Məhkəmə qərarları › İş №2(103)-2463/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2463/2024

29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2463/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qərardaddan iş üzrə tərəf olmayan, lakin iş üzrə 10 noyabr 2020-ci il tarixdə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2549/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün maraqlarına toxunan şəxs kimi tanınması və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X1 miras qalmış və ünvan 1 ünvanında olan torpaq sahəsində (torpaq sahəsinə girişin sol hissəsində yerləşən “m” tikilisi) daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İdarə həmin qətnamənin mövcud olmasından xx.xx.2023-cü il tarixində xəbər tutmuş və qətnamənin surətinin rəsmi alınması üçün Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Belə ki, İdarənin həmin mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarından xəbəri olmamış, həmin torpaq sahəsi, o cümlədən torpaq sahəsinin üzərində olan köhnə və yeni yarımçıq tikililərin İdarənin balansında olmasına baxmayaraq, işə baxmış Rayon Məhkəməsi İdarəni işin baxılmasına cəlb etməmişdir. Məhkəmə qətnaməsi və digər zəruri sənədlər Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində rəsmi olaraq İdarəyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 13 saylı, xx.xx.2006-cı il tarixli “Sosial inkişaf İdarəsinin strukturunun təsdiq edilməsi haqqında” və Sosial inkişaf İdarəsinin xx.xx.2006-ci il tarixli 19 saylı "xxxx" əmrlərinə müvafiq olaraq Dövlət Neft Şirkətinin müəssisə və təşkilatlarının mənzil kommunal təsərrüfatları və yataqxanalarının, mədəniyyət evləri və klublarının, məktəbəqədər uşaq müəssisələri və uşaq düşərgələrinin, istirahət ocaqlarının, yardımçı təsərrüfatlar və digər sosial təyinatlı qurumlarının Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin tərkibinə qəbul edilmişdir. Bununla əlaqədar “Azneft” İB Tağıyev adına X11 İdarəsi ilə Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsi arasında xx.xx.2006-cı il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən, Azneft” İB Tağıyev adına X11 İdarəsinin balansında olan və ünvan 2 ünvanda yerləşən “Ay işığı” gecə sanatoriyası torpaq və əmlakları ilə birlikdə İdarənin Mənzil Kommunal Xidmətlər İdarəsinin balansına verilmişdir. Barəsində qətnamə çıxarılmış daşınmaz əmlaklar da hal hazırda İdarənin balansındadır. Bununla əlaqədar İdarə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabatlar verilir. İdarənin hesabatlarında həmin sahə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanı belə qeyd olunub. İdarənin balansında olan digər daşınmaz əmlaklar kimi, mübahisəli daşınmaz əmlaklar üçün əmlak vergisi İdarə tərəfindən ödənilir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin geri qaytarılması qərara alınmışdır. Bundan sonra həmin İdarənin xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin olunmamasını və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2549/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X2 miras qalmış ünvan 4 ünvanında olan torpaq sahəsində (torpaq sahəsinə girişin sol hissəsində yerləşən tikili) yerləşən daşınmaz əmlakın mərhumun övladı olan İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2549/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Vaqif Kubatova qarşı “miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2(003)-2549/2020 saylı qətnaməsinin surəti “SOCAR”-ın Sosial İnkişaf İdarəsinə təqdim edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2549/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Vaqif Kubatova qarşı “miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2(003)-2549/2020 saylı qətnaməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada verilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 0,78 ha torpaq sahəsi xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və ondan miras qalmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən isə mərhumun mülkiyyət hüququ mübahisələndirilməmişdir. Belə olan halda daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əsas götürülməklə iş üzrə qəbul edilmiş qətnamənin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin maraqlarına toxunmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası” adlı 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı mahiyyət etibarı ilə əsaslıdır; həmin qərardaddan verilmiş şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar