Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2488/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, X1nın nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, X1nın cavabdeh "Azərıqaz” İstehsalat Birliyinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsini 2(009)-2334/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh "Azərıqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən evə yazılmış 60632,50 manat əlavə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktla və abonentin saldosu, qeyri əhali qaz sayğacının yoxıanılması haqqında akt sübut qismində təqdim edilmişdir (iş.səh.12, 15, 17). Bakı şəhəri Səbail Rayon Məhkəməsini 2(009)-2334/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Qətnamədə "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2; Azərbaycan Respublikası MPM-nin 119.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1, 4.2, 4.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borcun yazılmasına əsas ola biləcək iddiaçının təqsiri sübut olunmadığından cavabdeh əlavə qaz sərfiyyatına görə hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavadova İzzətxanım ilə “Cavabdeh” İB arasında qazın alqısatqısı barədə müqavilə imzalanmışdır. Həmin tarixdə iddiaçı ilə cavabdeh arasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. “Cavabdeh” İB tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu, A.İsmayılov küçəsi ev 51 ünvan 1 ünvanında yerləşən evə əlavə qaz sərfiyyatına görə borc yazılmışdır. Belə ki, əvvəlcə iddiaçıya məxsus fərdi yaşayış evinə 115,777,80 manat qaz sərfiyyatı məbləği hesablanmış, daha sonra həmin məbləğ azaldılaraq borc 60632,5 manat müəyyən edilmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin 500 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyi apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin 2(009)-2334/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1, 385, 442, 448-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləsinə əsasən onun yaşadığı mənzildə istifadə olunmuş təbii qaza görə 60632,50 manat borcu yaranmışdır. Sərfiyyat ona məxsus olan mənzilə quraşdırılmış sayğacla aparılmışdır. Aparılmış hesabata görə iddiaçı mütəmadi ödənişi tam olmadığından mövcud borcun yaranmasına səbəb olmuş xx.xx.2020-ci il tarixə 60632,50 manat borcu yaranmışdır. 2015-ci il ərzində ümumilikdə 1465,80 manat qazdan istifadə etmişdir və nəticədə iddiaçının borcunu tam ödəməməsi səbəbindən xx.xx.2020-ci il tarixə 60632,50 manat debitor borc yaranmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən X1nın nümayəndəsi vəkil Nümayəndə hesablanmış məbləğin həqiqətə uyğun olmadığını, fərdi yaşayış evi üçün bu qədər sərfiyyatın olmasının qeyri-mümkün olduğunu, apellyasiya şikayətinin qəbul edilməyərək, qıtnamənin qüvvədə saxlanmasını xahiş etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icrahatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli, qətnamədə buraxılmış yanlışlıqlara dair isə birinci instansiya məhkəməsinin hakimi işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "Cavabdeh" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsini 2(009)-2334/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2488/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2488/2021
15.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver