Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2502/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 vəkili Nümayəndə iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı ünvan 1 ünvanına (Abonentin kodu: **********00010) cavabdeh tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 11664 manat məbləğində borcun silinməsi və sayğacın dəyərinə görə iddiaçıdan alınmış 547 manat pulun iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 2018-ci ilin noyabr ayında küçədə hərəkət edən “Kamaz” markalı yük avtomobili qaz sayğacını əzmiş və küçədən uzaqlaşmışdır. İddiaçı bu barədə Sabunçu rayon, Qaz İstismarı İdarəsinə müraciət etmiş, idarənin əməkdaşları əzilmiş sayğacı yenisi ilə əvəz edərək akt tərtib etmişlər. Sayğacın dəyişdirilməsinə görə 547 manat məbləğində borcu yaranmışdır. Bundan əvvəl Cavabdeh İB tərəfindən iddiaçıya ünvanlanmış məktubdan ona məlum olmuşdur ki, baş verən həmin hadisəyə görə Cavabdeh İB-yə 11664,30 manat məbləğində ziyan dəymişdir və həmin borcun 1 ay müddətinə ödənilməsi tələb edilmişdir. Halbuki, sözügedən ünvanda təbii qazdan istifadə etdiyi müddətdə bunun haqqını tam olaraq ödəmişdir. Cavabdehin tərtib etdiyi aktlarda göstərilən məbləğlərin heç biri ilə razı deyildir, həmçinin onların heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, sayğacın dəyişdirilməsi üçün ödənilmiş 529,43 manat məbləğində vəsaitin cavabdehdən tutularaq geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı1 (abonent kodu: **********00010) hesablanmış 11664 (on bir min altı yüz altmış dörd) manat məbləğində borcun silinməsi, 529,43 (beş yüz iyirmi doqquz manat, qırx üç qəpik) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı1 ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1450/2020 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5419/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2020-ci il tarixli, 2(103)-1450/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq sənəd təqdim edərək bildirdi ki, iddiaçı heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 2018-ci il tarixli yeni müqavilədən də göründüyü kimi iddiaçı yaşadığı mənzildə 1 ədəd 4 gözlü qaz plitəsi işlətmiş və bu barədə müqavilədə də qeyd edilmişdir. Bundan başqa akt tərtib olunan zaman da iddiaçı sahibkar fiziki şəxs olaraq fəaliyyət göstərməmişdir. İddiaçı1 adına VÖEN 2016-cı il tarixdə açılmış və 22 may 2017-ci il tarixdə fəaliyyəti dayandırılmışdır. Bundan başqa Cavabdeh hazırki iş üzrə İddiaçı1ə Süleyman qızına qarşı Sabunçu rayon Məhkəməsində iddia tələbi irəli sürmüş və həmin iddia tələbindən İddiaçı1ə Süleyman qızını fiziki şəxs olaraq cavabdeh qismində göstərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, iş materiallarında olan abonentin saldosundan, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 019067 nömrəli aktdan, qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, qeyd edilən sənədləşmələr iddiaçıya məxsus istinaxana ilə əlaqədar tərtib edilmiş sənədləşmələrdir. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi (səh 35) sayğaca görə ödəniş sənədindən də görünür ki, Cavabdeh İB sayğaca görə ödəniş edilməli olan məbləği qeyd edərkən həmin sənəddə iddiaçının VÖEN nömrəsini də qeyd etmişdir ki, bu halda iddiaçının fəaliyyət sahəsi üzrə sayğaca dair ödəniş edilməli olduğunu göstərmişdir və iddiaçı da (səh 36) bununla razılaşaraq ödəniş etmişdir. Lakin iddiaçı silinməsini tələb etdiyi məbləğin onun iddia ərizəsində qeyd etdiyi yaşayış ünvanı ilə bağlı olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, işə baxan məhkəmələr isə adıçəkilən sənədlər üzrə məhkəmə araşdırmasını həyata keçirməmiş, yaşayış ünvanı üzrə iddiaçının silinməsini tələb etdiyi məbləğdə borcun hesablanmasının mümkünlüyü araşdırmamışdır. Halbuki, əhali və qeyriəhali üçün təbii qazdan istifadə üzrə onun dəyərinin ödənilməli olduğu tariflər arasında fərqin mövcudluğu hər kəsə məlumdur. Beləliklə, iş materiallarından göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim edilmiş sübutların əldə edilmiş sübutlarla müqayisəli tədqiqatını həyata keçirməmiş, mübahisənin həllinə formal yanaşaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7335/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına baxış keçirilərkən “sayğacın plastmas qapağının yan tərəfində və gövdədə əzik izləri var” müəyyən edilmişdir (28.12.2018-ci il tarixli, ******* nömrəli akt). Qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıdan təbii qazın sərfiyyatına görə 11664 manat (abonentin saldosu) tələb edilir və sayğacın dəyərinə görə iddiaçı tərəfindən 529,43 manat məbləğində ödəniş cavabdehin xeyrinə ödənilmişdir (iddiaçı tərəfindən “Cavabdeh İB-nin hesabına 529,43 manat ödənilməsinə dair Mədaxil qəbzinin surəti). İş materiallarından görünür ki, İddiaçı1 06.04.2016-ci il tarixdə ********** nömrəli VÖEN açdırmış və 22.05.2017-ci il tarixdən vergi ödəyicisinin fəaliyyəti 22.05.2022-ci il tarixədək dayandırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarından müəyyən edilir ki, İddiaçı1 məxsus , ünvan 1 fərdi yaşayış evi 19.11.2014-cü il tarixli Müqavilə əsasında qazla təchiz edilmiş, 23.11.2018-ci il tarixdə zədələnmiş qaz sayğacı dəyişdirildiyindən iddiaçı ilə cababdeh arasında yeni müqavilə bağlanmışdır və müqavilədə iddiaçıya məxsus ünvanda istifadə olunan qaz qurğularından yalnız 1 ədəd 4 gözlü qaz piltəsinin olması qeyd olunmuşdur. Həmçinin iddiaçı tərəfindən 06.04.2016-ci il tarixdə ********** nömrəli VÖEN açılmış və 22.05.2017-ci il tarixdə vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. Bundan əlavə kollegiya qeyd edir ki, kassasiya instansiya məhkəməsinin istinad etdiyi sayğaca görə ödəniş sənədində (səh 35) göstərilən ********** nömrəli VÖEN “xxxx” ASCyə və ********** nömrəli VÖEN isə “Cavabdehnə məxsusdur. Göründüyü kimi, hər iki müqavilə bağlanan zaman İddiaçı1 hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış (VÖEN-ə sahib olmamış) və iddiaçı silinməsini tələb etdiyi məbləğ məhz onun iddia ərizəsində qeyd etdiyi yaşayış ünvanı ilə (evlə) bağlı olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə, habelə sayğacın dəyişdirilməsinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun, habelə sayğacın dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də kollegiya hesab edir ki, iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 11664 manat məbləğində borc silinməli, iddiaçı tərəfindən sayğacın dəyərinə görə ödənilmiş 529,43 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2502/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2502/2021
28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver