Məhkəmə qərarları › İş №2(103)-250/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-250/2025

13.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-250/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçılar İddiaçı2, İddiaçı4, onların, o cümlədən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı (Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisi və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “müqavilələrin və çıxarışlarının ləğv edilməsi, məcburi payın müəyyən edilməsi və s.” tələblərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “mənzilin miras əmlak siyahısından çıxarılması və reyestr çıxarışının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-8/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzilinə dair 4Ə-420 saylı, xx.xx.2019-cu il tarixli, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsinə dair 4Ə-409 saylı, xx.xx.2019cu il tarixli, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə-408 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticəsi olan çıxarışların hissəvi ləğv edilməsi və həmin əmlaklar üzərində məcburi payın müəyyən edilməsi və ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilə dair birinci dərəcəli vərəsələr olaraq payların bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133, 17 saylı mənzilin X7 qalmış miras əmlak siyahısından çıxarılması və onun adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-24/2024 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoru və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə "müqavilələrin, çıxarışların ləğv edilməsi, məcburi payın müəyyən edilməsi və s." tələbinə dair iddiasının rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə "müqavilələrin, çıxarışların ləğv edilməsi, məcburi payın müəyyən edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133 ünvanında yerləşən 17 saylı mənzilin X7 qalmış miras əmlak siyahısından çıxarılması və onun adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarış) ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun X9 aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı4, onların, o cümlədən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətindən imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakdan payın tanınması ilə bağlı hissədə apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaçıların ərizəsində göstərilən hissədə apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və bu iddiaçılara münasibətdə apellyasiya icraatına həmin hissədə xitam verilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X9, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisinə və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən X11 və X6 məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə, o cümlədən apellyatorların təqdim etdiyi ərizəyə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı4, onların, o cümlədən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3 ünvan 3 ünvanında yerləşən miras əmlakdan payın tanınması hissəsində apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına bu əmlakdan payın tanınması hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı4, onların, o cümlədən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3 ünvan 3 ünvanında yerləşən miras əmlakdan payın tanınması hissəsində apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından qəbul olunmalı və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 münasibətdə apellyasiya icraatına həmin əmlakdan payın tanınması hissəsində xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı4, onların, o cümlədən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3 ünvan 3 ünvanında yerləşən miras əmlakdan payın tanınması hissəsində apellyasiya şikayətindən imtinası qəbul edilsin və iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 münasibətdə apellyasiya icraatına ünvan 3 ünvanında yerləşən miras əmlakdan payın tanınması hissəsində xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar