Məhkəmə qərarları › İş №2(103)-2476/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2476/2022

09.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2476/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3030/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 14.171.90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2013-ci il tarixdə Cavabdeh İB tərəfindən 055091 saylı akt tərtib edilməklə mərhum atası X5 adına olan qaz saycacı ünvan 1 ünvanda çıxaralaraq aparılmışdır. Qeyd etmişdir ki, mərhum atası hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Mərhum atası Mövsüm Əsədov 08.10.2020-ci il tarixdə vəfat etdikdən sonra o, mərhum atasından miras qalmış torpaq sahəsində abadlıq və təsərrüfat işləri aparmaqla bağlı yeni qaz sayğacının qoyulmasından ötrü Cavabdeh İBnə müraciət etmişdir. O, bu barədə Cavabdeh İB-yə müraciət etdikdə oradan ona bildirmişlər ki, onun mərhum atasın adına olan köhnə qaz sayğacında 14171,90 manat borcunun olduğu üçün sayğacının bərpası mümkün deyil. Bildirmişdir ki cavabdeh təşkilat qaz sayğacına müdaxilənin o vaxtlar mərhum atası tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan mərhum atasının adına olan qaz sayğacına yüksək məbləğdə cərimə hesablamışdırlar. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Xəzər Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh tərəfindən **********00470 saylı abonent koduna hesablanmış 12909.6 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyuğun olaraq iddiaçı öz iddiasını əsaslandırmalı olduğu halda bu halı qətnamədə demək olar ki cavabdehə həvalə etmişdir. Məhkəmə işın faktiki halını müəyyən etmək məqsədi ilə ən azı yerində müayinə keçirə bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasısını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, **********00470 saylı abonent hesabına 14171.90 manat borc hesablanmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 23.06.2021-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Qala kəndində yerləşən istixanaya 13.02.2013-cü il tarixli 055091 nömrəli akt tərtib olunaraq, 12909.60 manat dəymiş ziyan hesablanmaqla istehlakçı hesabına daxil edilmişdir. İş materiallarından və məhkəmə iclasında araşdırılmış hallardan müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda olan istixananın təbii qaz təchizatına görə ümumilikdə 14171.90 manat məbləğində borc yazılmışdır. Həmin borcun 12909.60 manat məbləğində hissəsi akt əsasında tətbiq edilmiş borcdan, digər 1262,3 manat (14171.90 – 12909.60= 1262.3) hissəsi isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir. Qeyd olunan məbləğdə borcun olması barədə iddiaçının məlumatı 23.06.2021-ci il tarixli Bakı Regional Qazın Satışı Departamentinin ona ünvanlanmış məktubu əsasında olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarından və məhkəmə iclasında araşdırılmış hallardan ünvan 5 ünvanına dair cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib edilməsi və həmin aktlara uyğun iddiaçının abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı nə iddiaçı, nə də digər şəxslərin (evdə yaşayan şəxslərin, şahidlərin) iştirakının təmin edilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə tərtib edilmiş akt əsasında dəymiş zərərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən 12909.60 manat məbləğində borcun tətbiq edilməsinin əsaslı olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə isə qeyd olunan mübahisəli “akt” cavabdeh tərəfindən nə birinci, nə də ki apellyasiya instansiyasında təqdim olunmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3030/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar