Məhkəmə qərarları › İş №2(103)-2484/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2484/2023

08.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2484/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “qanunsuz tikililərin sökülməsi, cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması,ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikililərin sökülməsi, ara məsafəsinin saxlanılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə4, İddiaçı vəkili Nümayəndə1, Cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “qanunsuz tikililərin sökülməsi, cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 19.10.2007-ci il tarixli 10 saylı Müşfiqabad Bələdiyyəsinin protokolundan görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4E, mənzil 9-da qeydiyyatda olan İddiaçı Müşfiqabad bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilsin və ona “X1 Haqqında” Əsasnaməyə və “Torpaq Bazarı Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Müşfiqabad qəsəbəsi ərazisində kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə istifadəsində olan 30 kv.m torpaq sahəsini qaynaq sexinin tikintisi üçün onun adına sənədləşdirilsin.

2. Torpaqların alqı-satqısına dair aktın məzmunundan görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4E, mənzil 9-da qeydiyyatda olan Məmmədov X2 bələdiyyəsinin istifadəsində olan 30 kv.m torpaq sahəsini almışdır.

3. 400 kv.metr torpaq sahəsi Müşfıqabad Bələdiyyəsinin 10 saylı 19 oktyabr 2007-ci il tarixli qərarı ilə Cavabdeh 512 manata satılmış, bu barədə 19 oktyabr 2007-ci il tarixdə “ Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X4 qarşı «qanunsuz tikililərin sökülməsi, cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması,ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi,cavabdeh evi ilə sexinin arasında 1.02 metr məsafənin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexinə axıdılmasının qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Müşfiqabad qəsəbə X9 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli qərarını əsas tutaraq Bakı şəhəri Qaradağ rayon X9 İcraiyyə Komitəsi 06 avqust 1990-cı il tarixli M-34 nömrəli məktubu ilə ona Müşfiqabad qəsəbəsində maşın dayanacağının yanında 3x4m ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağına icazə vermişdir.Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə sahibkar kimi qeydiyyatdan keçirilmiş, bu barədə ona 34 nömrəli şəhadətnamə verilmişdir.Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı məqsədi ilə istifadəsində olan 30 kv.m torpaq sahəsinin qaynaq sexinin tikintisi üçün adına sənədləşdirilməsi barədə Müşfiqabad bələdiyyəsi 30 oktyabr 2008-ci il tarixli 12 saylı qərar vermişdir.Müşfiqabad bələdiyyəsi ilə onun arasında bağlanmış 30 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 kv.m torpaq səhəsi almışdır.Torpaq sahəsinin çizgisi Müşfiqabad bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş,çizgi Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı ilə razılaşdırılmış və təsdiq edilmişdir.Torpaq sahəsində eni 6.60 m,uzunluğu 7.10m,hündürlüyü 3.40m olan mişar daşından ibarət sex tikmişdir.Sexin damını azbes şiferlə üzləmişdir.Sexdə qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdehin əri ilə aralarında razılığa gəlmişlər ki, həyətyanı sahəsinin hasarını seximdən 1 metr ara məsafəsi saxlamaqla çəksin. Həmin hasarın tikintisi üçün cavabdehin ərinə 500 ədəd mişar daşı vermişdir. Lakin cavabdeh həmin daşlardan öz evinin tikintisi üçün istifadə etmiş, sonradan isə razılaşdığı qaydada hasarı çəkməkdən imtina etmişdir. Hasarın cavabdehin əri X11 tərəfindən inşa edildiyini güman edərək sonuncuya qarşı "istifadəsində və sahibliyində olan torpaq sahəsinə maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ona məxsus qaynaq sexinin arxasında cavabdeh Nümayəndə2 tərəfindən hasarın tikilisinin aparılmasına qadağa qoyulmuşdur. Buna baxmayaraq cavabdeh hasarı tikib başa çatdırmış, qərardada məhəl qoymamışdır. Qaradağ rayon məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiam təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verdi. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə mühəndis- texniki ekspertizaları təyin etdi və rəy aldı. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 10/2245 nömrəli 08 yanvar 2021-ci il tarixli rəyində göstərilir: “İddiaçıya məxsus sexin yan divarına bitişik vəziyyətdə mişar daşından hasarın inşa olduğu müəyyən edilmişdir. Lakin arxa divarından 30-40 sm ara məsafəsi saxlayaraq lıasarm quraşdırıldığı və təqribən 0,30-0,40 m hündürlüyündə qalxdığı müəyyən edilmişdir. İddiaçının istifadəsində olan sexə cavabdehin istifadəsində olan torpaq sahəsi istiqamətindən suyun axdığı müəyyən edilmişdir. İddiaçıya məxsus sexin divarların üzərində (cavabdehin hasarına yaxın hissədə) çatların olduğu və bunların yaranmasına səbəb iddiaçının hasarı ilə iddiaçının sexinin divarı arasımla qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer şöküntülərin və axıdılan suların tökülməsi nəticəsində əmələ gəlməsi ehtimal edilir. Cavabdeh tərəfindən quraşdırılmış hasarın iddiaçıya aid sexə aidiyyəti olmadığı müəyyən edilmişdir.Lakin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılmsı nəticəsində iddiaçının sexinə axıdılan su (gölməçə) sexdəki normal fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilir. İddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 30-40 sm olduğunu nəzərə alaraq inşa olunmuş hasar Məcəllənin 69.5.2-1 maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar 1,02 m ara məsafəsində inşa olunmalıdır. İddiaçının sexinin və cavabdehin hasar arasında olan boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə həmin hissəyə keçid yolu açılmalı və cavabdehə məxsus yaşayış evinin su novunun istiqaməti dəyişdirilməlidir. Qərardadın doqquzuncu sualı ilə bağlı qeyd olunur ki, ayrılmış torpaq sahəsinə dair mülki iş materiallarında mütəxəssis rəyi olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı ” Apellyasiya baxışı zamanı X8 məhkəməyə təqdim etdiyi sənədlərdən məlum oldu ki, 400 kv. metr torpaq sahəsi Mtişfıqabad Bələdiyyəsinin 10 saylı 10 oktyabr 2007-ci il tarixli qərarı ilə Şaiqin arvadı Cavabdeh 512 manata satılmış, bu barədə 19 oktyabr 2007-ci il tarixdə “ Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Apellyasiya Məhkəməsinin MK-nın 2( 103)-203/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia cavabdeh olmayan şəxsə qarşı verildiyindən Qaradağ rayon məhkəməsinin 2(002)- 1798/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edildi. Məlum oldu ki, o Cavabdeh qarşı iddia qaldırmalı idi. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, cavabdeh Sevda Məmmədova 400 kv.metr torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66. 69, 72, 80cı maddələrinin tələblərinə zidd olmaqla seximlə evi arasında ara məsafəsi saxlamadan yaşayış evi tikmiş, seximin yan divarına bitişik vəziyyətdə mişar daşından hasar inşa etmiş, hasarla seximin arasında keçid yolunu torpaqla doldurmuş, keçid yolu saxlamamış, cavabdehə məxsus torpaq sahəsindən və evinin navalçasından sexə su axıdılır.Nəticədə cavabdehin hasarına yaxın hissədə sexin divarları üzərində çatlar əmələ gəlmişdir. Bu çatların yaranmasına səbəb cavabdehin hasarı ilə onun seximin divarı arasında qalan 30- 40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərinin və axıdılan suların tökülməsidir. Həmçinin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılması nəticəsində seximə axıdılan su sexdəki işimə mənfi təsir göstərir, sexdə yüksək gərginlikli cərayanla qaynaq işləri apardığına görə həyatı üçün təhlükə yaradır. 380 kVat-lıq elektrik kabeli cavabdehin tökdüyü torpağın altında qalmışdır.Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh məxsus evinin navalçasından tökülən yağış sularının Bakı şəhəri ,Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axıdılmasının qarşısı cavabdeh tərəfindən alınması, İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasar) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri ,Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsinin saxlanılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş məhkəmə iclasında cavabdeh tərəfin izahatları və iş üzrə müəyyən edilmiş hər 3 ekspert rəyləri ilə (xx.xx.2021ci il tarixli 10/3965 №-li ekspert rəyi, xx.xx.2022-ci il tarixli 10/762 №-li, xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyi) cavabdehə məxsus evin navalçasından tökülən sular nəticəsində iddiaçıya məxsus sexə ziyan dəyməsi müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyindən göründüyü kimi, ekspert rəyi ilə cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkün olması müəyyən edilmişdir.) Ekspert rəyləri ilə təsdiq olunur ki, cavabdehin evi relyefcə iddiaçının sexinə nəzərən hündürlükdə olduğundan cavabdehin evinin navalçasından tökülən yağış suları sexə axıdılır və bu isə sexdə çatların və nəmin yaranmasına səbəb olur, bu səbəbdən iddia tələbi cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının cavabdehin hesabına alınması hissəsində təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 20 sm olduğunun ekspertiza rəyləri ilə təsdiqini tapdığını nəzərə alaraq inşa olunmuş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən iş materiallarında olan ekspert rəyləri iddiaçıya məxsus sexin hündürlüyü 3.4 m olduğu təsdiqləndiyindən, cavabdeh tərəfindən inşa olunmuş hasarın 1,02 m ara məsafəsində inşa olunmalı olduğundan iddia tələbi cavabdehə məxsus hasar ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması və iddiaçıya məxsus sexlə 20 sm ara məsafəsində cavabdeh tərəfindən inşa olunmuş hasarın sökülməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qaydasında ara məsafəsi müəyyən edilir. Məhkəmə iddia tələbini cavabdehin evi ilə iddiaçının sexi arasındakı məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, bu tələb bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 170.1, 170.2, 176.1-ci maddəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 119.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1.-cı maddəsinə görə bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsində ara məsafəsi saxlanmalıdır. Lakin hazırki iddiada bu maddə tətbiq oluna bilməz. Hazırki evdə ara məsafəsi saxlana bilməz. Çünki qeyd olunan yaşayış evinə və qeyri-yaşayış sahəsinə məlumatlandırma icraatı tətbiq edilməmişdir. Bu barədə icraatın olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, qeyd olunan maddə tikinti aparılandan sonra bu maddə qeyd olunan məcəlləyə əlavə edilmişdir. Hesab edirik ki, qanunun ağırlaşdırcı hallarda geriyə qüvvəsi yoxdur. Burada vətəndaşın mülkiyyət hüququ pozulduğundan bu qanun təbiq edilə bilməzdir. Birmənalı olaraq tərəflərin tikililəri arasında ara məsafəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Göründüyü kimi istər cavabdehin evi, istərsə də iddiaçının qeyri-yaşayış sahəsi üçün məlumatlandırma icraatı tələb olunmur. Tələb olunmadığı halda ara məsafəsindən - qeyd olunan ara məsafəsindən söhbət belə gedə bilməz. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.Hazırda mübahisəli hasar cavabdehin mülkiyyətində olan ərazidə yerləşməklə onun sökülməsi cavabdehin hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yəni cavabdehin öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnun olduğu halda öz mülkiyyətində gördüyü işləri məhkəmə qanunsuz hesab edir. Hasar cavabdehə məxsus ərazidə tikildiyindən cavabdehə məxsusdur. Onun sökülməsi cavabdehin mülkiyyətinə qəsddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Lakin iddiaçı cavabdehə hörmət bəsləmək əvəzinə cavabdehin mülkiyyətində olan ərazinin sökülməsini tələb edir. Ümumiyyətlə, onun tikilisinin cavabehin divarıa bitişik tikilməsi əsassızdır. Çünki ilk olaraq cavabehin evi tikilmişdir. Sonra tikinti aparan iddiaçı tikilini hasara birləşdirmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Hesab edirəm ki. Apellyasiya şikayəti təmin olunmalıdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı vəkili Nümayəndə1 tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş materiaaları ilə müəyyən olunur ki, Müşfiqabad qəsəbə X9 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli qərarını əsas tutaraq Bakı şəhəri Qaradağ rayon X9 İcraiyyə Komitəsi 06 avqust 1990-cı il tarixli M-34 nömrəli məktubu ilə İddiaçı Müşfiqabad qəsəbəsində maşın dayanacağının yanında 3x4m ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağa icazə vermişdir. İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə sahibkar kimi qeydiyyatdan keçirilmiş, bu barədə ona 34 nömrəli şəhadətnamə verilmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadəsində olan 30 kv.m torpaq sahəsinin qaynaq sexinin tikintisi üçün adına sənədləşdirilməsi barədə Müşfiqabad bələdiyyəsinə müraciət etmiş, bələdiyyə bu barədə 30 oktyabr 2008-ci il tarixli 12 saylı qərar vermişdir. Müşfiqabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, 30 kvm torpaq sahəsini almışdır. Torpaq sahəsinin cizgisi Müşfiqabad bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş, cizgi Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı ilə razılaşdırılmış və təsdiq edilmişdir. Cavanşir torpaq sahəsində eni 6,60m, uzunluğu 7,10m, hündürlüyü 3,40m olan mişar daşından ibarət sex tikmiş, sexin damını azbes şiferlə üzləmişdir. Sexdə qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdeh X3 nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Müşfiqabad Bələdiyyəsinin 10 saylı 19 oktyabr 2007ci il tarixli qərarı ilə 400 kv. metr torpaq sahəsi X3 adına sənədləşdirilməsi qərara alınmış, 19 oktyabr 2007-ci il tarixdə tərtib olunmuş “ Torpaqların alqı-satqısına dair akt”a əsasən 512 manata Sevda Məmmədovaya satılmışdır. Sevda Məmmədova torpaq sahəsini 2007ci ildə aldıqdan 10 il sonra həmin sahədə yaşayış evi tikmişdir. Tikəcəyi evin layihəsini “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğularıın layihələndirilməsi ilə məşğul olan” “Bakı Torpaq” Layihə Smeta Bürosu xx.xx.2017-ci ildə tərtib etmişdir. Torpaq sahəsinin və evin dövlət reyestrində qeydə alınmasına dair sənədi cavabdeh məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 178.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Sübuta yetir ki, cavabdeh tikinti işlərinə iddiaçıdan 10 il sonra başlamışdır, tikiliyə mülkiyyət hüququ yoxdur və apellyasiya şikayətində göstərilənlər həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi olmalıdır. İddiaçının sexi ilə cavabdehin inşa etdiyi hasarın arasında ara məsafəsi Məcəllənin 69.5.2- 1-ci maddəsinə əsasən divar hündürlüyünün 0,3 hissəsi qədər qəbul olunmalıdır. İddiaçının inşa etdiyi sexin hündürlüyü 3,40 metr, cavabdehin inşa etdiyi hasarın hündürlüyü 3,50 metrdən çox olduğundan cavabdehin inşa etdiyi hasarla sexin arasındakı məsafə 1,02 metr (3,40 x 0,3) olmalıdır. (Cavabdeh ara məsafəsi saxlamamışdır) Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. İddiaçı cavabdehin evinin və hasarının 1,02 metr ara məsafəsi gözlənilmədən tikməsinə notariat qaydada razılıq verməmişdir. Cavabdeh iddiaçıya məxsus qaynaq sexinin arxasına 0.5 metr hündürlükdə torpaq tökmüş, torpağın üstündə sexin divarından 20 sm. aralıda 50 sm. hündürlükdə mişar daşından hasar hörmüş və həmin hasar üzərində plastik lövhələr quraşdırılmışdır. Ümumilikdə hesabladıqda sexin arxasındakı torpaq səthindən plastik lövhələrdən quraşdırılmış hasarın yuxarı hissəsinin sonuna qədər məsafə 3.5 metri ötmüşdür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyil. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tikdiyi sexin uzunluğu 7,10 metrdir. Cavabdehin həyətindən və evinin navalçasından tökülən yağış suları uzunu 7,10 metr, eni isə 20 sm olan aralığa dolur və sexə axır. Qurunt, yağış sularının qarşısının alınması üçün eni 20 sm olan aralığa daxil olmaq lazımdır. Cavabdehin hasarı isə buna yol vermir. Ona görə də cavabdehin hasarı sökülməli və 1,02 metr məsafədən inşa olunmalıdır ki, iddiaçı həmin üzunu 7,10 metr olan aralığa girib təmir, bərkitmə işləri aparsın.Məhkəmə düzgün olaraq cavabdehə məxsus hasarın sökülməsini qət etmişdir.

Proses iştirakçılarının izahatı

12. Cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ara məsafəsi ilə bağlı qərarının 9-cu bəndi məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə ara məsafəsinin nə qədər olduğunu müəyyən edilir. Cavabdehdə fərdi yaşayış sahəsi deyil, qeyri-yaşayış sahəsidir. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1.-cı maddəsinə istinad etmişdir. Həmin məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Məhkəmə, 2021-ci il tarixli başqa işdə keçirilmiş ekspertizanın rəyinə istinad etmişdir. Məhkəmənin həmin ekspert rəyinə istinad edilməsi əsassızdır. Həmin iş üzrə də iddia rədd edilmişdir. Sexin qanuni tikilib-tikilməməsi müəyyən edilməmişdir. 30 kv.m torpaq sahəsində qaynaq sexi tikilməli olduğu halda faktiki olaraq 46 kv.m-dir. Sex hazırda evə birləşmişdir. İddiaçı qaynaq sexini tikən zaman ara məsafəsini saxlamalı idi. Torpaq cavabdehindir, istədiyi zaman ora köçə bilər, sata da bilər. Torpaq sahəsi 2008-ci ildə ayrılıb. İddiaçı tərəf 30 kv.m torpaq sahəsində sex tikilməli olduğu halda faktiki olaraq 46 kv.m-dir.İddiaçının sexinin divarlarına heçnə birləşdirilməyib. Pəncələrinin qarşısı da kəsilməmişdir. İddiaçı sexi tikəndə ara məsafəni nəzərə almayıb. Qrunt su ilə bağlı maneələr də aradan qaldırılmışdır. Hasar ev tikildikdən əvvəl-2017-ci ildə tikilmişdir. Pəncərənin qarşısı kəsilməmişdir. Onlar iddiaçının sexinə heç nə birləşdirməyiblər.

13. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

14. İddiaçı nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 1990-cı ildən sex, onlara Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin verdiyi 30 kv.m torpaq sahəsində tikilmişdir. Sexin arxası təpəlik olub. 2018-ci ilə qədər sex fəaliyyət göstərmişdir. Məhkəmə gedişi zamanında qeyri-qanuni tikinti işləri aparılırdı. Bu barədə hakimə bildirib. Daha sonra tikinti dayandırldı. 500 kubik daşı qardaşım cavabdehə vermişdir ki, ara məsafəsi saxlanılsın. Apellyasiyada onlar bütün sənədləri təqdim edib amma cavabdeh heç nə təqdim edə bilmədi. 60 sm kubik daşları sexin arxasına düzmüşdür. Cavabdeh sexin arxasına torpaq tökmüşdür. Buna onun ixtiyarı yoxdur. Həm də pəncərələrin də arxasına torpaq tökmüşdür. Divarlar çatlamışdır. Cavabdeh dolayı yollarla sənəd toplamışdır. Ekspert rəyinə əsasən də ara məsafəsi saxlanılmalıdır. Qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. Cavabdeh tərəfin bildirdikləri yalandır. Hasar 2021-ci ildə məhkəmə prosesi gedişində tikilmişdir. Onların sexi 1990-cı ildən fəaliyyət göstərir. Sex sonradan tikilməmişdir. Relyefinə görə sexin arxası dağlıqdır. Hazırda da orada 25 il sonra ev tikilmişdir. Ekspert rəylərini cavabdeh tərəf müdaxilələr əsasında yazdırmışdır. 4 ildir onlar fəaliyyət göstərə bilmir. Sexin içi bütün sudur, divarları çatlamış vəziyyətdədir. Onların sexinə maneəçilik törədən odur ki, cavabdeh pəncərinin qarşısı kəsmişdir.

15. İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 1990-cı ildə iddiaçı və qardaşı sexi tikiblər. 17 il sonra cavabdehə 400kv. m torpaq sahəsi ayrılmışdır. Cavabdeh sərhədlərini genişləndirmək üçün torpaq tökmüş və sexin divarına çatdırmışdır. Daha sonra hasar çəkmiş və hasarın üstündən plasmas lövhələr qoydurmuşdur. Hündürlüyü 3 metrə gəlib çatmışdır. Navalçadan su gəlir. Su birbaşa sexə dolur. Sexdə elektrik naqilləri olduğu üçün təhlükəli şərait yaradır. Hasarla sexin arasına 20 sm yer var. Bu da çox az məsafədir, iş görmək mümkün deyil. Məsafə olmalıdır ki, təmir işləri aparılsın. Qətnamə qanunidir və əsaslıdır. Maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdehin nə topaq sahəsinə nə də tikdiyi torpaq sahəsində heç bir mülkiyyəti hüququ yoxdur. Sadəcə bələdiyyənin ayırdığı torpaq sahəsidir. Buna görə də qüvvədə qalmasını xahiş edir. 2017-ci ildən torpaq sahəsi ayrılır, eskiz layihə tərtib olunur və evin tikintisinə başlanılır. Ara məsafəsini cavabdeh gözləməlidir. İddiaçının sexi 1990-cı ildən fəaliyyət göstərir. Daş hasar çəkilib və lövhələr quraşdırılıb. Nəticədə, sexin arxasında cəmi 20 sm məsafə qalıb, bu da çox az məsafədir. Ara məsafəni cavabdeh saxlamalı idi. Ekspert rəy vermişdir ki, məsafə 20 sm-dir. Təmir işlərinin aparılması üçün şərait yaradılmaldır. Həmin ərazidə ilk məskunlaşan iddiaçı olmuşdur. Cavabdeh sonradan ev inşa edərək iddiaçının hüquqlarını pozmuşdur. Sexdə elektrik naqilləri olduğu üçün təhlükəli şərait yaradır.

Tətbiq edilən hüquq normaları:

Mülki Məcəllə

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Şəhərsalma və Tikinti Məcəlləsi

19. Maddə 69.4 Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

20. Maddə 69.5 Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

21. Maddə 69.6 Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.

22. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

23. Maddə 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.

24. Maddə 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.

25. Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

30. Müəyyən olunduğu kimi iddiaçı cavabdehin iddiaçının sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi, cavabdehin evi ilə iddiaçının sexinin arasında 1.02 metr məsafənin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi və cavabdehin evinin navalçasından tökülən yağış sularının iddiaçının sexinə axıdılmasının qarşısının alınmasından ibarətdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – Cavabdeh məxsus evinin navalçasından tökülən yağış sularının Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axıdılmasının qarşısının cavabdeh tərəfindən alınması, İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasar) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.

32. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən təmin edilməyən hissədə mübahisələndirilməmişdir, cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh məxsus evinin navalçasından tökülən yağış sularının Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axıdılmasının qarşısının cavabdeh tərəfindən alınması tələbinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir.

34. Ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 10/762 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexinin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarında sərhəd hasarının inşası zamanı ara məsafəsinin saxlanması nəzərdə tutulmamışdır. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0.2 metr enində 0.5 metr dərinlikdə sahə mövcuddur. Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsində qalmış sahəni torpaq örtük tökməklə doldurmuşdur. Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir. Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkündür. Belə ki, cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrdə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən suların qarşısının alınması mümkündür. Eyni zamanda iddiaçıya məxsus qaynaq sexinin bir enişli damının suyu arxa tərəfə (mübahisəli sahəyə) axmasını nəzərə alaraq həmin sahəyə də navalçanın quraşdırılması zəruridir. Əlavə olaraq qeyd olunur ki, iddiaçının iddia etdiyi sahədə keçid yolunun nəzərdə tutulubtutulmaması torpaq sahələrini ayıran müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən oluna bilər.

35. Digər tərəfdən təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilmiş xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexinin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli,72 nömrəli qərarında sərhəd hasarının inşası zamanı ara məsafəsinin saxlanılması nəzərdə tutulmamışdır. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0.2 metr enində 0.5 metr dərinlikdə sahə mövcuddur. Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsində qalmış sahəni torpaq örtük tökməklə doldurmuşdur. Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir. Eyni zamanda baxış zamanı iddiaçının istifadəsində olan qaynaq sexinin cavabdehin torpaq sahəsi ilə sərhəd olan arxa divarının aşağı hissəsində döşəmədən təqribən 40/50 sm hündürlükdə nəmlənmə izlərinin və eləcə də yan divarında çatların olması müşahidə olundu. Həmin çatların əmələ gəlməsinə səbəb iddiaçının qaynaq sexinin dam örtüyünün su növünün olmamasından tikilinin bünövrəsinə cavabdehin hasarı ilə iddiaçının tikilisinin arasında olmamasından tikilinin bünövrəsinə cavabdehin hasarı ilə iddiaçının tikilisinin arasında 20 sm boşluğa atmosfer çöküntülərin tökülməsi və relyef fərqinə görə yeraltı qrunt sularının axması nəticəsində qruntun boşalması səbəb ola bilər. Eyni zamanda cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsində 50 sm hündürlükdə hördüyünü və eləcə də iddiaçının giriş-çıxış yolunun, pəncərəsinin qarşısını kəsmədiyini nəzərə alaraq, cavabdehin hördüyü hasar iddiaçının sexdəki normal fəaliyyətinə mənfi təsir göstərə bilməz. Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkündür. Cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının qarşısının alınması mümkündür. Eyni zamanda iddiaçıya məxsus qaynaq sexinin bir enişli damının suyu arxa tərəfə (mübahisəli sahəyə) axmasını nəzərə alaraq, həmin sahəyə də navalçanın quraşdırılması zəruridir. İddiaçının iddia etdiyi sahədə keçid yolunun nəzərdə tutulub-tutulmaması torpaq sahələrini ayıran müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən oluna bilər.

36. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş hər iki ekspertizanın nəticəsi olaraq verilmiş rəylərdən görünür ki, cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının qarşısının alınması mümkündür.

37. Məhkəmə kollegiyası iddia tələbinin - İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasar) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılması hissəsində təmin edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissələrdə təmin edərkən başqa bir iş üzrə keçirilmiş ekspert rəyinə istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilən (iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-759/2020-saylı iş üzrə təyin edilmiş) xx.xx.2021-ci il tarixli 10/2245 saylı ekspertizadan rəyindən görünür ki, iddiaçıya məxsus sexin yan divarına bitişik vəziyyətdə mişar daşından hasarın inşa olduğu müəyyən edilmişdir. Lakin arxa divarından 30-40 sm ara məsafəsi saxlayaraq hasarın quraşdırıldığı və təqribən 0,30-0,40 m hündürlüyündə qalxdığı müəyyən edilmişdir. İddiaçının istifadəsində olan sexə cavabdehin istifadəsində olan torpaq sahəsi istiqamətindən suyun axdığı müəyyən edilmişdir. İddiaçıya məxsus sexin divarları üzərində (cavabdehin hasarına yaxın hissədə) çatların olduğu və bunların yaranmasına səbəb iddiaçının hasarı ilə iddiaçının sexinin divarı arasında qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərin və axıdılan suların tökülməsi nəticəsində əmələ gəlməsi etimal edilir. Cavabdeh tərəfindən quraşdırılmış hasarın iddiaçıya aid sexə aidiyyəti olmadığı müəyyən edilmişdir. Lakin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılması nəticəsində iddiaçının sexinə axıdılan su (gölməçə) sexdəki normal fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilir. İddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 30-40 sm olduğunu nəzərə alaraq inşa olunmuş hasar Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar 1,02 m ara məsafəsində inşa olunmalıdır. İddiaçının sexinin və cavabdehin hasar arasında olan boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə həmin hissəyə keçid yolu açılmalı və cavabdehə məxsus yaşayış evinin su novunun istiqaməti dəyişdirilməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyində qeyd edilir ki, cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsində 50 sm hündürlükdə hördüyünü və eləcə də iddiaçının giriş-çıxış yolunun, pəncərəsinin qarşısını kəsmədiyini nəzərə alaraq, cavabdehin hördüyü hasar iddiaçının sexdəki normal fəaliyyətinə mənfi təsir göstərə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə verilməmiş ekspert rəyində qeyd edilən mövqeyə istinad edilməsi əsassızdır. Həmçinin rəydə qeyd edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

39. Beləliklə, ekspert rəyləri ilə müəyyən olunur ki, cavabdehə məxsus hasar iddiaçıya məxsus qaynaq sexin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə hörülmüşdür. Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən suların qarşısının alınması mümkündür.

40. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli 10/2245 saylı ekspert rəyi başqa iş üzrə əldə edilmiş rəydir və işə baxan məhkəmə tərəfindən hazırki iş üzrə 2022-ci il tarixdə iki dəfə ekspertiza təyin edilmiş və hazırki iş üzrə verilən ekspert rəyləri üst-üstə düşür.

41. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasar) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasar) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar