Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2454/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(011)-6375/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə Birlik tərəfindən əsassız hesablanmış 2865 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, başqa ünvanda qeydiyyatda olsa da, ünvan 1 ünvanında yaşayır, cavabdehlə aralarında olan müqaviləyə əsasən, ev qazla təchiz olunmuş, smart-kart tipli qaz sayğacı quraşdırılmışdır, bu yaxınlarda cavabdeh tərəfindən ünvana təbii qaz verilişi dayandırılmış, bu barədə cavabdeh tərəfindən qazdan qanunsuz istifadə etdiyinə görə aktlar tərtib olunduğu bildirilmiş, lakin ona bu barədə heç bir sənəd təqdim edilməmişdir. Aktlar tərtib olunan zaman onun iştirakı təmin edilməmişdir, cavabdehin əməkdaşları heç bir zaman göstərilən ünvanda olmamış, heç bir qanunsuz qoşulma halı aşkar edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(011)- 6375/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2865 manat borcun silinməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pulun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, bütün sübutlar tam və hərtərəfli araşdırılmamışdır, işə əlavə edilmiş GASREP və AGİS proqramları üzrə saldolarda iddiaçının sərf etdiyi qaza görə az ödəniş etdiyi aydın şəkildə görünür. Bu isə iddiaçının təbii qazdan sayğacdankənar qeyri-qanuni yolla istifadə etdiyinə dair sübutdur. Saldoya nəzər saldıqda görünür ki, abonentin ödənişləri demək olar yoxdur, ekspert qeyri-real rəy vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə (nümayəndə) məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.11.2020-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması barədə qeyd əks olunmuşdur. “Dəymiş ziyanın bərpasına dair” 30.11.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.01.2021-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. “Dəymiş ziyanın bərpasına dair” 29.01.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 7920 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26.02.2021-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. “Dəymiş ziyanın bərpasına dair” 26.02.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 3960 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.03.2021-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. “Dəymiş ziyanın bərpasına dair” 31.03.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 3960 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2021-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması barədə qeyd əks olunmuşdur. “İtirilmiş qazın bərpasına dair” 30.04.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 3960 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Tərtib olunmuş aktlar İddiaçı tərəfindən imzalanmamış, nə də ona təqdim olunmamışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Maştağa, M.Hüseynzadə küçəsi ünvanına təbii qaz təchizatı sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etdiyinə görə qaynaq vasitəsilə dayandırılmışdır. 27.12.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********10000 saylı abonent kodu üzrə 2021-ci il tarixinə 2865 manat borc hesablanmışdır. İş materiallarında olan 10/5339 nömrəli 18.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır, hazırda 2865 manat iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmişdir. Belə ki, cavabdehin əməkdaşlarının tərtib etdiyi aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli və borc silinməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2021 saylı iş üzrə 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2454/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2454/2022
09.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver