Məhkəmə qərarları › İş №2(103)-2521/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2521/2022

12.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2521/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 08.12.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i/v-158) ilə məhkəməyə müraciət edərək, 03.12.2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və müqavilə üzrə ödənilmiş 36.600,0 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 03.12.2016-cı il tarixində İddiaçı ilə Cavabdeh arasında 057026 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq 36600 (otuz altı min altı yüz) manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətinə verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuda Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınması bildirilmişdir. Sözü gedən qeyri-yaşayış binası İddiaçı sonra başqa şəxsə hansısa qanunsuz yollarla satılmışdır. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ya ödənilmiş vəsaiti geri qaytarmasını, ya da sözügedən qeyri-yaşayış binasını qeyd-şərtsiz onun ixtiyarına verməsini tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bu müddət ərzində iddiaçının cavan həyat yoldaşı vəfat etmiş və himayəsində qalan körpə ilə birlikdə düşdüyü ağır psixoloji vəziyyətdən çıxmağa çalışmışdır. Daha sonra Ruhid Əkbərov adlı vəkilə müraciət etsə də, həmin şəxs iddiaçının vəsaitini mənimsəyərək, böyük vaxt itkisinə yol vermişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında 03.12.2016-cı il tarixində notarial qaydada kredit müqaviləsi də bağlanmışdır. Lakin cavabdeh bu müqavilədən də irəli gələn öhdəlikləri yerinə yetirmir. Buradan açıq və aydın görünür ki, cavabdeh öz qanunsuz əməlləri ilə öhdəlikləri yerinə yetirməkdən yayınır. Nəticədə iddiaçıya 36 600 manat və 4 il ərzində aylıq minimum 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 108 600 (yüz səkkiz min aİtı yüz) manat ziyan dəymişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i/v- 153-155) ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh İddiaçı 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehə qarşı olan tələbini 03.12.2016-cı ildə bağlanan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair formal müqavilə ilə əsaslandırmışdır. Belə ki, Cavabdeh Zaur Əliyev adlı şəxs ilə razılaşaraq 03.12.2016-cı ildə Zaurdan 25 000 (iyirmi beş min) ABŞ dolları borc pul almışdır.Həmin 25 000 ABŞ dolları pulun sənədləşdirilməsi üçün Zaur Əliyevin təkidi ilə Cavabdeh ilə İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25 000 (iyimi beş min) ABŞ dollar pulun guya İddiaçı tərəfindən Cavabdeh verildiyinə dair formal (uydurma) Kredit Müqaviləsi bağlanmışdır. Bu kredit müqavilənin etibarsız sayılması üçün Cavabdeh İddiaçı qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmış və hal-hazırda bununla bağlı həmin məhkəmədə hakim X10 icraatında e-2-(001)-6441/2020 saylı mülki iş üzrə icraat davam edir. Bundan başqa Zaur Əliyevin təkidi və tələbi ilə onun Cavabdeh verdiyi 25 000 ABŞ dolları borcun təminat altına alına bilməsi üçün yenə həmin tarixdə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-ndə verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu (əslində həyat yoldaşı deyil), bundan başqa 03.12.2016-cı il tarixində həm də Cavabdeh 25 000 ABŞ dolları verərək ondan Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. Belə çıxır ki, Xəlilova eyni gün Məmmədzadəyə həm 25000 ABŞ dollar borc pul verib, həm də 25 000 ABŞ dolları ondan mağazanı satın alıb. Bu fakt da Xəlilova eyni gün Məmmədzadə arasında olan 03.12.2016-cı il tarixli borc müqaviləsi və alqı-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq edir. Bunlardan başqa, Məmmədzadə 25000 ABŞ dolları pulu Zaur Əliyevdən alıb və həmin 25000 ABŞ dollarını Zaur Əliyevə 2018-ci ildə tam həcmdə geri qaytarıb. Bütün bunları şahidlər və Məmmədzadə ilə mərhum Zaur Əliyev arasındakı whatsapp mesajları da sübut edir. İddiaçı Zaur Əliyevin vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra Məmmədzadəyə qarşı Bakı şəhəri 14 Saylı tarixli İcra Qeydini göndərib və borc Cavabdeh tələb etdiyi kimi, həm də 03.12.2016-cı ildə yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış sahəsinin 36600 manata İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alqı-satqı müqaviləsinin icrasını tələb edib. Bu durum belə Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin formal xarakterdə olduğunu bir daha sübut edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 08.12.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “03.12.2016-cı il tarixli borc müqaviləsi üzrə ödənilmiş 36600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” barədə ilkin iddia tələbi təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icra sənədinin nəticəsindən narazı olduğu halda icranın nəticəsindən şikayət vermək hüququnun olması izah edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh İddiaçı 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin tuttulması” tələbinə dair qarşılıqlı iddia ibələṫ təmin edilməsi, İddiaçı və Cavabdeh tərəfindən hər biri tərəfindən ayrı-ayrılıqda ödəm ödənilmiş 30 manat dövlət rüsumu onlara aid edilməsi qət olunmuşdur. İlk iddia üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 08.12.2021-ci il tarixli qətnaməsi qətnaməsini ləğv edib ilk iddianın təmin edilməsi, alqı satqı müqaviləsi üzrə 36.600,0 manat ödənilmiş pul vəsaitinin cadeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 03.12.2016-cı il tarixində İddiaçı ilə Cavabdeh arasında 057026 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq 36600 (otuz altı min altı yüz) manat qarşılığında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətinə verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuda Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınması bildirilmişdir. Sozu gedən qeyri-yaşayış binası İddiaçı sonra başqa şəxsə hansısa qanunsuz yollarla satılmışdır. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ya ödənilmiş vəsaiti geri qaytarmasını, ya da sözügedən qeyri-yaşayış binasını qeyd-şərtsiz onun ixtiyarına verməsini tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bu müddət ərzində iddiaçının cavan həyat yoldaşı vəfat etmiş və himayəsində qalan körpə ilə birlikdə düşdüyü ağır psixoloji vəziyyətdən çıxmağa çalışmışdır. Daha sonra Ruhid Əkbərov adlı vəkilə müraciət etsə də, həmin şəxs iddiaçının vəsaitini mənimsəyərək, böyük vaxt itkisinə yol vermişdir. Lakin müddət ötürülmədən məhkəmədə iddia qaldırılmışdır. Ödənilmiş 36600 manat tələb edilsə də məhkəmə tərəfindən rədd edilmişdir.Mübahisə alqı-satqı müqaviləsi üzrə tələblə əlaqədar olsa da məhkəmə başqa müqaviləyə (kredit müqaviləsinə) münasibətdə qətnamə qəbul etmişdir.Notarial qaydada bağlanmış müqavilə məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Həmçinin, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emi! Telman oğlu Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 08.12.2021ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(007)-637/2021 saylı qətnaməsi onun iddiasının rədd olunması hissəsində qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki. məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan biitıin halları aydınlaşdırmamışdır. Məhz MPM-nin 385.1.1-ci maddəsinə görə “maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya diizgün tətbiq edilməməsi yolu ilə qəbul edilən məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilir”. MPM-nin 386-cı maddəsinə görə “Maddi hiiquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiva məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq elməsin, yaxud qanunu səhv təfsir etsin”. Yenə həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə, “məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması yolu ilə qəbul edilən məhkəmə qətnaməsi apellysasiva qaydasında ləğv edilir”. Bütün bunları aşağıdakılar ilə sübut edirlər: Məhkəmə işə təfsilatlı araşdırmadığı iiçün onun haqlı tələblərinii rədd edib. Bununla istinad etdiyi maddi hiiquq normalarını pozduğu kimi, həm də MPM-nin 217.1-ci, 385.1.2-ci və digər normaları pozmuşdur.Belə ki, ilk iddia üzrə iddiaçı İlk iddia üzrə cavabdehə qarşı olan tələbini 03.12.2016-cı ildə ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin alqı- satqısına dair formal müqavilə ilə əsaslandırmışdır.Bu müqavilənin formal olduğunu aşağıdakılar ləsdiq edir. Belə ki. Cavabdeh ilə Zaur Əliyev adlı şəxs ilə 03.12.2016-cı il tarixində razılaşıblar ki, Zaur Əliyev, Cavabdeh 20 000 (iyirmi min) ABŞ dolları borc verəcək və Cavabdeh ('elman oğlu Zaur Əliyevə altı ay ərzində (03.06.2017-ci ilə qədər) həm həmin 20 000 (iyirmi min) ABŞ dollarını qaytaracaq həm də 5 000 (beş min) ABŞ dolları məbləğində faiz ödəyəcək. Yəni cəmi 20 000 (iyirmi min) ABŞ dolları pul ödəyəcək. Həmin 25 000 ABŞ dolları pulun sənədləşdirilməsi üçün Zaurun Əliyevin ləkidi ilə Cavabdeh ilə İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25 000 (iyimi beş min) ABŞ dollar pulun guya İddiaçı tərəfindən Cavabdeh borc verildiyinə dair formal (uydurma) Kredit Müqaviləsi bağlanmışdır. Bundan başqa yenə Zaur Əliyevin təkidi və tələbi ilə onun Cavabdeh verdiyi 25 000 USD borcun təminat altına ala bilməsi üçün yenə həmin tarixdə, yəni 03.12.2016-cı ildə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin 36 600 inanala İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alıq satqı müqaviləsi bağlanmışdır. Qeyd edir ki, İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-ndə verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu bildirib (əslində həyat yoldaşı deyil). Bundan başqa 03.12.2016-cı il tarixində həm də Cavabdeh 25 000 ABŞ dolları verərək ondan Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri- yaşayış sahəsini satın aldığını bildirmişdir. Belə çıxır ki, Xəlilova eyni gün Məmmədzadəyə həm 25000 USD borc pul verib, həm də 36 600 manata ondan mağazanı satın alıb. Bu fakt da İddiaçı ilə Məmmədzadə arasında olan 03.12.2016-cı il tarixli Borc Müqaviləsinin və alqı-satqı müqaviləsinin tamamilə yalan olduğunu ləsdiq edir. Bunlardan başqa qeyd edir ki, Cavabdeh Zaurdan aldığı 25 000 ABŞ dolları pulu 2018-ci ildə tam həcmdə ona geri qaytarıb. Bütün bunları şahidlər və Cavabdeh ilə mərhum Zaur Əliyev arasındakı Watsap mesajları da sübut edir.Bundan başqa Zaur Əliyev 2019-cu ilin yanvar ayında vəfat edib. İddiaçı isə bu iddianı, 15.04.2020-ci il tarixində qaldırıb. Borcun geri qaytarılmasının son tarixi isə 03.06.2017-ci il idi. 03.06.2017-ci il tarixindən Zaur Əliyev 2019-cu ilə qədər nə Zaur Əliyev, nə də iddiaçı- İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə hər hansı bir iddianın qaldırılmamış olması da onu göstərir ki, həmin 25 000 USD tamamilə geri qaytarılıb. Bütün qeyd edilənlərdən məlum olduğu kimi, Cavabdeh ilə İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25 000 (iyimi beş min) ABŞ dollar pulun guya İddiaçı tərəfindən Cavabdeh borc verildiyinə dair formal (uydurma) Kredit Müqaviləsi etibarsızdır.Bundan başqa yenə Zaur Əliyevin təkidi və tələbi ilə onun Emi! Məmmədzadəyə verdiyi 25 000 USD borcun təminat altına ala bilməsi üçün yenə həmin tarixdə, yəni 03.12.2016-cı ildə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin 36.600,0 manata İddiaçı qızma satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alıq satqı müqaviləsi də etibarsızıdır. Lakin Məhkəmə işə təfsilatlı araşdırmadığı üçün onun haqlı tələblərinii rədd edib. Bununla istinad etdiyi maddi hüquq normalarını pozduğu kimi, həm də MPM-nin 217.1-ci. 385.1.2-ci və digər normaları pozmuşdur.Maddi hüquq normaları olaraq Mülki Məcəllənin 337.1- ci, 337.3-cü, 340.1- ci, 340.2-ci və digər maddələri pozulmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, özünün apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Həmçinin, İddiaçı "xxxx" ASC-dən əldə etdiyi 03.12.2016-cı il tarixində ünvan 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinin İddiaçı satılması qarşılığında ödədiyi 36 600 manatın mədaxil və Cavabdeh tərəfindən məxaric olunmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir.Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 03.12.2016-cı il tarixili kredit müqaviləsi formal olaraq, yəni Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri yaşayış sahəsinin İddiaçı satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. 03.12.2016-cı il tarixili kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh heç bir pul vəsaiti, o cümlədən 25.000,0 ABŞ dolları verməmişdir.İddiaçı Cavabdeh 36 600 manat ödəməklə Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri yaşayış sahəsinin İddiaçı satılmasına dair 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Savlı Notariat Kontorunda alqı-satqı müqaviləsi təsdiq edilmiş, həmin pulun notariusun depoziti və bank vasitəsilə Cavabdeh tərəfindən əldə olunması isə yuxarıda qeyd edilən mədaxil və məxaric sənədləri ilə təsdiq olunur.Əgər Cavabdeh pulu Zaura veribsə, buna sübut gətirməli, bütün bunların cavabdeh tərəfindən işi uzatması ilə nəticələnmiş, himayəsində azyaşlı övladı olduğunu, ona baxmalı olduğunu, həyat yoldaşının 08.11.2018-ci il tarixdə vəfat etdiyini, 25000 ABŞ dolları pul verdiyini, bu günə həmin vəsaitin manata məzənnədə 36000 manat olduğunu, pul tələbi ilə bağlı icra işi üzrə heç bir ödəniş edilmədiyini bildirdi.Hazırda onun ödədiyi 36.600,0 manat qaytarılmalıdır.Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuda Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınması bildirilmişdir. Sözü gedən qeyriyaşayış sahəsi İddiaçı alqı-satqı edildiyi halda başqa şəxsə hansısa qanunsuz yollarla satılmışdır.Bu müddət ərzində iddiaçının cavan həyat yoldaşı vəfat etmiş və himayəsində qalan körpə ilə birlikdə düşdüyü ağır psixoloji vəziyyətdən çıxmağa çalışmışdır. Daha sonra Ruhid Əkbərov adlı vəkilə müraciət etsə də, həmin şəxs iddiaçının vəsaitini mənimsəyərək, böyük vaxt itkisinə yol vermişdir.Buradan açıq və aydın görünür ki, cavabdeh öz qanunsuz əməlləri ilə öhdəlikləri yerinə yetirməkdən yayınır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 ilkin iddianı qəbul etmədiklərini, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini və özlərinin apellyasiya şikayəti təmin olunmaqla qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.Əlavə olaraq bildirmişdir ki, notariat işinin tələb olunması barədə vəsatət versə də, birinci instansiya məhkəməsi vəsatəti əsaslı hesab etməmişdir.Həmçinin, 29.07.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərardan görünür ki, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, 15.04.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-6.1.9-cu maddələrinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.5-ci ci maddəsinə görə tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.Göstərilənlərə əsasən ilk iddia tələbi əsassızdır. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, ilk iddia üzrə iddiaçı İddiaçı apelyasiya şikayəti təmin olunmalı, ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin olunmalı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 08.12.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 388-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.12.2016-cı il tarixili kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 25 000 ABŞ dolları borc pul verilmiş, həmin borcun qaytarılması tarixi 03.06.2017-ci il müəyyən olunmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.12.2016-cı il tarixili, 057026 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 36600 (otuz altı min altı yüz) manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyriyaşayış binası İddiaçı satılmışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-in 18.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, İddiaçı Cavabdeh müəyyən edilərək barəsində qanuni tədbir görülməsini və ona dəyən maddi ziyanın ödənilməsində köməklik göstərilməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əmlak tələbi mülki xarakter daşıdığından ona mülki qaydada müraciət etmək hüququ olması izah edilməsi qərara alınmışdır. Həmin iş üzrə tərəflərin izahatları alınmışdır. Cavabdeh izahatında müqavilənin bağlanılmasından bir il sonra Zaura olan borcunu ödəməsini və buna görə qeyri-yaşayış sahəsini qaynanası X1 adına keçirməsini bildirmişdir. İddiaçı 13.03.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş və Cavabdeh ünvanlanmış ərizəsinin məzmunundan görünür ki, ərizəçi sonuncudan 03.12.2016-cı il tarixili kredit müqaviləsi üzrə 25 000 ABŞ dolları borcun qaytarılmasını, əks təqdirdə bununla bağlı icra qeydinin veriləcəyini bildirmişdir. 15.04.2020-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 14 Saylı Notariat Kontoru Cavabdeh İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını müəyyən olunmuşdur. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin 27.04.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının və “Tələbin könüllü icrası haqqında” bildirişin sürətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində icrası edilməsi tələbkardan xahiş edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 22.10.2020-ci il tarixli “Borclunun məcburi gətirilməsi barədə” qərarından görünür ki, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ4505 nömrəli, 15.04.2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh Nizami rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.. 29.07.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərardan görünür ki, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, 15.04.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-6.1.9-cu maddələrinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.5-ci ci maddəsinə görə tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim olunmuş 53213/2020-7-17 saylı İcra işinin materiallarından görünür ki, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, 15.04.2020-ci il tarixli icra qeydi-icra sənədi üzrə 29.07.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərar Nizami rayon İcra və Probasiya şöbəsinin 08 aprel 2022-ci il tarixli Qərarı ilə (surəti çıxarılıb iş materiallarına əlavə olunmuşdur) ləğv edilmiş və iş üzrə icra tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.Həmin Qərarda qeyd edilmişdir ki, “ icra məmuru tərəfindən Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, 15.04.2020-ci il tarixli icra qeydi üzrə “İcraatın dayandırılması” haqqında qərar əvəzinə texniki səhvə yol verilərək ” “icraata xitam verilməsi hqaaında” 29.07.2020-ci il tarixli qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Bakı Şəhəri 14 saylı Notariat Kontoru tərəfindən 42-796 nömrəli, 03.12.2016-cı il tarixli notariat işinin təqdim olunmuş surətindən və "xxxx" ASC-nin təqdim etdiyi qəbzlərdən 03.12.2016cı il tarixində Bakı şəhəri 14 Savlı Notariat Kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi üzrə Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri yaşayış sahəsinin İddiaçı satılması qarşılığında İddiaçı ödədiyi 36 600 manatın mədaxil və Cavabdeh tərəfindən məxaric olunması müəyyən olunur. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuya cavabda Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin (Cavabdeh bildirdiyinə görə qaynanasının) adına qeydə alındığı bildirilmişdir.Yəni Cavabdeh 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Savlı Notariat Kontorunda təsdiqlənmiş qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməmiş, (yəni qeyri-yaşayış sahəsini iddiaçının deyil, başqa şəxsin-qaynanasının adına özggəninkiləşdirmiş) həm də qeyri-yaşayış sahəsinə dair aldığı 36 600 manatı İddiaçı geri qaytarmır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə İddiaçı onunla Cavabdeh arasında bağlanmış “03.12.2016-cı il tarixli alqı-müqaviləsinin ləğv olunmasını və müqavilə üzrə ödənilmiş 36.600,0 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1.-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, ilk iddia təmin olunmalı, ilk iddia üzrə İddiaçı onunla Cavabdeh arasında bağlanmış “03.12.2016-cı il tarixli alqı-müqaviləsi ləğv olunmalı və müqavilə üzrə ödənilmiş 36.600,0 manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 03.12.2016-cı il tarixili kredit müqaviləsi formal olaraq, yəni Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri yaşayış sahəsinin İddiaçı satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. 03.12.2016-cı il tarixili kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh heç bir pul vəsaiti, o cümlədən 25.000,0 ABŞ dolları verməmişdir. Həmçinin, Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Bakı Şəhəri 14 saylı Notariat Kontoru tərəfindən 03.12.2016-cı il tarixli borc müqaviləsinə dair notariat işinin təqdim olunmuş surətindən də 25.000,0 ABŞ dolları pulun İddiaçı tərəfindən Cavabdeh verilməsi müəyyən olunmamışdırr. Beləliklə, iş materialları və və tərəflərin izahatından müəyyən olunduğu kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış 03.12.2016-cı il tarixili kredit müqaviləsi əhəmiyyətsiz əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə mübahisələndirilən 03.12.2016-cı il tarixli borc müqaviləsini tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilmədir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması tələbi əsaslı olduğundan təmin olunmalı, lakin vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh İddiaçı 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi tələbi sübut olunmadığından tələb bu hissədə rədd olunmalı, həmçinin iddia qismən təmin edildiyindən MPM-in 119-cu maddəsinə əsasən vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Kollegiya həmçinin, nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin olunsun. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin olunsun Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 08.12.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İlk iddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “03.12.2016-cı il tarixli alqı-müqaviləsi ləğv olunsun və müqavilə üzrə ödənilmiş 36.600,0 (otua altı min altı yüz) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. Cavabdeh ilə cavabdeh İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsi etibarsız sayılsın. Qarşılıqlı iddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar