Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2472/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi tələbi, subyektiv hüquq”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və sonuncunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzə məhkəmə icraatı
1. Cavabdeh1 MTK-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, O.Hüseynov (əvvəlki adı Balaəmi Dadaşov), K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına “Cavid-2016" MTK-ya icazə verilmişdir. Sərəncamın icrasının yerinə yetirilməsi çərçivəsində ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzil söküntüyə qəbul olunmuşdur. Həmin mənzilin əvəzində yeni mənzil verilməsinə dair 27 fevral 2018-ci il tarixdə mülkiyyətçi Cavabdeh2 ilə “Cavid-2016" MTK arasında müqavilə bağlanmışdır. Cavabdeh2 09 fevral 2019-cu il tarixli notarial razılıq ərizəsinə əsasən ona verilmiş mənzillərdən biri qızı Cavabdeh3 adına sənədləşdirilərək 09 aprel 2019-cu il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə “Cavid-2016" MTK arasında müqavilələr bağlanmışdır;
2. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 86 saylı Mənzil Kommunal İstismar sahəsinin 36/211 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.2000-ci il tarixdə, İddiaçı2 Rahir qızı isə xx.xx.1991-ci il tarixdə B.Dadaşov küçəsi 19 saylı evin 25 saylı mənzilinə passport qeydiyyatına düşmüşlər və həmin ev 2018-ci il tarixdə sökülmüşdür;
3. Cavabdeh1 MTK-nın xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu Ə.Hüseynov (əvvəlki adı Balaəmi Dadaşov), K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına Cavabdeh1 MTK-ya icazə verilmişdir. Sərəncamın icrasının yerinə yetirilməsi çərçivəsində ünvan 2 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzil söküntüyə qəbul olunmuşdur. Həmin mənzilin əvəzində yeni mənzil verilməsinə dair 27 fevral 2018-ci il tarixdə mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanılmışdır. Cavabdeh2 09 fevral 2019-cu il tarixli notarial razılıq ərizəsinə əsasən ona verilmiş mənzillərdən biri qızı Cavabdeh3 adına sənədləşdirilərək 03 aprel 2019-cu il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında müqavilələr bağlanmışdır. "xxxx" MTK ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli müqavilələr öz razılıqları ilə ləğv olunaraq Cavabdeh2 ilə 30 iyun 2023-cü il tarixli, Cavabdeh3 ilə 12 noyabr 2019-cu il tarixli müqavilələr bağlanmış, hazırda həmin müqavilələr üzrə Cavabdeh2 və Cavabdeh3 verilmiş mənzillər Cavabdeh1 MTK tərəfindən təhvil verilmişdir;
4. ÖM seriyalı 237746 saylı xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 19 saylı evin 66,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 25 saylı mənzilin 47.4 kv.m olan 3 otağı Cavabdeh2, 19.5 kv.m olan 1 otağı isə X5 məxsusdur;
5. Cavabdeh1 MTK ilə Cavabdeh2 (“Mülkiyyətçi”) arasında bağlanmış 6-19D/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 94 kv.m mənzili dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə, girişində 2-ci mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli 75 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət mənzili və 2-ci mərtəbədə 45 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət mənzili, “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə həmin mənzilləri qəbul etməyi öz öhdəsinə götürür;
6. Cavabdeh2 Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, ona məxsus olan ünvan 3 ünvanda yerləşən 25 saylı mənzilin söküldüyünə görə onunla "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən verilən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi ünvanında inşa edilən binanın 2-ci mərtəbəsində yerləşən 2 (iki) otaqlı sahəsi 45 kv.m. olan mənzilin Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazı yoxdur, razıdır. Ərizə onun sözləriylə tərtib edildi, həqiqi niyyətinə uyğundur. Bununla bağlı gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır;
7. "Cavid-2016” MTK ilə Cavabdeh2 ("Mülkiyyətçi”) arasında bağlanmış 172-19D/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "Cavid-2016” MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək, bu bunada "Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 60 kv.m mənzili dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə, girişində 2-ci mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli 75 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət mənzili "Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, "Mülkiyyətçi” isə həmin mənzilləri qəbul etməyi öz öhdəsinə götürür;
8. "Cavid-2016” MTK ilə Cavabdeh3 ("Sakin”) arasında bağlanmış 173- 19D/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "Cavid-2016” MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan evlərdə "Sakin”ə məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək "Sakin”in sökülmüş mənzilinin əvəzində inşa olunan 1-ci binanın 1-ci girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 58.34 kv.m olan təmirsiz mənzili əlavə sahəyə görə aylıq ödənişlər etmək şərtilə onun istifadəsinə verməyi, "Sakin” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür;
9. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3 "Cavid-2016” MMC-yə olan 8575 manat borcunu hər ay sabit 357.2 manat, sonuncu ay isə 359 manat olmaqla 24 ay ərzində ödəməyi qəbul etmişdir;
10. "Cavid-2016” MTK və Cavabdeh2 ("Sakin”) arasında bağlanmış 172- 19D/19 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, "Cavid-2016” MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan evlərdə "Sakin”ə məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək "Sakin”in sökülmüş mənzilinin əvəzində inşa olunan binalarda bu müqavilənin 1.3-cü bəndində göstərilən razılaşdırılmış mənzili onun istifadəsinə verməyi, "Sakin” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə, "Sakin"in sökülmüş daşınmaz əmlakına dair Seriya ÖM 237746 saylı Qeydiyyat vəsiqəsi olmuşdur. Həmin Qeydiyyat vəsiqəsi üzrə mənzilin ümumi sahəsi 47.4 kv.m təşkil etmişdir. Tərəflər arasında birlikdə aparılmış ölçmələrin nəticəsinə dair birgə tərtib olunmuş, imzalanmış akta əsasən əmlakın faktiki ölçülərlə ümumi sahəsi kənar divarların çöl ölçüləri boyunca 66.8 kv.m, mənzilin daxili ölçüləri ilə aparılmış iç ölçülərinin ümumi sahəsi 60 kv.m müəyyən olunmuşdur. 1.3-cü bəndinə əsasən, "xxxx" MTK ilkin müqavilə üzrə "Sakin"ə ümumi sahəsi 75 kv.m olan təmirli mənzil verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müzakirələrə görə qarşılıqlı razılaşma əsasında bu müqavilənin 1.2-ci bəndində göstərilən mənzilin əvəzində mövcud layihəyə uyğun olaraq "xxxx" MTK "Sakin"ə inşa olunan 1-ci binanın, 1-ci girişinin, 2-ci mərtəbəsində ümumi sahəsi 81.8 kv.m olan təmirli mənzili verməyi öz öhdəsinə götürür, "Sakin" isə bu müqavilə ilə ona verilən təmirli mənzili qəbul etməyi öz öhdəsinə götürür;
11. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında xx.xx.1974-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2005-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadır;
12. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2005-ci ildən xx.xx.2023-cü ilədək müxtəlif tarixlərdə ölkəyə giriş-çıxışlar etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ölkəyə daxil olmuşdur;
13. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək qeydiyyatdadır;
14. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. 7 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ilə X1 nikahları haqqında xx.xx.1973-cü il tarixdə 68 №-li akt qeydi tərtib olunmuşdur;
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024- cü il tarixli məktubundan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 19 ünvanında yerləşən 25 nömrəli mənzil xx.xx.1998-ci il tarixində Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2005-ci il tarixli, 4Ə-02-228 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən 4 otaqlı mənzilin 1 otağı X4 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən mənzil söküldüyü üçün vətəndaşların ərizəsinə əsasən mülkiyyət hüquqları ləğv edilmişdir;
16. Bakı şəhəri 9 Sayli Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş, X2 vərəsəlik işi ilə əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə notariat ofisinə vərəsələri: övladları - İddiaçı1 və İddiaçı2 yazılı ərizələr ilə müraciət etmişdirlər. Lakin mərhum - X2 mülkiyyətində dövlət qeydiyyatına alınmış əmlaklar olmadığı üçün, yazılı müraciətləri elektron notariat sistemində qeydiyyata alınmamışdır;
17. Bakı Şəhəri 9 Sayli Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakına dair müraciət olunmamışdır və vərəsəlik işi açılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci və 2-ci cavabdehlər arasında bağlanmış 27 fevral 2018-ci il və 09 aprel 2019-cu il tarixli müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi və Cavabdeh1 MTK tərəfindən inşa edilmiş "Zümrüd Residence" 1-ci bina mənzil 7 ünvanına iddiaçıların istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar ünvan 5 ünvanında 1989-cu ildən valideynləri ilə birlikdə yaşamağa başlamışlar, İddiaçı2 xx.xx.1991-ci ildə, İddiaçı1 isə xx.xx.2000-ci ildə həmin ünvana qeydiyyata düşmüşlər. Həmin evin sahəsi təxminən 70¬75 kvadrat metr olmuşdur. Həmin ünvan 36 saylı mənzil istismar idarəsinin tabeliyindədir. Təxminən 2018-ci ildə həmin ünvan sökülüb, yerində Cavabdeh1 MTK tərəfindən "Zümrüd Residence" adlı bina tikilib. Həmin vaxt onlara bildirilmişdir ki, hər ailə üzvüylə ya ayrı-ayrılıqda, yadaki birlikdə müqavilə bağlanacaqdır. Bina tikilib təhvil verildikdən sonra Cavabdeh2 adına 81 kvadrat metr yaşayış sahəsi verilmişdir. Yaxın zamanlarda bacıları Cavabdeh3 mübahisə edərkən o bildirmişdir ki, mənzil onundur, iddiaçıların bura hüquqları yoxdur. Bundan sonra hüquqlarının müdafiəsi ilə bağlı vəkilə müraciət olunmuş və vəkil sorğusuna cavab olaraq "Cavid-2016” MTK-nın C.J-13/005-24 nömrəli 13 may 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzil söküntüyə qəbul olunmuşdur. Həmin mənzilin əvəzində mülkiyyətçi Cavabdeh2 ilə "Cavid-2016” MTK arasında 27 fevral 2018-ci il tarixdə yeni mənzil verilməsinə dair müqavilə bağlanmışdır. Cavabdeh2 09 fevral 2019-cu il tarixli notarial razılıq ərizəsinə əsasən ona verilmiş mənzillərdən biri qızı Cavabdeh3 adına sənədləşdirilərək 09 aprel 2019-cu il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə "Cavid-2016” MTK arasında müqavilələr bağlanmışdır. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh3 digər cavabdehin yaşlı olmasından istifadə edərək 1 -ci cavabdehlə əlbir olub mənzilləri 2024-cü ildən öz adına keçirmiş və bununla da iddiaçıları hüquqlarından məhrum etmişdir. Birincisi, mübahisə edilən müqavilələr bağlanan zaman iddiaçıların da razılığı tələb olunduğu halda onlardan razılıq alınmamışdır. İkincisi, cavabdehlər tərəfindən iddiaçılarla müqavilə bağlanacaq adı altında aldadılaraq 1 -ci cavabdeh ilə 2-ci cavabdehlər arasında bağlanmış 27 fevral 2018-ci il və 09 aprel 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Üçüncüsü, qeyd olunan müqavilələr əsasında 2-ci cavabdehlərin adına çıxarışlar verilmişdir. Dördüncüsü, iddiaçıların istifadə hüququ olmuş evin sökülməsi, həmin evə dair onlarla da müqavilə bağlanmasını nəzərdə tutur və sökülmüş evin yerində tikilən evdə iddiaçıların ən azından istifadə hüquqları vardır. Beşincisi, iddiaçıların mübahisəli evə hüquqları olduğu halda onlarla müqavilələr bağlanmadığından, onların razılığı olmadan müqavilələr bağlandığından 1 -ci cavabdeh ilə 2-ci cavabdehlər arasında bağlanmış 27 fevral 2018-ci il və 09 aprel 2019-cu il tarixli müqavilələr etibarsız sayılmalı, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışlar ləğv edilməlidir.
20. Cavabdeh2 və Cavabdeh3 nümayəndələri (vəkilləri) Vəkil2 "iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "Cavid 2016” MTK ilə cavabdehlər arasında 27 fevral 2018-ci il tarixli və 09 aprel 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin iddiaçılar tərəfindən etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi verilmişdir. Həmin ərizədə iddiaçılar qeyd edirlər ki, "Cavid 2016” MTK tərəfindən onlarla da müqavilə bağlanacağı bildirilsə də, onlarla müqavilə bağlanmamışdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçılar ünvan 6 ünvanında yerləşən mənzildə yaşamasalar da, həmin məzilin "Cavid 2016” MTK tərəfindən söküldüyündən məlumatlı olmuşlar. "Cavid 2016” MTK ilə cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsızlığına gəldikdə isə 27 fevral 2018-ci il tarixli və 09 aprel 2019-cu il tarixli müqavilələr üzrə iddia müddəti ötmüşdür. Belə ki, sözgedən mənzil 2018- ci ildə sökülmüşdür, iddiaçılar həmin mənzilin söklməsindən və yeni mənzilin verilməsindən 2018ci ildən məlumatlıdırlar. Beləliklə, iddia müddəti ötdüyü üçün iddia tələbinin rədd edilməsini xahiş edir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X7)
22. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (qeyd edilməlidir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53- cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İş materialları, tərəflərin, xüsusilə də iddiaçıların izahatları ilə İddiaçı1 2005-ci ildə ölkə xaricinə getməsi, İddiaçı2 isə 2007-ci ildə ailə quraraq başqa ünvana gəlin köçməsi, həmin tarixlərdən sonra sözügedən mənzildə yaşamadıqları müəyyən edilmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, cavabdehlərin "iddiaçıların mənzilə olan istifadə hüquqlarının itirilməsi” ilə bağlı dəlilləri əsaslıdır. Onların ara-sıra atalarının yaşadığı mənzilə gəlmələri, mənzil söküldükdən sonra 2023-cü ildə yeni verilmiş mənzilə köçərək orada yaşamaları mövcud vəziyyəti dəyişdirmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab etmişdir ki, istifadə hüquqları itirilmiş hesab edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. İddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, İddiaçı1 xx.xx.2005-ci ilə kimi ümumiyyətlə başqa yaşayış yerə getməmiş, 2005-ci ildən 2023-cü ilə kimi isə müvəqqəti işlə əlaqədar ölkədən kənara getmişdir. Bundan başqa İddiaçı1 mübahisə edilən mənzillərin verilməsinə əsas olmuş mənzildə yaşamış və hal-hazırda mübahisə edilən mənzildə yaşamağa davam edir. Onun başqa yaşayış yeri olmamışdır. Digər tərəfdən isə İddiaçı2 mübahisə edilən mənzillərin verilməsinə əsas olmuş mənzildə yaşamış və hal- hazırda mübahisə edilən mənzildə yaşamağa davam edir. İddiaçıların sökülmüş mənzilin mərhum anaları Gülarə Hacıyevanın paylı mülkiyyətində olması, həmin paya münasibətdə onların vərəsə sayılması ilə bağlı qeyd edirlər ki, sökülmüş mənzil birgə nikah dövründə əldə olunması işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzil nikah dövründə ailə vəziyyəti nəzərə alınmaqla əldə olunmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmaraq göstərilmişdir ki, tərəflərin mübahisə etdikləri hal, onların həmin mənzilə istifadə hüquqlarının qalıb-qalmaması ilə bağlıdır. İddiaçılar mənzil üzərində bu hüquqlarının olmasına istinadən hazırkı iddianı qaldırdıqları halda, cavabdehlərin mövqeyinə görə, onlar daimi yaşamaq üçün başqa yerə getdikləri (digər yaşayış sahəsinə köçdükləri) üçün həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunur. İş materialları, tərəflərin, xüsusilə də iddiaçıların izahatları ilə İddiaçı1 2005 ci ildə ölkə xaricinə getməsi, İddiaçı2 isə 2007-ci ildə ailə quraraq başqa ünvana gəlin köçməsi, həmin tarixlərdən sonra sözügedən mənzildə yaşamadıqları müəyyən edilmişdir.Bununla da iddiaçılar sökülmüş mənzilə istifadə hüquqlarını itirmişlər. Onların ara-sıra atalarının yaşadığı mənzilə gəlmələri, mənzil söküldükdən sonra 2023-cü ildə yeni verilmiş mənzilə köçərək orada yaşamaları mövcud vəziyyəti dəyişdirmir. İstifadə hüquqları itirilmiş hesab edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. İddiaçıların “sökülmüş mənzilin mərhum anaları Gülarə Hacıyevanın paylı mülkiyyətində olması, həmin paya münasibətdə onların vərəsə sayılması” haqqında arqumentlərinə münasibətdə isə bildiririk ki, həmin əmlakın birgə əmlak deyildir. sökülmüş evin cavabdehin nikaha girənədək əldə etdiyi evin hesabına alındığını bildirmişlər. Həmçinin vərəsəlik işi açılmamışdır və mirasın faktiki qəbulu ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Odur ki, birinci İnstansiya Məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. ç) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iddiaçılar və nümayəndə və vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
28. Məhkəmə iclasında cavabdehlər apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
d) Tətbiq edilən hüquq
29. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin:
53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. 60-cı maddəsinə görə, "kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. 87-ci maddəsinə görə isə, "kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. İddiaçılar tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın tələb edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
35. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi ev 19, 25 saylı mənzilin yerləşdiyi ərazidə (Balaəmi Dadaşov, K.Rəhimov, YBakuvi və Q.Rəşad küçələrinin kəsişməsində) qəzalı evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına "Cavid-2016” MTK-ya icazə verilmiş, MTK həmin layihənin həyata keçirilməsi məqsədilə Cavabdeh2 ilə 27 fevral 2018-ci il tarixli müqavilə bağlamaqla ona məxsus mənzili söküntüyə qəbul etmiş və həmin mənzilin əvəzində yeni mənzil verilməsini öhdəsinə götürmüş, bununla belə sonradan onun notarial təsdiqli razılıq ərizəsinə əsasən mənzillərdən birinin onun qızı Cavabdeh3 verilməsini nəzərdə tutan müqavilə bağlanmış, daha sonra isə tərəflər arasındakı əvvəlki müqavilələr ləğv olunaraq Cavabdeh3 ilə 12 noyabr 2019-cu il tarixli, Cavabdeh2lə 30 iyun 2023-cü il tarixli müqavilələr bağlanmışdır. Cavabdeh3 ona verilən əlavə sahəyə görə 8575 manat borcu 24 ay ərzində ödəməyi qəbul etmişdir. Hazırda iddiaçılar cavabdeh MTK tərəfindən hər ailə üzvü ilə ayrı-ayrılıqda müqavilə bağlanacağı vədi verilməsinə, habelə sökülmüş mənzildən istifadə hüquqları olmasına baxmayaraq, sadəcə digər cavabdehlər ilə müvafiq mənzillərin verilməsini nəzərdə tutan müqavilələrin bağlandığını, həmin müqavilələr bağlanarkən sökülmüş mənzildən istifadə hüquqları olan şəxslər kimi onların razılığının alınmadığını iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşlər.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu əsaslandırma ilə razılaşır. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (qeyd edilməlidir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. 37 Həmin Məcəllənin 60-cı maddəsinə görə, "kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, "kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.
38. "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
39. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçıların isə artıq mövcud olmayan Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 19 ünvanında yerləşən 25 nömrəli mənzilə istifadə hüquqlarının yaranmış olduğu mübahisəli deyildir. İş materiallarından da aydın olur ki, həmin mənzil xx.xx.1998-ci il tarixində Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və onlar ailə olaraq birlikdə həmin mənzildə yaşamışlar. Tərəflərin mübahisə etdikləri hal, onların həmin mənzilə istifadə hüquqlarının qalıb-qalmaması ilə bağlıdır. İddiaçılar mənzil üzərində bu hüquqlarının olmasına istinadən hazırkı iddianı qaldırdıqları halda, cavabdehlərin mövqeyinə görə, onlar daimi yaşamaq üçün başqa yerə getdikləri (digər yaşayış sahəsinə köçdükləri) üçün həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunur.
40. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş materialları, tərəflərin, xüsusilə də iddiaçıların izahatları ilə İddiaçı1 2005-ci ildə ölkə xaricinə getməsi, İddiaçı2 isə 2007-ci ildə ailə quraraq başqa ünvana gəlin köçməsi, həmin tarixlərdən sonra sözügedən mənzildə yaşamadıqları müəyyən edilmişdir. Onların ara-sıra atalarının yaşadığı mənzilə gəlmələri, mənzil söküldükdən sonra 2023-cü ildə yeni verilmiş mənzilə köçərək orada yaşamaları mövcud vəziyyəti dəyişdirmir. Apellyasiya şikayətinin iddiaçıların istifadə hüquqlarının itirilmiş hesab edilmələri barədə məhkəmə aktı olmadığı halda həmin hüququn itirilmiş qəbul edilməsinin düzgün olmaması barədə dəlininə münasibətdə qeyd edilməlidir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə əsaslıdır. Belə ki, bununla bağlı qiymətin verilməsi mümkündür və buna görə belə bir aktın olmaması bu formada qiymətləndirməni təkzib edə bilməz. Həmin hüquq faktiki hallar təsdiqini tapdığı halda artıq mövcud olmayan hesab edilir ki, buna münasibətdə də hazırki iş üzrə qiymət verilməsi qanuni və əsaslıdır.
41. Beləliklə, istifadə hüquqları itirilmiş hesab edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir.
42. Bundan başqa, iddiaçıların "sökülmüş mənzilin mərhum anaları Gülarə Hacıyevanın paylı mülkiyyətində olması, həmin paya münasibətdə onların vərəsə sayılması” haqqında arqumentlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin əmlakın birgə əmlak hesab edildiyini cavabdehlər qəbul etməmiş, sökülmüş evin cavabdehin nikaha girənədək əldə etdiyi evin hesabına alındığını bildirmişlər. Həmçinin vərəsəlik işi açılmamışdır və mirasın faktiki qəbulu ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir.
43. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 260/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir