Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2460/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı - Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 4488,60 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh əməkdaşları ünvana yaxınlaşaraq qaz sayğacının aktlaşdıraraq heç bir əsası olmayan akt tərtib etmişdirlər. Lakin, iddiaçı qaz sayğacına müdaxilə etməmiş və kənar xətdən istifadə etməmişdir. Bir müddət qazdan istifadə edəndən sonra qaz sayğac kartina pul köçürdükləri zaman ödədiyi məbləğin yarısı cərimə kimi tutulmuşdu. İddiaçı Cavabdehndən maraqlandıqda, ona bildirmişlər ki, iddiaçı barəsində akt tərtib olunmuş və həmin akta əsasən, guya, iddiaçının istifadəsində kənar qaz xətti aşkar olunmuş və iddiaçı cərimə borcunu ödəməlidir. Halbuki iddiaçı vaxtlıvaxtında istifadə edilmiş qazın dəyərini ödəmiş və heç vaxt təbii qazdan istifadəyə görə yaranmış borcla bağlı mübahisə olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4621/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10009) hesablanmış 1425,60 (min dörd yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə Cavabdehndən 51 (əlli bir) manat, İddiaçı 51 (əlli bir) manat dövlət nəfinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Nuriyeva X1 şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam, hərtərəfli və obyektiv olmadığı üçün ləğv edilməlidir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Məhkəmə Cavabdeh İB tərəfindən ona yazılan əsassız borcu tam həcmdə silməli idi. Çünki, məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1425,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirakını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 18.05.2018-ci il tarixli Aktın surətindən görünür ki, ünvan 1-da quraşdırımış sayğacın dövlət yoxlanılması zamanı “sayğacın çıxış membranında dəlik aşkar olundu” qeydi aparılmış və dəymiş ziyanın hesablanması tələbi qoyulmuş və iddiaçıdan təbii qazın sərfiyyatına görə 540 manat ödənilməsi tələb olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 31.03.2021-ci il tarixli Aktın surətindən görünür ki, ünvan 1-da quraşdırımış sayğacın dövlət yoxlanılması zamanı “sayğacdan kənar istifadə olunması aşkar olundu” qeydi aparılmış və dəymiş ziyanın hesablanması tələbi qoyulmuş və iddiaçıdan təbii qazın sərfiyyatına görə 885,60 manat ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Abonentin saldosunun surətindən müəyyən olunur ki, abonent İddiaçı akt üzrə (abonent kodu: **********10009) 1425,60 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2021-ci il tarixli, 10/3701 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh İB-yə məxsus qaz xəttinə qeyri-qanuni olaraq qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilmədi. Keçirilmiş ekspert tədqiqatının dəyəri 102 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə rədd edərkən qeyd etmişdir ki, İddiaçı 4488,60 manat məbləğində borcun əsassız hesablandığını iddia etsə də, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlara əsasən iddiaçıya 1425,60 manat məbləğində borc hesablanmışdır Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9- cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş ********** nömrəli Smart Sayğaclı abonentə aid Çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumlikdə 4885,80 manat məbləğində borc hesablanmış olsa da, cavabdeh iddiaçıya həmin borc məbləğinin hansı əsasla hesablandığını sübut edə bilməmişdir. Belə ki, həmin abonent saldosundan iddiaçıya 2017-ci ilin 12-ci ayında 516,1 manat, 2018-ci lin 1-ci ayında 444,9 manat, 2018-ci ilin 6-cı ayında 1922,20 manat, 2018-ci ilin 7ci ayında 540 manat, 2019-cu ilin 5-ci ayında 577 manat, 2021-ci ilin 5-ci ayında isə 885,60 manat, ümumilikdə 4885,80 manat borc hesablandığı müəyyən edilir. Müəyyən edilir ki, həmin borc məbləğləri qaz sayğacı üzrə sərfiyyatla bağlı olmayıb, abonentə əlavə hesablanmış məbləğlərdir. İş materiallarından görünür ki, həmin borcdan 2018-ci ilin 7-ci ayında hesablanmış 540 manat və 2021-ci ilin 5-ci ayında hesablanmış 885,60 manatla bağlı qaz paylayıcısı tərəfindən aktlar tərtib edilmişdir. Həmin aktların və borc məbləğlərinin əsassız olmasına birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş və bu hissə apellyasiya qaydasında mübahisələndirilməmişdir. Digər borc məbləğlərinin hansı əsasla (qaz sayğacına müdaxilə, qaz xəttinə qanunsuz qoşulma və s.) hesablanması isə iş materialları ilə müəyyən edilmir. Cavabdeh Azəriqaz tərəfindən bu məbləğlərin hansı əsasla hesablanmasına dair də hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin 51 manat məhkəmə xərcinin İddiaçı tutularaq dövlət nəfinə ödənilməsinə dair qənaətini də əsaslı hesab etmir. Belə ki, iddia tam0 təmin edildiyindən, 102 manat məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyərinə Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin Apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4621/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10009) hesablanmış 3063 (üm min altmış üç) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4621/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10009) hesablanmış 3460,20 (üm min dörd yüz altmış manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (bir yüz iki) manat pul Cavabdehndən dövlət nəfinə tutulsun. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2460/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2460/2022
17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver