlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh İB AKTların abonentə təqdim olunmasını sübut edə bilmir.Cavabdeh İB xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2020-ci il tarixə qədər müəyyən vaxtlarda abonentin iştirakı və imzasl olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair-ümumi AKT-lar üzrə 1558,80 manatlıq "Dəymiş ziyanın həcminin hesablanması" barədə 4 AKT tərtib etmiş, həmin AKT-larda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən abonentin hesab koduna borc hesablamışdır. Cavabdeh İB-nin tərtib etdiyi -AKT-lara əsasən GUYA sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları iddiaçıya təqdim edə bilmir. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Qeyd etmək istəyirəm ki, təbii qazdan sayğacdan kənar hərhansı bir vasitə ilə qeyriqanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 4 ədəd AKT-a əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni AKT-lar tərtib etməsi həmin AKT-ların mötəbərliyi barədə şübhə yaradır. Belə ki, Məhkəməyə təqdim edilmiş AKT-lar birtərəfli qaydada tərtib olunmuş və heç kim həmin AKTları imzalamamışdır. Abonent tərəfindən və ya onun ailə üzvləri tərəfindən imzalanmamış həmin AKT-lar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir.xx.xx.2024-cü il tarixli GASREP-dən məlum olur ki, abonent xx.xx.2012-ci ildən xx.xx.2024-cü ilə qədər 1576 m3 qaz sərfiyyatı etmiş, 297,80 manat ödəniş etmiş, lakin qeyri-qanuni borca görə abonentin hesab kodundan 140,20 manat tutulma olmuş və cari borcu 0.00 manat qeyd olunmuşdur. Lakin, xx.xx.2024-cü il tarixli Abonentin Saldosuna əsasən abonentin xx.xx.2018-ci ilə qədər 1605,60 manat borcu olmuş, xx.xx.2020-ci ildə sayğac dəyişdirilərkən əlavə olaraq 756,00 manat borc yazılmışdır. SOKAR Şurasının xx.xx.2011- ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi AKT deyil. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi AKT-lar da normativ hüquqi AKT-lar ola bilməz.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-535/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin hakimi belə qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış **********10000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, çıxarılan sayğaca baxış keçirilən zaman “....Sayğacdan qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” əsası ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin – iddiaçının **********10000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün 983,40 manat, 03/2018 tarixi üçün 402,60 manat, 04/2018 tarixi üçün 219,60 manat, 05/2018 tarixi üçün 99,80 manat, 02/2020 tarixi üçün 756 manat olmaqla ümumilikdə 2461,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilmə əsası ilə akt tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün 983,40 manat, 03/2018 tarixi üçün 402,60 manat, 04/2018 tarixi üçün 219,60 manat, 05/2018 tarixi üçün 99,80 manat, 02/2020 tarixi üçün 756 manat ümumilikdə 2461,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 2461,40 manat borc silinməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1ci, 560.5.3.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci, 13.8-1-ci, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 5.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1, 18.2-ci maddələrinə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, 9.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin bütövlüklə ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsi dair müddəaları görmək olar. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra h ü q u q normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir.İddiaçı aid olan **********10000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan RespublikasıPrezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tamyerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tamhəcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh öz nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının və cavabdehin nümayəndəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca kənar müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
28. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 13-cü maddəsinin 6-cı və 8-1-ci hissəllərinin tələbinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı, eləcə də istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazın verilməsi dayandırılmalıdır.
29. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
30. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
31. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), təqdim etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bir daha qeyd edir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğacdan təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilmə əsası ilə akt tərtib edilsə də, aktlar əsasında “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üçün 983,40 manat, 03/2018 tarixi üçün 402,60 manat, 04/2018 tarixi üçün 219,60 manat, 05/2018 tarixi üçün 99,80 manat, 02/2020 tarixi üçün 756 manat ümumilikdə 2461,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ən əsası da fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır.
33. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-535/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməməklə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-535/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.