Məhkəmə qərarları › İş №2(103)-2480/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2480/2021

26.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2480/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s. tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5767/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9rşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və pay hüququ üzrə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək 2014-cü il buraxılışlı, ağ rəngli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik: **********5355, BAN: WDD1173461N162123 “Mersedes Benz” CLA markalı və 2014-cü il buraxılışlı, tünd göy metallik rəngli, mühərrik: VQ37566034A BAN: JNRCS1MWXEM631186 “İnfıniti QX70” minik markalı, **-NK-*** (hazırda ** KR ***) dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin qadağan edilməsi və duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5767/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verib onun ləğv edilməsini və avtomobillər üzərinə həbs qoyulmaqla iddianı təmin tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5767/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 və Cavabdeh1 nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdilər. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5767/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. İddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İş materiallarından və iddia tələbinin dəqiqləşdirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, “Mersedes Benz” CLA markalı, Az **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə Cavabdeh2, sonra X5, daha sonra X7, sonda isə X8, “İnfıniti QX70” minik markalı, Az **-NK-*** (hazırda Az ** KR ***) dövlət qeydiyyat nişanlı avtomobil isə əvvəlcə Cavabdeh2, daha sonra isə X1. Avtomobilin ilkin sahibi ilə sonuncu sahibləri arasında bilavasitə müqavilədən, etibarnamədən, nikah münasibətlərindən və s. irəli gələn münasibətlər mövcud olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın çıxarıldığı vaxtda cavabdeh qismində cəlb edilmələri barədə qərar çıxarılmamış şəxslərin avtomobilə münasibətdə mülkiyyət hüquqları məhdudlaşdırılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğv olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5767/2020 saylı qərardadından iddiaçının şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar