Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2485/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə, Cavabdeh2 ASC-nə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə, Cavabdeh2 ASC-nə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ərizəsi üzrə işin icraatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə xitam verilmiş, həmin qərardaddan iddiaçının verdiyi şikayət isə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülmüş olması, eləcə də şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə edilmədiyi əsas göstərilməklə geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2020ci il tarixli qərardad ona xx.xx.2020-ci il tarixdə göndərilmiş, buna baxmayaraq o, şikayəti qərardadı almamışdan əvvəl – xx.xx.2020-ci il tarixdə - vermişdir və belə olan halda müddətin ötürülməsindən söhbət gedə bilməz. Müvafiq dövlət rüsumunu isə sonradan ödəmişdir və buna görə də qanunverciliklə müəyyənləşdirilmiş prosessual hüquqları məhdudlaşdırılmamalıdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək izahatlarında həmçinin göstərmişlər ki, qərardadlardan verilən şikayətlər üzrə rüsum ödənilməli olması mülki-prosessual qanunvericilkdə nəzərdə tutulmamışdır və buna görə də məhkəmənin həmin hala istinadı ümumiyyətlə əsassız olmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv olunmalı, iş, xx xxxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması, yaxud rüsum ödənilməməsi səbəbilə şikayətin geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx xxxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayəti geri qaytaran birinci instansiya məhkəməsi şikayətin vaxtında verilmədiyinə, həmçinin müvafiq dövlət rüsumunun ödənilmədiyinə istinad etmişdir; halbuki iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli qərardad xx xxxxxx 2020-ci il tarixli məktubla tərəflərə, o cümlədən iddiaçıya göndərilmiş, onun şikayəti isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur - bu isə o deməkdir ki, məhkəmənin iddiaçının şikayətini geri qaytararkən müddətin ötürülmüş olduğuna əsaslanması açıq-aşkar əsassız olmuşdur. Məhkəmənin, iddiaçının rüsum ödəmədiyi qənaəti ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verərkən rüsum ödəməmiş olsa da, həmin şikayətin geri qaytarılması barədə qərardaddan verdiyi şikayətə müvafiq rüsum qəbzini əlavə etmişdir və belə olan halda, o cümlədən “Dövlət Rüsumu” haqqında Qanunun 9.1.17-ci maddəsində, məhkəmə qərardadlarından verilən şikayətlər üzrə işdə iştirak edən şəxslərin rüsum ödəməkdən azad edildiklərinin təsbit olunduğu nəzərə alındığında, sözügedən əsasın şikayətin geri qaytarılmasına əsas təşkil edib-etmədiyinə yenidən qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş, xx xxxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması, yaxud rüsum ödənilməməsi səbəbilə şikayətin geri qaytarılmalı olubolmadığı məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2485/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2485/2021
04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver