Məhkəmə qərarları › İş №2(103)-246/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-246/2020

19.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-246/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-934/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı1 (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yaşadığı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Səfərəlibəyov küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilinin pəncərəsinin qarşısında əsassız olaraq inşa edilmiş tikilinin sökülməsi, vurulmuş ziyanın və törədilmiş məhdudiyyətin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İslamov X1 Afərim Abbas qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili olan eyvanın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-934/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Cavabdeh qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə ilkin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir, belə ki, cavabdeh onların mənzilinin pəncərəsinin qabağını daş və şifer tikinti materialları ilə kəsərək onlara ekoloji baxımdan havalanma məhdudiyyəti törədir, birinci instansiya məhəməsində ekspertiza keçirilməsini xahiş etmiş, lakin təmin olunmamışdır. Bu səbəbdən, qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbinə aid hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, cavabdeh tərəfindən tikilmiş özbaşına tikili onun pəncərəsinin qarşısını kəsir, ekspert rəyində də bu, müəyyən edilmişdir. Bu səbəbdən də, apelysiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelysiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Məhkəmə Eksperizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16415 saylı ekspert rəyinə əsasən, tədqiq olan tikilinin iddiaçının mənzilinin havalandırılmasına və işıqlandırılmasına mane olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin cavabdeh tərəfindən inşa edilmiş tikili (yaşayış evi) ilə iddiaçıya məxsus mətbəx tikilisinin divarı arasındakı məsafə 30 sm təşkil etdiyindən həmin evin dam hissəsi iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağlamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı qətnaməni ilkin iddia tələbinə aid hissədə mübahisələndirdiyindən, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə ilkin iddia tələbinə aid hissədə yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən- ilkin iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi ekspert rəyinə uyğun olaraq qismən təmin edilməlidir, qətnamə qalan hissədə onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi, ilkin iddia tələbini iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd etməkdə haqlı olmamışdır. Kollegiya bildirir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səfərəlibəyov küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikilinin inşa edilməsi hazırkı işin mübahisəsiz halıdır. Eyni zamanda, cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçıya maneəçilik törədibtörətməməsini müəyyən etmək xüsusi bilik tələb etməyinə baxmayaraq, birinci instansiya məhkəməsi hazırkı məsələ ilə bağlı ekspertiza keçirməmiş, prosessual pozuntuya yol vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə Eksperizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16415 saylı ekspert rəyinə əsasən, tədqiq olan tikilinin iddiaçının mənzilinin havalandırılmasına və işıqlandırılmasına mane olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin cavabdeh tərəfindən inşa edilmiş tikili (yaşayış evi) ilə iddiaçıya məxsus mətbəx tikilisinin divarı arasındakı məsafə 30 sm təşkil etdiyindən həmin evin dam hissəsi iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən, ilkin iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağladığı hissədə sökülməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən- ilkin iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi ekspert rəyinə uyğun olaraq qismən təmin edilməlidir, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Səfərəlibəyov küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin qarşısında Cavabdeh1 tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını 70 sm hündürlüyə qədər bağladığı hissədə sökülməli, qətnamə qalan hissədə onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmaldır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-934/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi qismən-ilkin iddia tələbi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbi qismən təmin edilsin,Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Səfərəlibəyov küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin qarşısında Cavabdeh1 tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını 70 sm hündürlüyə qədər bağladığı hissədə sökülsün. Qətnamə qalan hissədə onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar