Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2495/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizə üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1262/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Viktovnaya və üçüncü şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və eyni zamanda onun vəkillə təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1262/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəfindən qeyd olunan qərardadlardan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şikayət verilmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpa olunmasına dair ərizəsi geri qaytarılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun tərəfindən apellyasiya şikayəti şəxsi kabinet vasitəsilə deyil, özü tərəfindən məhkəməyə təqdim olunmuş və verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Onun elektron kabineti olmadığından vaxtında şikayət verə bilməmiş, məhkəmənin qətnaməsini və qərardadını poçt vasitəsilə gec almışdır. O hüquqi cəhətdən savadsız olduğundan və apellyasiya şikayətini elektron kabinet vasitəsilə vaxtında verə bilmədiyindən müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardadla razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı guya məhkəmə qətnaməsini gec almış, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən qətnamə rəsmi olaraq xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq, imza səlahiyyəti xx.xx.2024-cü il tarixdə vəkilə verilmiş və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilməsi ilə yanaşı buraxılmış müddətın bərpa olunmasını xahiş etmişdir. Bu hal məhkəmə tərəfindən üzrlü hesab edilmiş, lakin ərizəyə müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı sübut əlavə olunmamışdır. Qeyd olunanlara əsasən qərardadın ləğv olunmasını və əks halda apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 129.3-cü maddəsində isə göstərilir ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçının vəkilinin elektron kabinetinə yüklənmişdir. Həmin vəkilin nümayəndə qismində səlahiyyətlərini təsdiq edən sənəd olmadığından qətnamə eyni zamanda iddiaçının ünvanına poçt vasitəsilə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. İddiaçı tərəfindən ilkin apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində rabitə orqanına təqdim edilmiş, lakin qanunla müəyyən edilmiş qaydaya və formaya uyğun olmadığından məhkəmə tərəfindən geri qaytarılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayəti də məhkəmə geri qaytarmışdır. Sonradan iddiaçı tərəfindən vəkilə apellyasiya şikayəti vermək hüququ və imza səlahiyyəti xx.xx.2024-cü il tarixli etibarnamə əsasında verilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti daxil olmuşdur. Göründüyü kimi iddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk dəfə apellyasiya şikayəti verərkən şikayət verilməsi ilə bağlı prosessual müddət tələbini pozmamışdır. Daha sonra isə apellyasiya şikayəti verilərkən müddətin ötürülməsinin səbəblərinə gəlincə isə kollegiya işin hallarını, bu müddət ərzində ahıl yaşda olan iddiaçının dəfələrlə və mütəmadi olaraq müraciətlər və şikayətlər etdiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən hallara görə müddətin üzrlü səbəbdən buraxılması qənaətinə gəlmək mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir. (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməklə düzgün nəticəyə gəlmişdir, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1262/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-2495/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2495/2025
02.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver