Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2479/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 faktiki ər-arvad münasibətlərində olmuş, 1988-ci ildən başlayaraq 30 ildən çox ailə kimi yaşayamaqla birgə təsərrüfat aparmışlar. Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili (bundan sonra mətndə mənzil) 1997-ci ildən iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2006-cı il tarixli verdiyi etibarnamə ilə (bundan sonra mətndə etibarnamə) Cavabdeh1 onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, adından qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, o cümlədən satmağı, bağışlamağı və digər hərəkətləri etməyi etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında iddiaçının adından hərəkət edərək mənzili xx.xx.2007-ci ildə oğlu Cavabdeh2 satmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) məhkəmədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101- 093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddia onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə Cavabdeh1 ilə nikaha girmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt Abşeron rayon Polis İdarəsinin pasport-masa rəisi idi, rütbəsi də polis mayoru idi. Həmin vaxt o, nikahın bağlanılması barədə şəhadətnaməni ailəsinə göstərmiş, ailəsi də bu evlənməyə razılıq vermişdi. Həmin nikah kağızı da bir neçə gün onda qalmışdı. Beləliklə o, 1988-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş və orada ər-arvad kimi yaşamağa başlamışlar. Şahin Məmədovun 3 uşağı olmuşdur, onlar çox mehriban yaşamışlar və heç bir pis münasibət olmamışdır. 1997-ildə iddiaçının atası X2 elə həmin Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 saylı mənzili ilə üzbəüz yerləşən 1 otaqlı 42 saylı mənzilini onun adına alğı-satqı yolu ilə bir rus qadından almış və onun adına mülkiyyət sənədi verilmişdir. Həmin mənzilə qeydiyyata düşmüşdür, hazırda da orada yaşayış yeri üzrə qeydiyyatdadır. 1997-ci ildə razılığa gəlmişlər ki, ona məxsus Teymur Elçin küçəsində yerləşən 6 saylı evin 42 saylı bir otaqlı mənzilini kirayəyə versinlər. Ona görə də Cavabdeh1 ona təklif etmişdir ki, bu işləri görmək üçün ona etibarnamə versin. O, Cavabdeh1 etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 42 saylı 1 otaqlı mənzili Filippin vətəndaşına 10 il müddətinə kirayəyə vermişdir. Kirayə haqqını ya özü, ya da oğlu Musa götürürdü. Hazırda da bu mənzil başqa bir qadına kirayəyə verilmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 evləndikdən sonra qərara gəlmişlər ki, Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 nömrəli mənzlini Musaya versinlər, özləri isə Buzovna qəsəbəsində C.Mirzəyev küçəsi 20 saylı ünvanda yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinə köçsünlər. O, Cavabdeh1 Teymur Elçin küçəsində yerləşən ona məxsus 6 saylı evin 42 saylı mənzilinin mülkiyyət sənədini və nikah kağızını istəmiş, sonuncu müxtəlif bəhanələrlə onu verməkddən yayınmışdır. Mənzillə bağlı bütün sənədlər həmişə Cavabdeh1 olmuşdur. Bundan sonra o, Səbail rayon Qeydiyyat şöbəsinə nikahla bağlı müraciət etmiş, bu zaman məlum olmuşdur ki, xx.xx.1987-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində onun nikah haqqında akt qeydi aşkar edilməmişdir. Arxivə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibanamədən istifadə etməklə, 24 may 2007-ci ildə ona məxsus olan Bakı şəhəri Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmış, həmin vaxtdan da mənzil onun mülkiyyətinə keçmişdir. Əgər həqiqətən bu mənzil 25.890 manata “satılmışsa”, həmin vəsaiti Cavabdeh1 mənimsəməyə haqqı yoxdur, həmin vəsaiti ona verməyə borclu idi. Lakin belə bir alğı-satqı müqaviləsinin bağlanılması onu təsdiq edir ki, Cavabdeh1 məqsədi adı çəkilən mənzili onun mülkiyyətindən çıxarmaq və qanunsuz yolla oğlu Cavabdeh2 mülkiyyətinə keçirmək olmuşdur. Əslində həmin vaxt bu mənzlin dəyəri təxminən 70-80 min manat olmuşdur. 28 avqust 2006-cı il tarixli etibarnaməni Cavabdeh1 mülkiyyətində olan mənzili onun adından kirayəyə vermək məqsədi ilə verməsinə baxmayaraq, o, bu etibarnamədən istifadə etməklə, gizli olaraq, yəni aldatma yolu ilə mənzili oğlunun adına rəsmiləşdirmişdir. Qeyd olunan sənədləri son 3 ayda toplamışdır. Təxminən bir il əvvəl ünvan 2 ünvanda yaşayan zaman, Cavabdeh1 kiçik oğlu Mürsəl Məmmədov xırda bir münaqişə səbəbindən onu həmin evdən məcburi çıxarmışdır. Bir ilə yaxındır ki, müxtəlif qohumların evində qonaq kimi yaşamağa məcbur olmuşdur.
4. Cavabdehlər iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçı nikahın qeyri-rəsmi olması və Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi ev 6, 42 saylı mənzilin cavabdeh tərəfindən alınması və sonra oğluna satılması barədə vaxtında kifayət qədər məlumatı olmuşdur. Həmin mənzil cavabdehin puluna alınmış, sadəcə həmin dövrdə cavabdehin “artıq” mənzilin mövcudluğu işlədiyi yerdə çətinliyə səbəb ola biləcəyi ehtimalına görə, mübahisələndirilən mənzil (əlbəttə, aralarında etibarlılıq olduğuna görə) əvvəl iddiaçının atasının, sonra isə iddiaçının adına köçürülmüşdür. Bunları iddiaçı yaxşı bilirdi və buna görə də müvafiq etibarnaməni, necəki daha bir uzun müddətli etibarnaməni cavabdehə vermişdir. Bundan başqa, nikahları formal cəhətdən qeydiyyatsız olsa da, necə ola bilər ki, 32 il birgə ailə münasibətində yaşayan, iddia ərizəsində qeyd etdiyi kimi, bütün xeyir-şər işlərində fəal iştirak edən iddiaçının adına alınmış və qeydiyyatda olduğu mənzilin aqibəti barədə - nəzərə alınsa ki, özü bildirdiyi kimi, heç kirayə haqqı ona çatmadığı halda - onun heç bir məlumatı olmasın? Bunun əyani sübutu kimi, cavabdeh tərəfi məhkəməyə müvafiq şahidləri təqdim edə bilər. Bundan başqa, həmin etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdırılmışdır və buna görə o, xüsusi qaydada imzalanmışdır. Burada, qanunun tələblərinə tam şəkildə uyğun olaraq tərəflərin hərəkətləri həyata keçirilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavadehlərdən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh1 Bakı şəhəri, Teymur Elçin kçəsi 6 saylı evin 42 saylı mənzilini satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlıq müddəti 28 avqust 2007-ci il tarixədək müəyyən edilmişdir. Alğı-satqı müqaviləsi bağlanan vaxt yəni 24 may 2007-ci il tarixdə etibarnamə qüvvədə olmuşdur. Cavabdeh də qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında alğı-satqı müqaviləsini bağlamış, alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıya məxsus əmlakı oğlu Cavabdeh2 25.890 manata satmışdı. Lakin məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iddiaçının iradəsinə və mənafeyinə xidmət etməmişdir.
7. Həmçinin məhkəmə o halı da qeyd edir ki, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindən də görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ mülkiyyətçiyə ödənilməmişdir. Həmçinin müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.
8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 339.3, 339.6, 340.1, 360.1, 354.1, 404-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, öz iddia tələbləri ilə məhkəməyə müraciət edərkən, 15 il qabaq baş vermiş alğı-satqı müqaviləsi üzrə satış məbləği olan 25.890 manat pulu istəməsi barədə tələb qoymamış, hətta məhkəmə prosesi zamanı bu məsələyə heç bir istinad etməmiş, iddiaçıya həmin pulun tam, yaxud hər-hansı hissəsinin (razılaşma əsasında) verilib-verilməməsi barədə cavabdeh tərəfindən heç soruşulmamışdır. İddiaçı yalnız alğı-satğı müqaviləsinin etibarsız hesab edilməsi ilə mübahisələndirilən mənzilin öz adına olduğu qeyd yazıların bərpa edilməsini istəmişdir. Halbuki, əgər cavabdeh tərəfindən bu barədə soruşulsaydı, onda məhkəməyə iddiaçının adına xüsusi Respublika bankın kartının açılması ilə, 2020-ci ilin yanvar ayından başlayaraq hər ay 200 manat məbləğində pullar köçürülmüşdür və bu barədə əlavə sübutlar təqdim oluna bilərdi. Bütün bunlara baxmayaraq, mübahisənin xoşməramlı nəticə ilə bitməsini özünə zidd bilməyərək, iddiaçı ilə barışıq əldə etmək üçün, cavabdeh tərəfi iddiaçıya hətta rəsmən həmin pulun verilməsini təklif etmiş, lakin sonuncu buna razılaşmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz ərizəsi verərək etiraznı onunla əsaslandırmışdır ki, apellyatorun məhkəmənin hər hansı maddi hüquq normasını pozması və ya onu düzgün tətbiq etməməsi barədə heç bir dəlili yoxdur. Bu fakt onu təsdiq edir ki, məhkəmə işin halları və tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində guya Bakı şəhəri, Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini öz vəsaiti hesabına aldığını, guya mübahisəli mənzili əvvəlcə iddiaçının atasının adına, sonra isə iddiaçının adına rəsmiləşdirilməsini onunla izah etmişdir ki, mənzilin alındığı vaxt Cavabdeh1 polis orqanında işlədiyi üçün adında “artıq” mənzillərin mövcudluğunun iş yerində bilinməsini istəməmişdir. Bu dəlillərin heç bir əsası yoxdur, belə ki, DƏDRX-nin Şükufə Allahverdiyevaya verdiyi mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə ona xx.xx.1997-ci ildə verilmişdir. SSRİ isə rəsmən 1991-ci ilin dekabr ayında dağılmışdır. Bütün bunlar təsdiq edir ki, cavabdehin mənzili guya onun puluna alınması barədə dəlillərinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə nəzərə almaq lazımdır ki, onu aldadaraq saxta “nikah” sənədi hazırlayan, sonra onu məhv edən, 30 il ər-arvad olduqlarına inandıran, aldatdığı şəxsin adına mənzil almasını deməsinə heç sadəlövh insanlar da inanmaz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3860/2022 saylı 09 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsinin təmin edilməsi hissəsində ləğv edilərək və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
13. Məhkəmə kollegiyası «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə istinad edərək hesab etmişdir ki, hazırda iddiaçı inzibati orqan tərəfindən cavabdehin adına çıxarışın verilməsi zamanı pozuntuya yol verildiyini iddia edir və sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığını və müqavilə bağlanarkən qanunvericiliyin tələblərinin pozulmasını iddia etməklə yanaşı, inzibati orqan tərəfindən həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) da etibarsız hesab edilməsini və eyni zamanda mənzil üzərində adına qeyd yazısının bərpa olunmasını xahiş edir. Bu baxımdan birinci instansiya məhkəməsi inzibati icraat qaydasında baxılmalı olan həmin tələbə mahiyyəti üzrə qiymət verməklə prosessual hüquq pozuntusuna yol vermişdir.
14. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3860/2022 saylı 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir.
15. Kollegiya hesab etmişdir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları (bu əqdin bağlanmasından uzun müddət xəbərsiz olması, həmin əqdin onun iradə ifadəsinə zidd olaraq bağlanması, etibarnaməni cavabdehə mənzili kirayəyə vermək məqsədi ilə zəruri hərəkətlərin aparılması üçün verməsi və s.) sübuta yetirə bilməmişdir.
16. Kollegiya qeyd etmişdir ki, iddiaçı öz əmlakları üzərində sərəncam verilməsi səlahiyyətlərinin ötürülməsi ilə bağlı cavabdehə etibarnamə verdiyindən ən azı həmin etibarnamənin qüvvədə olduğu 1 il müddətində mübahisəli mənzilin alğı-satqısına dair müqavilənin bağlandığını və bu müqavilə ilə onun hüquqlarının pozulduğunu bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə alğı-satqı müqaviləsi bağlandıqdan təxminən 15 il müddət keçdikdən sonra müraciət etmişdir. İddiaçının mənzilin satılmasından son dövrədək məlumatının olmamasına istinad etməsi müddətin axımının başlanmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür.
17. Həmin qətnamədən və qərardaddan iddiaçı kassasiya şikayətləri vermişdir.
Kassasiya instasiyası məhkəməsində icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4669/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
19. Kollegiya qeyd etmişdir ki, konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edir. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən çıxarış İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi əsasında verilmişdir. Həmçinin iddiaçı çıxarışla birlikdə onun verilməsinə əsas olmuş müqavilənin də etibarsızlığını tələb etmişdir. Göründüyü kimi mübahisəli çıxarışın verilməsinə əsas mülki-hüquqi əqd olmaqla həmin əqd də mübahisələndirilmişdir.
20. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-87/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kollegiya qeyd etmişdir ki, baxılan işdə isə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar, o cümlədən sözügedən etibarnamənin iddiaçı tərəfindən hansı məqsədlə verilməsi, iddiaçının ümumiyyətlə mübahisəli mənzili satmaq istiqamətində iradəsinin olub-olmaması (məsələn, mənzil satıldığı dövrdə və ya bundan sonra iddiaçının buna dair razılığını açıq və ya qapalı şəkildə bildirməsi, yaxud müqaviləni bəyəndiyini göstərən hərəkətlər etməsi), mənzilin satılmasından umulan faydanın nədən ibarət olması, ona çatılıb-çatılmaması (satış pulu ilə başqa əmlak alınması və ya digər real ehtiyacın qarşılanması və s.), bu istiqamətdə tərəflərin etdiyi hərəkətlər (məsələn, satış pulunun iddiaçıya verilib-verilməməsi və s.), tərəflərin faktiki ailə kimi yaşadıqları dövrdə mənzilin mülkiyyətinin əvəzli əqdlə (alqı-satqı müqaviləsi ilə) Cavabdeh2 keçirilməsinin səbəbi, bu rəsmiləşdirmənin iddiaçının arzu etdiyi hüquqi nəticə olduğu, yoxsa cavabdehlərin öz aralarında razılığa gəlməklə mənzilin iddiaçının mülkiyyətindən çıxarılması məqsədini daşıması, bu baxımdan satış tarixində mənzilin bazar dəyəri ilə müqavilədəki dəyərinin uyğun olub-olmaması, onun üçüncü bir şəxsə özgəninkiləşdirilməməsinin səbəbləri və s. konkret hallar çəkişmə prinsipinə riayət edilməklə tam və hərtərəfli araşdırılmamış, işdəki sübutlar əlaqəli şəkildə təhlil edilməmiş, tərəflərin dəlillərinə lazımi hüquqi qiymət verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil bildirmişdir ki, hazırki iddia prinsipialdır, cəfəngiyyatdır. İddiaçı ilə Cavabdeh1 uzun müddət bir ailə kimi yaşayıblar. Necə ola bilər ki, 10 ildən artıq müddət keçdikdən sonra iddiaçının yadına düşür ki, mənzil onundur?...Məlumdur ki, mənzil Cavabdeh1dur. Belə ki, o, uzun müddət daxili işlər orqanlarında pasport-qeydiyyat idarəsində şöbə rəisi vəzifəsində çalışmışdır. Hazırki iddia üzrə qanunvericiliklə müəyyən olunmuş bütün iddia müddətləri ötürülmüşdür. İddiaçı tərəf istinad edir ki, rəsmi nikahın olmamasından xəbəri olmayıb. Bu ağlasığmazdır. Ən azından şəxsiyyət vəsiqəsini dəyişdikdə iddiaçıya bu hal məlum olmalı idi. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə bağlanan vaxt notariuslar bağışlama üçün müavilə tərəflərinin ailə üzvü olmasını tələb edirdi; qanunla müəyyən olunmasa da, təcrübədə belə idi; müqaviləni bağlamaqda məqsəd bağışlama olub, lakin bu mümkün olmadığı üçün alğı-satqı müqaviləsi bağlanılıb; Şahinin baş etibarnaməsi olduğuna görə, iddiaçının iştirakına ehtiyac olmayıb; alğı-satqı müqaviləsi bağlanarkən məqsəd bağışlama olub; alğı-satqı müqaviləsində göstərilmiş pul məbləği notarat orqanına təqdim oldunduğunu və həmin puldan iddiaçıya hər hansı məbləğ çatdığını bilmir. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, etibarnaməni verməkdə məqsəd kirayə müqaviləsinin bağlanması olduğunu, alqı-satqı müqaviləsinin bağlanmasından məlumatı olmadığını, əldə olunmuş məbləğdən ona pul verilmədiyini bildirmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının onun nümayəndəsi-vəkili Nümayəndə1 DƏDRX-nin arayışını təqdim edərək mübahisə predmeti olan mənzilin ilk gündən iddiaçının adına qeydiyyata alındığını bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı ilə Şahin Mürsəlov 1988-ci ildən faktiki nikaha daxil olublar. Allahverdiyeva Allahverdiyeva etibarnamə kirayə üçün verib. Ev bugünki gündə də kirayədədir. Qonşular da bunu təsdiqləyə bilər. Tərəflər heç vaxt həmin evdə yaşamıyıblar. Alğı-satqı müqaviləsindən iddiaçının xəbəri olmayıb və iddiaçıya hər hansı pul məbləği çatmayıb. Etibarnamədə onun mənzilin kirayə verilməsi məqsədilə bağlı qeyd yoxdur. 25.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26.Azərbaycan Respublikasının Konstitusiyası 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 27.İnsan Hüquqlarının və X5 X4 Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 28.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 29.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 30.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 31.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 32.340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 33.358.1 və 358.2-ci maddələrinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
34. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 35.362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 36.404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 37.404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 38.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
39. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 42.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 45.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 46.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 48.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 49.İddiaçının istinad etdiyi faktiki hallara görə cavabdeh ona məxsus olan mübahisəli mənzili bütün əmlakının idarə olunması barədə verdiyi ümumi etibarnamədən istifadə etməklə, iradəsinə zidd bir şəkildə alqı-satqı müqaviləsi ilə oğlu Cavabdeh2 adına keçirmiş və bununla da onun əşya üzərindəki mülkiyyət hüququnu qanunsuz şəkildə mənimsəmişdir. Halbuki etibarnaməni mənzilin satılması məqsədilə deyil, kirayəyə verilməsi üçün lazım olan idarəçilik işlərinin görülməsindən ötrü vermişdir. 50.Cavabdeh tərəf isə iddiaya etirazını onunla əsaslandırır ki, mübahisəli mənzil əslində Cavabdeh1 tərəfindən alınmış, lakin iddiaçının adına rəsmiləşdirilmişdir. Sözügedən etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdırılmış və o, sənədi imzalanmışdır. Cavabdehlər tərəfindən bütün hərəkətlər qanunun tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Cavabdeh1 müqaviləni bağlamaqda əsas məqsədi isə mənzili övladına bağışlaması olmuşdur. İddiaçı da nəinki bu barədə məlumatlı olmuş, hətta etirazı olmamışdır. 51.Bu baxımdan hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 337, 359 və 362-ci maddələrinin tələbləri əsasında təhlil olunmalıdır. 52.Mülki Məcəllənin 337-ci maddəsinə əsasən qanunverici tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və ya məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. 53.Mülki qanunvericilik həmçinin əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz və yalnız onun maraqları naminə hərəkət etməlidir. Bu normada göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. 54.Beləliklə ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hallar təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması, ümumiyyətlə mübahisəli mənzili satmaq istiqamətində iradəsinin olub-olmaması, mənzilin satılmasından umulan faydanın nədən ibarət olması, ona çatılıb-çatılmaması, mənzilin Cavabdeh2 keçirilməsinin səbəbi, bu rəsmiləşdirmənin iddiaçının arzu etdiyi hüquqi nəticə olduğu yoxsa cavabdehlərin öz aralarında razılığa gəlməklə mənzilin iddiaçının mülkiyyətindən çıxarılması məqsədini daşıması kimi müəyyən edilməldir. Belə ki, şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. 55.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının verdiyi etibarnamə əsasında hərəkət edən Cavabdeh1 tərəfindən öz oğluna satılmış, alqı-satqı zamanı alıcının (digər cavabdehin) ödəməli olduğu pul vəsaiti notariusun depozit hesabına formal olaraq mədaxil edilmiş (bu xüsusat cavabdeh tərəfin verdiyi izahatda da öz təsdiqini tapmışdır) və sonradan hesabdan məxaric edilmişdir. Başqa sözlə desək, iddiaçı (təmsil olunan), Cavabdeh1 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, o, isə iddiaçının maraqlarından deyil, öz maraqlarından hərəkət edərək əmlakı oğlunun adına rəsmiləşdirmiş, mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq iddiaçıya (təmsil olunana) da verilməmişdir. 56.Beləliklə iki cavabdeh arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən formal olaraq yaranmış münasibətlər həqiqi deyildir, alqı-satqı müqaviləsinə xas olan ünsürlərdən heç birini özündə əks etdirmirdi. Halbuki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. 57.Bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, cavabdehlər də faktiki olaraq öz xeyrinə əqd bağlamışlar. Mənzil Cavabdeh2 mülkiyyətinə keçsə də, o, bunun müqabilində hər hansı ödəniş etməmiş, mənzil əvəzsiz qaydada sahibliyinə daxil olmuş, iddiaçı isə özünə məxsus mənzilin özgəninkiləşdirilməsindən hər hansı formada faydalanmamışdır. Bu halı cababdeh tərəfin məhkəmə iclasında verdiyi izahatdan, həmçinin apelyasiya şikayətinin məzmunundan da müəyyən etmək olar.
58. Belə ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, apelyator, iddiaçının adına xüsusi bank kartını açmasını, 2020-ci ilin yanvar ayından başlayaraq hər ay 200 manat məbləğində pul köçürməsini təklif edir, iddiaçı ilə barışıq əldə etmək üçün hətta rəsmi şəkildə həmin pulu verilməsini təklif etdiyini, lakin sonuncunun buna razılaşmadığını bildirir.
59. Beləliklə nəinki iddiaçı, hətta cavabdeh (təmsilçi) mübahisəli əmlakı satmaq niyyətində deyildir, əsas məqsədi isə oğlunun (digər cavabdehin) mənzilin üzərində hüquqlu olması görünüşü yaratmaqdan ibarət idi. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müqavilə əsasında Cavabdeh2 keçsə də, digər cavabdehin bu əmlakdan sərbəst istifadə etmək və sahiblik etmək imkanları bağlanmış əqdlə istisna edilmir. Hansı ki, belə şəraitdə bağlanan əqd görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir.
60. Bu da iddiaçının sahəni satması, mənzilin satılmasından fayda əldə etmək istəməsi və ya mənzili Cavabdeh2 mülkiyyətinə verməsinə dair iradə ifadəsinin olmadığını təsdiq edir. Etibarnamənin iddiaçı tərəfindən kirayə müqaviləsinin bağlanması məqsədilə verildiyini, bu mənzilin başqa şəxsin müvvəqəti itifadəsində olmasını düşündüyünü, bağlanmış alqı-satqı müqaviləsindən isə məlumatsız olduğunu həmçinin iş materiallarına əlavə edilmiş Səbail rayon Mənzil-Kommunal Təssərüfat Bilriyi 58 saylı MKİS-in 85 saylı, xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiqlənir. Belə ki, həmin arayışa əsasən sözügedən mənzilin 1998-ci ildən bu günədək kirayə verildiyi müəyyən edilir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarı, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı).
62. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, MM-in 337.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyinə əsasən hesab edir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlandığı andan özü-özlüyündə etibarsızdır və həmin əqdin etibarlı hala gətirilməsi (hər hansı şərtdən, o cümlədən müddətin keçməsindən asılı olmayaraq) mümkünsüzdür.
63. Belə ki, mübahisələndirilən müqavilənin predmeti fərdi müəyyən əşya olduğundan əqd üzrə alınanların geri qaytarılması üçün Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş 1 illik iddia müddəti də baxılan işə tətbiq oluna bilməz.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinintətbiqiiləbağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər... Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
65. Buna baxmayaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
67. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavadeh Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fərrux Qasımov Günay Axundova