Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2529/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X15 və X5 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” X8 nümayəndəsi X16 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” X6rşı miras payının tamamlanması və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7490/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və 4 saylı Bakı “ASAN Xidmət” X6rşı ünvan 1 ünvanında yerləşən mənzildə qardaşı Cavabdeh1 münasibətdə miras payı kimi açıq qalan 1/6 hissənin iddiaçıya verilərək miras payının tamamlanması və Cavabdeh1 həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı evin 25 saylı mənzili iddiaçının anası X4 mülkiyyətində olmuşdur. Həmin mənzildə Sevil Məmmədova ilə birlikdə İddiaçı və iddiaçının qardaşı Səbuhi Məmmədov yaşamışdır. İddiaçının anası 2016-cı ildə vəfat etmişdir. Hələ sağlığında Sevil Məmmədova həmin mənzili qızı İddiaçı vəsiyyət etmişdir. Anası vəfat edəndən sonra iddiaçı ilə qardaşı Səbuhi Məmmədov hal-hazırkı dövrə qədər həmin mənzildə yaşayırlar. Onunla qardaşı Səbuhi Məmmədov analarından miras qalan əmlakı faktiki qəbul etməklə bərabər, qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna müraciət edərək miras əmlakdan pay almış, qardaşı öz miras payını iddiaçıya bağışlamışdır. Mərhum anası mənzili iddiaçıya vəsiyyət etdiyinə görə notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, ona və qardaşı X14 ümumilikdə 5/6 pay verilmiş, miras əmlakda 1/6 pay digər qardaşı olan Cavabdeh1 münasibətdə açıq saxlanmışdır. İddiaçı həmin mənzilin 5/6 hissəsinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarış almışdır. Digər qardaşı Cavabdeh1 mənzildə formal olaraq qeydiyyatda olduğuna görə ona münasibətdə notarius miras payını 1/6 hissədə açıq saxlamışdır. Qardaşı Cavabdeh1 anasının ölümündən xeyli əvvəl həmin mənzildən çıxıb getmiş, yəni anasının nə ölümündən əvvəl, nə də ölümündən sonra orada yaşamamışdır. O, mirası faktiki qəbul etməsə də, mənzil istismar sahəsindən verilmiş arayışa əsasən, notarius onun payını əsassız olaraq açıq saxlamışdır. Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olması iddiaçının əmlak hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçı həmin əmlakın üzərində öz mülahizəsinə görə sərəncam verə bilmir, əmlakının üzərində hər hansı hüquqi hərəkət etmək istədikdə cavabdehin razılığı tələb olunur. Bu səbəbdən iddiaçı hesab edir ki, miras əmlakdan onun payına düşən 1/6 hissə iddiaçıya verilərək miras payının tamamlanması və cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi zəruridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7490/2019 saylıqətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçıapelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 miras əmlakı faktiki qəbul etməmiş, habelə mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna müraciət etməmişdir. Halbuki, Cavabdeh1 anasının ölümündən hələ 2016-cı ildə məlumatlı olmuş və yas mərasimində iştirak etmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Qanqa İbrahimov apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi izahatında bildirdi ki, Cavabdeh1 miras qalmış evdə formal olaraq qeydiyyatda olmuş, lakin həmin evdə 15 ildən artıq müddətdir ki, yaşamır. Analarının sağlığında belə cavabdeh həmin evdə yaşamadığına, anasına münasibətdə öz övladlıq borcunu yerinə yetirmədiyinə görə anaları mənzili məhz qızı İddiaçı vəsiyyət etmişdir. Cavabdeh1 anasının yas mərasimində formal olaraq iştirak etmiş və miras payının qəbulu barədə məlumatlı olmuşdur. Lakin o, qanunla nəzərdə tutulan müddətdə miras payını qəbul etməmişdir. Bundan əlavə, məsələnin barışıq yolu ilə həlli üçün əgər Cavabdeh1 öz 1/6 payından iddiaçının xeyrinə imtina edərsə, İddiaçı altı ay ərzində ona 20000 manat pul verməyi təklif edir. İzahatının sonunda iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi qanuni və ədalətli qətnamə qəbul etmişdir. Belə ki, o da həmin mənzildə yaşamış, həmişə də anası ilə maraqlanmışdır. O, miras payını qəbul etmək üçün müddətin olduğunu bilməmişdir, bundan xəbərdar olsaydı vaxtında miras payını qəbul edərdi. Qarşı tərəfin barışığa dair təklifinə gəldikdə isə, qeyd edir ki, iddiaçı ona 20000 manat pulu birdəfəlik ödəyəndən sonra o, tələb etdiyi miras payının 1/6 hissəsindən iddiaçının xeyrinə imtina edə bilər. Qeyd etdiklərini nəzərə alaraq apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” X8 nümayəndəsi X25 apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən ünvan 1 X4 mülkiyyətində olmuşdur. AZ-İ seriyalı 795420 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx xxxxxx 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilini həmin ünvanda qeydiyyatda olan qızı İddiaçı vəsiyyət etmişdir. İddiaçı və X19 4 saylı Bakı “ASAN Xidmət” X11 mirasın qəbulu barədə ərizə ilə müraciət edərək, anaları X3 miras qalmış əmlakı qəbul etdiklərini bildirmiş və ünvan 1-dən onlara çatası paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxxxx 2016-cı il tarixdə ölmüş X4 vərəsəsi oğlu X19 miras əmlak olan ünvan 1-dən 1/6 hissədə, digər vərəsə İddiaçı isə 4/6 hissədə pay almalıdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” X8 xx xxxxxx 2019-cu il tarixli 1632 nömrəli arayışına əsasən xx xxxxxx 2016-cı il tarixində vəfat etmiş X4 adına xx xxxx 2017-ci il tarixində V-261/2017 reyestr nömrəli vərəsəlik işi açılmış və xx xxxx 2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,73 kv.m olan 3 otaqlı mənzilə dair oğlu X14 1/6 hissədə və İddiaçı 4/6 hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumun oğlu Cavabdeh1 ünvan 1-də qeydiyyatda olaraq mirası faktiki qəbul etdiyi üçün ona məxsus olan 1/6 hissə açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ünvan 1 X7 münasibətdə 1/6 hissədə açıq qalmaqla 5/6 hissədə İddiaçı paylı mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-X1 122 nömrəli mənzil-tikinti kooperativinin arayışına əsasən ünvan 1-də İddiaçı, X10, Cavabdeh1, X19, X12, X20, X17 qeydiyyatdadır. Həmin kooperativin arayışına əsasən xx xxxxxx 2016-cı il tarixdə vəfat edən X4 yas mərasimində X19, Cavabdeh1 və İddiaçı iştirak etmişlər. Yas mərasiminin xərcləri X19 tərəfindən ödənilmişdir. Yenə həmin kooperativin arayışına əsasən Cavabdeh1 2005-ci ilin may ayında ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə ünvan 1 ünvanından çıxmış və bu günə kimi başqa ünvanda yaşayır, həmin mənzil üçün heç vaxt kommunal xərc ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, İddiaçı ilə X19 qanunvericiliklə müəyyən edilmiş qaydada notariusa müraciət edərək ünvan 1 ünvanındakı mənzilə, müvafiq olaraq vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Lakin vərəsə olan Cavabdeh1 vərəsəliyə çağırılması ilə bağlı müvafiq qaydada xəbərdar edilməsi üçün tədbirlər görülməmişdir. Belə ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamamış və faktiki olaraq harada yaşadığı iddiaçıya məlum olmamışdır. Belə olan halda vərəsələr tərəfindən Cavabdeh1 vərəsəliyə çağırılması üçün bütün zəruri hərəkətlər edilməmiş və cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəliyə çağırıldığı barədə məlumatlandırılmamışdır. Nəticədə, notarius düzgün olaraq miras əmlaka dair payları bölüşdürərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq İddiaçı 4/6, X13 1/6 payını müəyyən etmiş, 1/6 hissədə miras payını isə açıq saxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, X4 mirasının açıldığı məqamda onun mirası olan mübahisəli mənzildə qanun üzrə vərəsələri İddiaçı və oğlu Səbuhi Məmmədov yaşamış və onlar miras əmlaka faktiki sahiblik etməklə və onu faktiki idarə etməklə mirası qəbul etmişlər. İddiaçı anası vəfat etdikdən sonra qardaşı Səbuhi Məmmədov və onun ailə üzvləri ilə birgə həmin mənzildə yaşamağa davam etmişlər. X23 öz vəsiyyətnaməsində də mübahisə edilən həmin mənzili qızı İddiaçı vəsiyyət etmişdir. Sevil Məmmədovanın digər oğlu Cavabdeh1 isə həmin mənzildə 2005-ci ildən yaşamamış, mirası faktiki qəbul etməmiş, habelə mirasın qəbulu məqsədilə notariat orqanına müraciət etməmişdir. xx xxxxxx 2016-cı il tarixdə Sevil Məmmədova vəfat etdikdən sonra ünvan 1 ünvanındakı mənzilə dair miras açıldığı vaxt Cavabdeh1 tərəfindən miras payının qəbulu üçün hər hansı bir tədbirlər görülməmişdir. xx xxxx 2017-ci il tarixdə İddiaçı və Səbuhi Məmmədova vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra keçən iki ildən artıq müddət ərzində də Cavabdeh1 miras əmlakda açıq saxlanmış payın qəbulu üçün heç bir təşəbbüs göstərməmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh1 ünvan 1 ünvanında formal olaraq pasport qeydiyyatında qalmış, 2005-ci ildə ailə həyatı qurduqdan sonra həmin evdən çıxmış, başqa ünvanda yaşamışdır. Miras qalmış mənzildə pasport qeydiyyatında olması isə onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Miras açıldığı vaxtdan da artıq 3 ildən artıq müddət keçmiş və onun həmin mənzilə miras payı hələ də açıq saxlanılmışdır. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-X1 122 nömrəli mənzil-tikinti kooperativinin xx xxxxxx 2019-cu il tarixli 92 saylı arayışına əsasən Cavabdeh1 1997-ci ildən ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Cavabdeh1 həmin mənzildən istifadə hüququ Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən yaranmış, həmin Məcəllənin 60 və 87-ci maddələrinə əsasən o həmin mənzildə 6 aydan yuxarı müddətdə yaşamadığına və 15 ilə yaxındır ki, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyünə görə onun mənzildən istifadə hüququ qalmamışdır. Belə ki, Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bununla yanaşı, mülki qanunvericiliyin tələblərinə görə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. Cavabdeh1 anasından miras qalmış əmlakı qəbul etmək üçün qanunvericilikdə müddətin olmasından məlumatının olmaması barədə dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, o, anasının yas mərsimində iştirak etməklə miras əmlak olan mənzilə dair vərəsələrin dairəsinin müəyyənləşməsindən, yəni bacısı İddiaçı və qardaşı Səbuhi Məmmədovun özlərinin miras paylarını qəbul etdiklərindən, nəticədə mirasın açılmasından xəbərdar olmuşdur. Lakin o vaxtında miras payının qəbul edilməsinə dair hər hansı hərəkət etməmişdir. Belə olan halda işin faktiki hallarına əsasən onun vərəsəliyə çağırılması yolunda zəruri tədbirlərin görülməsinə də hər hansı zərurət görünmədiyi bəlli olur. Məhz bu əsasa görə iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi miras payının tamamlanması və mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı olduğu halda, birinci instansiya məhkəməsi miras əmlakı 1/6 hissədə açıq saxlayan notariusun hərəkətlərinin qanuni olmasını əsaslandırmağa çalışmışdır. Halbuki, iddia tələbindən də göründüyü kimi, iddiaçı notariusun hərəkətini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən vərəsəliklə bağlı maddi hüquq normalarını pozmuşdur. Buna görə də apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7490/2019 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apelyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçıapelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7490/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı iddia tələbi təmin edilsin. X3 miras qalmış Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı evin 25 saylı mənzilinin Cavabdeh1 münasibətdə açıq qalan 1/6 hissəsi miras payı kimi İddiaçı verilərək mənzil üzərində onun tam mülkiyyət hüququ tanınsın. Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı evin 25 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apelyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2529/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2529/2020
10.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver