Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2483/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2505/2022 saylı, 16 yanvar 2023cü il tarixli qərardadından cavabehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2505/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00010 olan) hesablanmış 10075,68 manat məbləğində borcun silinməsi, ödənilməli olan 120,22 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən geri qaytarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən yenidən verilmiş apellyasiya şikayəti, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş şikayət, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təmin edilərək, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi Cavabdeh İB tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə baxılmasının xx.xx.2023-cü il tarixə təyin edilməsi qərara alınmışdır. Cavabdeh İB-nin nümayəndəsi Xəzər Rayon Məhkəməsinin 2(003)-2505/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə məhkəmə iclaslarında iştirak etsə də, qeyd olunan qətnamə onun elektron kabinetinə yerləşdirilməmiş və ya yerləşdirilsə də qeyri müəyyən səbəblərdən kabinetində öz əksini tapmamışdır. Cavabdeh İB-nin elektron kabinetinə nəzarət etmək texniki və ya fiziki cəhətdən mümkün deyildir. Ona görə ki, qurumun Azərbaycan Respublikasında iddia qaldırdığı və ya quruma qarşı qaldırımış mülki işlərə dair bütün bildiriş, qərardad və qətnamələr bir elektron kabinetdə yer almaqdadır. Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(003)-2505/2022 saylı qərardadı ilə Məhkəmənin 2(003)-2505/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməmişdir. Cavabdeh İB nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, şikayətini apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin məzmununa uyğun əsaslandırmışdır. Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xəzər Rayon Məhkəməsinin 2(003)-2505/2022 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İşdən göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-2505/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verildiyindən rayon məhkəməsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat tərəfindən onun elektron kabinetinə nəzarət etmək texniki və fiziki cəhətdən mümkün olunmaması üzrlü hal kimi hesab oluna bilməz Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2505/2022 saylı, 16 yanvar 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2483/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2483/2023
15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver