Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2510/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: yalan əqd) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 saylı 20 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 32 saylı notariat ofisində 2 sentyabr 2019-cu il tarixdə bağlanmış və 3M-775 saylı reyestrlə təsdiq olunmuş müəssisədəki payın alqı-satqısı müqaviləsinə əsasən, "xxxx" Firmasının təsisçisi İddiaçı "xxxx" Firmasının nizamnamə kapitalında özünə məxsus olan 100% payı 10 manata Cavabdeh2 satmağı, Cavabdeh2 isə müqavilənin predmeti olan payı göstərilən qiymətə almağı öhdəsinə götürmüşdür.
2. Cəbrayıl Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(072)-381/2023 saylı qətnaməsi ilə Cavabdeh2 X2 və İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh2 barəsində yayılmış “dələduzdur...” ifadəsi həqiqətə uyğun olmayan, yalan məlumat hesab edilməsi İddiaçı mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.
3. Bakı şəhəri Xətai rayon prokurorluğunun 5 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən, Səfərov Hümbət Nayfalı oğlu və Cavabdeh2 müraciətləri üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Səfərov Hümbət Nayfalı oğlunu təxminən 1998-ci ildən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Hümbət Səfərov müxtəlif biznes sahələrində fəaliyyət göstərir, belə ki, Hümbət Səfərov xarici dövlətlərdən balıq məhsullarını Azərbaycan Respublikası ərazisinə gətizdirərək satışını təşkil edir. Bundan başqa Hümbət Səfərova məxsus “Elmed” klinikası, “Kənan” şadlıq evi, “Əlibaba” restoranı və müxtəlif mağazaları vardır. Hümbət Səfərovun biznes sahələri geniş olduğundan ona tez-tez vəsait lazım olurdu. Bacardığı köməkliyi Hümbət Səfərova etmişdir. Təxminən 2019-cu ilin avqust ayının son günlərində Hümbət Səfərov ona bildirmişdir ki, xaricdən gətizdirdiyi balıq məhsullarının pulunun ödənilməsi üçün ona təcili olaraq 1.000.000 ABŞ dolları pul lazımdır və ondan xahiş etmişdir ki, həmin məbləğdə pulu ona borca versin. O, Hümbət Səfərova bildirmişdir ki, qeyd olunan məbləğdə onun pulu yoxdur. Bundan bir neçə gün sonra Hümbət Səfərov ona bildirmişdir ki, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən özünə məxsus "xxxx" şadlıq evini satmaq qərarına gəlmişdir. Şadlıq evinin təcili satılması üçün Hümbət Səfərov 1.620.000 manat pul istəmişdir. O, Hümbət Səfərova bildirmişdir ki, qeyd olunan məbləğdə pulu tapa bilsə şadlıq evini ondan satın alar. O, qohumlarından qeyd olunan məbləğdə vəsaiti toplamış və şadlıq evini almaq qərarına gəlmiş və bu barədə Hümbət Səfərova bildirmişdir. Qeyd olunan şadlıq evinə dair mülkiyyət sənədi olmadığından şadlıq evi "xxxx" Firmasının balansında olduğundan şirkəti satın almağa razılaşmışlar. 2 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, 32 saylı notariat kontorunda onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" Firmasını almışdır. Bundan sonra Hümbət Səfərovla 1-ci mikrorayonda yerləşən ofisinin qarşısında görüşərək, onun oğlu İddiaçı 950.000 ABŞ dolları (1.620.000 manat) pulu vermişdir. Bununla da "xxxx" Firması və balansında olan "xxxx" şadlıq evi onun mülkiyyətinə keçmişdir. Təxminən 2021-ci ilin noyabr ayında Hümbət Səfərov bir neçə dəfə onun yanına gələrək, ona bildirmişdir ki, şadlıq evini ona ucuz qiymətə satmış və ondan əlavə 600.000 manat pul tələb etmişdir. O, Hümbət Səfərova bildirmişdir ki, 2019-cu ildə satdığı qiymətə pulunu verib əmlak almış və əlavə pul vermək fikri yoxdur. Bu minvalla Hümbət Səfərov bir neçə dəfə ona hədə-qorxu gələrək, ondan şadlıq evini tələb etmişdir. 1 yanvar 2022-ci il tarixdə o, "xxxx" şadlıq evini Şahzadə adlı qadına icarəyə vermişdir. 28 yanvar 2022-ci il tarixdə şadlıq evinin işçisi olan Zaur adlı şəxs ona zəng edərək bildirmişdir ki, Adəm Məmmədov adlı vəkil təxminən 10 nəfər şəxslərlə şadlıq evinə gələrək qanunsuz Şahzadədən açarları alaraq, içəri daxil olmuş və bildirmişlər ki, şadlıq evi Hümbət Səfərovundur, ona görə də işçiləri oradan qovmuşlar. Dərhal o, 34-cü polis bölməsinə zəng vurmuş və olanlara bu barədə məlumat vermişdir. O, oğlu Anarla şadlıq evinə gəlmiş və içəri daxil olarkən görmüşdür ki, müdir otağında Adəm Məmmədov oturub masa arxasında, yanında isə Bayram, Faiq, Anar, Canpolad və bir neçə nəfər tanımadığı şəxslər vardır. Eyni zamanda o, şadlıq evinə gələrkən polis əməkdaşları da orada olmuşlar. Həmin vaxt Adəm onun qoluna girərək onu binanın arxasına çəkmək istəmiş, lakin oğlu imkan verməmişdir. Həmin vaxt Adam içkili vəziyyətdə ona bildirmişdir ki, əgər o, şadlıq evini Hümbət Səfərova təhvil verməsə və ya onun 600.000 manatını ödəməsə onu rahat yaşamağa imkan verməyəcək və onu təhdid etmişdir. Bundan sonra o, Adəmə demişdir ki, şadlıq evi ona məxsusdur və heç kimə vermək fikri yoxdur. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona bildirmişdir ki, oradan uzaqlaşmasa onu vuracaqlar. Daha sonra polis əməkdaşları tərəfindən yuxarıda göstərilən şəxslər polis şöbəsinə aparılmışlar və orada onun və həmin şəxslərin izahatları alınmışdır. Daha sonra o, görmüşdür ki, bir nəticə yoxdur, ona görə də 30 yanvar 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək olanları bir daha anlatmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə şadlıq evinin əməkdaşı Rüfət ona zəng edərək bildirmişdir ki, Adəm yenidən şadlıq evinə gəlib və onu danışığa çağırır, o, isə ehtiyat edərək görüşə getməmişdir. Hal-hazırda şadlıq evini Rüfət adlı şəxsə icarəyə vermişdir. Əlavə olaraq göstərmişdir ki, o, 2018-ci ilin əvvələrində Hümbətə 350.000 ABŞ dolları borca pul vermiş, dostu olduğu üçün aralarında heç bir faiz söhbəti olmamışdır. 2018-ci ilin axırına kimi Hümbət 350.000 ABŞ dollarını tam şəkildə qaytarmış və aralarında heç bir narazılıq olmamışdır. Eyni zamanda bildirmişdir ki, Hümbət Binəqədi polis idarəsinə şikayət edərək göstərmişdir ki, güya ondan 950.000 ABŞ dollarını borc olaraq götürmüş və girov olaraq ona "xxxx" şadlıq evini vermişdir. Lakin Hümbətin dediyi tamamilə yalandır, o, Hümbətdən "xxxx" şadlıq evini satın almışdır.
4. Həmin qərardan görünür ki, izahatı alınmış Səfərov Hümbət Nayfalı oğlu bildirmişdir ki, Cavabdeh2 1993-cü ildən tanıyır, onunla dostluq münasibətləri olmuşdur. İsrafil fərdi sahibkardı və onunla dost münasibətində olduğu üçün ara bir ondan borca pul götürürmüş. Təxminən 2018-ci ildə dostu Babəkə 350.000 ABŞ dolları pul lazım olmuşdur. Babək həmin pulu İsrafildən istəmişdir. İsrafil isə ona pulu verməmişdir və bildirmişdir ki, o, Babəkə zamin dursa pulu verər. O, da İsrafillə söhbət edərək Babəkə zamin durmuşdur və 350.000 ABŞ dollarını aylıq 3% ödəmək şərti ilə götürmüş və Babəkə vermişdir, Babək də hər ay İsrafilin faiz pullarını ödəmişdir, ümumilikdə İsrafilə 190.000 ABŞ dolları faiz ödəmişdir. Daha sonra 2019-cu ilin sentyabr ayında o, İsrafildən aylıq 2.5 faiz olmaqla 400.000 ABŞ dolları götürmüşdür. Sonuncu 400.000 ABŞ dollarını götürməmişdən öncə İsrafilə 150.000 ABŞ dolları borcu qalmışdır. Qeyd olunan məbləğdə pulun aylıq faizlərini ödəmişdir. Sonuncu pulu götürərkən İsrafil ona bildirmişdir ki, girov olaraq əmlak qoymalıdır. O, da özünə məxsus şirkətin balansında olan "xxxx" sarayını İsrafilə girov qoymuş və şirkəti rəsmi alqı-satqı müqaviləsi əsasında İsrafilin adına keçirmişdir. Aralarında olan razılaşmaya əsasən o, İsrafilə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evini özünə qaytaracaqdır. Beləliklə, o, ümumi olaraq İsrafildən 900.000 ABŞ dolları faizlə pul götürmüş və ümumilikdə ona 650.000 ABŞ dolları pul qaytarmışdır. Buna baxmayaraq İsrafil ona məxsus dəyəri 4.500.000 manat olan şadlıq sarayını ələ keçirmiş və hal hazırda qaytarmaq istəmir.
5. Cavabdeh2 tərəfindən verilmiş ərizədə qeyd olunmuşdur ki, İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış 2 sentyabr 2019-cu il tarixli “Müəssisədəki payın alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi bağlanılmışdır. O, iddia tələbini əsassız olduğunu hesab edir. Belə ki, 2 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovla əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 2 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqısatqısı” müqaviləsi əsasında almışdır. İddiaçının iddia tələbində əsaslandırmağa çalışdığı kimi guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqısı” müqaviləsi bağlanılmamışdır. "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı nəğd ödədiyi 1.620.000 manat pulun müqabilində almışdır. Alqı-satqı müqaviləsini Hümbət Səfərovun oğlu İddiaçı imzalasa da, bu işlərlə Hümbət Səfərovun özü şəxsən məşğul olmuşdur. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarından başlayaraq Hümbət Səfərov ondan tələb etmişdir ki, "xxxx" şadlıq evini ona ucuz qiymətə satdığına görə ona əlavə 600.000 manat pul verməlidir. O, onun tələbini rədd etdikdən sonra Hümbət Səfərovun vəkili Adəm Məmmədov başının dəstəsi ilə "xxxx" şadlıq evinə onun yanına gələrək tələb etmişdir ki, ya Hümbət Səfərova 600.000 manat pul verməlidir, ya da ki, şadlıq evinin fəaliyyətindən əldə olunan gəlirin 50%-i onlara çatmalıdır. Bununla bağlı Hümbət Səfərov, vəkili Adəm Məmmədov və qeyriləri tərəfindən hədə-qorxu və zorakılığa məruz qalmağına dair şikayət ərizəsi əsasında Xətai rayon Polis İdarəsinin, Xətai rayon prokurorluğunun icraatında araşdırılmalar aparılmış, toplanılmış materiallar üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Eyni zamanda o, ərizəsində qeyd etmişdir ki, “Müəssisədəki payın alqısatqı” müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlandıqdan sonra İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verildiyindən və müqavilənin bağlanılmasından 3 ildən artıq vaxt keçdiyindən hazırkı iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də, o, hesab edir ki, hazırkı iddia tələbi iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh ərizəsində İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payının ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisində 3M-775 saylı reyestrdə qeydə alınmış “Müəssisədəki payın alqısatqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələbindən imtina edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. "xxxx" şadlıq sarayı 15 yanvar 2018-ci il tarixdə iddiaçı tərəfindən internet portalda satışa çıxarılmış və ilkin satış qiyməti 2.500.000 manat müəyyən edilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 02-70/24 saylı hesabata istinadən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 2014.87 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binasının (Mirana Palace şadlıq sarayı) 15 may 2024-cü il tarixinə bazar dəyəri 4.443.000 manat təşkil edir.
8. Cavabdeh2ov Budaq oğlu tərəfindən yazılmış 2 sentyabr 2019-cu il tarixli əlyazmada onun tərəfindən 950 ABŞ dollarının verildiyi, əvəzində Mirana firmasını və Şadlıq evini alqı-satqı etdiyini və həmin məbləğ ödənildikdən sonra Firmanı geri qaytaracağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir.
9. İşə "xxxx" şadlıq sarayının əvvəlki və mövcud vəziyyətini əks etdirən fotoşəkillər və Cavabdeh2 faiz məbləğlərinin qaytarılacağı təqdirdə "xxxx" şadlıq evini qaytarılacağını bildirməsinə dair səs yazısının olduğu flash-kart əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10.İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra-cavabdeh) və Bakı şəhəri, 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Firmasında ona məxsus 100% payın alqı-satqısına dair cavabdehlə aralarında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanılmış, 3M-775 saylı reyestrdə qeyd edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, təsisçisi olduğu "xxxx" Firması 2015-ci il tarixdən etibarən onun mülkiyyətində olmuşdur. "xxxx" Firmasına məxsus təxminən 4.500.000 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən "xxxx" Şadlıq Sarayı uzun müddətdir ki, qeyri-yaşayış obyekti kimi tərəfindən istifadə edilir. Həmin qeyriyaşayış obyekti "xxxx" Firmasının sifarişinə əsasən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər bu faktı təsdiq edir. Belə ki, atası Hümbət Səfərov cavabdehdən Amil Həşimov və Babək Məhərrəmovun iştirakı ilə 900.000 ABŞ dolları məbləğində pulu aylıq əlavə 3 faiz ödəmək şərti ilə borc götürmüşdür. Lakin, həmin məbləğ yalnız atasının şəxsi istifadəsi üçün deyil, həmçinin Amil Həşimov və Babək Məhərrəmova da faiz şəklində verilmişdir. Cavabdeh isə yalnız atasını tanıdığı üçün pulu ona verdiyini bildirmişdir. Lakin pulun faizə borc şəklində Amil Həşimov və Babək Məhərrəmova da verildiyini təsdiqləyən səs yazıları da mövcuddur. Həmin səs yazıları iddia ərizəsinə əlavə edilmişdir. Həmin borcun faizdən əlavə əsas borcdan 650.000 ABŞ dolları qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün cavabdehdən onlara vaxt verməsini xahiş etmişlər. Cavabdeh isə bunun müqabilində onun təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının mülkiyyətindəki 4.500.000 manatlıq "xxxx" Şadlıq Sarayını girov qoymağı tələb etmişdir. Atası Hümbət Səfərov bu haqda məlumat verdikdən sonra əmlakın girov qoyulmasına razılaşmışdır. Lakin borclularla cavabdeh arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal alqısatqı müqaviləsi bağlanılmasını tələb etmişdir. Atası və o, borclu olduqları üçün onun irəli sürdüyü təkliflə razılaşmağa məcbur olmuşlar. Həmçinin cavabdeh, onları müqavilənin yalnız formal olaraq bağlandığına, qeyri-yaşayış sahəsinin istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmışdır. Buna görə də, aralarında formal şəkildə "xxxx" Firmasında ona məxsus olan 100% payın cavabdehə satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin hazırda cavabdeh tərəfindən 250.000 ABŞ dolları borcun qarşılığında təxminən 4.500.000 manatlıq şadlıq sarayı qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs onu aldadaraq "xxxx" Şadlıq Sarayını mülkiyyətinə keçirmişdir. Şifahi razlaşma zamanı qeyri-yaşayış obyektinin yalnız girov olaraq alındığını, tərəfindən istifadə olunacağına heç bir maneə yaradılmayacağı bildirsə də, cavabdeh onları aldadaraq, alğı-satqı müqaviləsi bağlayaraq, əmlakı mülkiyyətinə keçirtmişdir. Cavabdeh hazırda formal olaraq bağlanmış alğı-satqı müqaviləsindən istifadə edərək, əmlaka qanunsuz sahibliyi həyata keçirir. "xxxx" Şadlıq Sarayının girov olaraq verildiyini, alğı-satqı müqaviləsinin formal xarakterli olduğunu, borcunun ödənilmədiyi təqdirdə əmlakı qaytarmayacağını təsdiqləyən səs yazıları mövcuddur. Bu hallar şahidlər X4, X7, X17, X18, X12, X8, Səfərov Hümbət Nayfalı oğlu, X19 tərəfindən də təsdiq oluna bilər. Məhkəmə zamanı qeyd etdiyi şəxslər şahid qismində ifadə verə bilərlər. Qeyd edilən hallar cavabdehlə aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarda da öz əksini tapmış, həmin səs yazıları tərəfindən CD elektron daşıyıcısında iddia ərizəsinə əlavə edilmişdir.
12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 bildirmişdir ki, hər iki tərəflə münasibəti yaxşıdır, şadlıq sarayında administrator işləyir, şadlıq sarayına 2021ci ilin noyabr ayının 20-dən Cavabdeh2 oğlu Anar nəzarət etməyə gəlmişdir. H.Səfərov Cavabdeh2 faizə pul almışdır, qarşılığında şadlıq sarayını girov qoymuşdur. H.Səfərov Cavabdeh2 950.000 ABŞ dolları borc almışdır.
13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 bildirmişdir ki, 2014-cü ildə şadlıq sarayı H.Səfərova satılmışdır, Cavabdeh2 isə bir-iki dəfə görmüşdür, sonradan İsrafil ona zəng edərək özünü təqdim etmiş, Hümbətin ona şadlıq sarayını girov qoyduğunu, faiz pul götürdüyünü və ödənişləri gecikdirdiyini bildirmiş, o, isə şadlıq sarayını onun işlətdiyini, Cavabdeh2 bir müddət sonra yenidən onunla əlaqə saxlayaraq, faizlərin şişməsini və şadlıq sarayının ona qalmasını istədiyini bildirmişdir. Eyni zamanda şahid H.Səfərov tərəfindən 650.000 ABŞ dolları ödəniş olduğunu bildirmişdir
14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 “Elmed” kilinikasında kassir vəzifəsində işləməklə yanaşı, gündəlik hesabatların onun tərəfindən aparılmasını, ümumi kassanın Ənvər müəllimdə olduğunu bildirmişdir. İsrafil müəllim ondan Ənvər müəllimin iştirakı ilə faiz adı altında pul almış, dəfələrlə İsrafil müəllimə ödənişlər etdiyini, lakin tərəflər arasında payın alqı-satqısından məlumatının olmadığını bildirmişdir
15. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 iddiaçının atası Hümbət müəllimin bacısı oğlu olmasını bildirməklə yanaşı, hər ay H.Səfərovun göstərişi ilə kassadan Cavabdeh2 120-130.000 manat pul verdiyini, borcun 900-950.000 ABŞ dolları civarında olduğunu bildirmişdir. Anar Quliyev eyni zamanda restoranın satılmadığını, borc pul əvəzinə verildiyini, borc məbləği ödənildiyi təqdirdə restoranın qaytarılacağını bildirmişdir
16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 hər iki tərəfi tanıdığını, H.Səfərov biznesmen olduğu üçün hər il İsrafildən faizə pul götürdüyünü, sonuncu dəfə pulun qarşılığında girov şadlıq sarayını qoyduğunu bildirmişdir
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
18. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, 2 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman yol verilən qüsurların mövcudluğu, həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir.
19. Belə ki, Cavabdeh2 təsdiq etmişdir ki, 2 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovla əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 2 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqısı” müqaviləsi əsasında almışdır və həmin məbləği İddiaçı ödəmişdir.
20. İddiaçı həmin müqavilənin atası Səfərov Hümbət Nayfalı oğlunun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində pulun aylıq əlavə 3 faiz ödəmək şərti ilə götürdüyü borcun təminatı olaraq bağlanmasını, əslində həmin qeyri-yaşayış sahəsinin dəyərinin 4.500.000 manat olduğunu iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
21. Belə ki, mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda mülki qanunvericiliyin imperativ tələbinə görə borc müqaviləsinin yazılı formada bağlanılması şərti mövcud olduğu halda iddiaçı atası Səfərov Hümbət Nayfalı oğlunun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində borcun alınmasını təsdiqləyən borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir.
22. Bununla yanaşı mülki qanunvericiliyin imperativ tələbinə görə daşınmaz əmlakla bağlı ipoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması şərti mövcud olduğu halda iddiaçı atası Səfərov Hümbət Nayfalı oğlunun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində borcun təminatı olaraq "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayını ipotekaya qoyulmasını təsdiq edən ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə tərəflərin izahatlarından müəyyən etmişdir ki, "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayının əldə edilməsi üçün Cavabdeh2 tərəfindən 950.000 ABŞ dolları (1.620.000 manat) İddiaçı verilmişdir. Məhkəmə iclasında İddiaçı həmin məbləğin cavabdehdən alınmasını etiraf etsə də, həmin məbləğin borc olaraq alındığını, aralarında olan razılaşmaya əsasən o, İsrafilə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evinin özünə qaytarılacağını bildirsə də, borc məbləğindən 650000 ABŞ dolların qaytarıldığını bildirmiş, lakin bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ona məxsus olduğu Firmanın balansında olan qeyri-yaşayış sahəsinin ipoteka təminatı olaraq cavabdehə verilməsi üçün mübahisələndirilən müqavilənin bağlanmasına əsaslansa da, həmin qeyri-yaşayış sahəsinə görə cavabdehdən aldığı məbləğin geri qaytarılmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı bu dəlili sübut etmək üçün məhkəməyə şahidlər təqdim etsə də, məhkəmə Mülki-Prosessual Məcəllənin 89-cu maddəsinin tələbini nəzərə alaraq, sübut ediləcək halın təsdiqi üçün şahid ifadələrini mötəbər və mümkün sübut qismində qəbul edilməsini yol verilməz hesab etmişdir.
25. İddiaçının qeyri-yaşayış sahəsinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə xatırlatmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır».
26. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, iddiaçı iddiasının hüquqi əsası kimi istinad etdiyi hallara dair qanunda nəzərdə tutulmuş sübutları (borc müqaviləsi, ipoteka müqaviləsi) məhkəməyə təqdim etmədiyindən, həmçinin mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halların mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz.
27. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddəti ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi də qanuni olmaqla yanaşı işin faktiki hallarına uyğundur.
28. Belə ki, məhkəmə iş materiallarına əsasən, İddiaçı ilə Cavabdeh2 arasında mübahisələndirilən müqavilənin Bakı şəhəri 32 saylı notariat ofisində 2 sentyabr 2019-cu il tarixdə bağlandığı, iddiaçının həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 17 yanvar 2024-cü il tarixdə müraciət etdiyini nəzərə almışdır.
29. Beləliklə, 2 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir. Digər tərəfdən, iddiaçının iddia etdiyi kimi ipoteka əqdini pərdələmək məqsədi ilə alqı-satqının bağlanması da müəyyən edilməmişdir. Halbuki, bu pərdələnmənin baş verdiyi (müəyyən edildiyi) təqdirdə belə (borc və ipoteka münasibətlərinin müəyyən etdiyi normaların tətbiq edilməsi müstəvisində) əqdin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmir. Belə ki, hər iki tərəfin razılığı ilə bağlanmış əqdlərdə razılıq müəyyən edilirsə, bu əqdə dair müddəalar tətbiq edilməlidir. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müddətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüquqlarından xəbərdar olmalı olan iddiaçının mücərrəd və ziddiyətli dəlilləri müddətin ötürülməməsinə də əsas yaratmır. Ona görə iddiaçının iddiası əsassızdır və qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürülməklə verilmişdir.
30. Belə ki, əks edilən dəlillərin etibarsızlığa aid edilməsi şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və arzuladığı əqdin məzmunu barəsində səhv etdiyini, yəni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi - belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsi barədə mülki qanunvericiliyinin dispozitiv şərtlərini ehtiva edir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi iddia edilən 2 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilməsi mümkün olduğu halda, iddia məhkəməyə 17 yanvar 2024-cü il tarixdə verilmişdir.
31. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 152.1, 269.1-269.11, 270.1, 307.1, 307.3-307.7, 337.1, 337.2, 337.3, 337.4, 347.1, 354.1, 354.2, 372.1, 372.2, 373.2-373.4, 375.1, 375.2, 377.2, 389.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti” üzrə 2004-cü il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 89, 119.1-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" Firmasının nizamnamə kapitalının 100% sahibi olmaqla Firmanın tək təsisiçisi olmuşdur. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “Mirana Palace”adlı şadlıq sarayı (qeyri-yaşayış sahəsi) "xxxx" Firmasının balansında olmaqla tərəfindən inşa edilmiş və onun tərəfindən də idarə olunmuşdur. Tərəflərin məhkəməyə bildirdiklərindən həmçinin məlum olur ki, atası Hümbət Səfərovla cavabdeh arasında borc (sələmlə, faizlə verilən borc) münasibətləri mövcud olmuşdur. Belə ki, atası Hümbət Səfərov, Amil Həşimov və Babək Məhərrəmova borc pul lazım olmuş və bu səbəbdən Hümbət Səfərov cavabdehdən borc istəmişdir. Sonuncu Hümbət Səfərovu tanıdığı üçün borcu ona verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh, Amil Həşimov və Babək Məhərrəmovun iştirakı ilə atası Hümbət Səfərova 900.000 ABŞ dolları məbləğində pulu aylıq 3 faiz ödəmək şərti ilə sələmlə borc vermişdir. Bir daha qeyd edir ki, cavabdehin atasına verdiyi həmin borc sonuncu ilə yanaşı, həm də Amil Həşimov və Babək Məhərrəmova aid olmuşdur. Qeyd olunan bu faktın, yəni cavabdehin faizə atası Hümbət Səfərova faizə borc verməsi, həmin borcun eyni zamanda Amil Həşimov və Babək Məhərrəmovada aid olması məhkəməyə təqdim olunmuş səs yazıları ilə tam təsdiq olunur (iş materiallarına əlavə olunmuşdur). Cavabdehdən alınmış 900.000 ABŞ dolları məbləğində borcun 650.000 ABŞ dolları hissəsi (faizdən əlavə) cavabdehə qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri, yəni Amil Həşimov və Babək Məhərrəmov yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün cavabdehdən möhlət istəmişlər. Cavabdeh isə bunun müqabilində onun təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının balansında olan 4.500.000 manat dəyərində "xxxx" şadlıq sarayını girov qoymağı tələb etmişdir. Atası Hümbət Səfərov bu haqda məlumat verdikdən sonra o əmlakının girov qoyulmasına razılaşmışdır. Lakin borclularla cavabdeh arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal şəkildə alqı-satqı müqaviləsi bağlanılmasını təklif etmiş, həmin müqavilənin formal, heç bir hüquqi nəticə doğurmayacağını, borc qaytarıldıqdan sonra girov əmlakın da ona qaytarılacağını bildirmişdir. Cavabdeh, o və atası Hümbət Səfərovu müqavilənin yalnız formal olaraq bağlandığına, şadlıq sarayının istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmağa nail olmuşdur. Atası Hümbət Səfərov borclu olduğu üçün, habelə Hümbət Səfərovla uzun müddət bir-birlərini tanıdıqları və aralarında normal münasibətlər olduğu üçün o cavabdehə inanmış və onun irəli sürdüyü bu təkliflə razılaşmağa məcbur olmuşdur. Buna görə də, "xxxx" Firmasında ona məxsus olan 100% payın cavabdehə satılması barədə Bakı şəhəri, 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli formal alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi formal olaraq bağlandıqdan sonra "xxxx" şadlıq sarayı, əvvəlki dövrlərdə olduğu kimi onun sahiblik və istifadəsində qalmış, həmin obyekt cavabdeh tərəfindən idarə olunmuş, o cümlədən işçilərin işə qəbulu, işdən çıxarılması, əmək haqqının verilməsi və sair hərəkətlər onun tərəfindən həyata keçirilmiş, obyektdən gələn gəliri də götürmüşdür. Qeyd olunan bu faktlar, hazırki iş üzrə şahidlərin ifadələri, habelə rəsmi sənədlərlə təsdiq olunur. Belə ki, iş üzrə dindirilmiş "xxxx" şadlıq sarayında administrator işləyən X17 ifadəsində bildirmişdir ki, şadlıq sarayına 2021-ci ilin noyabr ayının 20-dən sonra cavabdehin oğlu Anar nəzarət etməyə başlamışdır. Şahid həmçinin göstərmişdir ki, Hümbət Səfərov cavabdehdən faizə 950.000 ABŞ dolları borc almış, qarşılığında isə şadlıq sarayını girov qoymuşdur. İş üzrə şahid qismində dindirilmiş "xxxx" şadlıq sarayının əvvəlki sahibi X19 ifadəsində göstərmişdir ki, o, cavabdehin təşəbbüsü ilə onunla iki dəfə telefon vasitəsilə danışmış, sonuncu ona Hümbət Səfərovun ondan faizə borc götürdüyünü, müqabilində isə şadlıq sarayını girov qoyduğunu, borcun 650.000 ABŞ dolları hissəsini ödədiyini, ödənilməmiş qalan məbləğə hesablanmış faizlərinı şişməsini, bunu üçün şadlıq sarayının ona qalması istəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 və X7 ifadələrində Hümbət Səfərovun əsas və faiz borcundan cavabdehə hər ay pul vəsaitləri ödədiklərini, şadlıq sarayının isə satılmadığını, borc əvəzinə girov qoyulduğunu göstərmişlər. Bunlardan başqa, "xxxx" şadlıq sarayına dair iş üzrə tərəflər arasında formal alqı-satqı müqaviləsi bağlandığı gün, yəni 02 sentyabr 2019-cu il tarixdə cavabdeh öz xətti ilə yazdığı əlyazmada 950 (texnik səhv olaraq əsas borcun məbləğini tam göstərməmişdir, əslində 950.000) ABŞ dollarının verildiyini, əvəzində Mirana firmasını və Şadlıq evini alqı-satqı etdiyini, məbləğ ödəniləndə Firmanın geri qaytarılacağını göstərmişdir. Sözügedən əlyazma cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə tərəfindən “faiz məbləğləri qaytarıldığı təqdirdə sözügedən Restoranın qaytarılacağını” əks etdirən cavabdehin səsyazısı məhkəməyə təqdim olunmuşdur. Belə ki, 44 saniyəlik cavabdehin səs yazısında deyilir: “Gecən xeyrə, indicə Hümbət zəng eləmişdi, güya mən sizə demişəm ki, o pullar heç biri faiz zad hesablanmır. Mən keçən illəri mart ayında Hümbətlə Babəki çağırıb demişəm sizə iki ay vaxt verilir ki, faiz hesablanması pulları qaytarın camaatın pulun verin. Bizdə bilirik pandemiyadı. O da Hümbət yalvarıb yaxarıb ki, 2 ay olmasın 3 ay olsun. Mən də 3 ay danışmışam. Ondan sonra danışıq olmayıb. Tak şto bu 3 aydan sonra bütün faizlər verilməlidir. Hümbəti tanıyıram. Hümbətin girovu var məndə. Əgər o pullar qəpiyinə kimi stolun üstünə qoyulmasa sənin girovun qaytarılmayacaq. Bundan əlavə 10 saniyəlik cavabdehin səs yazısında deyilir: “Ay qardaş sən bu neçə ayda 3%-dən vermirsən 2,5 %-dən verirsən. Bu bir. İkincisi mən sənə dedim Babəkə denən ki, pulunu versin qaytarsın da. İki aylıq alıb, budu neçə aydı saxlayıb”. Göründüyü kimi, cavabdeh özünün göndərdiyi səsli mesajında faiz verdiyi borcun qaytarılmasının təminatı kimi Hümbət Səfərova aid girovu saxladığını etiraf etmişdir. Bundan başqa, "xxxx" Firmasına (balansında olan “Mirana Palace” şadlıq sarayı) dair xx.xx.2019-cu il tarixdə formal olaraq alqı-satqı müqaviləsi bağlandıqdan sonra, həmin obyektlə bağlı dövlət orqanları ilə bütün yazışmalar da tərəfindən həyata keçirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin "xxxx" Firmasının direktoru İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli təkrar müraciətinizə baxılmışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 3 B-də inşa olunmuş bir ədəd zirzəmili (avtodayanacaq), iki mərtəbəli restoran binasının “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt” Sizə göndərilir. Bundan əlavə, iddiaçı tərəfindən "xxxx" Firmasının balansında olan iaşə obyektinin (“Mirana Palace” şadlıq sarayı) istismarına dair Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nazarət X11 Qrupunun xx.xx.2020-ci il tarixli, 1070 saylı texniki müayinə rəyi alınmışdır. Həmçinin onun müraciəti əsasında Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən iaşə obyektinin istismarına xx.xx.2020-ci il tarixdə 04 saylı icazə alınmışdır. Göründüyü kimi o, “Mirana Palace” iaşə obyektinin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin tələb etdiyi hərəkətləri etməyə başlamış, müvafiq sənədləri toplamışdır. Həmin sənədlərin tarixlərinə diqqət yetirilsə isə müəyyən edilir ki, o dövlət orqanlarına müraciətləri və həmin müraciətlər əsasında verilmiş sənədlər (rəylər, icazələr və s.) xx.xx.2019-cu il tarixdən sonra, yəni alqı-satqı müqaviləsi bağlandıqdan sonra edilmişdir. Göründüyü kimi, iddiaçının "xxxx" Firmasının balansında olan iaşə obyektinin (Mirana Palace” şadlıq sarayı) cavabdehə satmaq niyyəti olmamışdır. Belə bir niyyəti olan şəxs həmin əmlakın özəlləşdirilməsi ilə bağlı nə vaxtını, nə də vəsaitini sərf edərdi. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin formal əqd olduğunu, əslində həmin əqdin girov müqaviləsini pərdələdiyini, yəni müqavilənin bağlandığı andan əhəmiyyətsiz əqd olduğunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim etmişdir. Lakin işə baxan məhkəmə, bu sübutların heç birinə əhəmiyyət verməmiş, iddiaçı tərəfin sübutlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən tam, hərətərfli və obyektiv araşdırma aparılmamışdır. Başqa sözlə, borcun verilməsi və onun qaytarılması ilə bağlı atası Hümbət Səfərov və cavabdeh arasında inamlı münasibətlər olmuşdur. Daha sonra, mübahisəli əmlak - "xxxx" Firması (Firmanın balansında olan “Mirana Palace” şadlıq sarayı) onun mülkiyyətində olduğundan, eyni zamanda o öz mülkiyyət hüququnun pozulduğunu bildiyi an dərhal səlahiyyətli dövlət orqanlarına, o cümlədən məhkəməyə müraciət etdiyindən, məhkəmə əsassız olaraq hazırkı mübahisəyə kəsici müddəti tətbiq etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apelyasiya instansiyası məhkəməsindəki ilkin icraat
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4371/2024 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı, "xxxx" firmasında ona məxsus olan 100 faiz payının cavabdehə satılması barədə notarial qaydada təsdiq edilməklə 2 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. İşin halları ilə müəyyən olunur ki, sözügedən alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, alqı-satqı müqaviləsinin imzalanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
37. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-189/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)- 4371/2024 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
39. Tərkibin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı apellyasiya şikayətində sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi, yəni iddiaçının atası Hümbət Səfərovun cavabdehdən hər ay əlavə 3 faiz ödəmək şərti ilə aldığı 950.000 ABŞ dollarından ödənilməmiş qalan 250.000 ABŞ dolları məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığını iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından onun bu dəlilləri üzrə lazımi araşdırma aparmadan, müqavilənin etibarlılıq şərtlərini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı yoxlayıb, qiymətləndirmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını araşdırmadan, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, habelə tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətlərini nəzərə almadan, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq müqavilənin mülki qanunverciliklə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı nəticəsinə gəlib.
40. Halbuki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Normanın mənasına görə, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə də razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və sair) cavab vermirsə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi).
41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edərkən də lazımi araşdırma aparmayıb. Belə ki, sözügedən normanın tətbiqi üçün əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallar dəqiq müəyyən edilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanunun norması müəyyən edilməli, eləcə də etibarsızlığın növü təsbit edilməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilibedilmədiyinə qiymət verilməlidir.
42. Nəzərə alınmalıdır ki, yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və etibarsız əqdlər isə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər olmaqla iki qrupa ayrılır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə sözügedən müqavilənin etibarlılıq şərtləri yoxlanılmalı, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənası araşdırılmalı, həmin müqavilənin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olub-olmadığı bir daha dəqiqləşdirilməli, iddiaçının apellyasiya şikayətinin dəlilləri (müqavilənin bağlanmasından sonra da mübahisəli obyektin iddiaçının sahibliyində qalması, həmin obyektə dair yazışmaların iddiaçının adınadan aparılması və sair) işə əlavə edilmiş digər sübutlarla yanaşı yaxlanılıb qiymətləndirilməli, və bundan sonra iddiaçının əsaslılığına düzgün hüquqi qiymət verilməlidir
Məhkəmə icraatı iştirakçılarının izahatları
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
45. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 47.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 49.Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4371/2024 saylı qətnaməsi tamamılə ləğv edildiyindən, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarıldığından kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
50.Azərbaycan Respublikasının Konstitusiyasının 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 51.İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsinin, 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
52.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 53.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 54.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 55.340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 56.372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 57.375.2- ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 58.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 59.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 60.354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 61.354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 62.372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 44. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündün başlanır. 63.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 64.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
65. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
66. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 67.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 68.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 69.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 70.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
71.Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 72.Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi "xxxx" firması 23 mart 1993-cü il tarixində dövlət qeydiyyatına alınmış, 30 mart 2015-ci il tarixində hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 5yişiklik edilmiş, iddiaçı, firmanın nizamnamə kapitalının 100 faiz payçısı olmaqla, firmanın tək təsisçisi olmuşdur. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Mirana Palace” adlı şadlıq sarayı (qeyri-yaşayış sahəsi) "xxxx" firmasının balansında olmaqla iddiaçı tərəfindən inşa edilmişdir, həmçinin onun tərəfindən idarə olunurdu. 73.İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 32 saylı notariat ofisində 2 sentyabr 2019-cu il tarixində bağlanmış və 3M-775 saylı reyestrlə təsdiq olunmuş “Müəssisədəki payın alqı-satqısı müqaviləsi”nə əsasən, "xxxx" Firmasının təsisçisi İddiaçı "xxxx" Firmasının nizamnamə kapitalında özünə məxsus olan 100% payı 10 manata Cavabdeh2 satmağı, Cavabdeh2 isə müqavilənin predmeti olan payı göstərilən qiymətə almağı öhdəsinə götürmüşdür. 74.Hazırda iddiaçı, sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi, yəni atası Hümbət Səfərovun cavabdehdən hər ay əlavə 3 faiz ödəmək şərti ilə aldığı 950.000 ABŞ dolları məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığına, iradəsinin həmin müqavilənin bağlanmasına yönəlmədiyinə istinadən, müqavilənin və onun nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 75.Cavabdeh isə qeyd olunan müqavilənin etibarlı əqd olmaqla, mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərin pozulmamaqla bağlandığını, iddiaçının həmin müqavilə üzrə "xxxx" firmasının nizamnamə kapitalında olan 100 faiz payını mülkiyyətinə vermək niyyətində olduğunu, onun isə həmin payı, faktiki olaraq isə “Mirana Palace” adlı şadlıq sarayını qəbul edib əvəzində müəyyənləşdirilmiş 950.000 ABŞ dollarını (qiymətini) iddiaçıya ödədiyini göstərərək iddiaya etiraz edir. 76.Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. 77.Mülki Məcəlləyə müvafiq olaraq, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 78.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu baxımdan əhəmiyyətsiz əqdin etibarsızlığının təsbiti üçün onun mübahisələndirilməsi tələb olunmur və mübahisə halında məhkəmə, xidməti vəzifəsinə görə həmin hala qiymət verməlidir. Eyni zamanda əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğu üçün həmin halın təsbitindən sonra eyni əqdin iradə ifadəsinin zədələnməsi baxımından yoxlanılması hər hansı hüquqi nəticə kəsb etmir, əksinə əqdin əhəmiyyətsizliyi ilə bağlı gəlinmiş qənaəti şübhə altına alır. 79.Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). 80.Baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, 32 saylı notariat ofisində "xxxx" Firmasında ona məxsus 100% payın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Məhkəməyə müraciət edən iddiaçı, sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi, yəni atası Hümbət Səfərovun cavabdehdən hər ay əlavə 3 faiz ödəmək şərti ilə aldığı 950.000 ABŞ dolları məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığına istinad edir. 81.Göründüyü kimi iddiaçı bu müqaviləni əhəmiyyətsiz olması əsası ilə mübahisələndirir. Belə olan halda iş üzrə müəyyən olunmuş halların dəyərləndirilməsi Mülki Məcəllənin 340.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən aparılmalıdır. 82.Konstitusiya Məhkəməsinin Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
83. Göründüyü kimi, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bu zaman müqavilə tərəflərinin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələri zəruridir. 84.Beləliklə, yalan əqd - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarı).
85. Qeyd edilməlidir ki, əqd bağlanan zaman tərəflərin mövcud olan həqiqi iradə ifadələrinin təfsiri, onun həqiqi məzmununun təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməsi - əqdin yalan əqd olması əsası ilə etibarsız hesab edilməsi üçün məhkəmə araşdırmasının əsas istiqamətlərindəndir.
86. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarı, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı).
88. İddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı mübahisə predmeti olan alğı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək istinad etdiyi halların əsası olaraq göstərmişdir ki, atası, həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar pul lazım olduğundan, tanışı Cavabdeh2 müraciət etmişdir. Cavabdeh ona faizlə borc verməsinə razı olmuş, lakin həmin pulun qaytaracağının təminatı kimi "xxxx" şadlıq sarayı qoymasını təklif etmişdir. Atası cavabdehin təklifinə razı olmuş və bu məqsədlə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Əslində, o, özünə məxsus əmlakı qarşı tərəfə satmaq niyyətində olmamışdır. Belə ki, mübahisəli müqavilə bağlandıqdan sonra da "xxxx" şadlıq sarayı faktiki olaraq onun sahibliyində və istifadəsində qalaraq tərəfindən idarə olunurdu.
89. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan da görünür ki, tərəflər alqı-satqı müqaviləsinin nəticələrinə nail olmaqdansa, əslində iddiaçının borcun icrasının təminatı kimi mübahisəli əmlakı girov qoyaraq atasının istəyi ilə pul əldə etmək niyyətində olduğu, digər tərəfin bu barədə məlumatı olduğu, bununla da hər iki tərəfin eyni hüquqi nəticələrə nail olmaq istədiyi və bunun üçün birgə hərəkət etdikləri müəyyən edilir.
90. Belə ki, qeyd olunan bu faktlar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Elşən Əliyev, Saleh Əliyev, Aynur Məhərrəmova və Anar Quliyevin ifadələri ilə istisna olunmur. Şahid ifadələrinə tənqidi yanaşmaqla, mötəbər sübut olaraq qəbul edilməməsi üçün hər hası əsas da müəyyən edilmir.
91. Bakı şəhəri Xətai rayon prokurorluğunun 5 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında araşdırmanın nəticəsi olaraq, Səfərov Hümbət Nayfalı oğlunun dostu olan Cavabdeh2 950.000 ABŞ dolları pul götürdüyü və sonuncunun adına Xətai rayonu, Lütvizadə küçəsində yerləşən balansında "xxxx" şadlıq sarayı olan şirkəti rəsmi alqı-satqı müqaviləsi əsasında keçirdiyi qeyd edilmişdir. Həmin qərarla müəssisənin işçilərinin işə qəbulu, işdən çıxarılması, əmək haqqının verilməsi və sair hərəkətlərin iddiaçı tərəfindən həyata keçirildiyi də müəyyən olunur. 92.Bundan başqa cavabdehin sözügedən müqavilə bağlanan gün öz xətti ilə yazıb, imzaladığı 2 sentyabr 2019-cu il tarixli qəbzlə də müəyyən olunur ki, o iddiaçının atası Hümbət Səfərova 950.000 ABŞ dolları verib, əvəzində "xxxx" firmasını və ona məxsus olan "xxxx" şadlıq evini alqı-satqı edib, məbləğ ödənildikdən sonra firmanı geri qaytaracıqdır. Bu fakt, “faiz məbləği qaytarıldıqdan sonra restoranı qaytaracağına və Hümbətin onda girovunun olmasına dair” cavabdehin işə əlavə edilmiş səs yazısı ilə də təsdiq olunur. 93.Daha sonra, iş materiallarından müəyyən edilir ki, sözügedən müqavilə bağlandıqdan sonra da “Mirana Palace” şadlıq sarayına dair dövlət orqanları ilə bütün yazışmalar iddiaçı tərəfindən həyata keçirilib. Bu fakt apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidməti tərəfindən "xxxx" firmasının direktoru kimi İddiaçı ünvanlanmış 25 fevral 2020-ci il tarixli məktubla, 24 avqust 2020-ci il tarixli, 1070 saylı texniki müayinə rəyi ilə, habelə iddiaçının müraciətinə əsasən Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sözügedən iaşə obyektinin istismarına alınmış 3 sentyabr 2020-ci il tarixli, 04 saylı icazə ilə də təsdiq olunur.
94. Əksinə iş materiallarında iddiaçının mübahisəli əmlakı cavabdehə satmaq niyyətində olmasını, bunun üçün tərəflər arasında danışıqlar aparılmasını, əmlak üzərində hüquqların qeydiyyatı müqavilə əsasında cavabdehə keçsə də, onun bu əmlakdan sərbəst istifadə etmək və sahiblik etmək imkanına malik olmasını təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilmir. 95.Birinci instansiya məhkəməsi isə, iddiaçının iddia ərizəsində sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi, yəni atası Hümbət Səfərovun cavabdehdən hər ay əlavə 3 faiz ödəmək şərti ilə aldığı 950.000 ABŞ dolları məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığını iddia etdiyi halda, Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından onun bu dəlilləri üzrə lazımi araşdırma aparmadan, müqavilənin etibarlılıq şərtlərini işə əlavə edilmiş bütün sübutlara əsasən qiymətləndirmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını araşdırmadan, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, habelə tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətlərini nəzərə almadan, yalnız cavabdehin formal mülahizələrinə və mübahisələndirilən müqavilənin notarial qaydada bağlanmasına əsaslanaraq bu müqavilənin mülki qanunverciliklə müəyyənləşdirilmiş şərtlərə bağlandığı nəticəsinə gəlib. 96.Qeyd edilməlidir ki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi, ipoteka və borc müqaviləsinin rəsmi şəkildə bağlanmaması mübahisə predmeti olmamışdır. İşin hallarını araşdıran birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının istinad etdiyi dəlillərə əsasən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməli idi. Halbuki məhkəmə mülki iş üzrə iddia tələbinin məhz alqı-satqı müqaviləsinin sırf başqa əqdi pərdələmək məqsədilə bağlandığına, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa ümumiyyətlə hüquqi qiymət verməmişdir. 97.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin əhəmiyyətli hallarını nəzərə almadan, tərəflərin həqiqi niyyətlərini qiymətləndirmədən mübahisələndrilən alğı-satqı müqaviləsinin etibarlı əqd olduğu qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmamışdır.
98. İddianın əsaslı olması qənaətinə gələn məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, əslində müvafiq razılaşmanı pərdələmək məqsədi ilə yalan əqdlərin bağlanmasının əsas nəticələri onların etibarsız sayılması, habelə pərdələnən münasibətlərin yenidən hüquqi qiymətləndirilməsindən ibarətdir. Məhkəmə belə bir əqdlərin nəticələrini tamamilə ləğv etmir, onlara münasibətdə restitusiya qaydalarını tətbiq etmir, yalan əqdə, onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq edir, mümkün olduğu təqdirdə həmin münasibətlərin rəsmi tanınması barədə qərar qəbul edir, bundan sonra mövcud qanunvericiliyə uyğun olaraq bu münasibətləri qiymətləndirir.
99. Belə ki, tərəflər tərəfindən pərdələnən hərəkətlərin müvafiq normalara uyğunluğu diqqətlə yoxlanılmalıdır. Hər hansı uyğunsuzluq aşkar edilərsə, tərəflərin əslində nəzərdə tutduqları münasibətlər də etibarsız hesab edilməlidir.
100. Tədqiq edilmiş sübutlara əsasən müqavilə tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibindəki tərəflərin davranışını, bağlanan əqdlərə dair formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə alaraq bütövlükdə əmlakın satışı üzrə mübahisəli əqdin yalan xarakter daşıdığı, tərəflərin faktiki iradəsinin yaranmış borc münasibətlərindən irəli gələn öhdəliklərin icrasının təminat altına alınması üçün xarakterik olan hüquqi nəticələrin əldə edilməsinə yönəldiyi müəyyən edilir.
101. Qeyd edilənlərə əsasən isə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin yalan əqd bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiq edilməsi, bu istiqamətdə müvafiq hüquqi hərəkətlərin həyata keçirilməsi zəruri olduğundan, mövcud vəziyyətdə qeyri-mümkündür.
102. Bundan başqa qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinə əsaslanmaqla müqavilənin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Məhkəmə, iddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istədiyini, arzuladığı əqdin məzmunu barəsində səhv etdiyini, yəni vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiyini vurğulayaraq, hazırkı mübahisəni Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən həll etmişdir. Həmin maddəyə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
103. Göründüyü kimi məhkəmə əqdin keçərsiz olmasına təsir edən səbəblərin müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlıq növündən asılı olaraq, əqdin etibarsız sayılmasına əsas verən faktiki hallara uyğun gələn qanun normasını müəyyən etməmiş, iddiaçının məhz mübahisəyə uyğun gələn müddət çərçivəsində məhkəməyə müraciət edib-etmədiyinə qiymət verməmişdir
104. Halbuki Mülki Məcəllənin 354-cü maddəsi əqdin etibarsız hesab edilməsi ilə bağlı iddialar üzrə həm iddia, həm də kəsici müddətləri nəzərdə tutur. Həmin müddətlərin düzgün tətbiq edilməsi üçün əqdin etibarsızlığının mahiyyəti və növləri ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında, habelə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 2022-ci il 14 iyun tarixli qərardadında əksini tapmış hüquqi mövqelər nəzərə alınmalıdır.
105. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddət əqdin etibarsız sayılması haqqında iddiaya tətbiq edilən müddət olmayıb, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə şamil olunan iddia müddətidir. Hazırkı işin halları baxımından qeyd olunmalıdır ki, müqavilənin etibarsız sayılması barədə tələbə əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələri haqqında müddət tətbiq oluna bilməz.
106. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də məhkəmədə əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
107. Beləliklə də, sözügedən normanın tətbiqi üçün əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallar dəqiq müəyyən edilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanunun norması müəyyən edilməli, eləcə də etibarsızlığın növü təsbit edilməli, əgər tərəf əqdin əhəmiyyətsiz olmasına istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.1-ci maddələrinə uyğun şəkildə edilib-edilmədiyinə qiymət verilməlidir.
108. Hazırkı iş üzrə isə İddiaçı iddiası müəssisədəki payın alğı-satqısı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan payın, o cümlədən müəssisənin balansında olan daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olsa da, məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişdir.
109. Azərbaycan Respublikasının Ali Məhkəməsinin kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair məhkəmələrə ünvanlanmış metodik vəsaitdən göründüyü kimi, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4).
110. Hazırkı halda da müəyyən edilir ki, mübahisəli müqavilənin predmeti olan müəssisədəki pay (o cümlədən müəssisənin balansında olan daşınmaz əmlak) daşınar əvəzedilən əşya olmadığından, müqaviləyə əsasən həmin əşyanı əldə edən cavabdeh bu əşyanın üzərində mülkiyyət hüququnu qazanmamış, əmlak onun əmlakına qarışmamış, mülkiyyətinə keçməmişdir. Belə olan halda da hazırkı tələbə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi də yolverilməzdir.
111. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
112. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərinı aydın göstərməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
113. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki,tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
114. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
115. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, İddiaçı ilə Cavabdeh2 arasında "xxxx" Firmasında iddiaçıya məxsus 100% payın alqı-satqısına dair Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış, 3M-775 saylı reyestrdə qeyd edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli; İddiaçı "xxxx" Firması üzərindəki mülkiyyət hüquqları bərpa edilməlidir.
116. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
117. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında "xxxx" Firmasında iddiaçıya məxsus 100% payın alqı-satqısına dair Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış, 3M-775 saylı reyestrdə qeyd edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı "xxxx" Firması üzərindəki mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva