Məhkəmə qərarları › İş №2(103)-252/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-252/2022

10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-252/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh4, Bakı şəhəri 23 saylı Notariat Ofisinə, Bakı şəhəri 15 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(007)-600/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 15 saylı notariat ofisinə, Cavabdeh4, Bakı şəhəri 23 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, atası Baba Şıxəlı oğlundan miras qalmış əmlaka - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair ünvan 1 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X4 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’nin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X4 adına verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) “Qeydiyyat Vəsiqəsi”- nin, 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə, reyestrdə 2V-34 nömrə ilə qeyd edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin, 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən miras payın bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011- ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 iyul 1937-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində doğulmuş və elə həmin vaxtdan hal-hazıra qədər də daimi olaraq pasport qeydiyyatında olmaqla həmin evdə yaşayır.Həmin ev onların ata-baba evi olmaqla, ilkin olaraq Baba Şıxəli oğlunun mülkiyyətində olub, onun vəfatından sonra isə, vərəsəlik hüququ əsasında anası Şahnisə Əliverdi qızının adına rəsmiləşdirilərək onun mülkiyyətinə keçib. X18 17 avqust 1948-ci il tarixdə, anası Şahnisə Əliverdi qızı isə 16 dekabr 1989-cu il tarixdə yaşadığı ünvanda vəfat ediblər. X18 ilə anası Şahnisə Əliverdi qızının birgə nikahından 4 övladı, yəni o, bacıları Səkinə, Leyla, Zeynəb anadan olmuşlar. Anası 16 dekabr 1989-cu ildən vəfat etdiyi günə qədər, daimi olaraq onunla birlikdə yaşayıb və onun yasdəfn mərasimləri tərəfindən təşkili olunmaqla, xərcləri də yalnız onun tərəfindən qarşılanıb. Bacısı Səkinə 24.12.1999-cu ildə vəfat edib. Bacıları vəfat etdiyi üçün o hal-hazırda ata-anasının yeganə sağ övladıdır. Bir müddət öncə ona məlum olub ki, anası vəfat etdikdən sonra bacısı Səkinə ondan xəbərsiz və digər vərəsələri gizlədərək, anasının tək vərəsəsi kimi özünü göstərməklə Bakı şəhəri 15 saylı notariat kontoruna müraciət edib və anasından miras qalan əmlaka öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq miras əmlakda ona çatası payı da tam qanunsuz olaraq əldə edib. Həmin şəhadətnamə əsasında da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən bacısı Səkinənin adına evə dair çıxarış verilib. Daha sonra isə 24.12.1999-cu il tarixdə bacısı X4 vəfatından sonra isə onun qızı Tünzalə Bakı şəhəri 15 saylı Notariat Kontorunda anası Səkinənin adına vərəsəlik işi açdıraraq, anasından qalan miras əmlak kimi evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən evə dair öz adına çıxarış alıb. Ata-anasından miras qalan evə dair qanunsuz olaraq mülkiyyət hüququ barədə çıxarış əldə edən Cavabdeh1 ona qarşı qoluzorbalıq və hegemonluq göstərərək, ata evini tərk etməsini ondan tələb etdiyindən, aralarında baş verən münaqişə Nizami RPİ-nin 23cü PBdə araşdırılıb. Yalnız həmin vaxtda da o ata-anasından miras qalmış evin qanunsuz olaraq sənədləşdirilib ələ keçirilməsindən xəbər tutub, məlumatlandırılmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, məsələ ilə bağlı o ilkin olaraq 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və məhkəmənin 31.10.2019-cu il tarixli, 2-1(82)-3585/2019 saylı qərardadı ilə hazırki mübahisənin mülki məhkəmə icraatı qaydasında, ümumi yurisdiksiyalı məhkəmələrdə baxılmalı olduğu ona izah edilərək iddia mümkün sayılmayıb. O, xx xxxx 1937-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıra qədər, daimi olaraq Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində yaşayıb, ata anasından miras qalan əmlakı faktiki olaraq qəbul etdiyindən cavabdeh Bakı şəhəri, 15 saylı notariat kontoru tərəfindən bacısı Səkinənin adına verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və ondan irəli gələn bütün nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən atası Baba Şıxəlı oğlundan miras qalmış əmlaka, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair ünvan 1 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X4 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’-nin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X4 adına verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) “Qeydiyyat Vəsiqəsi'-nin, 5 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə, reyestrdə 2V-34 nömrə ilə qeyd edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin, 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən “miras payın bağışlama müqaviləsi”-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin Bakı şəhər İdarəsindən Cavabdeh1 adına verilmiş Seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il qeydiyyat tarixli “Çıxarış”-ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(007)-600/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin olunması barədən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(103)- 4832/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, mərhum Baba Şıxəli oğlundan miras qalmış əmlaka, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 nömrəli evə dair Bakı şəhəri 23 saylı notariat kontorunda 22 noyabr 1991-ci il tarixdə X6 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin-X4 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, 03 avqust 2011-ci il tarixdə Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli 2(103)- 4832/2020 saylı qərardadı ilə Cavabdeh4 öldüyündən ona münasibətdə qətnamə ləğv edilmiş və ona aid hissədə icraata xitam verilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(102)-1460/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1937-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıra qədər, daimi olaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən 1 mərtəbəli, 7 yaşayış otağından ibarət, yaşayış sahəsi 83 kv.metr, yardımçı sahəsi 40 kv.metr, ümumi sahəsi 123 kv.metr olan fərdi yaşayış evində yaşayır. “Bakı Şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestri”-dən verilmiş 09 fevral 1948-ci il tarixli ilkin “çıxarış”-a əsasən (kiab 203, səhifə 11329) ev X13 mülkiyyətində olmuşdur. X18 ilə anası Şahnisə Əliverdi qızının ondan başqa daha dörd X8, X10, X9 və X11 adlı ovladı olmuşdur. X18 17 avqust 1948-cı il tarixdə, anası Şahnisə Əliverdi qızı isə 16 dekabr 1989-cu il tarixdə yaşadığı ünvanda vəfat etmişlər. Qardaş və bacıları dünyalarını dəyişdiyindən hazırda o, İddiaçı X18 yeganə sağ (1-ci növbəli vərəsəsi) övladıdır. Ümumilikdə 7 yaşayış otağından ibarət olan evləri iki yaşayış otağında həyat yoldaşı və nəvəsilə birlikdə o, evin digər, 5 otaqdan ibarət hissəsində isə 2019-cu ilin mart ayından başlayaraq cavabdeh, bacısı qızı olan Cavabdeh1 yaşayır. Öz evini satıb, 2019-cu ilin mart ayından evində yaşamağa başlayan Cavabdeh1 2019-cu ilin iyul ayından başlayaraq ona qarşı qoluzorbalıq və hegemonluq göstərərək, qətiyyətlə ondan ata evlərini tərk etməyini tələb etdiyindən, aralarında baş vermiş mübahisə 2019-cu ilin avqust ayında Nizami rayon Pİ-nin 23-cü PB-də araşdırılmış və yalnız bu zamam Cavabdeh1 tərəfindən polisə təqdim edilmiş,evlərinə dair sənədlərdən ona aşağıdakılar məlum olmuşdur. X13 vəfatından sonra bacısı, X8 (Cavabdeh1 anası) ondan xəbərsiz olaraq, digər vərəsələri də gizlətməklə, 21 noyabr 1991-ci il tarixdə, Bakı şəhəri 23 saylı notariat kontoruna atalarının mirası üzrə müraciət etmişlər və bu zaman özünü atalarının tək vərəsəsi kimi göstərib, ona və digər vərəsələrə çatası payları da tam qanunsuz olaraq əldə etməklə, 22 noyabr 1991-ci il tarixdə, Bakı şəhəri 23 saylı notariat kontorundan atalarından miras qalmış əmlaka - evlərinə dair, öz adına (tam payda) 1-11-70 reyestr nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”almışdır ki, həmin şəhadətnamə əsasında da Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən onun adına evlərinə dair “Qeydiyyat Vəsiqəsi” (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328 ) verilmişdir.X7 25.12.2000-ci il tarixdə vəfatından sonra isə, onun qızı, Cavabdeh1 Bakı şəhəri 15 saylı notariat kontorunda anası Səkinə Şıxəliyevanın adına vərəsəlik işi açdırmış və 03 avqust 2011-ci il tarixdə, Bakı şəhəri 15 saylı notariat kontorundan cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh4 adlarına miras əmlakdan bərabər hissələrdə pay almaqla 2V-34 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmçinin, 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən “Miras payın bağışlama müqaviləsi” ilə Cavabdeh4 miras əmlakdan öz payını bacısı Cavabdeh1 bağışladığından Cavabdeh1 adına Seriası MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il tarixli “Çıxarış” verilmişdir. X12 miras qalmış evlərinə dair saxta və qanunsuz yollarla mülkiyyət hüququ əldə edən Cavabdeh1 ilə aralarında baş vermiş münaqişə üzrə 09 sentyabr 2019-cu il tarixdə Nizami rayon Pİ-nin 23-cü PB-də “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” Qərar qəbul edilmiş və həmin Qərarının surəti də tərəfindən işə əlavə edilmişdir.İşə əlavə edilmiş, “Bakı Şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestri”-dən verilmiş 09 fevral 1948-ci il tarixli çıxarışdan və həmçinin, Bakı şəhəri 23 saylı notariat kontorunda 21.11.1991-ci il tarixdə başlanmış, l-H-70 saylı vərəsəlik işinin sənədlərindəndə bir daha aydın göründüyü kimi ilkin olaraq evləri X13 mülkiyyətində olmuş, atasının vəfatından sonra bacısı X8 digər vərəsələri gizlətməklə, (Səkinə Şıxəliyevanın 21 noyabr 1991-ci il tarixli ərizəsi) Bakı şəhəri, 23 saylı notariat kontoruna atalarının mirası üzrə müraciət etmiş və elə müraciətin növbəti günü, 22 noyabr 1991-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorundan atalarından miras qalmış əmlaka-evlərinə dair öz adına tam payda “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”almışdır ki, həmin şəhadətnamə əsasında da Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən evlərinə dair onun adına “Qeydiyyat Vəsiqəsi” verilmişdir. Cavabdeh1 məhkəmədə verdiyi ifadəsində işin bu kimi önəmli hallarını belə gizlədərək göstərmişdir ki, (qətnamənin 3-cü səhifəsi 2-ci abzası) guya evləri əvvəllər ümumiyyətlə heç kimin mülkiyyətində belə olmamaqla, Kupçası-Çıxarışı olmamış, yalnız “Domovoy kitabçada qeydiyyatdan” ibarət olduğundan 1991-ci ildə anası Səkinə Şıxəliyeva öz bacı və qardaşlarının razılığı, həmçinin qohum qonşuların iştirakı ilə evlərinin öz adına özəlləşdirib Çıxarış almış və sonradan da anası evlərin guya öz uşaqlarına (yəni onlara) vəsiyyət etmişdir. Halbuki işə əlavə edilmiş, Bakı şəhəri 15 saylı notariat kontorunda X7 adına açılmış vərəsəlik işinin və digər sənədlərindən də tam bəllidir ki, bacısı Səkinə Şıxəliyeva digər vərəsələri gizlətməklə atalarından miras qalmış evlərini öz adına rəsmiləşdirdikdən sonra, 25.12.2000-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra isə Cavabdeh1 Bakı şəhəri 15 saylı notariat kontorunda onun adına vərəsəlik işi açdıraraq, həmin iş üzrə də 03 avqust 2011-ci il tarixdə 15 saylı notariat kontorundan cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh4 miras əmlakdan bərabər hissələrdə pay almaqla 2V-34 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir ki, aralarında rəsmiləşdirilmiş “Miras payın bağışlama müqaviləsi” ilə Cavabdeh4 miras əmlakda öz payını bacısı Cavabdeh1 bağışladığından, sonradan Cavabdeh1 adına Seriyası MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il tarixli “Çıxarış” verilmişdir. X1 hər hansı bir vəsiyyətnamə də mövcud olmamışdır. Baxmayaraq ki, evləri hüquqi vəziyyətinə dair işin yuxarıda qeyd edilən halları ona yalnız Cavabdeh1 ilə aralarında baş vermiş mübahisə əsnasında, Nizami rayon Pİ-nin 23- cü PB-də araşdırma aparılan zaman, yəni 2019-cu ilin avqust ayında, cavabdeh tərəfindən polisə təqdim edilmiş sənədlərdən məlum olmuş və məsələ ilə bağlı ona elə 2019-cu ilin sentyabr ayında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə öz məlum qətnaməsində tam haqsız olaraq Mülki Məcəllənin 354-cü maddəsinin tələblərinə əsassız istinadlar edərək, guya onun əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdüyünü göstərmişdir. xx.xx.1937-ci il tarixdə, anadan olduğu vaxtdan hal-hazıra qədər, fasiləsiz olaraq Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində yaşayıb, atasından miras qalmış əmlakı (Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evini) faktiki olaraq qəbul etdiyindən və qanunsuz olaraq həmin mirasda ona çatası paydan məhrum olunduğundan bir daha hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7- ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının X18 17.08.1948-ci il tarixdə, anası Şahnisə Əliverdi qızı isə 16.12.1989-cu il tarixdə vəfat etmişdir. İddiaçı Baba Şıxəli oğlunun qızıdır və onun vərəsələrindən biri olması işin mübahisəsiz halıdır. Baba Şıxəli oğlundan qalmış miras əmlakın qəbulu ilə bağlı notariat işindən görünür ki, Baba Şıxəli oğlundan qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi onun qızı X8 tərəfindən qəbul olunmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 25.12.2000-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh4dur. Cavabdeh4 13.08.2011-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evindəki miras payını Cavabdeh1 bağışlamışdır. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 28.12.2019-cu il tarixli **********80 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.1937-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıra qədər daimi olaraq sözügedən fərdi yaşayış evində yaşayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi mövqeyə görə, İddiaçı hazırkı iş istisna olmaqla nə notariat kontoruna müraciət etməmiş, nə də mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi barədə məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi mübahisə predmeti olmasa da, bunu rəsmiləşdirmək üçün qanunla müəyyən olunan hərəkətləri etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı əvvəlcə miras əmlakın faktiki olaraq qəbulu ilə əlaqədar hərəkətlər etməli, daha sonra isə yeni əsaslarla hazırkı iddia ilə məhkəmədə iddia qaldırmalıdır. İddiaçının etibarsızlığını tələb etdiyi əqd 1991-ci ildə bağlanmışdır. İddiaçı izahat verərkən qeyd etmişdir ki, “Bir müddət öncə ona məlum olub ki, anası vəfat etdikdən sonra bacısı Səkinə ondan xəbərsiz və digər vərəsələri gizlədərək, anasının tək vərəsəsi kimi özünü göstərməklə Bakı şəhəri 15 saylı notariat kontoruna müraciət edib və anasından miras qalan əmlaka öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq miras əmlakda ona çatası payı da tam qanunsuz olaraq əldə edib” Göründüyü kimi, iddiaçı etibarsız hesab etdiyi əqd barədə nə vaxt məlumat aldığını dəqiq qeyd etməmişdir. Lakin işin faktiki hallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən müəyyən etmək olar ki, onun bu əqd barədə məlumatlı olmasının müddəti 1 ildən daha çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “iddiaçının miras qoyanın vərəsələrindən biri olması işin mübahisə olunmayan halıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu halda, iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamənin iddiaçının miras payına aid olmayan hissədə onun hüquqlarını pozması istisna edilir”. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən apellyasiya qaydasında yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşin apellyasiya instansiyası məhkəməsində yenidən araşdırılması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 10/3748 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 nömrəli evin hazırki vəziyyətdə ümumi sahəsinin texniki pasportda qeyd olunmayan əlavə tikililərlə də 175 kv.m., həmin evin tikintialtı sahəsinin 260 kv.m., həyətyanı sahəsinin 175 kv.m. cəmi sahəsinin 435 kv.m olduğu müəyyən edilir. Qeyd olunur ki, həyətyanı sahənin 85 kv.m hissəsinin iddiaçının faktiki istifadəsində, 90 kv.m hissəsinin isə ümumi istifadədə olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsinə əlavə edilmiş sxemlərdə ətraflı göstərilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi ünvanda MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus ümumi sahəsi 123 kv.m olan yaşayış evinin İddiaçı hazırda yaşadığı hissəsi texniki pasportda qeyd olunmuş 13, 14 və 15 saylı ümumi sahəsi 39,2 kv.m olan otaqlarla üst-üstə düşür. Eyni zamanda həmin otaqlara bitişik inşa olunmuş texniki pasportda əks olunmayan ümumi sahəsi 40 kv.m olan tikililərin də İddiaçı hazırda istifadəsində olduğu müəyyən edildi. ünvan 2 ünvanda hazırkı vəziyyətdə fərdi yaşayış evinin ümumi konfiqurasiyası və ölçüləri həmin evin texniki pasportuna uyğundur. Eyni zamanda aparılmış tədqiqatla müəyyən olundu ki, yaşayış evinə bitişik əlavə tikililər inşa olunmuş və bəzi arakəsmə divarlar sökülmüşdür. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 nömrəli evin ümumi istifadədə olan həyətyanı sahəsində texniki pasportda göstərilməyən 6.7 kv.m sanitar qovşağının cavabdehin faktiki istifadəsində, həmin sanitar qovşağına bitişik inşa edilmiş 10.8 kv.m həyət tikilisinin və 5.5 kv.m sanitar qovşağının iddiaçının istifadəsndə olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası mübahisəli əmlakın faktiki vəziyyətini müəyyən etmək məqsədi ilə ekspert X3 iştirakı ilə mübahisəli torpaq sahəsini yerində müayinə etmişdir. Yerində müayinə iclası zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki 4 nömrəli evin hazırki vəziyyətdə ümumi sahəsinin texniki pasportda qeyd olunmayan əlavə tikililərlə birlikdə 175 kv.m., həmin evin tikintialtı sahəsinin 260 kv.m., həyətyanı sahəsinin 175 kv.m., cəmi sahəsinin 435 kv.m olduğu, həyətyanı sahəsinin 85 kv.m. hissəsinin iddiaçının faktiki istifadəsində, 90 kv.m hissəsinin isə ümumi istifadədə olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi ünvanda MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus ümumi sahəsi 123 kv.m olan yaşayış evinin İddiaçı hazırda yaşadığı hissəsi texniki pasportda qeyd olunmuş 13, 14 və 15 saylı ümumi sahəsi 39.2 kv.m olan otaqlarla üst-üstə düşür və eyni zamanda həmin otaqlara bitişik inşa olunmuş texniki pasportda əks olunmayan ümumi sahəsi 40 kv.m olan tikililərin də İddiaçı hazırda istifadəsində olduğu müəyyən edilmişdir. İstər məhkəmə kollegiyasının iclasında, istərsə də yerində müayinə zamanı cavabdeh İddiaçı həmişə və daimi olaraq mübahisəli ünvanda yaşamasını və yaşamaqda davam etməsini təsdiq etmişdir. Göründüyü kimi iddiaçınn doğulduğu 1937-ci ildən hal-hazıradək mübahisəli miras evdə yaşamasını i ş i n mübahiəsələndirilməyən halıdır, yəni cavabdeh də bu faktı təkzib etmir. Mübahisələndirdiyi hal isə X8 digər vərəsələri (iddiaçını) gizlətməklə, (Səkinə Şıxəliyevanın 21 noyabr 1991-ci il tarixli ərizəsi) Bakı şəhəri, 23 saylı notariat kontoruna atalarının mirası üzrə müraciət etməsi və elə müraciətin növbəti günü, 22 noyabr 1991-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorundan atalarından miras qalmış əmlaka-evlərinə dair öz adına tam payda “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alması, ondan sonra yaranan bütün hüquqi nəticələrin vərəsəlik hüquqlarının pozulması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya iş üzrə gəldiyi nəticə düzgün olmamışdur. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM. mad. 217.2). Miras qoyan Baba Şıxəli oğlunun 17.08.1948-ci il ildə ölməsi nəzərə alınaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğunçıxarılmalı idi. Həmin dövrdə qüvvədə olan Azərbaycan SSR-in 1923-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə,o, vərəsəliyi qəbul etmiş hesab olunurdu. İşin materialları ilə daha sonra müəyyən edilir ki, Baba Şıxəli oğlu iddiaçının anası Şahnisə Əliverdi qızı ilə rəsmi nikahda olmamışdır. Baba Şıxəli oğlu 1948-ci ildə ölən zaman 4 vərəsəsi olmuşdur, lakin işin hallarından görünür ki, mübahisəli miras əmlak iddiaçı və cavabdehin anası tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə olan halda, Azərbaycan SSR-in 1923-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ərarvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə, - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə, - qardaş-bacıları hesab olunurlar. Qeyd. Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxta sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. (Azərbaycan SSR X22 Heyətinin 1947-ci il 14 noyabr tarixli fərmanı). Həmin Məcəllənin 490-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə vərəsəlik əmlakı 488-ci maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında bərabər hissəyə bölünür. İrs buraxan şəxsin 488-ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri və nəticələri onların vəfat etmiş ata-anasına çatmalı olan payı həcmində bərabər pay alarlar. (Azərbaycan SSR X22 Heyətinin 1947-ci il 14 noyabr tarixli fərmanı). İşin materiallarından görünür ki, mübahisəli evə dair miras qoyanın adına 9 fevral 1948-ci ildə çıxarış verilmişdir. Cavabdehin mərhum anası Səkinə Şıxəliyeva miras əmlakı qəbul edərkən özündən başqa vərəsələrin olması barədə notariat orqanına ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat orqanı isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Buna görə iddiaçı miras evdə doğulduğu vaxtdan hal-hazıradək yaşayaraq, yəni vərəsəlik açıldığı gündən mirasdan imtina etmək barədə müvafiq notariat orqanına ərizə vermədiyindən vərəsəliyi qəbul etmiş hesab olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarına istinad edərək maddi hüquq normalarının tələblərini pozmuş, həmçinin gəldiyi qənaətində ziddiyətli nəticə yaradan ifadələrdən istifadə etmişdir. Belə ki, iddiaçının mirasın qəbul edilməsi üçün mütləq notariat kontoruna müraciət etməsi məcburi şərt olmamış, əksinə 1923-cü ildə qəbul edilmiş Mülki Məcəllənin tələbinə əsasən mirasdan imtina etmək üçün notariat orqanına müraciət edilməsinin məcburiliyi nəzərdə tutulurdu, əks halda vərəsəlik qəbul edilmiş sayılırdı. İddiaçının mirasın bir hissəsinin faktiki qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmaq kimi vəzifəsi də olmamışdır. Belə bir iddia qaldırmadığı üçün iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququnun olmaması fikri isə ümumiyyətlə anlaşılan deyildir. Yəni, birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi mübahisə predmeti olmasa da, bunu rəsmiləşdirmək üçün qanunla müəyyən olunan hərəkətləri etməliydi, yəni əvvəlcəmiras əmlakın faktiki olaraq qəbulu ilə əlaqədar hərəkətlər etməli, daha sonra isə yeni əsaslarla hazırkı iddiailə məhkəmədə iddia qaldırmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi nəyə və hansı hüquq normasına əsasən iddiaçının məcburən bu cür hərəkət etməli olduğunu dəqiq və aydın göstərməmiş,konkret qanuna istinad etməmişdir. Kollegiya qeyd edir ki, qanunvericilyə əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur: - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Miras əmlaka faktiki sahiblik etmək konkret hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir. (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Həmçinin, qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdehin anasının mirası öz adına rəsmiləşdirdiyi zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə iddiaçının atasının vəfatından keçən 72 il ərzində mübahisəli evdə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün məhkəməyə müraciət edilməsi haqqında nəticə əsaslı hesab oluna bilməz Beləliklə də, kollegiya hesab edir ki, iddiaçı xx.xx.1937-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıra qədər daimi olaraq sözügedən fərdi yaşayış evində yaşasada, X13 17.08.1948-ci il tarixdə vəfatından sonra faktiki olaraq miras əmlakı qəbul etmiş, bacısı Səkinə Şıxəliyeva isə digər vərəsələri gizlətməklə, 21 noyabr 1991-ci il tarixdə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etmiş, bu zaman özünü miras qoyanın tək vərəsəsi kimi göstərib, ona və digər vərəsələrə çatası payları da tam qanunsuz olaraq əldə etmiş, 22 noyabr 1991-ci il tarixdə isə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında əmlakı öz adına qeydiyyatdan keçirmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 25.12.2000-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh4dur. Cavabdeh4 13.08.2011-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evindəki miras payını Cavabdeh1 bağışlamışdır. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Yenikənd küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bu hallar barədə isə iddiaçı sonradan məlumat əldə etmişdir. Göründüyü kimi, mübahisəli miras əmlak həm İddiaçı, həm də bacısı Səkinə Şıxəliyeva tərəfindən qəbul edilmişdir. Belə olan halda hər iki tərəf miras əmlakına dair bərabər hüquqlara və paylara malik olmuşdurlar. Bununla da, iddiaçının hazırki mübahisəli əmlakdan miras payı haqqının tələb edilməsinə münasibətdə subyektiv hüququ yaransa da, birinci instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Göstəriləndən başqa, birinci instansiya məhkəməsi iddiaçının etibarsız hesab etdiyi əqd barədə nə vaxt məlumat aldığını dəqiq qeyd etmədiyini, lakin işin faktiki hallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən onun bu əqd barədə məlumatlı olmasının müddətinin 1 ildən daha çox olduğunu qeyd etmiş, lakin konkret olaraq hansısa sübuta istinad etməmişdir. Cavabdeh tərəf də iddiaçının bu barədə lap əvvəldən məlumatlı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşdən də iddiaçının mərhum bacısının və onun qızı cavabdehin miras evi öz adlarına rəsmiləşdirmələrinə dair 2019-cu ilədək məlumatlı olması təsdiq olunmur. Bu cür vəziyyətdə iddiaçının bu halların ona 2019-cu ildə məlum olması barədə izahatı mötəbər qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsiiddia müddətləri ilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. Göründüyü kimi, iddiaçıya miras əmlaka dair nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olması barədə, nə də cavabdehin sonradan mübahisəli evi anasının vərəsəsi kimi öz adına keçirərkən məlumatların verilməməsi iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunduğu kimi cavabdeh də bu halı heç vaxt mübahiəsələndirməmişdir. Sadəcə baş vermiş hadisələrdən 29il keçməsi əsası ilə iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin yaxud kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə də maddi hüquq normalarına uyğun olmamışdır. Bununla yanaşı, əvəzəedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəfə əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququelə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. K o l l e g i y a h e s a b e d i r k i , h azırki iş üzrə də iddiaçının vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdiyi miras əmlak olan mübahisəli evin etibarsız əqd əsasında mülkiyyət hüququnun əvvəlcə cavabdehin anasının adına, daha sonra isə əvəzsiz əqd əsasında cavabdehin adına qeydə alınması həmin ev üzərindəmülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da qismən, yəni 1/2 hissədə əsassızdır. Çünki, qeyd olunduğu kimi iddiaçıvərəsə kimi miras açıldığı vaxtdan bu günə qədər həmin evdə yaşayıb miras sahiblik edib onu idarə etməklə faktiki olaraq 1/2 hissəyə vərəsəlik hüququ əldə etmişdir. Kollegiya qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir Belə ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. Mirasın rəsmi qəbulu müddəti ilə iddia müddəti ayrı-ayrı anlayışlar olduğuna görə bunları eyniləşdirmək düzgün deyildir. Ümumiyyətlə, mirasın faktiki qəbuluna iddia müddəti şamil oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin nəticə hissəsində iddiaçının əsas tələbdən asılı olan digər tələblərin -“Bakı şəhəri 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə, reyestrdə 2V-34 nömrə ilə qeyd edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və Bakı şəhəri 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında rəsmiləşdirilmiş, reyestrdə 3M1, 28 nömrə ilə qeyd edilən miras payın bağışlama müqaviləsi ləğv edilsin” qeyd olunması iddianın bu hissəsinin, yalnız ona görə ki, “etibarsız hesab edilməsi tələb edilməyib” əsası ilə rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaların rədd olunması isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə nail olmaq olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbində ona aid olmayan hissədə, yəni “Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair ünvan 1 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X4 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsini”, başqa sözlə, mərhum valideynindən sonra mübahisəli evlə bağlı rəsmiləşdirilmiş bütün hüquqi nəticələrin etibarsızlığını, ləğvini tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddianın mahiyyəti faktiki olaraq iddiaçının miras əmlakda olan 1/2 hissədə vərəsəlik hüquqlarının tanınmasından ibarətdir. Belə ki, işin araşdırılmış halları ilə mübahisəli mirasın faktiki 2 vərəsə tərəfindən qəbul edildiyindən iddiaçının həmin miras kütləsinin yalnız ½ hissəsinə vərəsəlik hüququ olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını və məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasının təmin olunmasına dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tövsiyyəsini, eləcə də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, hazırki tələb üzrə qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair 1/2 hissədə vərəsəlik hüquqlarının bərpasına yönəlməlidir. Belə ki, iddiaçının bacısının adına olan mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə və onun yaratdığı hüquqi nəticələr (bağışlama müqaviləsi istisna olmaqla) iddiaçının miras payına aid olmayan hissədə onun hüquqlarını pozmur. Məhkəmə kollegiyası iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək mübahisəli mirasın faktiki 2 vərəsə (X8 və İddiaçı) tərəfindən qəbul edilməsini də nəzərə alaraq hesab edir ki, mərhum X4, eləcə də, onun vərəsi olan Cavabdeh1 da vərəsəlik hüquqları nəzərə alınaraq miras mülkün digər 1/2 hissə üzrə cavabdehin vərəsəlik hüquqlarına dair vərəsəlik hüququna dair sənədlərin (bağışlama müqaviləsi istisna olmaqla) tam etibarsızdığına və ləğv edilməsinə hüquqi əsas vermir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair ünvan 1 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X4 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’ iddiaçının da vərəsələr sırasına daxil olduğu üçün qismən, yəni 1/2 hissədə etibarsızdır. Buna görə də iddiaçının miras əmlakda 1/2 payı olduğu üçün Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X4 adına verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) “Qeydiyyat Vəsiqəsi”də qismən, 1/2 hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, X4 adına verilmiş qeyd edilən şəhadəğtnamə və çıxarış qismən, yəni 1/2 hissədə düzgün olmadığı üçün onun vərəsələri olan Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si də qismən, yəni ½ hissədə etibarsız sayılmalıdır. Lakin miras mülkün X4 adına tam rəsmiləşdirmə düzgün olmadığı üçün onun vərəsələri Cavabdeh1 və Cavabdeh4 arasında 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən miras payın bağışlama müqaviləsi qanuni sayıla bilməz və bunun üçün də bu əqd tam etibarsız hesab edilməklə, Cavabdeh1 adına verilmiş seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il qeydiyyat tarixli Çıxarış da qismən, yəni 1/2 hissədə ləğv edilməlidir. Belə olan halda, kollegiya hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair ünvan 1 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X4 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’ qismən, 1/2 hissədə etibarsız sayılmalı, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X4 adına verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) “Qeydiyyat Vəsiqəsi”də qismən, 1/2 hissədə ləğv edilməli, Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si qismən, 1/2 hissədə etibarsız sayılmalı, Cavabdeh1 və Cavabdeh4 arasında 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə qeyd edilən miras payın bağışlama müqaviləsi tam etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011-ci il qeydiyyat tarixli Çıxarış da qismən, 1/2 hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. -386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. -387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. - 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarınauyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. - 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, məhkəmə ekspertizasının dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yuxarıda göstərilən əsaslarla iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(007)- 600/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair ünvan 1 il tarixdə, reyestrdə 1-11-70 nömrə ilə qeyd edilərək X4 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə'’ qismən, 1/2 hissədə etibarsız sayılsın. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsindən 1991-ci il tarixdə X4 adına Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair verilmiş (203 saylı reyestr kitabında 11329 səhifədə qeydiyyatı 30/3328) “Qeydiyyat Vəsiqəsi” qismən, 1/2 hissədə ləğv edilsin. Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si qismən, 1/2 hissədə etibarsız sayılsın. Cavabdeh1 və Cavabdeh4 arasında 15 saylı notariat kontorunda 03 avqust 2011-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 3M № 28 ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair miras payın bağışlama müqaviləsi tam etibarsız hesab edilsin. Cavabdeh1 adına Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 4 ünvanda yerləşən evə dair verilmiş seriya MA, nömrəsi ******* olan, ********** qeydiyyat nömrəli, 06.09.2011ci il qeydiyyat tarixli Çıxarış qismən, 1/2 hissədə ləğv edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Məhkəmə ekspertizasının dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar