Məhkəmə qərarları › İş №2(103)-2453/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2453/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2453/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2023 saylı işi üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçının 4591 manat pulun və ödənilmiş 66 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair tələbinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2023 saylı işi üzrə 24 yanvar 2023-ci il tarixli qətnaməsi ilə təmin edilməsi, cavabdeh "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətindən 4591 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə "İcbari sığortalar haqqında” Qanunun 20.2, 20.5, 20.6, 56.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4, 233.3; Mülki Məcəllənin 883.1, 922, 926-cı maddələrinə istinadən qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli 2(062)-281/2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 25 may 2021-ci il tarixdə idarə etdiyi «VAZ-21723» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsi və X3 məxsus iki baş inəyi avtomaşınla vuraraq öldürməsi, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə X3 4500 manat miqarında maddi zərər vurması müəyyən edilmişdir. Ona görə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında sığortalı olaraq hazırki iş üzrə İddiaçı sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi qismində 4500 manat pul tutulduğundan və sığortaçı olaraq cavabdeh "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti həmin pulu iddiaçıya ödəməkdən imtina etdiyindən, iddiaçı pulun ödənilməsini cavabdehdən məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli 2(062)-281/2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı vurulmuş zərərin və əldən çıxmış gəlirin əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi və cavabdeh İddiaçı 4500 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 91 manat pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 25 may 2021-ci il tarixdə idarə etdiyi «VAZ-21723» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və X3 məxsus iki baş inəyi avtomaşınla vuraraq öldürmüşdür. İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı qeyd olunan inzibati xətanı törətməklə iddiaçı X4 4500 manat miqarında maddi zərər vurmuşdur; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tovuz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən, İddiaçı tərəfindən "VAZ 21723” markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır; - Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2104)-2460/2022 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli (062)- 281/2022-ci il tarixli qətnaməsindən qətnamədə hüquq və vəzifələrinə toxunan şəxs "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli 2(062)-281/2022-ci il tarixli qətnaməsinin "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minmişdir (səh.7-9, 26, 45-46). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(004)-69/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsini və ekspert rəyinə əsasən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 184.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Mülki işdə olan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən məlum olur ki, iş üzrə ekspertizanın keçirilməsi haqqında qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən ekspertizanın keçirilməsini Məhkəmə Ekspertizası Mərkəzinə yox, özünün seçdiyi "xxxx" MMC-yə həva etmişdir. "xxxx" MMC-nin təqdim etdiyi zərər akta diqqət yetirdikdə məlum olur ki, "xxxx" ASC-nin təqdim etdiyi zərər aktınc göstərilən məbləği demək olar eyni olmuşdur. Belə olan halda, əgər ziddiyyətli məqamlar olmuşdursa, təkrarən ekspertizanın keçiriləməsi haqqında qərar qəbul edilməli idi. "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində ekpertizanın keçirilməsini məhz Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, Gəncə Apellyasiya Məhkəməs internet resurslarından istifadə edərək qərar qəbul etmişdir. Hazırki işdə ziddiyyətli məqamlar olduğu üçün Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə ekspertizasının təyin edilməsi haqqında qərardad qəbul edilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayəti müdafiə etdiyini bildirmişdir.

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883, 885, 911-913, 922-927; Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216-220, 227, 372, 385-390-cı maddələrinə, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 12-25, 58, 63, 77; Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 1-5, 15-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəliilləri ilə yalnız tutulan məbləğ mübahisələndirildiyindən və bu mübahisələndirmə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin əsaslarına aid olduğundan kollegiya hesab edir ki, bunların yoxlanılması mülki prosessual tələblər baxımından yolverilməzdir və hazırki icraatının səlahiyyətlərinə aid deyildir. Belə ki, cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən verilən şikayət təmin edilməmiş və Tovuz Rayon Məhkəməsi 2(062)-281/2022 saylı 26 yanvar 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsin almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

8. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməsi nəzərə alınmalı və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmaması izah edilməlidir.

9. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2023 saylı işi üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar